Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1928/2022 15.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, cavabdeh, həmçinin Cavabdeh2 nümayəndəsi (oğlu) X22 və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə, Maraqlı şəxslər Maraqlı şəxs (əvvəlki məhkəmə iclaslarında iştirak etmişdir), X38 (əvvəlki məhkəmə iclaslarında iştirak etmişdir), X39, X18, X12 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X40, Şəki Regional Cavabdeh1ndəki Notariat Ofisi, maraqlı şəxslər Maraqlı şəxs, X38, X39, X18, X19 qarşı “miras əmlakın qəbulu faktının müəyyən edilməsi, payın tanınması, evə köçürülmə və evdən istifadəyə edilən maneələrin qadağan edilmasi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 sentyabr 2003-cü il tarixdə vəfat etmiş anası X7 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayı evindən ibarət miras əmlakının onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin miras əmlakdan 6/7 hissə payının tanınması, anasından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə onun köçürülməsi və Cavabdeh2 tərəfindən həmin evdə yaşamağına edilən maneələrə qadağa qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən 22 noyabr 2022-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə təqdim edərək, X22 da iddia tələbi üzrə cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin artırılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o özü də daxil olmaqla bütün bacı qardaşları həmin miras əmlakda anadan olmuş, böyüyüb boya-başa çatmışlar. Vərəsələr kimi qalmış bacı qardaşları da ailə quraraq hazırda özlərinə məxsus evdə yaşayırlar. Belə ki, bacısı X3 rayonunun Qaranuru kəndində, qardaşı Əsgərov X50 şəhərində, bacısı X4 rayonunun Qayabaşı kəndində, X6 şəhərində, bacısı X1 rayonunun Şəkili kəndində yaşayırlar. X2 doğulduğu gündən vəfat etdiyi günədək Şəkidəki miras əmlakda yaşamışdır. Bildirmişdir ki, o özü ilk dəfə 1986-cı ildə Şəki sakini olan X55 ilə ailə qurmuş, lakin 6 ay ərdə olandan sonra ondan ayrılaraq anasının yanına qayıtmış və miras əmlakda yaşamışdır. Nikahdan uşaqları olmamışdır. 1993-cü ildə ikinci dəfə Şəki sakini X48 ilə ailə qurmuş, onunla ər evində 8 il nikahda olmuşdur. Lakin xasiyyətləri uyğun gəlmədiyindən ondan ayrılmış və 2001-ci ildə yenidən anasının yanına gələrək onunla birlikdə yaşamışdır. Bu nikadan da uşaqları olmamışdır. 2002-ci ildə üçüncü dəfə X24 ilə qeyri-rəsmi ailə quraraq Mehmangilin Bakı şəhərində olan evlərinə gəlin köçərək orada yaşamağa başlamış, 2005-ci ildə Mehmanla aralarında olan nikahlarını rəsmləşdirmişlər. Bundan sonra bir müddət İsveçdə Stokholmda təxminən 10- 11 il yaşamışlar. 2022-ci ilin iyun ayında Mehmanla aralarında olan nikahları pozulmuşdur. Bu nikahdan da uşaqları olmamışdır. Ailəli olsa da miras əmlaka gələrək anasına, vəfat edən qardaşı Ramazana və ailəsinə baş çəkmişdir. Göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.1987-ci il tarixli 5823/209 saylı qeydiyyat vəsiqəsinə əsasən anası X9 mülkiyyətindədir. Anası 02 sentyabr 2003-cü il tarixdə vəfat etmişdir. Bildirmişdir ki, anası sağlığında 05 fevral 1991-ci il tarixli 2K-18/102 reyestr nömrəli vəsiyyətnamə qoymuş və həmin vəsiyyətnamə ilə ölən gündən ünvan 3 ünvanında yerləşən ayaşayış evini və əmlakını harada və nədən ibarət olmasından asılı olmayaraq ona vəsiyyət etmişdir. Anası öldükdən sonra onun hazırki vərəsələri X32, Maraqlı şəxs Əliəkbər oğlu, X23, X33, X34, X13 və özü qalmışdır. Bildirmişdir ki, X21 anasından əvvəl, yəni 1986-cı il tarixində vəfat etmişdir. Qeyd etmişdir ki, miras əmlakda doğulduğu gündən qardaşı Ramazan yaşamış, həmin miras əmlakı o idarə etmişdir. Belə ki, evin bütün kommunal xərclərni Ramazan ödəmişdir. Həmçinin bildirmişdir ki, qeyd edilən miras əmlak əvvəl 2 otaq və 1 aynabənddən ibarət olmuş, sonradan Ramazan aynabəndə bitişik 1 otaq, 1 mətbəx və hamam-tualet inşa etdirmişdir. Qeyd etmişdir ki, Rəfiqa Ramazanın ikinci arvadıdır və Ramazanın yeganə 1 övladı var. Göstərmişdir ki, anası ağır olduğundan 1 gün əvvəl Bakıdan Mehmanla birlikdə anasının yanına gəlmişdir. Həmin gün bacısı Dəyanət də 1 gün qabaq orada olmuşdur. Səhərisi günü, yəni xx.xx.2003-cü il tarixində anası vəfat etmişdir. Bacı qardaşlarının hamısı yasda iştirak etmişlər. Yas miras əmlakda, Ramazanının həyətində olmuş, anası “Dodu” qəbrstanlığında dəfn edilmişdir. Göstərmişdir ki, yas mərasimini əsasən Ramazan təşkil etmiş və idarə etmişdir. Göstərmişdir ki, maddi imkanı olmadığından və kiminsə əlinə baxdığından anasının yas mərasiminin keçirilməsi və qəbrüstünün götürülməsi üçün Ramazana hər hansı pul və ya digər maddi yardım edə bilməmişdir. Qəbrüstü abidəni də Ramazan götürüb. Digər bacı-qardaşlarının yas üçün nə isə etməklərindən xəbəri yoxdur. Anasının yas mərasimində onun 7-dək qalmış, sonra Bakıya qayıtmışlar. Anasının 40 mərasiminə isə qaynatası Calalla gəlmiş və mərasimdə 1 həftə qalaraq sonra yenidən Bakıya qayıtmışdır. Göstərmişdir ki, o mütəmadi olaraq Şəki şəhərinə anasının evinə gəlmiş, orada qalmış, evin əyər-əskiyi ilə maraqlanmış, evin təmiri və abadlığı ilə bağlı işlər görmüşdür. Bildirmişdir ki, özü gələ bilmədikdə də X2na pul göndərərək anasından miras qalmış evlə bağlı lazımi işlərin görülməsini xahiş etmişdir. Bildirmişdir ki, X2 26 may 2019-cu il tarixdə vəfat etmişdir. Həmin ilin aprel ayından o, Şəkiyə gəlmiş və sözügedən həmin evdə yaşamağa başlamışdır. 2022-ci ilin may ayında mərhum qardaşının arvadı Cavabdeh2 “evdə onun payının olmadığını” bildirərək onu iradəsi ziddinə həmin evdən çıxarmışdır. Hazırda o, məcburiyyət qarşısında qalaraq yaşamağa, qalmağa yeri olmadığı üçün ünvan 4 ünvanında yaşayan bacısı X10 yanında qalır. Göstərmişdir ki, o, həm anası ölənə kimi, həm də anası öldüyü andan anasından miras əmlak kimi qalmış ünvan 1 ünvanında yerləşən evdə qalmış, bundan sonra da mütəmadi olaraq həmin evə gəlmiş, evin təmir, abadlıq işlərini görmüşdür. Faktiki olaraq anası öldükdən sonra miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə başlamış, bununla da mirası faktik qəbul etməyini şəksiz nümayiş etdirmişdir. Bildirmişdir ki, 19 iyul 2022-ci il tarixdə o, Şəki Regional Cavabdeh1ndə Notariat Ofisinə müraciət edərək 02 sentyabr 2003-cü il tarixdə vəfat etmiş anası X7 qalan miras əmlakı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Notariat Ofisinin 19 iyul 2022-ci il tarixli notariat hərəkətinin aparılmasından imtina haqqında qərarı ilə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Göründüyü kimi o, anasından qalan miras əmlakı faktiki qəbul etməyinə baxmayaraq notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmiş, eyni zamanda da Cavabdeh2 anasından miras əmlak kimi qalmış ünvan 1 ünvanında yerləşən evdən qanunsuz və əsassız olaraq onu çıxarmışdır. Bununla da o həm vərəsəklik hüququndan, həm də əmlakından məhrum olmuşdur. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq hazırki idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsini barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasınada Cavabdeh2 göstərmişdir ki, Rəsmiyyə onun baldızıdır. Bildirmişdir ki, 1995-ci ildə Ramazanla ailə quraraq miras əmlaka gəlin gəlmiş və hazıradək həmin evdə yaşayır. Ramazanla nikahlarından Ələkbər adında 1 övladı var. Ramazan ondan əvvəl də ailəli olmuş, lakin uşaqları olmamışdır. Yaşadıqları ev qaynanası Tamaranın adınadır. Qaynanası 2003-cü ildə vəfat edib. Yas mərasimi onların həyətində olmuş, yas və digər xərclərin hamsını Ramazanla o ödəmişdir. Miras əmlakı faktiki olaraq Ramazan qəbul etmiş və o idarə etmişdir. Hazırda da komunnal xərcləri özləri ödəyirlər. Ramazanın bacı qardaşları ailə quraraq hazırda özlərinə məxsus evdə yaşayırlar. Belə ki, bacısı X3 rayonunun Qaranuru kəndində, qardaşı Əsgərov X50 şəhərində, bacısı X4 rayonunun Qayabaşı kəndində, X6 şəhərində, bacısı X1 rayonunun Şəkili kəndində yaşayırlar. Bildirmişdir ki, Rəsmiyyə onlara məxsus evə gəlib-getsə də heç vaxt miras əmlakda yaşmamışdır. Belə ki, Rəsmiyyə ilk dəfə 1986-cı ildə Məmməd adlı şəxslə ailə qurmuş, lakin 6 ay ərdə olandan sonra ondan ayrılaraq anasının yanına qayıtmışdır. Həmin vaxt o Ramazanla ailəli olmamışdır. 1993-cü ildə Rəsmiyyə ikinci dəfə Tahir adlı şəxslə ailə qumuş, onunla təxminən 8 il nikahda olmuşdur. Lakin xasiyyətləri uyğun gəlmədiyindən ondan ayrılmış və 2002-ci ildə üçüncü dəfə Mehman adlı şəxslə qeyrirəsmi ailə quraraq Mehmangilin Bakı şəhərində olan evlərinə gəlin köçərək orada yaşamağa başlamış, 2005-ci ildə Mehmanla aralarında olan nikahlarını rəsmləşdirmişlər. Həmçinin Rəsmiyyə təxminən 10-12 il İsveçdə yaşamışdır. 2022-ci ilin iyun ayında onunla Mehmanla arasında olan nikahları pozulmuşdur. Rəsmiyyənin heç bir nikahından uşaqları olmamışdır. Hazırda da Lütfü adlı bir türklə qeyri-rəsmi nikahdadır. Özü ailə qurmur ki, ev davası etsin, evdən pay alsın. Göstərmişdir ki, qaynanası vəfat edəndə baldızları Rasmiyyə ilə Dəyanət 1 gün öncədən gəlsələr də dıgərləri hamsı yasda iştirak etmişlər. Yas miras əmlakda, onların həyətində olmuş, qaynanası “Dodu” qəbrstanlığında dəfn edilmişdir. Göstərmişdir ki, yas mərasimini əsasən Ramazan təşkil etmiş və idarə etmişdir. Göstərmişdir ki, yas mərasiminin keçirilməsi və qəbrüstünün götürülməsi üçün Rəsmiyyə Ramazana heç bir yardım etməyib. Çünki, Rəsmiyyə ər əlinə baxdığından elə də maddi imkana malik olmayıb. Digər bacı-qardaşların Ramazana hər hansı pul və ya digər maddi yardım etmələrindən məlumatı olmamışdır. Onu bilir ki, bütün yas xərclərini və qəbrüstü abidəni Ramazan edib. Rəsmiyyə anasının yas mərasimində onun 7-dək qalmış, sonra Bakıya qayıtmışdır. Rəsmiyyə bir də anasının 40 mərasiminə gəlmiş və mərasimdə 1 həftə qalaraq sonra yenidən Bakıya qayıtmışdır. Ümumiyyətlə Rəsmiyyə heç bir vaxt miras əmlakda qalaraq yaşamamışdır. O, miras əmlakın saxlanılması, təmir edilməsi və sairə ilə bağlı heç bir vəsait xərcləməmişdir. Lakin Ramazan xəstə olanda onun dərmanlarının alınması üçün 100-150 manat pul göndərib. Dıgər qayn-baldızları isə arada-bir onlara gəlib-gediblər. Qaynanasının Rəsmiyyəyə vəsiyyətnamə verməklərindən xəbərləri olmayıb. Rəsmiyyə 2013-cü ildə məhkəməyə müraciət edəndə xəbərləri olub. Qaynanası həmişə evi nəvəsi Ələkbərə verəcəyini deyirmiş. Qeyd etmişdir ki, Ramazan miras əmlakda doğulmuş və 2019-cu ildə vəfat etdiyi günədək həmin miras əmlakı idarə etmişdir. Belə ki, evin bütün kommunal xərclərni Ramazan ödəmişdir. Qeyd edilən miras əmlak əvvəl 2 otaq və 1 aynabənddən ibarət olmuş, sonradan Ramazan aynabəndə bitişik əlavə 1 otaq, 1 mətbəx və hamam-tualet inşa etdirmişdir. Göstərmişdir ki, iddiaçıya həyətdə ayrıca 1 otaq tikərək yaşaması üçün ona verə bilərlər. Lakin iddianı qəbul etmir, onu əsassız hesab edirlər. Buna görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Cavabdeh, həmçinin Cavabdeh2 nümayəndəsi (oğlu) X40 və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə Cavabdeh2 izahatına oxşar olan eyni məzmunlu izahat vermişlər və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclası zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 göstərmişdir ki, o özü də daxil olmaqla bütün bacı qardaşları həmin miras əmlakda anadan olmuş, böyüyüb boya-başa çatmışlar. Bütün bacı-qardaşları da ailə quraraq hazırda özlərinə məxsus ayrı-ayrı evlərdə yaşayırlar. Belə ki, bacısı X3 rayonunun Qaranuru kəndində, qardaşı Əsgərov X50 şəhərində, qardaşı X6 şəhərində, bacısı X1 rayonunun Şəkili kəndində, bacısı Rəsmiyyə isə hazırda onunla birlikdə yaşayır. Göstərmişdir ki, X2 doğulduğu gündən vəfat etdiyi günədək Şəkidəki miras əmlakda yaşamışdır. Bildirmişdir ki, Rəsmiyyə ilk dəfə 1986-cı ildə Şəki sakini olan v Məmməd adlı şəxslə ailə qurmuş, lakin 6 ay ərdə olandan sonra ondan ayrılaraq anasının yanına qayıtmış və miras əmlakda yaşamışdır. Rəsmiyyə 1993-cü ildə ikinci dəfə Şəki sakini Tahir adlı şəxslə ailə qurmuş, onunla 8 il nikahda olmuş, lakin xasiyyətləri uyğun gəlmədiyindən ondan ayrılmış və 2001-ci ildə yenidən anasının yanına gələrək 1 il onunla birlikdə yaşamışdır. Bu nikadan da uşaqları olmamışdır. Rəsmiyyə 2002-ci ildə üçüncü dəfə X24 ilə qeyri-rəsmi ailə quraraq Mehmangilin Bakı şəhərində olan evlərinə gəlin köçərək orada yaşamağa başlamış, 2005-ci ildə Mehmanla aralarında olan nikahlarını rəsmləşdirmişlər. Bundan sonra Rəsmiyyə bir müddət İsveçdə Stokholmda təxminən 10-12 il yaşamışlar. 2022-ci ilin iyun ayında Rəsmiyyə ilə Mehman arasinda olan nikahları pozulmuşdur. Bu nikahdan da uşaqları olmamışdır. Göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.1987-ci il tarixli 5823/209 saylı qeydiyyat vəsiqəsinə əsasən anası X9 mülkiyyətindədir. Anası 02 sentyabr 2003-cü il tarixdə vəfat etmişdir. Bildirmişdir ki, anası sağlığında 05 fevral 1991-ci il tarixli 2K-18/102 reyestr nömrəli vəsiyyətnamə qoymuş və həmin vəsiyyətnamə ilə ölən gündən ünvan 3 ünvanında yerləşən ayaşayış evini və əmlakını harada və nədən ibarət olmasından asılı olmayaraq ona vəsiyyət etmişdir. X21 anasından əvvəl, yəni 1986-cı il tarixində vəfat etmişdir. Qeyd etmişdir ki, miras əmlakda doğulduğu gündən vəfat etdiyi günədək qardaşı Ramazan yaşamışdır. Qeyd etmişdir ki, Rəfiqa Ramazanın ikinci arvadıdır və Ramazanın yeganə Ələkbər adında 1 övladı vardır. Göstərmişdir ki, anası xx.xx.2003-cü il tarixində vəfat etmişdir. Rəsmiyyə də daxil olmaqla bacı-qardaşlarının hamısı yasda iştirak etmişlər. Yas miras əmlakda, Ramazanının həyətində olmuş, anası “Dodu” qəbrstanlığında dəfn edilmişdir. Göstərmişdir ki, yas mərasimini əsasən qardaşları Ələsgər və Ramazan təşkil etmiş və idarə etmişdir. Bildirmişdir ki, qardaşı Ramazan 2019-cu ildə vəfat edib. Hazırda orada onun arvadı Rəfiqa və oğlu Ələkbər öz ailəsi ilə birlikdə yaşayır. Hazırda Rəsmiyyənin yaşamağa yeri yoxdur. O, ünvan 4 ünvanında onun yanında qalır. Anasının yas mərasimi ilə əlaqədar özü şəxsən Ramazana hər hansı pul və maddi yardım etməmişdir. Lakin həyat yoldaşı vermişdir. Amma nə verməsi barədə məlumatı yoxdur. Miras əmlakdan hər hansı pay istəmir, ona düşən payı Rəsmiyyəyə verməyə razıdır. Məhkəmə iclası zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Əliəkbər oğlu, X33 və X13 maraqlı şəxs və bacıları X10 izahatına oxşar olan eyni məzmunlu izahat vermişdir. Həmçinin Maraqlı şəxs Əliəkbər oğlu anasının yas mərasiminin keçirilməsi üçün Ramazana 200 manat, Dəyanət 1 qoyun verdiyini, Çimnaz isə heç bir şey vermədiyini ifadə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X32, Maraqlı şəxs Əliəkbər oğlu və Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu 20 sentyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxlər X32, Maraqlı şəxs Əliəkbər oğlu və Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinin və Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisi nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 05 avqust 2022-ci il tarixli, 05/Q-1126/69 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X35 20 iyul 1985-ci il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 243 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 05 avqust 2022-ci il tarixli, 05/Q-1127/69 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X9 02 sentyabr 2003-cü il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 398 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 07 iyun 2022-ci il tarixli, 05/Q-687/70 nömrəli nikahın bağlanması haqqında akt qeydindən görünür ki, X56 ilə X28 arasında 25 oktyabr 1948-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 136 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İdrisova soyadı verilmişdir. X5 xx.xx.1985-ci il tarixdə, X14 xx.xx.2003-cü il tarixdə ölmələri ilə bağlı xitam verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 05 avqust 2022-ci il tarixli, 05/Q-1125/69 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X26 10 iyun 2019-cu il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 385 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş notariat hərəkətlərinin aparılmasından imtina haqqında 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, İddiaçı notariat ofisinə müraciət edərək xx.xx.2003-cü il tarixdə vəfat etmiş anası X7 qalan miras əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. O, mirasın açıldığı andan nə ərizə ilə nə də faktiki olaraq mirası qəbul etməmişdir. İddiaçı qanunla müəyyən edilmiş müddəti ötürdüyündən onun ərizəsi əsasında vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. İşdə olan 05 fevral 1991-ci il tarixli vəsiyyətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X27 özünə məxsus olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini və əmlakını onun harada və nədən ibarət olmasından asılı olmayaraq qızı X15 vəsiyyət etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin “Dodu” məhəllə nümayəndəliyi tərəfindən verilmiş, 22 iyul 2022-ci il tarixli, 201 nömrəli vərəsəliyi dair arayışdan görünür ki, 02 sentyabr 2003-cü il tarixdə vəfat etmiş X9 ailə üzvləri qızı Saatlı rayonunda yaşayan X38, Şəki rayonunda yaşayan oğlu Maraqlı şəxs, Ağdaş rayonunda yaşayan oğlu X39, Şəki rayonunda yaşayan qızı X29, mərhum oğlu X41, Ağdaş rayonunda yaşayan X18, Şəki rayonunda yaşayan İddiaçı Ələkbər qızıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 30 noyabr 1987-ci il tarixli, 5823/209 nömrəli qeydəalma vəsiqəsindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi X9 adına qeydə alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(004)-1048/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə X24 arasında 17 avqust 2005-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən 680 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 05 mart 2013-cü il tarixli, 2(075)-152/2013 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Şəki şəhər 1 saylı Dövlət Notariat Konturuna qarşı mirasın qəbul edilməsi müddətinin uzadılmasına dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İşdə olan Şəki şəhər İHB-nin 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin “Dodu” məhəllə nümayəndəliyi tərəfindən verilmiş, 05 sentyabr 2022-ci il tarixli, 253 nömrəli arayışdan görünür ki, X11 şəhəri, Vaqif küçəsi, ev 16 ünvanında yaşayır və onun ailə tərkibi anası Cavabdeh2, həyat yoldaşı X61 və oğlu X20 ibarətdir. Qeyd edilmişdir ki, 2003-cü ildə X22 nənəsi X30 və atası X41 vəfat etdikdən sonra ünvan 7 ünvanında Ələkbər, anası və ailəsi birlikdə yaşayırlar. İşə əlavə edilmiş Şəki rayon məhkəməsinin 8.09.2004-cü il tarixli, 2-193 2004 saylı qətnaməsindən aydın olur ki, X16 ilə X71 arasında olan 24 mart 1994-cü il tarixli nikah pozulmuşdur. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixdə Şəki qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X55 ilə X8 arasında olan nikah Şəki rayon məhkəməsinin xx.xx.1988-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.1988-ci ildə 35 nömrəli akt qeydi ilə dövlət qeydiyyatına alınmışdır. İşə əlavə edilmiş AZ-İ 741719 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X41 ilə X49 arasındakı nikah xx.xx.1994-cu il tarixdə bağlanmışdır. Məhkəmə iclasında iddiaçının, cavabdehlərin və onların nümayəndəsinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxlərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi X17 adına dövlət qeydiyyatına alınmışdır. Miras qoyan X30 xx.xx.2003-cü ildə vəfat etmiş və onun Maraqlı şəxs, X38, X39, X18, X29, İddiaçı və X41 adlarında vərəsələri qalmışdır. Həmin vərəsələrin əksəriyyəti hazırda sağ olsa da X41 10 iyun 2019-cu il tarixdə ölmüşdür. Miras qoyan X30 hələ 05 fevral 1991-ci il tarixdə notarial təsdiq edilmiş vəsiyyətnamə ilə özünə məxsus olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini və əmlakın onun harada və nədən ibarət olmasından asılı olmayaraq qızı hazırkı iddiaçı X15 vəsiyyət etmişdir. Miras qoyan X17 övladları Maraqlı şəxs, X38, X39, X18, X29 və İddiaçı anaları vəfat edən günədək ailəli olaraq ayrı-ayrı yerlərdə özlərinə və ailələrinə məxsus evlərə malik olmaqla həmin evlərdə yaşamışlar. Həmçinin anaları vəfat edəndən sonra da miras əmlakda yaşamamışlar. Lakin vərəsələrdən X41 miras əmlakda doğulmuş, orada böyümüş, ailə quraraq miras əmlakda yaşamış, miras qoyanın sağlığı və onun vəfatından sonrakı dövrlərdə də miras əmlakı faktiki qəbul edərək həmin miras əmlakda yaşamışdır. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, miras əmlak 2 otaq və 1 aynabənddən ibarət olmuş, sonradan X41 həmin evdə yaxşılaşdırma və tikinti işləri görməklə əlavə olaraq 1 otaq, 1 mətbəx və hamam-tualet inşa etdirmişdir. X41 miras qoyan vəfat edəndən sonra da həmin miras əmlakda daimi yaşamış və miras əmlakı faktiki qəbul etməklə həmin əmlakı özünün vəfat etdiyi xx.xx.2019-cu il tarixinədək idarə etmişdir. İddiaçı anasından qalmış miras əmlakı həmin miras əmlakda yaşamaqla, anası vəfat etdiyi gündən onun 7 mərasiminədək və anasının 40 mərasiminə 7 gün qalmış yas mərasiminə gələrək 40 mərasiminədək miras əmlakda yaşamaqla faktiki qəbul etdiyini göstərmişdir. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək anasından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayı evindən ibarət miras əmlakının onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin miras əmlakdan 6/7 hissə payının tanınması, anasından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə onun köçürülməsi və cavabdehlər tərəfindən həmin evdə yaşamağına edilən maneələrə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər isə iddianı əsassız hesab etmiş və iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, miras qoymuş şəxs X30 xx.xx.2003-cü il tarixdə Şəki şəhərində ölmüşdür. Göründüyü kimi tərəflər arasındakı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən sonrakı dövrdə əmələ gəlmişdir. Ona görə də tərəflər arasındakı hüquq münasibətlərinə 2000-ci ilin sentyabr ayının 1-dən sonra qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1134-cü maddəsində qeyd olunur ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. -Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. MM-nin 1145-ci maddəsində göstərilir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-nin 1146-ci maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1143.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər Göründüyü kimi miras qoyan xx.xx.2003-cü ildə vəfat etmişdir. Buna görə də mirasın açıldığı vaxt xx.xx.2003-cü il tarixi hesab edilməlidir. Miras əmlakı X17 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət olmuşdur. İddiaçı miras əmlakında yaşamasını, anasının dəfn mərasimində iştirak etməsini, həmçinin miras əmlakının saxlanılması üçün qardaşı Ramazana ayrı-ayrı vaxtlarda pul göndərməsini qeyd etməklə miras əmlakı faktiki qəbul etməsini iddia etmişdir. Lakin iddiaçı miras əmlakında yaşaması, həmçinin miras əmlakının saxlanılması üçün qardaşı Ramazana ayrı-ayrı vaxtlarda pul göndərməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı özü məhkəmə iclasında qeyd etmişdir ki, qardaşı Ramazan doğulduğu vaxtdan vəfat etdiyi vaxtadək miras əmlakda qalmış, orada yaşamış və miras əmlakı faktiki olaraq idarə etmişdir. Məhkəmə iddiaçının 2003-cü ildə anasının yas mərasiminə gələrək onun yas mərasimlərində iştirak etməsi ilə bağlı fikrinə münasibət bildirərək qeyd edir ki, bu hal miras qoyandan qalmış miras əmlakı faktiki olaraq qəbul etmə kimi qiymətləndirilə bilməz. İddiaçının yas mərasimində iştirak etməklə miras əmlakda 10-15 gün qalması onun hələ miras əmlakı faktiki qəbul etməsi və ya idarə etməsi demək deyildir. Məhkəmə iddiaçının anasının yas mərasiminə gəlməsini, orada iştirak etməsini miras əmlakı qəbul etmə və ya onu idarə etmə kimi deyil, cəmiyyət arasında formalışmış adət-ənənəyə uyğun olaraq bir övlad kimi valideyni qarşısında öz mənəvi borcunu yerinə yetirmə kimi qiymətləndirir. Göründüyü kimi İddiaçı mülki qanunvericiliyin tələblərinə riayət edərək 3 ay müddətində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməmiş, həmçinin miras əmlaka sahiblik etməmiş və ya əmlakı faktiki idarə etməmiş və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir. İddia tələbinə nəzər saldıqda aydın olur ki, İddiaçı iddia tələbi 4 hissədən yəni,
1. 02 sentyabr 2003-cü il tarixdə vəfat etmiş anası X7 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayı evindən ibarət miras əmlakının onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi;
2. Həmin miras əmlakdan 6/7 hissə payının tanınması;
3. Anasından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə onun köçürülməsi;
4. Cavabdehlər Cavabdeh2 və X40 tərəfindən onun həmin evdə yaşamasına edilən maneələrin qadağan edilməsi hissələrdən ibarətdir. Göründüyü kimi iddianın 2-ci, 3-cü və 4-cü hissələri onun 1-ci hissəsi ilə bağlıdır və həmin hissədən asılıdır. Məhkəmə isə belə nəticəyə gəlmişdir ki, iddianın 1-ci hissəsi olan 02 sentyabr 2003-cü il tarixdə vəfat etmiş X7 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayı evindən ibarət miras əmlakı iddiaçı tərəfindən qəbul edilməmişdir və buna görə də iddia bu hissədə təmin edilməməlidir. İddianın 2-ci, 3-cü və 4-cü hissələri onun 1ci hissəsi ilə bağlı olduğundan və iddianın 1-ci hissəsi təmin olunmadığından məhkəmə hesab edir ki, iddianın qalan hissəsinin əsaslandırılmasına lüzum yoxdur. Şərh edilənlərə məhkəmə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və X31 qarşı 02 sentyabr 2003-cü il tarixdə vəfat etmiş anası X7 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayı evindən ibarət miras əmlakının onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin miras əmlakdan 6/7 hissə payının tanınması, anasından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə onun köçürülməsi və cavabdehlər Cavabdeh2 və X40 tərəfindən onun həmin evdə yaşamağına edilən maneələrin qadağan edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu məbləği onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə
Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və X31 qarşı 02 sentyabr 2003-cü il tarixdə vəfat etmiş anası X7 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayı evindən ibarət miras əmlakının onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin miras əmlakdan 6/7 hissə payının tanınması, anasından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə onun köçürülməsi və cavabdehlər Cavabdeh2 və X40 tərəfindən onun həmin evdə yaşamağına edilən maneələrin qadağan edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Cahid İmanov