Məhkəmə qərarları › İş №e-2-1(112)-1003/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1003/2024

29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1003/2024 29.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və xəstəliyin müalicəsi ilə əlaqədar çəkilən pul vəsaitinin tutulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, xəstəliyinin müalicəsi ilə əlaqədar çəkdiyi 15000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş ehtiyatda olan polkovnik-leytenantdır. X7 Müharibəsi veteranı, 2-ci qrup əlildir. 2020-ci ildə iddiaçı səhhətində yaranmış narahatlıqla bağlı Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müraciət etmiş, kardiologiya şöbəsində müayinə olunmuş, kafi vəziyyətdə evə buraxılmış, lakin səhhətində yaxşılaşma hiss etmədiyi üçün yenidən xəstəxanaya müraciət etmiş və məlum olmuşdur ki, səhhətində yaranmış problem ürəyi ilə bağlı olmamışdır (həkimlər düzgün diaqnoz qoymamışlar). Təkrar müayinə üçün yenidən həmin Klinikaya müraciət etmiş, xx.xx.2020-ci il Müdafiə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X6 tərəfindən ilkin mədənin xərçəngi diaqnozu qoyulmuşdur. Bu xəstəliyin təsdiqi üçün tibb xidməti polkovniki V.Mürsəlov xx.xx.2020-ci il tarixdə Milli Onkologiya Mərkəzinə göndəriş vermiş, xx.xx.2020-ci ildə Milli Onkologiya Mərkəzinə göndəriş verilmiş, xx.xx.2020-ci ildə xəstəlik öz təsdiqini tapmışdır. Göründüyü kimi, ağır xəstəliyi həkimlərin biganəliyi və qeyri-peşəkarlığı nəticəsində düzgün qiymətləndirilmədiyindən, vaxtında müalicəyə başlaya bilməmişdir. Xəstəliyi öz təsdiqni tapdıqdan sonra, o, keyfiyyətli müalicə almaq üçün Türkiyənin Ankara şəhərində yerləşən Gülhanə xəstəxanasına göndərilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Müdafiə Nazirliyindən müraciətə ümumiyyətlə cavab verilməmiş, bundan sonra etdiyi müraciətlərdən sonra inzibati orqan tərəfindən bildirilmişdir ki, mövcud pandemiya şəraiti ilə əlaqədar Türkiyəyə göndərilməsi mümkü deyil. Xəstəliyinin təxirəsalınmaz olduğunu nəzərə alıb və günü-gündən ağırlaşdığını görüb öz vəsaiti hesabına (özünün və övladlarının banklardan götürdüyü kredit vəsaiti hesabına) Gülhanə Xəstaxanasına getmiş, orada müayinə və müalicə olunmuş, kimyaterapiya və mədə əməliyyatı təyin edilmiş, kimyaterapiya kursuna tələb edilən dərmanları öz vəsaiti hesabına almış, Silahlı Qüvvələrin Baş X2 Bölməsində müalicə almış, müalicə bitdikdən sonra xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Gülhanə xəstəxanasında əməliyyat olunmuş, əməliyyat nəticəsində mədəsi tam götürülmüşdür. Əməliyyatdan sonra yenidən kimyaterapiya kursu təyin olunmuş, tələb olunan dərmanları öz hesabına alaraq Silahlı Qüvvələrin Baş X2 Bölməsində müalicə götürmüşdür. Müayinə, müalicə, mədə əməliyyatında, kimyaterapiya kursu üçün dərmanlara, 2 dəfə Ankara şəhərinə həyat yoldaşı ilə birlikdə gedib-gəlməyinə, xəstəxananın qonaqevində qalmağına və digər zəruri xərclərə görə 15000 (on beş min) manat məbləğində pul xərclənmişdir. Belə ki, bu məbləğ özünün və övladının banklardan götürdüyü kredit vəsaiti hesabına alınaraq xərclənmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək iddia tələbinin “xəstəliyinin müalicəsi ilə əlaqədar çəkdiyi 15000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı cavabdeh inzibati orqana müraciətini təsdiq edən sənədin və imtina məktubunun məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək bildirilmişdir ki, iddia tələbi aydın deyil. Odur ki, iddia tələbinin dəqiqləşdirilməsi, eləcə də müvafiq tələb ilə cavabdeh inzibati orqana müraciətini təsdiq edən sənədin və imtina məktubunun təqdim edilməsi təklif edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdehin iddiaçının X5 şəhərində yerləşən Gülhanə Xəstəxanasına göndərilməməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və xəstəliyinin müalicəsi ilə əlaqədar çəkdiyi 15000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 30 oktyabr 2014-cü il tarixli 67 nömrəli qərarı ilə Azərbaycan Respublikası Silahlı X3 X9 Haqqında “Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin 12.5.1-ci maddəsinə əsasən hərbi qulluqçular hərbi hissədən kənarda stasionar müayinə və müalicəyə Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin müəyyən etdiyi qaydada göndərilə bilərlər. Həmçinin həmin Əsasnamənin 12.5.3-cü maddəsinə əsasən hərbi hissədə və ya yaxındakı hərbi müalicə müəssisələrində tələb olunan təxirəsalınmaz tibbi yardımın göstərilməsi mümkün olmadıqda, xəstələr ehtiyac olan hallarda mülki müalicə müəssisələrinə göndərilə bilərlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət haqqında Nizamnaməsinin 389-cü maddəsinə əsasən (stasionar müalicə) hərbi qulluqçular alay (briqada) ərazisindən kənarda yerləşən müalicə müəssisələrində stasionar müalicəyə həkimin rəyi ilə, təcili yardım almaq üçün isə bu barədə dərhal alay (briqada) tibb xidməti rəisinə və alay (briqada) növbətçisinə məlumat verməklə, alay (briqada) tibb məntəqəsinin növbətçi feldşeri (sanitar təlimatçısı) tərəfindən göndərilirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb idarəsinin 06 iyun 2023cü il tarixli 3304 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçı Silahlı Qüvvələrinin Baş Klinik Hospitalına 2020-ci ildə səhhətində yaranmış narahatlıqla bağlı müraciət etmiş, Kardiologiya bölməsində müayinə olunmuş və kafi vəziyyətdə evə buraxılmış, səhhətində yaxşılaşma hiss etmədiyindən 07 sentyabr 2020-ci il tarixdə yenidən hospitala müraciət etmiş, müayinədən sonra məlum olmuşdur ki, səhhətində yaranmış problem ürəyi ilə bağlı olmamış “ilkin mədənin xərçəngi” diaqnozu qoyulmuşdur. Qoyulmuş “ilkin mədənin xərçəngi” diaqnozu öz təsdiqini tapdıqdan sonra iddiaçı keyfiyyətli müalicə almaq üçün Türkiyənin Ankara şəhərində yerləşən Gülhanə xəstəxanasına göndərilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, lakin mövcud pandemiya şəraiti ilə əlaqədar iddiaçının Türkiyəyə göndərilməsi mümkün olmamışdır. Çünki Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşeliyindən Müdafiə Nazirliyinə daxil olmuş 02 aprel 2020-ci il tarixli 15572775-16202-501 nömrəli məktuba əsasən koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə aparılan profilaktik tədbirləri əlaqədar Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış “Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında hərbi tibb sahəsində təhsil və əməkdaşlıq haqqında Protokol”unun icrası dayandırıldığından İddiaçı müraciətinin təmin olunması mümkün olmamışdır. Buna görə də, iddiaçı öz vəsaiti hesabına Gülhanə xəstəxanasına getmiş və orada müalicə olmuşdur. X4 şəhərində yerləşən Gülhanə Tədris və Araşdırma Xəstəxanasında müalicə olunmaları, Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında hərbi tibb sahəsində təhsil və əməkdaşlıq haqqında Protokola uyğun olaraq qarşılıqlı razılaşma əsasında tənzimlənir. Öz vasaiti hesabına müalicə üçün fərdi qaydada müraciət etmiş şəxslərin (ehtiyatda, istefada olan hərbi qulluqçuların) müalicə xərclərinin Müdafiə Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı qeyd olunan Protokolda hər hansı öhdəlik yoxdur. Göstərilənlərə əsasən iddiaçıya “müalicə xərclərinin ödənilməsindən” inzibati orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 5/6423 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Müdafiə Nazirliyinin dəstəyi ilə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Gülhanə Tədris və Araşdırma Xəstəxanasına müalicəyə göndərilməyinə dair Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə Tibb İdarəsində baxılmışdır. Gülhanə Tədris və Araşdırma Xəstəxanasında müalicənin davam etdirilməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən edilmiş müraciət məqsədəuyğun hesab olunaraq, 23 noyabr 2022-ci il tarixdən etibarən qeyd olunan xəstəxanada müalicəni davam etdirməyinə icazə verilmişdir. Sənədlərin hazırlanması və digər məsələlər ilə bağlı Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinə müraciət etmək tövsiyə edilmişdir. İddiaçı tərəfindən məhkəməyə müvafiq müayinə və müalicə sənədləri, o cümlədən resept vərəqləri təqdim edilmişdir. Tibb İdarəsi rəisinin müavini – Baş Klinik Hospitalı tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanlanmış 3304 saylı xx.xx.2023cü il tarixli məktubda bildirilmişdir ki, daxil olmuş iddia ərizəsi öyrənilərkən müəyyən olunmuşdur ki, İddiaçı İsmət oğlu, 2020-ci ildə səhhətində yaranmış narahatlıqla bağlı Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müraciət etmiş, Kardiologiya bölməsində müayinə olunmuş və kafi vəziyyətdə evə buraxılmış, səhhətində yaxşılaşma hiss etmədiyindən, xx.xx.2020-ci il tarixdə yenidən hospitala müraciət etmiş, məlum olmuşdur ki, səhhətində yaranmış problem ürəyi ilə bağlı və müayinələr zamanı ona “İlkin mədənin xərçəngi” diaqnozu qoyulmuş və bununla iddiaçının ağır xəstəliyi həkimlərin biganəliyi və qeyripeşəkarlığı nəticəsində düzgün qiymətləndirilmədiyindən iddiaçı vaxtında müalicəyə başlaya bilməmişdir. İddiaçı qoyulmuş “İlkin mədənin xərçəngi” diaqnozu öz təsdiqini tapdıqdan sonra müalicə almaq üçün Türkiyənin Ankara şəhərində yerləşən Gülhanə xəstəxanasına yerləşdirilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, lakin mövcud pandemiya şəraiti ilə əlaqədar iddiaçının Türkiyəyə göndərilməsi mümkün olmadığından, İddiaçı öz hesabına Gülhanə xəstəxanasına getmiş və orada müalicə olunmuşdur. Lakin araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı, avqust 2020-ci il tarixdə “Ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası” diaqnozu ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına müraciət etmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin Baş X1 bölməsində stasionar müayinə və müalicələrdə olmuş, aparılan müayinələr zamanı ona “İlkin mədənin xərçəngi” diaqnozu qoyulduğundan, xx.xx.2020-ci il tarixdə xəstəliyin təsdiqi üçün hospital rəsinin göstərişinə əsasən İddiaçı Milli Onkologiya Mərkəzinə göndərilmiş və sentyabr 2020-ci il tarixdə qeyd olunan xəstəlik öz təsdiqini tapmışdır. Milli Onkologiya Mərkəzində İddiaçı qoyulmuş “İlkin mədənin xərçəngi” diaqnozu öz təsdiqini tapdıqdan sonra o, keyfiyyətli müalicə almaq üçün Türkiyənin Ankara şəhərində yerləşən Gülhanə xəstəxanasına göndərilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin ərəfələrdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşeliyindən Müdafiə Nazirliyinə daxil olmuş xx.xx.2020-ci il tarixli 5275-16202-501 nömrəli məktuba əsasən koronovirus (COVİD-19) infeksiyası ilə bağlı aparılan profilaktik tədbirlərlə əlaqədar Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış “Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında hərbi tibb sahəsində təhsil və əməkdaşlıq haqqında icrası dayandırıldığından, İddiaçı müraciətinin təmin olunması mümkün olmamışdır. Bundan sonra İddiaçı öz vəsaiti hesabına Türkiyənin Ankara şəhərində yerləşən Gülhanə Tədris və Araşdırma Xəstəxanasına getmiş müayinə və müalicələrdə olmuşdur. X4 şəhərində yerləşən Gülhanə Tədris və Araşdırma Xəstəxanasında müalicə olunmaları, Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında hərbi tibb sahəsində təhsil və əməkdaşlıq haqqında protokoluna uyğun olaraq qarşılıqlı razılaşma əsasında tənzimlənir. Öz vəsaiti hesabına müalicə üçün fərdi qaydada müraciət etmiş şəxslərin (ehtiyatda, istefada olan hərbi qulluqçuların) müalicə xərclərinin Müdafiə Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı qeyd olunan protokolda hər hansı öhdəlik yoxdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, hazırki iddia mümkündür. III. Məhkəmənin mövqeyi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunundan: Maddə 2 Hərbi qulluqçu statusuna malik şəxslər

1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Maddə 13. Sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi hüququ

1. Hərbi qulluqçular sanitar-gigiyena, epidemiyaya qarşı, müalicə-profilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, hərbi tibb müəssisələrində hər növ tibbi yardım göstərilməsi hüququna malikdirlər. Hərbi qulluqçular məcburi qaydada ambulator və ya stasionar tibbi müayinədən, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçirilirlər.[48]

3. Hərbi qulluqçuların xidmət yerində hərbi tibb müəssisələri olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq mülki tibb müəssisələrində hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda icbari tibbi sığorta vəsaitləri hesabına, xidmətlər zərfində nəzərdə tutulmadıqda, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına dövlət büdcəsi hesabına tibbi yardım göstərilir.

4. Hərbi qulluqçuların ailə üzvlərinin tibbi təminatı başqa vətəndaşlarla ümumi əsaslarda həyata keçirilir. Mülki tibb müəssisələrində tibbi yardım almaq mümkün olmadıqda onlar hərbi qulluqçularla yanaşı hərbi tibb müəssisələrində tibbi yardımın bütün növləri ilə təmin edilirlər.

6. Yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlər və miçmanların, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının), vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi tibb müəssisələrində tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 30 oktyabr 2014-cü il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X3 X9 Haqqında Əsasnamə”nin 12.5.1-ci maddəsinə əsasən hərbi qulluqçular hərbi hissədən kənarda stasionar müayinə və müalicəyə Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin müəyyən etdiyi qaydada göndərilə bilərlər. Həmin Əsasnamənin 12.5.3-cü maddəsinə əsasən hərbi hissədə və ya yaxındakı hərbi müalicə müəssisələrində tələb olunan təxirəsalınmaz tibbi yardımın göstərilməsi mümkün olmadıqda, xəstələr ehtiyac olan hallarda mülki müalicə müəssisələrinə göndərilə bilərlər. İddiaçı ehtiyatda olan hərbi qulluqçudur. 23 noyabr 2022-ci il tarixdən Müdafiə Nazirliyi tərəfindən Türkiyə Respublikasında Gülhanə Tədris və Araşdırma Xəstəxanasında müalicə etdirilməsi işin mübahisəsiz halıdır. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Gülhanə xəstəxanasında əməliyyat olunması və müalicəsi ilə əlaqədar öz vəsaiti hesabına çəkdiyi xərclərin cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. Cavabdeh qurumun imtinası iddiaçının müraciət dövründə (2020-ci il) koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə aparılan profilaktik tədbirləri əlaqədar Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış “Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında hərbi tibb sahəsində təhsil və əməkdaşlıq haqqında Protokol”unun icrası dayandırılması, iddiaçının fərdi qaydada müraciət edərək öz vəsaiti hesabına Türkiyənin Ankara şəhərində yerləşən Gülhanə Tədris və Araşdırma Xəstəxanasında müalicə xərclərinin Müdafiə Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı qeyd olunan Protokolda hər hansı öhdəliyin olmaması ilə bağlıdır. X8 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası iddiaçının müraciət dövründə (2020-ci il) koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə aparılan profilaktik tədbirləri əlaqədar olduğundan qanunsuz hesab edilməməlidir və iddiaçının qanunla qorunan hüquqlarını pozmur. İddiaçının Gülhanə xəstəxanasında əməliyyat olunması və müalicəsi ilə əlaqədar öz vəsaiti hesabına çəkdiyi xərclərinin ödənilməsi vəzifəsi qanunveriliciliklə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəsi və öhdəliyi kimi nəzərdə tutulmadığından iddiaçı 15 000 manat məbləğində pul vəsaitinin (iddia edilən müalicə xərclərinin) ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyildir. Odur ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar