Məhkəmə qərarları › İş №e-2-1(102)-2827/2025

Ali Məhkəmə Qərar — İş №e-2-1(102)-2827/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(102)-2827/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ərazi aidiyyətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə ərazi aidiyyətin in müəyyən edilməsi məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona vurulmuş maddi (əldən çıxmış faydaya) ziyana görə 6000 manat, mənəvi ziyana görə 5000 manat, ümumilikdə 11000 manat məbləğində pul vəsaitinin kompensasiya qismində cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, müvafiq çağırış üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə hərbi xidmətə yararlılığın yoxlanılması üçün dəvət olunmuşdur. Müəyyən tibbi yoxlan ışlar zamanı səhhəti ilə bağlı yaşanmış narahatlıqları və buna səbəb olan hadisəni bildirməyinə baxmayaraq, tərəflərindən xidmətə yararlı kimi qiymətləndirilməyinin nəticəsi olaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Müddətli həqiqi hərbi xidmət zamanı sərəncamına verildiyi hərbi hissədə kəskin baş ağrıları və davamlı olaraq ürəkgetmə hallarının yaranması səbəbindən hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığın təyini üçün Hərbi Həkim Komissiyasına göndərilmiş, xx.xx.2023-cü il tarixində isə Müdafiə Nazirliyinin Baş X1 bölməsinə stasionar müalicəyə qəbul olunmuş və müvafiq yoxlanışların, analizlərin yekununda HHK tərəfindən MN-nin 123 saylı əmrinin 81b,23c maddəsinin 2-ci qrafasına əsasən “ Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilməyi əsasında xx.xx.2023-cü il tarixində ordu sıralarından tərxis olunmuşdur. Tərxis olunduqdan sonra SHXÇDX-nin Laçın rayon bölməsi tərəfindən qanunsuz olaraq hərbi xidmətə göndərilməyi barədə xx.xx.2023-cü il tarixdə Respublika Hərbi Prokurorluğuna ünvanladığı müraciətinə cavab olaraq aparılan müvafiq araşdırmalar zamanı SHXÇDX-nin Laçın rayonu bölməsi tərəfindən düzgün şəhadətləndirilmədiyinin aşkara çıxdığı, xx.xx.2024-cü il tarixində cinayət haqqında məlumatın istintaq aidiyyəti göndərilməsi barədə qərarın qəbul edildiyi və material aidiyyəti üzrə verilməsi məsələsinə baxılmağı üçün Baş Prokurorluğuna göndərildiyi qeyd edilmişdir. SHXÇDX tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-43-94/2-Ş-31/41/2 4 nömrəli məktubdan da aydın olduğu üzrə, Respublika Neyrocərrahiyyə Xəstəxanasında keçirilən əlavə tibbi müayinələrin nəticələrinə dair müayinə aktlarında təyin olunmuş diaqnozlar SHXÇDX-nin Laçın rayon çağırış komissiyasının həkim-mütəxəssisi tərəfindən düzgün şəhadətləndirilməyərək barəsində yanlış qərarın verilməsinə səbəb olmuşdur. SHXÇDX- in Laçın rayon bölməsinin hərbi-həkim komissiyası tərəfindən yanlış şəhadətləndirilməyinin nəticəsi kimi o, xx.xx.2023-cü il tarixindən, xx.xx.2023-cü il tarixinədək “xidmətə yararsız” olduğu halda sırf məsul şəxslərin öz vəzifələrinə diqqətsiz, səhlənkar və laqeyd yanaşması səbəbindən təxminən 6 ay müddətində hərbi xidmət keçmək məcburiyyəti qarşısında qalmışdır. Cavabdeh inzibati orqan öz hakimiyyət funksiyalarını doğru və düzgün yerinə yetirməməs i səbəbindən ona vurulmuş ziyana görə kompensasiya ödənilməsi ilə bağlı etdiyi müraciət, Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmışdır. Müraciətinə SHXÇDX tərəfindən baxılmış və cavab olaraq xx.xx.2024-cü il tarixli, 3-43-94/2-Ş-31/41/24 saylı məktubla müddətli həqiqi hərbi xidmətə göndərilməyi ilə bağlı şəxsinə kompensasiya ödənilməsinin qanunvericiliklə nəzərdə tutulmadığı qeyd edilmişdir. İlk əvvəl bununla bağlı Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Nizami Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qəbul etdiyi qərardadı ilə: “iddiaçı SHXÇDX-nin Laçın bölməsinin olduğu yerə görə deyil, SHXÇDX-nin rəsmi qeydə alındığı yerə görə aidiyyatı məhkəməyə müraciət etməli və belə olan halda isə hazırkı tələbə ərazi aidiyyətinə görə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılmalı” olduğunu izah edərək, işi geri qaytarmışdır. Lakin bu səfər də xx.xx.2024-cü il tarixində eyni tələbi ehtiva edən iddiası Səbail Rayon Məhkəməsi öz qətnaməsi ilə: “Hazırda isə iddiaçı hazırkı tələblə Xidmətin Laçın rayon Bölməsinə qarşı deyil, Xidmətin özünə qarşı müraciət etmişdir. İddia tələbinin təmin olunmaması qət edilmişdir. Bundan sonra tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)1318/2024 nömrəli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il, 2(103)-5522/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-131 8/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilməsi qərara almış və onun hazırkı tələblə inzibati orqana qarşı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 2.2-ci maddəsində təsbit edilmiş aidiyyəti iddia ilə müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququnun olduğunu izah olunmuşdur

3. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 4 dekabr 2024-cü il tarixli e-2-1(112)-15886/2024 saylı qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia “inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətl əri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” növündə (İPM-in 2.2.7) iddiaya aiddir, ona görə işin aidiyyəti İPM-in 8.1.4-cü maddəsi tətbiq edilməklə cavabdehin yerləşdiyi yerin ünvanı üzrə inzibati məhkəmədə baxılmalıdır. Laçın rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahidi olduğu üçün hazırkı işə Şirvan İnzibati Məhkəməsində baxılmalıdır.

5. Şirvan İnzibati Məhkəməsinin (hakim R.P.Quliyeva) 21 aprel 2025-ci il tarixli e-21(120)-2396/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materiallarının baxılması üçün Şi rvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan hüquqi ünvanı AZ-1119, ünvan 2şdiyindən İPM-in 8.1.4-cü maddəsinin tələbi baxımından iş üzrə səlahiyyətli məhkəmə Şirvan İnzibati Məhkəmə deyil, Bakı İnzibati Məhkəməsidir.

7. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən-məruzəçi hakim C.Ə.Quliyev, hakimlər F.C.Hüseynov və S.F.Həsənov) 30 aprel 2025-ci il tarixli, 21(106)-439/2025 nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmələr arısında fikir ayrılığının yaranmasına səbəb İPM-in 8.1.4-cü maddəsində göstərilmiş “cavabdehin yerləşdiyi yer” ifadəsinin anlamı ilə bağl ıdır. Yuxarıda qeyd edildiyi kimi Bakı İnzibati Məhkəməsi tərəfindən cavabdehin yerləşdiyi yerin ünvanı Laçın rayonu hesab edilmişdir. Şirvan İnzibati məhkəməsi tərəfindən isə cavabdehin yerləşdiyi yer (hüquqi ünvanı) AZ1119, ünvan 6kı İnzibati Məhkəməsi tərəfindən baxılması qənaətinə gəlinmişdir

9. Apellyasiya məhkəməsi İPM-in 8.1.4-cü maddəsində göstərilmiş “cavabdehin yerləşdiyi yer” ifadəsinin anlamı ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyanın qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinin xx.xx.2025-ci il tarixli 343-41/2-200/25 nömrəli məktubunun üzərindəki qeyddən görünür ki, cavabdeh orqan Bakı şəhərində (AZ-1119, Bakı şəhəri, C.Naxçıvanski küçəsi 68) yerləşərək, fəaliyyət göstərir, onun Laçın rayonu ilə yerləşmə baxımından fəaliyyəti yalnız adının “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsi” ilə bağlıdır. Qanunvericilik isə aidiyyət məsələsində “hüquqi şəxsin yerləşdiyi” yeri onun adı ilə deyil, daimi fəaliyyət göstərən orqanının, siyasi partiyanın qərargahının yerləşdiyi yer ilə əlaqələndirmişdir. Mübahisə olunmayan hal isə ondan ibarətdir ki, cavabdeh Bakı şəhərində (AZ-1119, Bakı şəhəri, C.Naxçıvanski küçəsi 68) yerləşərək fəaliyyət göstərir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 10 iyun 2025-ci il tarixli, e-2-1(112)-11749/2025 nömrəli qərardadı ilə iş səlahiyyətli məhkəmə nin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia “inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” növündə iddiaya aiddir, ona görə işin aidiyyəti İPM-in 8.1.4-cü maddəsinə uyğun həll edilməlidir. Belə olan halda işə İPM-in 8.1.4-cü maddəsinin müddəası tətbiq edilməklə cavabdehin yerləşdiyi yerin ünvanı üzrə inzibati məhkəmədə baxılmalıdır. Hazırki mübahisə ərazi yurisdiksiya qaydalarına uyğun həll olunmalı və bu səbəbdən işə Şirvan İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Xidmətin Laçın rayon bölməsi Bakı şəhəri ərazisində yerləşsə də, yurisdiksiyası Laçın rayonunu əhatə edir və Laçın rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məlum səbəblərdən bölmə Bakı şəhəri ərazisində yerləşsə də, bölmənin fəaliyyəti ərazi olaraq məhz Laçın rayonunu (o cümlədən qeyd edilən rayonda qeydiyyatda olan şəxslərə münasibətdə hərbi mükəlləfiyyətin icrası ilə bağlı məsələləri) əhatə etdiyindən mübahisə ərazi yurisdiksiya qaydalarına uyğun olaraq Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. Əks yanaşma, ərazi yurisdiksiyasının müəyyən edilməsi qaydalarını, o cümlədən Laçın rayonunun Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilməsini və ya Laçın rayon məhkəməsinin mövcudluğunu əhəmiyyətsiz edərdi. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfin dən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 9.1. Aşağıd akı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: 9.1.3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. Maddə 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. Maddə 9.3. Məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır.

12. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin məzmunundan göründüyü kimi, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəm əsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

15. İPM-in yuxarıda bəhs olunan müddəalarına görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində v urulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

16. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ona cavabdehin hərəkət (hərəkətsizliyi) nəticəsində ona vurulmuş ziyana görə kompensasiya ödənilməsinə nail olmaqdan ibarətdir.

17. İPM-in 8.1.4-cü maddəsində qeyd edilir ki, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. 18. “Digər hallarda” sözləri onu ehtiva edir ki, İPM-in 8.1.4-cü maddəsi o halda tətbiq edilə bilər ki, 8.1.1-8.1.3-1-ci maddəsində olan şərtlər mövcud olmadığı halda ərazi aidiyyəti 8.1.4-cü maddə ilə tənzimlənəcəkdir. 19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

20. Beləliklə, qanunun mənasından da göründüyü kimi şəxsin hər hansı ünvanda qeydiyyatda olması onun hələ həmin ünvanda yaşaması anlamına gəlmir.

21. İddiaçı şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən Laçın rayonunda qeydiyyatda olsa da, Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, ünvan 8 ünvanında müvəqqəti qeydiyyata a lınmışdır.

22. Hazırkı iş üzrə cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ünvan 9 ünvanında yerləşir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə kompensasiya tələbinə dair iddia olduğundan və cavabdehin yerləşdiyi ünvan, yəni Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına bağlı olduğundan inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.

24. Bununla yanaşı, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia il ə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

25. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

26. İddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olubolmaması, cavabdeh tərəfindən həmin hüququn pozulub-po zulmaması ehtimalının mövcud olması və cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır.

27. Bu mənada obyektiv araşdırma prinsipinin tələbinə əsasən iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin araşdırma predmetini iddiaçının düzgün cavabdehə qarşı iddia qaldırmasının müəyyənləşdirilməsi də təşkil etməlidir.

28. Kollegiya qeyd edir ki, məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, iddia tələbinin dəqiqləşdirilməsində, yanlış cavabdehin düzgün cavabdehlə ilə əvəz olunmasında proses iştirakçılarına yardım etməyə borcludu r.

29. Bununla bağlı olaraq həmçinin qeyd edilir ki, məhkəmə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölmələrinin ayrıca hüquqi şəxs olubolmadığını aydınlaşdırmalı, Xidmətin yerli bölmələrinin onun strukturunun bir hissəsi olaraq ümumən Xidmətə aid edilmiş səlahiyyətlərin icrasında iştirak etdiyini nəzərə almaqla iddinın düzgün cavabdeh kimi Xidmətə qarşı qaldırılması məsələsini müzakirə etməlidir.

30. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş ərazi aiddiyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar