Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10032/2022 29.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3, 3-cü şəxsin vəkili X1, 3-cü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı 3-cü şəxs "xxxx" MMC işə cəlb edilməklə hüquqi şəxsin ləğv edilməsi və s. tələbləri barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı "xxxx" MMC 3-cü şəxs qismində göstərilməklə xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış Tam xarici investisiyalı "xxxx" MMC-nin (VÖEN: **********2) fəaliyyətinin dayandırılması və məcburi ləğv edilməsi və yenidən təşkili üçün zəruri tədbirlər görülməsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmış Tam xarici investisiyalı "xxxx" MMC-nin (VÖEN: **********2) nizamnaməsindən görünür ki, cəmiyyət tam xarici investor olan Rusiya Federasiyası İnquşetiya Respublikasında 0879 saylı qeydiyyat nömrəsi ilə xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmış hüquqi şəxs QSC “X11 ve Tic İnc”-olmuşdur. Həmçinin müvafiq məlumat RF vahid hüquqi şəxslərin reyestr məlumatlarında əksini tapır. (ZAO "RABO CUvAl SAN. Ve TİC." İNC. **********074 Единый государственный реестр юридических лиц-ЕГРЮЛ). Azərbaycan Respublikasında Nizamnamə əsasında fəaliyyət göstərən RAM LTD” MMC (VÖEN: **********2) xx.xx.2007-ci il tarixində MMC-nin qərarı ilə İİR vətəndaşları ilə birgə İran İslam Respublikasında ünvanı İran İslam Respublikası,Təbriz şəhəri Kağızsatanlar bazarı 99 yerləşən təsis payı yüz səhmdən ibarət olan X8 Cəmiyyətin yaradılması, cəmi 100 səhmdən ibarət olan və həmin səhmlərin 50 ədədinə sahiblik hüququ RAM LTD MMC-yə məxsus olmaqla, (100 səhmin) 46 ədədi İddiaçı və (100 səhmin) 4 ədədi X4 məxsus “X9” QSC-nin təsis edilməsi barədə qərar qəbul edilmişdir. QSC xx.xx.2007-ci il tarixdə 21974 nömrə ilə İran İslam Respublikasında qeydiyyatdan keçmişdir. Rusiya Federasiyası vahid hüquqi şəxslərin reyestr məlumatlarında (Единый государственный реестр юридических лиц-ЕГРЮЛ) Azərbaycan Respublikasında Nizamnamə əsasında fəaliyyət göstərən RAM LTD” MMC- nin təsisçisi ZAO "RABO CUVAL SAN. VE TİC." İNC. **********074 - faəliyyət göstəmədiyi üçün xx.xx.2006-cı i tarixdə yerli vergi xidmətinin 448 saylı məcburi ləğv, qeydiyyatın ləğvi barədə qərarı əsasında fəaliyyətnə xitam verilməklə hüquqi şəxsin qeydiyyatı ləğv edilmişdir. (müvafiq reyestrdən arayış əlavə edilir.) 2019-cu ildə qeyri müəyyən şəkildə hüquqi əsası olmadan və ya bu əsasa hüquqi cəhətdən icazə verilməyən sənədlər əsasında RAM LTD MMC-nin təsisçiliyi "xxxx" MMC-yə (VÖEN:**********) keçir həmçinin təsis payı azalır. Daha sonra "xxxx" MMC Nizamnamə kapitalında dəyişiklik və təsisçilərin sayında dəyişiklik edərək 18 592 manatlıq 4 paydan ibarət hissənin bir payını Az Pack MMC-yə (vöen **********) satır. Yenidən həmin dövrdə "xxxx" MMC (vöen **********) təsisçi kimi Cəmiyyətin nizamnamə kapitalının azaldılaraq təsisçilikdən kənarlaşır. Cəmiyyətin Təsisçisi "xxxx" MMC-yə (vöen **********) qalır. Qeyd edilmişdir ki, "xxxx" MMC-nin (VÖEN: **********2) bir sıra törəmə müəsissələrin həmtəsisçisi və təsçisidir, o cümlədən İddiaçı və X4 məxsus “X9” QSC-nin həm təsisçisidir və təsisçilərə indi məlum olmuşdur ki, qeyri müəyyən şəraitdə, hüquq verən sənəd və səlahiyyətlər olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan tərəfdaşlıq və öz ölkəsində, həmçinin beynəlxalq səviyyədə tanınan və bu günədək şəffaf fəaliyyət göstərən “X9” QSC-nin həm indiki fəaliyyətinə mane ola bilər, həm də, tərəfdaşları arasında etibarsızlığa və maliyyə itkilərinə səbəb olacaq halların qarşısını almaq məqsədilə qeydiyyatı ləğv edilməli və ya müvafiq olaraq təkrar qeydiyyatdan keçməlidir. Hazırda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri əsasında "xxxx" MMC-nin (VÖEN:**********2) hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatı ya ləğv edilməli ya da, müvafiq dəyişikliklərlə qeydiyyata alınmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən idida ərizəsinə münasibət bildirilməsi üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən sərəncama əsasən etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və qanunvericiliyə zidd olduğu üçün mümkün sayılmamalıdır. Belə ki, hazırki iddia üzrə İddiaçı "xxxx" MMC ilə hər-hansı əlaqəsinin olması aşkar edilmədiyi üçün iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-10032/2022 saylı qərardadı ilə "xxxx" MMC iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İş üzrə hazırlıq iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi və vəkili hər biri ayrıayrılıqda iddiaya qarşı etiraz edərək, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olmadığını bildirərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən və iş materiallarında olan iş üzrə tərəflərin təqdim etdiyi sənədlərdən müəyyən edilir ki: "xxxx" MMC (VÖEN: **********2) hazırki iş üzrə İddiaçıa məxsus “X9” QSC-nin həm təsisçisidir. İddiaçı 3-cü şəxs "xxxx" MMC-nin əvvəlki təsisçisinin ləğv edilməsi, onun təsisçiliyinin başqa şirkətlərə, sonuncu dəfə "xxxx" MMC-yə keçməsinin “X9” QSC-nin həm indiki fəaliyyətinə mane, tərəfdaşları arasında etibarsızlığa və maliyyə itkilərinə səbəb ola biləcəyinə istinad etməklə hazırda iddiaçı "xxxx" MMC-nin fəaliyyətinin dayandırılması və məcburi ləğvi, yenidən təşkil edilməsi barədə zəruri tədbirlər görülməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hazırda Şərqi Azərbaycan Vilayətinin müxtəlif instansiya məhkəmələrində tərəflər arasında şirkətin mənafelərinə qarşı, şəxsi məqsəqləri üçün səlahiyyətlərdən sui-istifadə etmək, fırıldaqçılıq və s. mübahisələr üzrə məhkəmə araşdırmaları aparılır. Məhkəmə hazırki iş üzrə qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. 55.2-ci maddəsinə əsasən Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir. 55.4-cü maddəsinə əsasən Qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır. 55.5-cü maddəsinə əsasən Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. 59.2-ci maddəsinin tələblərinə əsasən Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: 59.2. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: 59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; 59.2.2. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; 59.2.3. lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə; 59.2.4. məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbir tətbiq edildikdə. 59.2-1. Bu Məcəllənin 59.2.1-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin mümkünsüz olduğunu bildirir. İcra orqanı bəyanatın qəbul edilməsinin mümkünsüzlüyünü bildirdikdə, iştirakçıların ümumi yığıncağı hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olub-olmamasını təsdiq etmək üçün müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy bu maddə ilə müəyyən edilmiş bəyanata bərabər tutulur. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən Bu Məcəllənin 59.2.2 və 59.2.3-cü maddələrində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli sürmək hüququ verilmiş dövlət orqanı (qurumu) irəli sürə bilər. Hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə edilə bilər. Bu Məcəllənin 59.2.4-cü maddəsində göstərilən əsas üzrə hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur. Həmin Məcəllənin 59.4-cü maddəsinə əsasən Hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun: Maddə 1. Bu Qanun Azərbaycan Respublikasının ərazisində hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının hüquqi və təşkilati əsaslarını müəyyən edir. Maddə 3. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericilik Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 4.1. Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur Maddə 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi: 4.0. Öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır: (-) 4.0.26. qanunla müəyyən edilmiş hallarda kommersiya hüquqi şəxslərinin və publik hüquqi şəxslərin dövlət qeydiyyatının ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmaq; (-). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 4.1-ci maddəsinə əsasən İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 6.2-ci maddəsinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını işin faktiki hallarına tətbiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Göründüyü kimi, hüquqi şəxsin ləğv edilməsinin əsaslarından biri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.2.2-ci maddəsində nəzərdə tutulmuş və həmin əsasla çıxış etmək hüququ qüvvədə olan qanunvericilik normalarına əsasən Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmişdir. İddiaçı isə iddia tələbində "xxxx" MMC-nin ləğv edilməsi üçün Dövlət Vergi Xidməti tərəfindən çıxış etmənin əsası kimi "xxxx" MMC-nin ilkin təsisçisinin ləğv edilməsinin, 2019-cu ildən etibarən isə təsisçilərinin dəyişdirilməsinin onun təsisçisi olduğu “X9” QSC-nin həm indiki fəaliyyətinə mane, tərəfdaşları arasında etibarsızlığa və maliyyə itkilərinə səbəb ola biləcəyinə istinad etmişdir ki, məhkəmə həmin əsasla iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olmasını və konkret olaraq hazırki məhkəmə icraatı predmetində hüquqi müdafiəyə ehtiyacının olmasını, eləcə də, onun qanunla qorunan hüquq və maraqlarının pozulması barədə məhkəmədə əsaslandırılmış iddia ilə çıxış etməsi halını istisna edir. Belə ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar yoxlama aparmaq və onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayılması üçün çıxış etmək səlahiyyəti Dövlət Vergi Xidmətinə məxsusdur. İddiaçı tərəfindən isə Dövlət Vergi Xidməti tərəfindən hüquqi şəxsin ləğvi ilə bağlı çıxış etmək üçün, konkret halda hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar mötəbər sübutlar (qanunvericiliklə icazə verilməyən sənədlər əsasında qeydiyyatın aparılmasına dair) təqdim edilməmiş, bununla da, iddiaçı tərəfindən mövcud iddia tələbi üzrə cavabdeh tərəfindən hüquqlarının pozulması halı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmamışdır. Məhkəmə eləcə də qeyd edir ki, iddiaçının hüquqi marağına uyğun olaraq artıq tərəflər arasında Şərqi Azərbaycan Vilayətinin müxtəlif instansiya məhkəmələrində şirkətin mənafelərinə qarşı, şəxsi məqsədləri üçün səlahiyyətlərdən sui-istifadə etmək, fırıldaqçılıq və s. mübahisələr üzrə məhkəmə araşdırmaları aparılır və müvafiq məhkəmələr tərəfindən baxılaraq müxtəlif instansiya məhkəmələri tərəfindən qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-10032/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-10032/2022
29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver