Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(1-8)-1827/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mübahisələndirmə haqqında iddia üzrə iddia müddəti; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2026-cı il tarixli, e-*-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli, *-**-*-*/*-****/**** nömrəli qərarı ilə iddiaçıya 2024-cü ilin X8 üzrə 28622,34 manat əlavə vergi məbləğinin hesablanmışdır.
2. Iddiaçı həmin qərardan yuxarı vergi orqanına inzibati qaydada şikayət etmişdir. Yuxarı vergi orqanının ##.##.2025-ci il tarixli, **************** nömrəli qərarı ilə inzibati şikayət təmin edilməmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı ##.##.2025-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli, 3- 21- 2-#/# ****/**** nömrəli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirş
4. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən 2024-cü ilin X8 28622,34 manat əlavə vergi məbləğinin hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” müvafiq olaraq ##.##.2025-ci il tarixli, *- **-*-*/*-****/**** nömrəli qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Qeyd edilən qərardan iddiaçı tərəfindən yuxarı vergi orqanına şikayət ünvanlanmış, yuxarı vergi orqanı tərəfindən ##.##.2025-ci il tarixində qəbul edilmiş **************** nömrəli qərarla iddiaçının inzibati şikayəti təmin edilməmişdir. Belə ki, iddiaçı 2024-cü il üzrə gəlir vergi bəyannaməsini təqdim edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq 75 % güzəşt məbləğini tətbiq etmiş, lakin vergi orqanı tərəfindən kameral vergi yoxlaması nəticəsində iddiaçının güzəşt tətbiq olunan vergi ödəyicisi kateqoriyasına aid olmadığı, işçi sayı ilə bağlı qanunvericilikdə müəyyən edilən şərti tamamlamadığı və gəlir və xərcin uçotunu düzgün aparmadığını əsas gətirilərək ona azaldılmış vergi məbləği həcmində əlavə vergi hesablanmışdır. Iddiaçının qanunvericiliklə nəzərdə tutulan güzəşt məbləğindən istifadə etmək hüququ olmuşdur. Bu səbəblə də, kameral vergi məbləğinin hesablanması barədə qərar qeyd edilənlərə əsasən ləğv edilməlidir. Belə ki, Vergi orqanı iddiaçın işçilərinin eyni zamanda başqa iş yerinin olmasını əsas gətirərək heç bir məntiqi və hüquqi əsaslandırma aparmadan bu halı güzəşt hüququnu aradan qaldıran hal hesab etmiş, iddiaçının vergidən yayınma sxemi olduğunu iddia etdiyi əməliyyatlarının konkret olaraq nələrdən ibarət olduğunu, iddiaçının işçiləri işə götürməkdəki məqsədinin vergidən yayınma olduğunu nəyə əsasən müəyyən etdiyini, vergidən yayınma məqsədinin bu halda özünü nədə ehtiva etdiyi sübutlarla əsaslandıra bilməmişdir. Şəxsin əmək qanunvericiliyinə əsasən 1-dən çox iş yerinin olmasına hər hansı qadağa qoyulmamışdır və işçinin əsas və əlavə iş yerlərinin olması mümkündür. Vergi Məcəlləsi il ərzində ən azı 3 işçisi olan mikro sahibkara gəlirlərinin 75 faizi miqdarında güzəşt nəzərdə tutulan müvafiq maddəsində həmin işçinin əsas və yaxud əlavə iş yerinin olması baxımdan hər hansı məhdudiyyətin tətbiq olunması müəyyənləşdirilməmişdir. Siyahıda adları, vəzifələri və işə qəbul tarixləri qeyd edilmiş şəxslər 2024-cü il üzrə iddiaçının rəsmi əmək müqavilələri üzrə muzdlu işçiləridir: X3 - sürücü (##.##.2024), X6 – mühasib (##.##.2024), X10 - sürücü (##.##.2024), X9 - sifarişlərlə bağlı koordinator (##.##.2024), X5 – texniki köməkçi (nəqliyyat vasitələrinin sazlanması üzrə) (##.##.2024), X7 - texniki köməkçi (nəqliyyat vasitələrinin sazlanması üzrə) (##.##.2024), X1 - texniki köməkçi (nəqliyyat vasitələrinin sazlanması üzrə) (##.##.2024), X4 – mühasib köməkçisi (##.##.2024) və X2 – insan resurları (Kadr) üzrə menecer (##.##.2024). Bu işçilərə münasibətdə Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə əmək müqaviləsi bağlanmış, işçilər iş iliərzində Əmək Məcəlləsində işçi üçün müəyyənləşdirilmiş bütün hüquqlarından istfadə etmiş, həmçinin bu işçilərə münasibətdə vergi, sosial və icbari tibbi sığorta qanunvericiliyində nəzərdə tutulmuş bütün ödənclər iddiaçı tərəfindən tutularaq dövlət büdcəsinə köçürülmüşdür. Cavabdehin qərarından belə qənaətə gəlmək mümkündür ki, vergi orqanı bu şəxsləri iddiaçının həqiqi real işçiləri kimi qəbul etməmiş, bu iddiasını heç bir əsaslı sübutla təsdiq edə bilməmişdir. Digər tərəfdən, vergi orqanı nəzərə almamışdır ki, iddiaçı yük daşıma fəaliyyəti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur və 2024-cü il üzrə dövriyyəsi 200 000 manata yaxın olmuşdur. Belə ki, iddiaçıya yükdaşıma nəqliyyat vasitələrini idarə etmək üçün sürücülər, yük maşınlarının daşımaya başlamazdan əvvəl sazlığını yoxlayaraq sınaqdan keçirmək üçün texniki işçilər, ödənişlərin həyata keçirilməsi, elektron qaimə fakturaların vurulması və qəbul edilməsi və sairə kimi həmçinin mühasibatlıq hərəkətlərinin həyata keçirilməsi üçün mühasib, daşıma xidmətləri ilə əlaqədar müştərilərdən gələn sifarişlərin idarə edilməsi üçün koordinator və sairə işçilərin lazım olduğu birmənalı faktdır. Aydın məsələdir ki, fərdi sahibkar olan iddiaçı il ərzində bu həcmdəki xidmətləri təkbaşına həyata keçirə bilməzdi və ona görə də, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində müvafiq işçiləri işə götürməsində hər hansı vergidən yayınma kimi qiymətləndirilə biləcək hal yoxdur. Həmçinin, vergi orqanının iddiaçı tərəfindən təqdim olunmuş elektron qaimə fakturalarda texniki səhvlərə yol verilməsi, vergi orqanının iddia etdiyi kimi iddiaçının 2024-cü il üzrə gəlir vergisi üçün 75 faizlik güzəşt hüququnu itirməsinə səbəb ola bilməz.
5. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən ##.##.2024-cü il tarixdə 2024-cü il təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin * nömrəli əlavəsinin 38-ci sətrində güzəşt məbləğ qeyd edildiyi halda Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri məlumatlarına əsasən orta aylıq işçi sayı 3 nəfərdən az olduğu müəyyən edilmişdir ki, bu da kənarlaşma yaranmasına səbəb olumuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, fərdi sahibkar tərəfindən dəqiqləşdirilmiş bəyannamə, zəruri olan sənədlərin və uyğunsuzluq barədə əsaslandırılmış izahat təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü il üçün gəlir vergisi üzrə 28622,34 manat əlavə vergi məbləği hesablanması barədə ##.##.2025-ci il tarixli, 3-21-2-3/2- ****/**** nömrəli qərar qəbul olunmuş və iddiaçıya göndərilmişdir. Iddiaçının həmin qərardan verdiyi inzibati şikayət təmin edilməmişdir. Iddiaçı tərəfindən 2024-cü il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) yük daşıma xidməti əlaqədar 199888,20 manat məbləğində elektron qaimə-fakturaların təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən iddiaçının yanvar, fevral, mart ayları üzrə işçilərinin olmamış, aprel, may, iyun və iyul ayları üzrə 4, avqust və sentyabr ayları üzrə 3 və oktyabr, noyabr, dekabr ayları üzrə isə 8 işçisinin olmuşdur. Iddiaçı tərəfindən elektron qaimə-fakturalar 2024-cü ilin mart-oktyabr aylarında təqdim edilmiş, ən son təqdim edilən ##.##.2024-cü il tarixli, MT2409 seriyalı, ******** nömrəli elektron qaimə-fakturanın malın adı hissəsində “Yük daşıma xidməti Sentyabr 2024” qeyd edilmiş, iddiaçının faktiki olaraq 2024-cü ilin oktyabr ayından ilin sonunadək sahibkarlıq fəaliyyəti olmamışdır. Iddiaçı sahibkarlıq fəaliyyəti olmadığı dövrdə əlavə olaraq 5 muzdlu işçini işə götürmüş, götürülən işçilərin eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən iddiaçının xidmət göstərdiyi vergi ödəyicisi tərəfindən də işə götürülmüş işçilər olmuşlar. Iddiaçı tərəfindən ##.##.2024-cü il tarixdə işə götürülmüş 4 muzdlu işçinin də fərdi sahibkarın elektron qaimə-faktura təqdim etdiyi şəxsə xidmət göstərən digər fiziki şəxslər tərəfindən də muzdlu işçi kimi işə götürüldüyü qeyd olunan əməliyyatların vergidənyayınma sxemi yaradılmaqla vergi üstünlüyü əldə etmək məqsədinin olmasını şərtləndirdiyi, Vergi Məcəlləsinin tələblərinə əsasən gəlir və xərclərinin uçotunun həmin məcəllədə nəzərdə tutulmuş qaydada aparılmadığı müəyyən edilmişdir.
6. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə (hakim E.Abdullayev) iddianın təmin edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli, *-**-*-*/*-****/**** nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının süni şəkildə vergidən yayınma mexanizmi yaratdığına əsaslansa da, öz mövqeyini yalnız ehtimallar üzərində qurmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən 2024-cü il ərzində işçilərlə rəsmi əmək müqavilələri bağlanmış, həmin müqavilələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində qeydiyyata alınmışdır. Bununla yanaşı işçilərin əməkhaqları ödənilmiş və vergi, sosial sığorta və icbari tibbi sığorta haqları tutulmuş və dövlət büdcəsinə köçürülmüşdür. Həmçinin, məhkəmə iclası zamanı şahid kimi ifadə vermiş şəxslər iddiaçının yanında işçi kimi işlədiklərini və əməkhaqqı aldıqlarını təsdiq etmişlər. ... Cavabdehin əsaslandığı dəlillər, yəni iddiaçının sonuncu qaiməni ##.##.2024-cü ildə təqdim etməsi, bundan sonra hər hansı fəaliyyətinin olmaması, lakin həmin dövrdən sonra 5 işçini işə götürməsi, işçilərin bəzilərinin iddiaçının əməkdaşlıq etdiyi hüquqi şəxsin də işçiləri olması cavabdehin mövqeyinin haqlı olduğu anlamına gəlmir. Belə ki, iddiaçının fəaliyyətində qanunvericiliyin tələblərindən hər hansı kənara çıxma müşahidə edilməmişdir
8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2026-cı il tarixli, e-*- *(*-*)-***/**** nömrəli qərardadı ilə (hakimlər: C.Məmmədov – sədrlik edən və məruzəçi, Ş.Məmmədov və R.Səmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli 3-21-2- #/# 7439/2025 (****************) nömrəli qərarının ##.##.2025-ci il tarixdə oxunmasını təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edildiyindən, iddiaçı tərəfindən isə bunun əksini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, iddiaçının qeyd edilən qərarlardan qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət ərzində deyil, ##.##.2025-ci il tarixdə (116 gün sonra) müraciət etməsi üzrlü səbəb hesab edilə bilməz.
11. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. Kassasiya şikayətinin dəlilləri
12. Iddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, cavabdehin mübahisələndirilən qərarından onun tərəfindən yuxarı vergi orqanına şikayət ünvanlanmış, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ##.##.2025-ci il tarixində qəbul edilmiş **************** nömrəli qərarla iddiaçının inzibati şikayəti təmin edilməmişdir. Bundan sonra, ## ### 2025-ci il tarixində Bakı inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Beləliklə, iddia müddətinin axımı ##.##.2025-ci il tarixdən başlamış, ## ### 2025-ci il tarixdə iddiaçı tərəfindən elektron qaydada məhkəməyə müraciət edilmiş, prosessual müddət isə ötürülməmişdir.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
14. “Inzibati icraat haqqında” Qanun: Maddə 73. Inzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir.
15. Inzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.
19. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini mümkün saymamış, bu qənaətini iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi ilə əsaslandırmışdır.
20. Belə ki, apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdehin ##.##.2025-ci il tarixli, 3-21-2-3/2-7439/2025 (****************) nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə oxunmasını təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Iddiaçı isə həmin halın əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının qərardan qanunvericilikdə nəzərdə tutulan 30 günlük müddət ərzində deyil, ##.##.2025-ci il tarixdə, yəni 116 gün sonra məhkəməyə müraciət etməsini üzrlü səbəb kimi qəbul etməmişdir.
21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşmır. Kollegiya qeyd edir ki, iddia tələbinin müddətlə bağlı mümkünlük şərtlərinə qiymət verilərkən IPM-nin tələbləri pozulmuşdur.
22. Belə ki, iddiaçının mübahisələndirilən qərarı ##.##.2025-ci il tarixdə oxuması iş üzrə mübahisəsiz hal kimi qəbul edilsə belə, apellyasiya məhkəməsi tərəfindən müddətlər hesablanarkən inzibati aktın şikayət instansiya məhkəməsində mübahisələndirilməsi ilə bağlı inzibati icraat müddəti nəzərə alınmamış, iddiaçının iddia ərizəsində bu barədə verdiyi məlumatlar və işə əlavə etdiyi sənədlər məhkəmə kollegiyasının diqqətindən kənarda qalmışdır. Iş materiallarından görünür ki, iddiaçı ilkin inzibati aktdan yuxarı vergi orqanına inzibati şikayət vermiş, Dövlət Vergi Xidmətinin ##.##.2025-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Belə olan halda, IPM-nin 38.1-ci maddəsinin tələbinə əsasən mübahisələndirmə haqqında iddia şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilərdi. Iddiaçı da Dövlət Vergi Xidmətinin ##.##.2025-ci il tarixli qərarı elan olunduğu vaxtdan 21 gün sonra ##.##.2025-ci il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etmiş və bu zaman müddət ötürülməmişdir.
23. Belə olan halda, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş iddia tələbinə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2026-cı il tarixli, e-*-*(*- *)-***/**** nömrəli qərardadı ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.