Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1811/2024 12.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, Ərizəçi X2 maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 olmaqla “hüquqi əhəmiyyəti olan faktın tanınması” tələbinə dair ərizəsinin məhkəmənin icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi Ərizəçi X6 maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 olmaqla “hüquqi əhəmiyyəti olan faktın tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.7-ci bəndinə əsasən sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmənin mövqeyi Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, ərizəçi X4 müvəqqəti yaşamaq üçün verilmiş icazə vəsiqəsinə əsasən o, ünvan 1 ünvanında qeydiyyatdadır. Hazırkı iddia “hüquqi əhəmiyyətli faktın tanınması” ilə bağlıdır. Ərizənin müstəsna aidiyyət və ya iddiaçının seçməsinə görə aidiyyət qaydasında verilməsi üçün əsaslar da mövcud deyil. Bütün bunlara görə də ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və ərizəçiyə göstərilənlərə əməl etməklə yaşadığı yer üzrə yenidən aidiyyəti məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi hazırkı ərizənin verilməsi ilə bağlı dövlət rüsumu ödəməmiş, elektron sistem vasitəsilə “bu ödəniş rüsumdan azaddır - sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları” bəndini seçmişdir. Məhkəmə hesab edir ki, “Dövlət rüsumu haqqında” qanunun 9.1.7-ci bəndi sosial təminat orqalarının iddiaçı olduqları işlər üzrə sosial sığorta haqlarının tutulmasına dair iddia ərizələrinə şamil edilə bilər. Hazırkı halda isə ərizəçinin tələbi hüquqi əhəmiyyətli faktların tanınması ilə bağlı olduğundan, dövlət rüsumunun ödənilməsindən də azad deyildir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 151, 152, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Ərizəçi X6 maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 olmaqla “hüquqi əhəmiyyəti olan faktın tanınması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1811/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1811/2024
12.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus o
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver