Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1005/2022 18.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi (vəkili) Vəkil, İİİ şəxs X33, (əvvəlki məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs X51 nümayəndəsi Nümayəndə) iştirakları ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktların təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qələndərova (Məmmədova) Savad Hüseynbala qızının 1914-cü il tarixdə anadan olması faktının müəyyən edilməsi; Qələndərova (Məmmədova) Savad Hüseynbala qızının Şəki rayon qeydiyyat şöbəsinin xx.xx.2009- cu il tarixli və xx.xx.2013-cü il tarixli arayışlarına əsasən xx.xx.1990cı il tarixdə ölməsi faktının müəyyən edilməsi; Ölüm aktının qeydində adı X56 oğlu, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MH ******* olan Çıxarışda adı Əli Kazım oğlu və Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışda adı Əli Hacıkazım kimi qeyd edilən şəxsin eyni şəxs olması faktının müəyyən edilməsi; X56 oğlu ilə Qələndərova (Məmmədova) Savad Hüseynbala qızının qohum olmaları faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Qələndərova (Məmmədova) Savad Hüseynbala qızının XX.XX.1914-cü il tarixdə anadan olması faktının müəyyən edilməsi; Qələndərova (Məmmədova) Savad Hüseynbala qızının xx.xx.1990-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi; 1939-cu ilin dekabr ayında verilmiş 460 saylı ölüm aktına əsasən adı X37 olan şəxsin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş seriyası MH olan ******* nömrəli çıxarışda adı Əli Kazım oğlu kimi qeyd edilmiş şəxslə eyni şəxs olması və həmin çıxarışdakı 1/3 payın X27 məxsus olması faktının müəyyən edilməsi; X24 Qələndərova (Məmmədova) Savad Hüseynbala qızının qaynı (qohumu) olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, o, notariat ofisinə müraciət edərək, mərhum nənəsi Məmmədova Savad Hüseynbala qızından qalmış miras əmlakdan anası Ağayeva Həqiqət Süleyman qızına düşən hissə üzrə özünə çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. X70 Xidmət Mərkəzində Notariat ofisinin 07 sentyabr 2021-ci il tarixli, 3388 nömrəli qərarı ilə onun ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. İmtinaya əsas kimi göstərilmişdir ki, onun ərizəsi əsasında miras qoyan şəxslə qohumluq əlaqələrinin müəyyən edilməsi məqsədi ilə, müraciət edən şəxsin şifahi məlumatına əsasən 1990-cı il tarixdə vəfat etmiş mərhum nənəsi Məmmədova Savad Hüseynbala qızının ölümü haqqında şəhadətnaməsini təqdim etməmiş, həmçinin ölüm haqqında akt qeydi elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən əldə etmək mümkün olmamışdır. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Bu səbəbdən X70 Xidmət Mərkəzində Notariat ofisinin 07 sentyabr 2021-ci il tarixli, 3388 nömrəli qərarı ilə onun ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Bildirmişdir ki, Məmmədova Savad Hüseynbala qızına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* olan çıxarış verilmişdir. Həmin çıxarışa əsasən Şəki şəhəri, Teymur Xəlilov küçəsində mülkiyyətində olan 0.0099 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 33.9 kv.metr yaşayış sahəsindən ibarət 10 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Əli Kazım oğlunun 1/3 hissə, Abbasova Gülcan Süleyman qızının, X14, Məmmədova Savad Hüseynbala qızının 2/3 ümumi birgə adlarına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəki ərazi idarəsi tərəfindən Şəki şəhəri Teymur Xəlilov küçəsi ev 10 ünvanına dair fərdi yaşayış evinə aid daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. Şəki şəhər Gəncəli məhəllə nümayəndəsinin 194 nömrəli xx.xx.2013-cü il tarixli vərəsəliyə dair arayışında göstərilmişdir ki, X72 oğlu xx.xx.1939-cu il tarixdə ölmüş və onun vərəsələri qardaşı qızları X28 və X29 olmuşlar. Mülkiyyətçilərdən olan X56 oğlu xx.xx.1939-cu il tarixdə ölmüşdür. Onun ölüm aktının qeydində adı X56 oğlu, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MH ******* olan Çıxarışda isə Əli Kazım oğlu kimi göstərilmişdir. Bundan başqa, Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışda da onun adı X72 kimi qeyd edilmişdir. Göründüyü kimi ölmüş şəxsin adları sənədlərdə müxtəlif formalarda qeyd edilmişdir. Digər mülkiyətçi olan Məmmədova Savad Hüseynbala qızı isə Şəki rayon qeydiyyat şöbəsinin xx.xx.2009-cu il tarixli və xx.xx.2013-cü il tarixli arayışlarına əsasən xx.xx.1990-cı il tarixdə ölməsi kimi göstərilmişdir. 21 nömrəli evlənmə aktının qeydindən göründüyü kimi xx.xx.1945-ci il tarixdə Məmmədova Savad Hüseynbala qızı Kalandarov Süleyman Kazım oğlu ilə ailə qurmuşlar. Şəki rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/Q-1260/15 və 05/Q-1261/15 nömrəli məktubları ilə bildirilmişdir ki, Məmmədova Savad Hüseynbala qızının Maraqlı şəxsndə ölüm və doğum akt qeydləri aşkar edilməmişdir. Digər mülkiyyətçi olan Ağayeva Həqiqət Süleyman qızına məxsus olan 134115 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, o, 14 mart 1948-ci il tarixdə anadan olmuş və onun atası Kalandarov Süleyman, anası isə Mamedova Savad olmuşdur. Evlənmək haqqında 277179 nömrəli şəhadətnamədən görünür ki, Kalandarova Həqiqət Süleyman qızı xx.xx.1972-ci il tarixdə Ağayev İbrahim Heydər oğlu ilə nikahda olmuşlar. xx.xx.2020-ci il tarixli, 146973 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Ağayeva Həqiqət Süleyman qızı xx.xx.2020-ci il tarixdə ölmüşdür. 357668 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, o, yəni Ağayeva Yamən İbrahim qızı xx.xx.1977-ci il tarixdə anandan olmuş, onun anası Kalandarova Həqiqət Süleyman qızı, atası isə Ağayev İbrahim Heydər oğlu olmuşdur. Ağayeva Həqiqət Süleyman qızının vərəsəsi o olmuşdur. Digər mülkiyyətçi olan Abbasova Gülcan Süleyman qızı 51 nömrəli doğulma aktının qeydinə əsasən xx.xx.1945-ci il tarixdə anadan olmuşdur. Onun atası Kalandarov Süleyman Kazım oğlu, anası isə X9 olmuşdur. X28 xx.xx.2018-ci il tarixdə isə ölmüşdür. Göründüyü kimi nənəsi Qələndərova (Məmmədova) Savad Hüseynbala qızı Şəki rayon qeydiyyat şöbəsinin xx.xx.2009-cu il tarixli və xx.xx.2013-cü il tarixli arayışlarına əsasən xx.xx.1990-cı il tarixdə ölməsi müəyyən edilmişdir. Onun doğum ili isə evlənmək aktının qeydində 1914-cü il kimi qeyd edilmişdir. Digər mülkiyyətçi olan X56 oğlu xx.xx.1939-cu il tarixdə ölmüşdür. Onun ölüm aktının qeydindində adı X56 oğlu, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MH ******* olan Çıxarışda isə Əli Kazım oğlu kimi göstərilmişdir. Bundan əlavə, Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışda da onun adı X72 kimi qeyd edilmişdir. Göründüyü kimi ölmüş şəxsin adları sənədlərdə müxtəlif formalarda qeyd edilmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətndə qalmışdır. Ərizəçi məhkəmə iclasında əlavə olaraq göstərmişdir ki, 1977-ci ildə anadan olmuşdur. X13, anası isə X19r. Qələndərova (Məmmədova) Savad Hüseynbala qızı onun anası Həqiqətin anası, onun isə ana tərəfdən nənəsidir. Bildirmişdir ki, Savad nənəsinin 2 qızı olmuşdur. Həqiqət və Gülcan. Maraqlı şəxs kimi cəlb edilmiş X46 onun xalası oğludur. Yəni xalası Gülcanın övladıdır. O, Savad nənəsini görmüş, Şəkidə onun evində olmuşdur. Nənəsi xx.xx.1990-ci ildə vəfat etmişdir. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə və xx.xx.2013-cü il tarixdə arayışlara əsasən Savad nənəsinin xx.xx.1990-cı il tarixdə ölməsi göstərilsə də onun ölüm şəhadətnaməsi elektron notariat avtomatlaşdırılmış informasiya sistemində aşkar edilməmiş buna görə də ona vərəsəlik işi açılmamışdır. Həmçinin göstərmişdir ki, X37 ulu babası Süleymanın qardaşı, Savad nənəsinin qaynıdır. Onun övladı olmamışdır. X24 adı bəzi sənədlərdə Əli Kazım oğlu kimi qeyd edilmişdir. X7 Əli Kazım oğlu adlı şəxslə eyni şəxsdir. Məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi (vəkili) Vəkil Ərizəçi verdiyi izahatla eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İİİ şəxs kimi cəlb edilmiş X46 izahat verərək göstərmişdir ki, o, 09 dekabr 1967-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ərizəçi onun doğma xalası qızıdır. Belə ki, Yamənin anası Həqiqət onun doğma xalasıdır. Bildirmişdir ki, anasının atası Süleyman, anasının adı isə Savad olmuşdur. Bildirmişdir ki, anası Gülcan və xalası Həqiqət vəfat etmişlər. Nənəsi Savad 1914-cü ildə anadan olmuş və xx.xx.1990-cı ildə vəfat etmiş və Şəkidə dəfn edilibdir. Babası Süleyman isə onlardan əvvəl vəfat etmişdir. Göstərmişdir ki, anasıgil Gülcan və xalası Həqiqət anabir (ata ayrı-Süleyman) doğma bacı və Müzəffər və Qəzənfər olmaqla anabir (ata ayrı-İsmayıl) ögey qardaşlar olmuşlar. Qəzənfərin övladı olmamış, Müzəffərin isə övladları Rusiyada yaşayırlar. Həmçinin göstərmişdir ki, X37 ulu babası Süleymanın qardaşı, Savad nənəsinin qaynıdır. Onun övladı olmamışdır. X24 adı bəzi sənədlərdə Əli Kazım oğlu kimi qeyd edilmişdir. X7 Əli Kazım oğlu adlı şəxslə eyni şəxsdir. Məhkəmədən müvafiq qərar çıxarılmasına etirazı olmamışdır. Maraqlı şəxs Şəki regional “ASAN XİDMƏT” mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin əvvəlki məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs X51 nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X15 göstərmişdir ki, Yaməni yaxşı tanıyır. O, qonşusu Savad arvadın övladı Həqiqətin qızıdır. X58 nəvəsidir. Savadın iki qızı olduğunu bilmişdir. Həqiqət və Gülcan. Yamən Həqiqətin, Tərlan isə Gülcanın övladıdır. Savad arvad 1990-cı ildə vəfat etdiyini və Şəkidəki qərstanlıqda vəfat etdiyini göstərmişdir. X2 qardaşı, Savadın qaynıdır. Onun övladı olmamışdır. X24 adı bəzi sənədlərdə Əli Kazım oğlu kimi qeyd edilmişdir. X7 Əli Kazım oğlu adlı şəxslə eyni şəxsdir. X57 evinə gəlib getdiyini görmüşdür. Həmin ev hazırda böşdur. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan 12 fevral 1945-ci il tarixli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, 04 fevral 1945-ci il təvəllüdlü X4 atası X25, anası X5r. İşdə olan 16 mart 1948-ci il tarixli, 146 saylı doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, 14 mart 1948-ci il təvəllüdlü X3 atası X20, anası X10r. İşdə olan 24 dekabr 1967-ci il tarixli, АЗ-095748 seriya nömrəli evlənmək haqqında şəhdətnamənin təsdiq edilmiş surətindən görünür ki, X42 ilə X16 arasında 24 dekabr 1967-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 3508 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Abbasova soyadı verilmişdir. İşdə olan 23 oktyabr 1970-ci il tarixli, АЗ-1964464 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 09 dekabr 1967-ci il təvəllüdlü X33 atası X47, anası X21r. İşdə olan 19 yanvar 1972-ci il tarixli, АЗ-277179 seriya nömrəli evlənmək haqqıda şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X43 ilə X11 arasında 19 yanvar 1972-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 186 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. İşdə olan 12 noyabr 1974-cü il tarixli, V-ЖГ 357668 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxx 1977-ci il təvəllüdlü X30 atası X43, anası X6r. İşdə olan 02 may 1993-cü il tarixli, Vİ-ЖГ 351698 seriya nömrəli nikahın bağlanması haqqında şəhdətnamənin təsdiq edilmiş surətindən görünür ki, X46 ilə X48 arasında 04 aprel 1971-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 859 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Abbasova soyadı verilmişdir. İşdə olan 22 oktyabr 2002-ci il tarixli, AZ-038246 seriya nömrəli nikahın bağlanması haqqında şəhdətnamənin təsdiq edilmiş surətindən görünür ki, X34 ilə X44 arasında 22 oktyabr 1977-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 653 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Yaqubova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 28 aprel 2009-cu il tarixli, 937 invertar nömrəli texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən **********92-10301 reyestr nömrəli fərdi yaşayış evi X8 mülkiyyətindədir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 29 aprel 2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri, Teymur Xəlilov küçəsində mülkiyyətində olan 0.0099 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 33.9 kv.m yaşayış sahəsindən ibarət 10 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Əli Kazım oğlunun 1/3 hissə, X17, X14, X12 2/3 ümumi birgə adlarına daşınmaz əmlakın dövlət reystrində 12 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 25 avqust 2013-cü il tarixli, 194 nömrəli vərəsiliyə dair arayışın təsdiq edilmiş surətindən görünür ki, X49 şəhəri Teymur Xəlilov küçəsi, ev 12 ünvanında yaşamış, 26 dekabr 1939-cu il tarixdə vəfat etmişdir. Onun vərəsələri qardaşı qızı X28 və qardaşı qızı X19r. İşdə olan 31 avqust 2018-ci il tarixli, AZ-İ 966549 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X17 30 avqust 2018-ci il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 1639 nömrə ilə qeyd edilmişdir. İşdə olan 25 dekabr 2020-ci il tarixli, AZ-İİ 146973 seriya ömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 23 dekabr 2020-ci il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 1192 nömrə ilə qeyd edilmişdir. İşdə olan Şəki RMX tərəfindən ünvanlanmış 04 may 2022-ci il tarixli, 710/1 saylı məktubun təsdiq edilmiş surətindən görünür ki, “Şəki Rayon Mərkəzi Xəstəxanası” X68 fəaliyyəti nəticəsində yaranmış 1914-1990-cı illərə aid tibbi sənədlər elmi tarixi əhəmiyyətini itirdiyinə görə arxiv qaydası ilə ləğv edilmişdir. Odur ki, Qələndərova (Məmmədova) Savat İbrahim qızı barəsində hər-hansı məlumatların verilməsi mümkün deyildir. İşdə olan Maraqlı şəxs tərəfindən ünvanlanmış 13 iyul 2022-ci il tarixli, 05/Q-2448/13 saylı məktubdan görünür ki, X8 Şəki rayon Qeydiyyat çöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1990-cı il tarixli, 223 nömrəli ölüm haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçinin və onun nümayəndəsinin (vəkili) izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, Qələndərova (Məmmədova) Savad Hüseynbala qızı Ərizəçi ana xətti üzrə nənəsidir. Yəni ərizəçi Yaqubova X22 (Məmmədova) Savad Hüseynbala qızının övladı Yaqubova (Ağayeva) Həqiqət Süleyman qızının qızıdır. Həmçinin ərizəçinin, maraqlı şəxsin, şahidlərin ifadələri işdə olan foto şəkillərlə aydınlaşdırılmışdır ki, Qələndərova (Məmmədova) Savad Hüseynbala qızının XX.XX.1914-cü il tarixdə anadan olmuş və o xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Bundn başqa müəyyən edilmişdir ki, 1939-cu ilin dekabr ayında verilmiş 460 saylı ölüm aktına əsasən adı X37 olan şəxslə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş seriyası MH olan ******* nömrəli çıxarışda adı qeyd edilən Əli Kazım oğlu şəxs eyni şəxsdir. Buna görə də məhkəmə seriyası MH olan ******* nömrəli çıxarışdakı 1/3 payın eyni zamanda X27 məxsus olmasını da müəyyən etmişdir. Bundan başqa məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X1 (Məmmədova) Savad Hüseynbala qızının əri Süleyman Qələndərovun qardaşıdır. Belə olan halda X1 (Məmmədova) Savad Hüseynbala qızının qohumu yəni qaynı olması şübhəsizdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Qələndərova (Məmmədova) Savad Hüseynbala qızının XX.XX.1914-cü il tarixdə anadan olması və onun xx.xx.1990-cı il tarixdə ölməsi hüquqi faktı, 1939-cu ilin dekabr ayında verilmiş 460 saylı ölüm aktına əsasən adı X37 olan şəxsin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş seriyası MH olan ******* nömrəli çıxarışda adı Əli Kazım oğlu kimi qeyd edilmiş şəxslə eyni şəxs olması və həmin çıxarışdakı 1/3 payın X27 məxsus olması hüquqi faktı, həmçinin X24 Qələndərova (Məmmədova) Savad Hüseynbala qızının qohumu, yəni qaynı olması hüquqi faktları müəyyən edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Qələndərova (Məmmədova) Savad Hüseynbala qızının XX.XX.1914-cü il tarixdə anadan olması və onun xx.xx.1990-cı il tarixdə ölməsi hüquqi faktı; 1939-cu ilin dekabr ayında verilmiş 460 saylı ölüm aktına əsasən adı X37 olan şəxsin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti tərəfindən verilmiş seriyası MH olan ******* nömrəli çıxarışda adı Əli Kazım oğlu kimi qeyd edilmiş şəxslə eyni şəxs olması və həmin çıxarışdakı 1/3 payın X27 məxsus olması hüquqi faktı; X24 Qələndərova (Məmmədova) Savad Hüseynbala qızının qohumu olması hüquqi faktları müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 100,40 (bir yüz) manat 40 qəpik rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1005/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1005/2022
18.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquqi əhəmiyyəti olan faktların müəyyə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver