Məhkəmə qərarları › İş №e-2(078)-697/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №e-2(078)-697/2021

02.06.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № e-2(078)-697/2021 02.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli 42C ünvanında yerləşən Kreditor MMC-nin Borclu qarşı borcun qaytarılması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Kreditor MMC məhkəməyə ərizə ilə müraciət edərək Borclu Nisyə satış müqaviləsi üzrə 145.93 (bir yüz qırx beş manat doxsan üç qəpik) manat əsas borc və 18 (on səkkiz) manat cərimə borcu olmaqla cəmi 163.93 (bir yüz altmış üç manat doxsan üç qəpik) manat borcun, həmçinin ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun Kreditor MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 04.04.2019-cu il tarixli BK20217 saylı Nisyə alqısatqı müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə alıcı Borclu ilə Kreditor MMC arasında kredit müqaviləsi imzalanmış, Borclu Kreditor MMC-dən kredit yolu ilə dəyəri 533.93 manat məbləğində məişət avadanlığı əldə edib, həmin hər ay 36 manat olmaqla 12 ay müddətinə Kreditor MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minmiş və tərəflər öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən Borclu 04.04.2019-cu il tarixli BK20217 saylı Nisyə alqı-satqı müqaviləsi üzrə 145.93 (bir yüz qırx beş manat doxsan üç qəpik) manat əsas borc və 18 (on səkkiz) manat cərimə borcu olmaqla cəmi 163.93 (bir yüz altmış üç manat doxsan üç qəpik) manat borcu vardır. İş materiallarına əlavə edilmiş bildiriş məktubunun surətindən məlum olur ki, həmin tarixdə Borclu borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan ŞPİ tərəfindən 17.12.2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Şəbiyev X1 şəhəri, Şahtaxtınski, ev 34 ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, Kreditor MMC tərəfindən 17.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X2 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Borclu alınaraq kreditor təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281, 282-ci maddələrini rəhbər tutaraq, ə m r e t d i m: xx.xx.1979-cu ildə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu 04.04.2019-cu il tarixli BK20217 saylı Nisyə alqı-satqı müqaviləsi üzrə 145.93 (bir yüz qırx beş manat doxsan üç qəpik) manat əsas borc və 18 (on səkkiz) manat cərimə borcu olmaqla cəmi 163.93 (bir yüz altmış üç manat doxsan üç qəpik) manat borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq Kreditor MMC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar