Məhkəmə qərarları › İş №e-2-1(108)-75/2025

Ali Məhkəmə Qərardad — İş №e-2-1(108)-75/2025

11.08.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-1(108)-75/2025 11.08.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "N nömrəli hərbi hissə komandirinin N sentyabr 2024-cü il tarixli, 286 nömrəli əmrinin ləğv edilməsi tələbi”nə dair işə baxılması üçün ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi ilə bağlı müraciətə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, N nömr əli hərbi hissə komandirinin N sentyabr 2024-cü il tarixli, 286 nömrəli əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-8086/2025 saylı qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan MR İnzibati Məhkəməsinə göndərilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsi e-2-1(122)-819/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə özünü bu iş üzrə səlahiyyətli saymayaraq, fikir ayrılığının həll edilməsi, ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi üçün işi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına göndərmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı v ə yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hazırkı inzibati mübahisəyə ərazi aidiyyəti üzrə baxılması ilə əlaqədar aşağıdakıları qeyd edir. Bakı İnzibati Məhkəməsi hazırkı inzibati işi baxılması üçün ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə kimi Naxçıvan MR İnzibati Məhkəməsinə göndərərkən Azərbaycan Respublikası İPM-in 8.1.3-cü maddəsinə əsaslanmaqla iddiaçının yaşayış yeri üzrə Naxçıvan MR, ünvan 1i ünvanında qeydiyyatda olmasına istinad etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsi isə hesab etmişdir ki, Bakı İnzibati Mə hkəməsi tərəfindən ərazi aidiyyətinin müəyyən edilməsi üçün haqlı olaraq Azərbaycan Respublikası İPM-in 8.1.3-cü maddəsinə istinad olunsa da, İddiaçı inzibati işə əlavə etdiyi AZE seriyalı, 15110984 nömrəli şəxsiyyət vəsiqəsi iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduğu xx.xx.2025-ci il tarixdə artıq qüvvədə (aktiv) olmamışdır. Belə ki, İddiaçı xx.xx.2025-ci il tarixdə 3 nömrəli Asan xidmət mərkəzi tərəfindən ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmaqla yeni şəxsiyyət vəsiqəsi verilmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edən zaman artıq onun yaşayış yeri Bakı şəhəri olmuşdur. İş materiallarında olan AZE seriyalı, 15110984 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təmoyev X3 rayon Böyü kdüz kəndində yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. İş materiallarında olan “AZEMİS” elektron məhkəmə informasiya sistemindən iddiaçıya xx.xx.2025-ci il tarixdə verilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından çıxarışdan məlum olur ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə qeydiyyat ünvanı kimi ünvan 4 yaşayış yeri üzrə qeydiyyat ünvanının dəqiq müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə sorğu verilmiş və həmin İdarə tərəfindən sorğuya cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli, 18/2-18594 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdən hal-hazıradək Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 2, mənzil 116 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.İddiaçı qeydiyyata alınmasına əsas olan sənədlərin kserosurətləri məktuba əlavə edilmişdir. Kollegiyanın digər sorğusuna həmin İdarə tərəfindən cavab olaraq göndərilmiş 11 avqust 2025-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Naxçıvan MR, Kəngərli rayonunun Böyükdüz kəndində qeydiyyatda olmuş, xx.xx.2025-ci il tarixdən hazırki vaxtadək isə ünvan 5 ünvanında qeydiyyatdadır. İddiaçı xx.xx.2025-ci il tarixdə həmin dövrdə qeydiyyatda olduğu Naxçıvan MR Kəngərli rayonunun Böyükdüz kəndi üzrə yeni nəsil şəxsiyyət vəsiqəsi verilmiş, xx.xx.2025-ci il tarixdə isə həmin şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında qeydiyyat ünvanı dəyişdirilmişdir. Azərbaycan Respublikası İPM-in 8.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyy ən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır;... Həmin maddənin tələbinə görə inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara baxılmasının ərazi aidiyyəti aşağ ıdakı qaydada həll edilməlidir - 1) ərazi aidiyyəti ilk olaraq iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerlə, 2) belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yeri ilə, 3) bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerlə müəyyənləşdirilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin 31 may 2025-ci il tarixli məktubundan aydın olur ki, İddiaçı Müdafiə Nazirliyinin mənzil fondundan yaşayış sahəsi ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır Kollegiya hesab edir ki, hazırkı iş üzrə inzibati mübahisəyə baxılmasının ərazi aidiyyəti məsələsi iddiaçının xidməti yaşayış sahəsi olmadığından onun yaşayış yeri üzrə müəyyən edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə ya şayış yeri müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. İş materiallarından aydın olur ki, xx.xx.2025-ci il tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən iddia ərizəsi imzalanaraq AZEMİS elektron məhkəmə sisteminə yerləşdirilmiş, xx.xx.2025-ci il tarixdə isə Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edilmişdir. Kollegiya qeyd edi r ki, iş materiallarından aydın olduğu kimi iddia ərizəsinin verildiyi tarixdə və hazırki inzibati işin aidiyyəti üzrə baxılması üçün Naxçıvan MR İnzibati Məhkəməsinə göndərildiyi tarixdə iddiaçı Təmoyev X3 rayon Böyükdüz kəndində yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2025-ci il tarixdən isə ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi; Maddə 9.1.3: Mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Maddə 9.3: Məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçir mədən də qərar qəbul etməyə haqlıdır. Maddə 8.6:Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Maddə

45. İddianın qaldırılması (...) 45.4. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 45.5. İddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; 45.5.2. aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Mə cəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 31: Aidiyyətin dəyişdirilməsinə yol verilmir. Maddə 31.1: Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 31.2: Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Kollegiya belə nəticəyə gəlir ki, iddia ərizəsinin iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən imzalanaraq AZEMİS elektron məhkəmə sisteminə yerləşdirildiyi xx.xx.2025-ci il tarixdə, h əmçinin birinci instansiya məhkəməsinə daxil olduğu xx.xx.2025ci il tarixdə iddiaçı Naxçıvan MR, Kəngərli rayon Böyükdüz kəndində yaşayış yeri üzrə qeydiyyatda olduğundan inzibati işə onun yaşayış yeri üzrə Naxçıvan MR İnzibati Məhkəməsində baxılmalıdır. Kollegiya qeyd edir ki, iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra iddiaçının yaşayış yerini dəyişməsi yuxarıda göstərilən prosessual normaların tələbinə əsasən aidiyyətin dəyişdirilməsinə əsas vermir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3 2-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. Qərara əsasən Naxçıvan MR, Kəngərli rayonunun Böyükdüz kəndi Naxçıvan MR İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8, 9, 45,80, və 87-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "N nömrəli hərbi hissə komandirinin N sentyabr 2024-cü il tarixli, 286 nömrəli əmrini n ləğv edilməsi tələbi”nə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Naxçıvan MR İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar