Məhkəmə qərarları › İş №e-2-1(112)-1002/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1002/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1002/2024 03.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.1990-xx.xx.2006-cı işlədiyi müddəti sığorta stajı kimi müəyyən edərək DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üzərinə yaşa görə əmək pensiyanın xx.xx.2016-cı il tarixdən yenidən hesablanması barədə qərar qəbul edilməsi öhdəliyi qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü ilədək işlədiyi müddəti sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının xx.xx.2016-cı il tarixdən yenidən hesablanması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1953-cü ildə anadan olmuşdur. Ona 2016-cı ildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona əmək pensiyası təyin edilərkən xx.xx.1990-xx.xx.2006-cı illərdə əmək fəaliyyətində olduğu müddət sığorta stajı kimi nəzərə alınmamışdır. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, əmək pensiyası yenidən hesablanmamış və Filial tərəfindən iddiaçının Konstitusion hüquqları pozulmuşdur. Məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasinin 38-ci maddəsinin İİİ bəndində gostərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 06 mart 2018ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçrilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01 yanvar 2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsimləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə istinad edərək sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri, sosial sığorta stajının hesablanması və təsdiq edilməsi qanunun qüvvəyə mindiyi gündən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Qanunun 30-cu maddəsinə Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanın tərəfindən təyin edilir. Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Məcburetmə haqqında iddia ona əmək pensiyasının yenidən hesablanması üçün zəruridir.

4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində cavabdehin xx.xx.2023-cü il tarixli məktubunun qanunsuz hesab edilməsi və əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutmaqla hazırkı işə dair münasibət bildirərək hesab edilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı yaşa görə pensiyasının yenidən hesablanması məqsədilə Mərkəzi Filiala xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. İddiaçı R.X3 daxil olmuş xx.xx.2022-ci il tarixli ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubla bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş ******* nömrəli əmək kitabçasının surətinə və digər sənədlərə əsasən yaşa görə əmək pensiyasının məbləği fərdi hesabının sığorta hissəsində 2019-cu və 2022-ci illərdə əlavə olunmuş pensiya kapitalı nəzərə alınmaqla hesablanmışdır. İddiaçı əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun xx.xx.2016-cı il tarixdə qüvvədə olan 7-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.İddiaçıya ilkin pensiya təyinatı zamanı əmək pensiyasının sığorta hissəsinin məbləği təqdim etdiyi sənədlərə əsasən xx.xx.2006- cı il tarixədək 22 il 22 gün əmək fəaliyyəti dövrləri və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 1950,92 manat pensiya kapitalı nəzərə alınmaqla hesablanmışdır. Qeyd etmək lazımdır ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun redaksiyasına əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.2.3-cü maddəsinə görə Qanunun 27-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1- dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Maddənin tələblərinə əsasən iddiaçını əmək pensiyasını baza və sığorta hissələrinin cəmi məbləği xx.xx.2017-ci il tarixindən 181,65 manat olmaqla sığorta hissəsinə çevrilmişdir. Yuxarıda qeyd olunan Qanunun 37-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçı xx.xx.2018-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar olaraq əmək pensiyasının məbləği Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarı ilə 228,08 manata çatdırılmışdır. İddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə əsasən əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən 249,15 manata, xx.xx.2020-ci iil tarixdən 290,51 manata, 323,63 manata, xx.xx.2022-ci il tarixdən 315,53 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında" Qanunun 29.1-ci maddəsinə əsasən 01 01 2023-cü il tarixdən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək 402,81 manata çatdırılmışdır. Cavabdeh orqan tərəfindən qəbul olunan xx.xx.2023-cü il tarixli 3-17-1/3-1- 44666/2023 nömrəli qərara əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarxədək "xxxx" kiçik müəssisəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" müəssisəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Maqnat” ticarət mərkəzində olan əmək fəaliyyəti dövrlərini müəssisələrin məlumatları Mərkəzi Filiala təhvil verilmədiyindən sığorta stajına daxil etmək mümkün olmamışdır. Həmçinin adıçəkilən şəxsin xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Nurlan R” firmasında, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" firmasında olan əmək fəaliyyəti dövrləri həmin dövrlərdə müəssisələrin maliyyə- təsərrüfat fəaliyyəti olmadığından qeyd edilən dövrlər sığorta stajına daxil edilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının sosial sığorta stajının dəqiqləşdirilməsi məqsədiylə Milli Arxiv İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2023-cü il tarixdə sorğular ünvanlanmışdır. Milli Arxiv İdarəsindən sorğuya gələn xx.xx.2023-cü il tarixli cavab məktubunda "xxxx" kiçik müəssisəsinin, "xxxx" müəssisəsinin, “Maqnat” ticarət mərkəzinin, “Nurlan R” firmasının və "xxxx" firmasının arxiv sənədləri Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətindən sorğuya gələn xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunan müəssisələrlə bağlı hər hansı məlumatın olmadığı bildirilmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh orqan tərəfindən Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8501/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı əmək pensiyası yenidən hesablanmış və xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Qərarda qeyd olunan olunan dövrlər aşağıdakı səbəblərə görə pensiyanın yenidən hesablanması zamanı nəzərə alınmamışdır: • xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarxədək "xxxx" kiçik müəssisəsində işdən azad olma əmrində Azərbaycan SSR sözü qeyd edilmişdir; • xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" müəssisəsində işlədiyi dövr- əmək kitabçasında əmr tarixləri qeyd edilməyib; • xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Nurlan R” firmasında işlədiyi dövr- əmək kitabçasında əmr tarixləri və nömrəsi qeyd edilməyib; • xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Nurlan R” firmasında işlədiyi dövr- işə daxil olma əmri bazar gününə təsadüf edir; • xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Maqnat” ticarət mərkəzində işlədiyi dövr- əmr tarixlərinə düzəliş olunmuş və əmrlər rus dilində yazılmışdır; • xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" firmasında işlədiyi dövrəmrlər kril qrafikalı ilə yazılıb. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd olunanlara əsasən bildirilmişdir ki, İddiaçı münasibətdə xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək "xxxx" kiçik müəssisəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" müəssisəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Maqnat” ticarət mərkəzində, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Nurlan R” firmasında, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" firmasında, xx.xx.2000-ci il tarixdən xx.xx.2004- cü il tarixədək “Nurlan R” firmasında işlədiyini iddia etdiyi dövrün əmək pensiyasının yenidən hesablanması zamanı sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair e-2-1(112)- 8501/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli sığorta stajının araşdırılması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məlumat üçün bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçanın surətində qeyd olunmuş xx.xx.1990-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Əli Bayramlı “DM” M.K.M müəssisəsində, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək X7 Dünyası, xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək "xxxx" firmasında, xx.xx.1996-ci il traixdən xx.xx.1999-cu il tarixinədək “Maqnat” Ticarət Mərkəzində, xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək “İnterpan” firmasındakı əmək fəaliyyəti dövlərin araşdırılması zərurəti yaranmışdır.

6. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2016-cı il tarixli 777 nömrəli qərarına əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli **********5 nömrəli qərarına əsasən hazırkı əmək pensiyasının məbləği 288,65 AZN manat yenidən hesablanaraq 288,65 manat olmuşdur.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarına əsasən hazırkı əmək pensiyasının məbləği 288,65 AZN manat yenidən hesablanaraq 305,15 manat olmuşdur.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərarına əsasən hazırkı əmək pensiyasının məbləği 315,53 AZN manat yenidən hesablanaraq 334,63 manat olmuşdur.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-44666/2023 nömrəli qərarına əsasən hazırkı əmək pensiyasının məbləği 402.93 manat manat yenidən hesablanaraq 402.93 manat olmuşdur.

11. İş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı pensiyanın yenidən hesablanması ilə bağlı müraciətinə 15 gün müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

12. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məhkəmə qərardadının icrası haqqında məktubda bildirmişdir ki, İddiaçı iddiasına dair iş üzrə xx.xx.2023-cü il tarixli e-2-1(112)-8501/2023 nömrəli qərardad icra edilərək adıçəkilən şəxsin əmək pensiyası yenidən hesablanmışdır.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən hazırkı əmək pensiyasının məbləği 402.93 manat yenidən hesablanaraq 402.93 manat olmudur. (Qeyd: Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 1(112)-8501/2023 №-li qərarına əsasən əmək pensiyası yenidən hesablandı. xx.xx.1992 xx.xx.1994- cü illərdə Türk dünyası firma müəssisəsində (əmr tarixləri qeyd olunmayıb), xx.xx.1994 - xx.xx.1996-cı illərdə Nurlan R firmasında (əmr tarixi və nömrəsi mövcud deyil) xx.xx.2000 - xx.xx.2004-cü illərdə isə (işə daxil olma əmri bazar gününə təsadüf edir), xx.xx.1996 - xx.xx.1999-ci illərdə Maqnat ticarət mərkəzində (əmr tarixlərinə düzəliş olmuş və əmrlər rus dilində yazılmışdır), xx.xx.1999 - xx.xx.2000-ci illərdə İnteqral firmasında (əmrlər kiril qrafikası ilə yazıldığından qeyd olunan dövrlər sosial sığorta stajına daxil edilmir.)

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məlumatın təqdim edilməsi barədə məktubda qeyd edilmişdir ki, dövlət reyestrində fəaliyyəti aktiv olan "xxxx" Firmasının (VÖEN: **********) xx.xx.1993-cü il tarixdə 4092 nömrə ilə dövlət qeydiyyatından keçməsi, rəhbərinin İddiaçı, hüquqi ünvanının AZ1800, ünvan 1cuddur. Reyestrdə "xxxx" Firması adlı hüquqi şəxslərin sayı çox olduğundan sorğu edilən hüquqi şəxsi müəyyən etmək mümkün olmamışdır. Odur ki, sorğunun cavablandırılması üçün müraciətində hüquqi şəxsin VÖEN-i, ünvanı və ya digər rekvizitlərinin göstərilməsini xahiş edilmişdir. Reyestrdə "xxxx" Kiçik Müəssisəsi, "xxxx" Müəssisəsi və “Maqnat” Ticarət Mərkəzi adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi barədə məktubda qeyd edilmişdir ki, dövlət reyestrində “X7 Dünyası” Firması və "xxxx" Kiçik Müəssisəsi adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Həmçinin bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin informasiya sistemində X4 İcraiyyə Komitəsi tərəfindən qeydiyyata alınmış hüquqi şəxslərə dair axtarış imkanı mövcud deyildir. Odur ki, X4 İcraiyyə Komitəsi tərəfindən qeydiyyata alınmış hüquqi şəxslər barədə sorğunuzun cavablandırılması üçün müraciətdə hüquqi şəxs(lər)in VÖEN-i, ünvanı və ya digər rekvizitləri barədə məlumatın göstərilməsini xahiş edilmişdir.

16. İş materiallarına "xxxx" müəssisəsinin, “Nurlan R” firmasının nizamnaməsi və digər sənədləri əlavə edilmişdir.

17. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahata verərək iddianın təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

19. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır.

20. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

21. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

22. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

23. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

24. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2016-cı il tarixli 777 nömrəli qərarına əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir.

25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən hazırkı əmək pensiyasının məbləği 402.93 manat yenidən hesablanaraq 402.93 manat olmudur. (Qeyd: Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 1(112)-8501/2023 №-li qərarına əsasən əmək pensiyası yenidən hesablandı. xx.xx.1992 xx.xx.1994- cü illərdə Türk dünyası firma müəssisəsində (əmr tarixləri qeyd olunmayıb), xx.xx.1994 - xx.xx.1996-cı illərdə Nurlan R firmasında (əmr tarixi və nömrəsi mövcud deyil) xx.xx.2000 - xx.xx.2004-cü illərdə isə (işə daxil olma əmri bazar gününə təsadüf edir), xx.xx.1996 - xx.xx.1999-ci illərdə Maqnat ticarət mərkəzində (əmr tarixlərinə düzəliş olmuş və əmrlər rus dilində yazılmışdır), xx.xx.1999-xx.xx.2000-ci illərdə İnteqral firmasında (əmrlər kiril qrafikası ilə yazıldığından qeyd olunan dövrlər sosial sığorta stajına daxil edilmir.)

26. Cavabdeh orqan tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2018ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar olaraq əmək pensiyasının məbləği Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********9 nömrəli qərarı ilə 228,08 manata çatdırılmışdır. İddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə əsasən əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən 249,15 manata, xx.xx.2020-ci iil tarixdən 290,51 manata, 323,63 manata, xx.xx.2022-ci il tarixdən 315,53 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında" Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək 402,81 manata çatdırılmışdır. Cavabdeh orqan tərəfindən qəbul olunan xx.xx.2023-cü il tarixli 3-17-1/3-1- 44666/2023 nömrəli qərara əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarxədək "xxxx" kiçik müəssisəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" müəssisəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Maqnat” ticarət mərkəzində olan əmək fəaliyyəti dövrlərini müəssisələrin məlumatları Mərkəzi Filiala təhvil verilmədiyindən sığorta stajına daxil etmək mümkün olmamışdır. Həmçinin adıçəkilən şəxsin xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Nurlan R” firmasında, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" firmasında olan əmək fəaliyyəti dövrləri həmin dövrlərdə müəssisələrin maliyyə-təsərrüfat fəaliyyəti olmadığından qeyd edilən dövrlər sığorta stajına daxil edilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının sosial sığorta stajının dəqiqləşdirilməsi məqsədiylə Milli Arxiv İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2023-cü il tarixdə sorğular ünvanlanmışdır. Milli Arxiv İdarəsindən sorğuya gələn xx.xx.2023-cü il tarixli cavab məktubunda "xxxx" kiçik müəssisəsinin, "xxxx" müəssisəsinin, “Maqnat” ticarət mərkəzinin, “Nurlan R” firmasının və "xxxx" firmasının arxiv sənədləri Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətindən sorğuya gələn xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunan müəssisələrlə bağlı hər hansı məlumatın olmadığı bildirilmişdir.

27. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş "xxxx" müəssisəsinin, “Nurlan R” firmasının nizamnaməsi faktiki olaraq həmin müəssisələrin mövcud olduğunun sübutudur.

28. Odur ki, cavabdeh orqan yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" müəssisəsinin və xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Nurlan R” firmasında işlədiyi müddət nəzərə alınmalıdır.

29. Məhkəmə eyni zamanda xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək İddiaçı"xxxx" firmasında olan əmək fəaliyyəti dövrlərinə nəzərən qeyd edir ki, hamıya bəlli olan haldır ki, 1999-cu ildə kirill qrafikasından latın qrafikasına keçid dövrü olduğundan sənədləşmədə qarışıq qrafikalarda yazılara rast gəlmək mümkündür.

30. İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Maqnat” ticarət mərkəzində işlədiyi dövrün yenidən hesablanma zamanı nəzərə alınıb-alınmaması ilə bağlı məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

31. İPM-in 73.3-cü maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.

32. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qanun ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə təsdiqlənmiş və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2001-ci il 3 aprel tarixli 114-İİQ nömrəli Qanunu ləğv edilmişdir.

33. İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Rusiya Federasiyasının “Maqnat” ticarət mərkəzində işlədiyi dövrə münasibətdə məhkəmə qeyd edir ki, əmək kitabçasından göründüyü kimi həmin müəssisə Rusiya Federasiyasında mövcud olmuş və qeyd edilən dövr üzrə aparılan inzibati icraat zamanı cavabdeh orqan tərəfindən Rusiya Federasiyasının səlahiyyətli qurumlarına hər hansı sorğular verilməmişdir. Odur ki, məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, qeyd edilən dövrün araşdırılması ilə bağlı aparılan inzibati icraat zamanı “Maqnat” ticarət mərkəzinin mövcudluğu, iddiaçının həmin mərkəzdəki əmək fəaliyyəti ilə bağlı Rusiya Federasiyasının səlahiyyətli qurumlarına müvafiq sorğular verilməli və bunun nəticəsindən asılı olaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı qeyd edilən dövrün nəzərə alınıb-alınmaması məsələsinə inzibati orqan tərəfindən hüquqi qiymət verilməlidir.

34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək xx.xx.1992-ci il tarixdən xx.xx.1994cü il tarixədək "xxxx" müəssisəsi və xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Nurlan R” firmasında işlədiyi müddət nəzərə alınaraq və xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Maqnat” ticarət mərkəzində işlədiyi dövr üzrə məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq cavabdeh orqan tərəfindən inzibati icraat apararaq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

35. Məhkəmə qərarının icrası zamanı nəzərə alınmalıdır ki, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Rusiya Federasiyasının “Maqnat” ticarət mərkəzində işlədiyi dövr üzrə inzibati icraatın aparılması müəyyən vaxt tələb etdiyindən xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" müəssisəsi və xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Nurlan R” firmasında işlədiyi müddət üzrə yenidən hesablama ləngimədən aparılmalıdır.

36. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi qismən təmin edilsin. xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" müəssisəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Nurlan R” firmasında işlədiyi müddət sosial sığorta stajına daxilməklə və məhkəmənin hazırki qərarında ifadə edilən hüquqi mövqeyinə uyğun olaraq xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Rusiya Federasiyasındakı “Maqnat” ticarət mərkəzində işlədiyi dövr üzrə inzibati icraat aparmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar