Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1728/2023 18.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktların təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1897-ci il tarixdə anadan olmuş X11 ilə 1907-ci il tarixdə anadan olmuş X6 qardaş olmaları hüquqi faktının müəyyən edilməsi və 1907-ci il tarixdə anadan olmuş Şəki şəhər sakini X6 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0320 ha torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********74-10301 reyestr nömrəli RX ******* seriyalı çıxarışla onun və əmisi X6 adına paylı mülkiyyət kimi qeydiyyata alınmışdır. 1897-ci il təvəllüdlü atası X11 xx.xx.1969-cu ildə vəfat etmişdir. 1907-ci il təvəllüdlü əmisi X12 isə 1941-ci ildə Şəki rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq sovet ordusu sıralarına göndərilmiş və xx.xx.1947-ci ildə X18 itkin düşməsi barədə Şəki rayon Hərbi Komissarlığına bildiriş daxil olmuşdur. Bundan sonra X12 barəsində hər hansı məlumat əldə edilməmişdir. X3 miras qalmış əmlakla bağlı vərəsəlik işinin açılaraq ona qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsi üçün tərəfindən Şəki Regional Maraqlı şəxs1ndə Notariat Ofisinə müraciət edilmişdir. Bunun üçün Notariat Ofisində ondan miras qoyan şəxsin ölüm haqqında şəhadətnaməsini və atası X11 ilə əmisi X6 qohumluğunu təsdiq edən sənədləri, yəni doğum haqqında şəhdətnamələri tələb edilmişdir. Lakin əmisi X6 doğumu və ölümü barədə və atası X7 doğumu barədə sənədlər onda olmadığı üçün həmin sənədlərin əldə edilməsi məqsədilə tərəfindən Şəki Rayon Qeydiyyat Şöbəsinə və Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinə sorğular verilmiş, lakin orada da həmin sənədlər aşkar edilməmişdir. Göründüyü kimi, o əmisi X4 ölümü və doğumu və atasının doğum haqqında sənədləri başqa qaydada əldə edə bilmir. Buna görə də əmisindən miras qalmış əmlakla bağlı sənədləşmə işi apara bilmir. Bu səbəbdən də hazırkıərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətidə qalmışdır. Məhkəmə iclasında Ərizəçi iddia ərizənin məzmunua uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şəki regional Maraqlı şəxs1ndə Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəki rayon qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X19 izahatında göstərmişdir ki, Ərizəçi onun qonşusu və sinif yoldaşıdır. Uşaq vaxtı atası müharibəyə getmiş və qayıtmışdır. Lakin böyüklərdən eşitmişdir ki, İzzətin əmisi İsmayıl müharibədən qayıtmamışdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X16 digər şahid X19 ilə oxşar məzmunda ifadə vermişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcra Hakimiyyəti “Nöylübulaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli arayışdan görünür ki, X1 Hidayət Ağasi oğlunun qardaşıdır, hər ikisi ünvan 2 ünvanında yaşamışlar. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 13 oktyabr 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 29 sentyabr 1969-cu il tarixdə vəfat etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki regional Maraqlı şəxs1 notariat hərəkətinin aparılmasından imtina haqqında 25 fevral 2023-cü il tarixli qərarından görünür ki, Ərizəçi ərizəsi əsasında vərəsəlik işinin açılıb şəhadətnamı verilməsi barədə notariat hərəkətinin aparılmasında imtina edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcra Hakimiyyəti “Nöylübulaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 05 yanvar 2023-cü il tarixli vərəsəliyə dair arayışdan görünür ki, X13 itkin düşmüşdür. Onun Ərizəçi adlı vərəsəsi qalmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin 05 avqust 2022-ci il tarixli arayışından görünür ki, Ərizəçi əmisi 1907-ci il təvəllüdlü X13 1941-ci ildə Şəki rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq Sovet Ordusu sıralarına göndərilmiş və xx.xx.1947-ci ildə X18 itkin düşməsi barədə Şəki rayon hərbi komissarlığına bildiriş daxil olmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, Ərizəçi əmisi X12 1941-ci ildə Şəki rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq sovet ordusu sıralarına göndərilmiş və xx.xx.1947-ci ildə X18 itkin düşməsi barədə Şəki rayon Hərbi Komissarlığına bildiriş daxil olmuşdur. Bundan sonra onun barəsində hər hansı məlumat əldə edilməmişdir. Buna görə də onun ölümü haqqında şəhadətnəməni əldə edə bilməmişdir. Bundan başqa X3 miras qalmış əmlakla bağlı vərəsəlik işinin açılaraq ona qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsi üçün tərəfindən Şəki Regional Maraqlı şəxs1ndə Notariat Ofisinə müraciət edilmiş, lakin atası və əmisinin doğum haqqında şəhdatənaməsi olmadığından onların qardaşı olması ilə bağlı heç bir sənəd təqdim edə bilməmiş və Şəki Regional Maraqlı şəxs1ndə Notariat Ofisi tərəfindən vərəsəlik işinin açılıb şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasında imtina edilmişdir. Azərbaycan Respublikası İcra Hakimiyyəti “Nöylübulaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli arayışdan da, göründüyü kimi, X2 Hidayət Ağası oğlunun qardaşıdır, hər ikisi ünvan 2 ünvanında yaşamışlar. Bu onu deməyə imkan verir ki, X12 ilə X11 qardaşdırlar. Həmçinin işdə olan sənədlər və şahidlərin ifadəsi ilə müəyyən olundu ki, X15 vəfat etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 1897-ci il tarixdə anadan olmuş X11 ilə 1907-ci il tarixdə anadan olmuş X6 qardaş olmaları və 1907-ci il tarixdə anadan olmuş Şəki şəhər sakini X6 ölmüş elan edilməsi faktları müəyyən edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 1897-ci il tarixdə anadan olmuş X11 ilə 1907-ci il tarixdə anadan olmuş X6 qardaş olmaları və 1907-ci il tarixdə anadan olmuş Şəki şəhər sakini X6 ölmüş elan edilməsi faktları müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1728/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1728/2023
18.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver