Məhkəmə qərarları › İş №e-2(080)-179/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(080)-179/2021

24.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Ordubad şəhəri İş № e-2(080)-179/2021 24.09.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Mən, Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli 1/9 ünvanında yerləşən kreditor "xxxx" MMC-nin borclu Naxçıvan MR Ordubad şəhər Mingis küçəsi 8 ünvanında qeydiyyatda olan Borclu oğlundan əsas borc, cərimə və ödənilmiş dövlət rüsumunun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim : Kreditor "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət etmiş, Borclu oğlundan 589 manat əsas, 159 manat cərimə, cəmi 748 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun, alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, borclu Borclu ilə Kreditor “İrşad – Electronics MMC-nin arasında 25 sentyabr 2020-ci il tarixli, ********* saylı müqavilə bağlanmış, müqavilələrin şərtlərtlərinə əsasən Borclu kreditordan 709 manat dəyərində məişət avadanlığı almış, ilkin ödənişlər etdikdən sonra qalan məbləği müqavilə üzrə 12 ay müddətinə, aylıq 60 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borclu üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə kreditora 25 sentyabr 2020-ci il tarixli, ********* saylı müqavilə üzrə 589 manat əsas 159 manat cərimə, cəmi 748 manat borcu yaranmışdır. İş materiallarında olan 25 sentyabr 2020-ci il tarixli, ********* saylı müqavilədən görünür ki, "xxxx" MMC-i ilə Borclu arasında müqavilə bağlanmış, Borclu kreditordan müqaviləyə əsasən 709 manat dəyərində məişət avadanlığı almış, ilkin ödəniş etdikdən sonra qalan məbləği müqavilə üzrə 12 ay müddətinə, aylıq 60 manat ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, digər xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditor isə borcludan vəzifəsini icrasını tələb etmək hüququ vardı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirmiş müddətdə icra edilməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor "xxxx" MMC-in tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 20 manat dövlət rüsumu borcludan tələbkarın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 275, 276, 280-281-ci maddələrini rəhbər tutaraq , əmr etdim : 27 iyun 1996-cu ildə Ordubad şəhərində doğulmuş, Ordubad şəhər Mingis küçəsi 8 ünvanında qeydiyyatda olan Borclu oğlundan "xxxx" MMC-nin hesabına 589 manat əsas 159 manat cərimə, cəmi 748 manat və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədr: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar