Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1001/2025 15.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı qərarların və həmin qərarlar əsasında hesablanmış vergi borcunun silinməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı sadələşdirilmiş vergi bəyannamələri üzrə vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********9556300 saylı, xx.xx.2021-ci il tarixli, **********1228500 saylı, xx.xx.2021-ci il tarixli, **********323300 saylı və xx.xx.2022-ci il tarixli, **********724200 saylı qərarların və hesablanmış 14676,84 manat məbləğində vergi borcunun ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi onun xx.xx.2023-cü il tarixə 14676,84 manat vergi borcunun olduğunu hesablamış və bununla bağlı, məhkəməyə müraciət edərək mülkiyyətində olan avtomobillərin satılaraq vergi borcunun ödənilməsini xahiş etmişdir. Tərəfindən xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə elektron kargüzarlıq vasitəsilə cavabdehə şikayət ərizəsi yazılmış və hesablanmış vergi brocunun əsassız olduğu üçün silinməsini xahiş etmişdir. Lakin, cavabdeh şikayətinin baxılmamış saxlanılması haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Hesab edir ki, cavabdehin həmin qərarı əsassız və qanunsuzdur. Ona görə də, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, uzun illərdir ki, digər vətəndaşların adına olan işıq borcları e-qaimə şəklində ona göndərilir. Bu isə vergi orqanları ilə aralarında problemlər yaradır. İllər əvvəl onun adına olan transformator "xxxx" MMC-nin (Abunə kodu: **********80000) balansına keçmişdir. Bu "xxxx" ASC-nin sistemində görünür. Lakin, vergi orqanı elektrik enerjisinin sərfiyyatını nəzərə alıb, onu fəaliyyətdə olan sahibkar kimi hesab edərək kameral vergi hesabatı təqdim edib. Halbuki, onun heç bir fəaliyyəti yoxdur. Ona göndərilmiş bütün e-qaimələr ona deyil, digər vətəndaşlar – 03/17-374 Elşən Quliyevin daş karxanasına və 03/17-395 Mehman Quliyevin daş karxanasına aiddir. Bunlar e-qaimələrin qeyd hissələrindən görünür. Bundan başqa, tərəfindən idxal 4 ədəd texnikanın dəyəri cavabdeh orqan tərəfindən yanlış hesbalanmışdır. Çünki, mallar invoice dəyərindən hesablanır. Gətirdiyi 4 ədəd texnikanın 2 ədədini 2021-ci ilin yanvar ayında satmış və texnikaların dəyəri 53000 və 40000 manat olmuşdur. Digər 2 texnika isə hazırda ondadır və satılmayıb. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2005-ci il tarixdə vergi orqanı tərəfindən vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyətinin “avtomobillərin və minik avtomobil vasitələrinin pərakəndə satışı”ndan ibarət olduğu və uçot-baza məlumatlarına əsasən aktiv təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2018-ci il ərzində idxal əməliyyatları və ya əldə edilən elektron qaimə fakturalar arasında 103388.42 manat dəyərində malların alındığına baxmayaraq vergi orqanına müvafiq bəyannamələrin təqdim olunmadığı aşkar edilmişdir ki, bu da, dövriyyənin gizlədilməsi yolu ilə vergidən yayınma riski və vergi öhdəliklərinin tam yerinə yetirilməməsi kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********476700 nömrəli məktub göndərilərək müvafiq bəyannamələr və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi bildirilmiş, lakin məktubda göstərilən uyğunsuzluqlar barədə əsaslandırılmış izahat, müvafiq bəyannamələr və zəruri sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2018-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 4135,54 manat əlavə vergi məbləği hesablanaraq xx.xx.2021-ci il tarixli **********956300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Eləcə də, aparılan araşdırma zamanı fərdi sahibkar tərəfindən əvvəlki ilin sonuna mal qalığının olmamasına, idxal əməliyyatları və elektron qaimə-faktura məlumatlarına əsasən 2019-cu il ərzində 47061,95 manat dəyərində malların əldə edilməsinə baxmayaraq müvafiq dövr üzrə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi və ya göstəricilərini azaldılmaqla təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********920600 nömrəli məktub göndərilərək müvafiq bəaynnamələr və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi bildirilmiş, lakin, məktubda göstərilən uyğunsuzluq barədə əsaslandırılmış izahat, müvafiq bəyannamələr və zəruri sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 941,24 manat əlavə vergi məbləği hesablanaraq xx.xx.2021-ci il tarixli, **********128500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Bundan başqa 2020-ci ilin 4-cü rübü üzrə fərdi sahibkar tərəfindən təqdim edilmiş sadələşdirilmiş verginin bəyannaməsi”nin 801-803-cü sətrlərində əks etdirilmiş məbləğlərin cəmi olan 0.0 manat məbləğ + bəyannamənin 1 № -li Əlavəsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin hesabat dövrünün sonu ilə hesabat dövrünün əvvəlinin fərqi olan 0.0 manat məbləğinin cəmi olan 0.00 manat, hesabat dövrünün aid olduğu il ərzində vergi ödəyicisi tərəfindən idxal edilmiş və elektron qaimə-faktura əsasında alınmış mallar (işlər, xidmətlər) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan məbləğdən 176741,58 manat az olduğu müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********497000 nömrəli məktub göndərilərək müvafiq bəyannamələr və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi bildirilmiş, lakin, məktubda göstərilən uyğunsuzluq barədə əsaslandırılmış izahat, müvafiq bəyannamələr və zəruri sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 3534,83 manat əlavə vergi məbləği hesablanaraq xx.xx.2021-ci il tarixli **********323300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, 2021-ci ilin 4-cü rübü üzrə fərdi sahibkar tərəfindən təqdim edilmiş “Sadələşdirilmiş verginin bəyannaməsi”nin 801-803-cü sətirlərində əks etdirilmiş məbləğlərin cəmi olan 0.0 manat məbləğ + bəyannamənin 1 №-li Əlavəsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin hesabat dövrünün sonu ilə hesabat dövrünün əvvəlinin fərqi olan 0.0 manat məbləğinin cəmi olan 0.00 manat, hesabat dövrünün aid olduğu il ərzində vergi ödəyicisi tərəfindən idxal edilmiş və elektron qaimə-faktura əsasında alınmış mallar (işlər, xidmətlər) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan məbləğdən 149579.80 manat az olduğu müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********013800 nömrəli məktub göndərilərək müvafiq bəyannamələr və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi bildirilmiş, lakin, məktubda göstərilən uyğunsuzluq barədə əsaslandırılmış izahat, müvafiq bəyannamələr və zəruri sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2991,60 manat əlavə vergi məbləği hesablanaraq xx.xx.2022-ci il tarixli, **********724200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortaüsı haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçı tərəfindən yuxarıda qeyd edilən qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********956300 nömrəli qərar xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və xx.xx.2021-ci il tarixdə, saat 18:18:34-də vergi ödəyicisi tərəfindən oxunmuş, xx.xx.2021-ci il tarixli, **********128500 nömrəli qərar xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və xx.xx.2021-ci il tarixdə, saat 22:48:26-da vergi ödəyicisi tərəfindən oxunmuş, xx.xx.2021-ci il tarixli **********323300 nömrəli qərar xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və xx.xx.2021-ci il tarixdə, saat 05:12:34-də vergi ödəyicisi tərəfindən oxunmuş və xx.xx.2022-ci il tarixli, **********724200 nömrəli qərar xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə, saat 13:53:39-da vergi ödəyicisi tərəfindən oxunmuşdur. Bildirirlər ki, iddiaçı xx.xx.2015-ci il tarixdə vergi orqanına ərizə ilə müraciət edərək “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması” bağlamışdır. Qeyd edilən müqavilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 120 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”na uyğun olaraq tərtib edilmişdir. Vergi ödəyicisi tərəfindən imzalanmış müqavilənin 4.1.7-ci maddəsinə əsasən vergi ödəyicisi elektron kabinet vasitəsi ilə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vəzifəsini daşıyır. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72.3-cü maddəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. İddiaçı tərəfindən həmçinin, kameral vergi yoxlamalarının nəticələrindən inzibati qaydada şikayət verilmiş və Dövlət Vergi Xidməti xx.xx.2024-cü il tarixli, **********960900 nömrəli qərarı ilə 2018-ci, 2019-cu, 2020-ci və 2021-ci illərin 4-cü rübləri üçün sadələşdirilmiş vergi bəyannamələri üzrə vergi orqanı tərəfidnən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********956300 nömrəli, xx.xx.2021-ci il tarixli **********128500 nömrəli, xx.xx.2021-ci il tarixli **********323300 nömrəli və xx.xx.2022-ci il tarixli **********724200 nömrəli qərarların vergi ödəyicisinin elektron kabinetinə lazımi qadada çatdırıldığından və müvafiq olaraq vergi ödəyici tərəfindən xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixlərdə oxunmmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən hesbalanmış vergi məbləğlərinin azaldılması barədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə müraciət edildiyindən iddiaçının inzibati şikayətləri baxılmamış saxlanılmışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barəsində isə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, cavabdeh tərəfindən iş materiallarına “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********9556300 saylı, xx.xx.2021-ci il tarixli **********1228500 saylı, xx.xx.2021-ci il tarixli **********323300 saylı, xx.xx.2022-ci il tarixli **********724200 saylı və xx.xx.2024-cü il tarixli **********960900 nömrəli qərarları əlavə edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, **********960900 nömrəli “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” qərarına əsasən iddiaçı tərəfindən verilmiş inzibati şikayət 2018-ci, 2019-cu, 2020-ci və 2021-ci illərin 4-cü rübləri üçün sadələşdirilmiş vergi bəyannamələri üzrə vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********956300 nömrəli, xx.xx.2021-ci il tarixli **********128500 nömrəli, xx.xx.2021-ci il tarixli **********323300 nömrəl və xx.xx.2022-ci il tarixli **********724200 nömrəli qərarların vergi ödəyicisinin elektron kabinetinə lazımi qaydada çatdırılmasına və müvafiq olaraq fərdi sahibkar tərəfindən xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixlərdə oxunmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən hesablanmış vergi məbləğlərinin azaldılması barədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə müraciət edildiyini, Vergi Məcəlləsinin 62.3-cü maddəsinə əsasən vergi orqanlarının qərarlarında (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müdətində verilməli olduğunu, qeyd olunan müddətdə vergi orqanına müraciət etmədiyini, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən müddətin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlər müraciətə əlavə edilmədikdə, həmin qanunun 75.1.3-cü maddəsinə əsasən inzibati şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş müddət buraxıldıqda və buraxılmış müddət bərpa edilmədikdə inzibati şikayətin baxılmamış saxlanıldığını nəzərə alaraq, inzibati şikayət baxılmamış saxlanılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********9556300 saylı, xx.xx.2021-ci il tarixli, **********1228500 saylı, xx.xx.2021-ci il tarixli, **********323300 saylı və xx.xx.2022-ci il tarixli, **********724200 saylı qərarları mübahisələndirilsə də, iddiaçı həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə xx.xx.2024cü il tarixdə müraciət etmişdir. İddiaçı bu halı, həmin qərarlardan vergi orqanı tərəfindən ona qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırıldığı zaman məlumatlı olması və bundan sonra şikayət ərizəsi ilə cavabdehə müraciət etməsi ilə əsaslandırsa da, iş materiallarına əlavə edilmiş cavabdeh vergi orqanının “İnzibati şikayətin təmin edilməməsi barədə” qərarından və işdəki digər sənədlərdən müəyyən edilmişdir ki, 2018-ci, 2019-cu, 2020-ci və 2021-ci illərin 4-cü rübləri üçün sadələşdirilmiş vergi bəyannamələri üzrə vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********956300 nömrəli, xx.xx.2021-ci il tarixli **********128500 nömrəli, xx.xx.2021-ci il tarixli **********323300 nömrəli və xx.xx.2022-ci il tarixli **********724200 nömrəli qərarların vergi ödəyicisinin elektron kabinetinə lazımi qaydada çatdırılmasına və müvafiq olaraq fərdi sahibkar tərəfindən xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixlərdə oxunmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən hesablanmış vergi məbləğlərinin azaldılması barədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə cavabdehə müraciət etmişdir və həmin şikayəti də, qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində verilmədiyindən baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərarların iddiaçı tərəfindən müvafiq olaraq xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixlərdə oxunmasını təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edildiyindən, iddiaçı tərəfindən isə bunun əksini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, iddiaçının qeyd edilən qərarlardan xx.xx.2024-cü il tarixdə, qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddətdən 3 ilə yaxın müddət keçdikdən sonra müraciət etməsi üzürlü səbəbdən hesab edilə bilməz. İddiaçı qeyd olunan qərarlar ilə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da, göstərilən inzibati aktların mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh vergi orqanlarının qərarlarının mübahisələndirilməsi üçün məhkəməyə 1 ildən çox müddət keçdikdən sonra müraciət etdiyindən məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü, 24-cü və 48-ci maddələrinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsinə lüzum qalmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-1001/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-1001/2025
15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver