Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10064/2022 21.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, “Pro Bono” Vəkil Bürosunda işləyir) və cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 15 fevral 2021-ci il tarixdə 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq iddiaçıya 15 fevral 2021-ci il tarixdən 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin müraciətinin nəticəsi barədə 27 may 2022-ci il tarixli rəsmi cavab məktubu təqdim edilərək onun xx.xx.2003-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində Gəmi təmiri emalatxanasında gövdə təmiri və elektrik qaynaq sahəsində usta, xx.xx.2014xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə Qaradağ texniki Xidmət və Təmir Bazasında mühəndis və mühəndis texnoloq vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin Siyahısının Metal emalı bölməsinin qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində 11.6 mütəxəssislər yarımbəndində (b) qazanxana işləri ilə məşğul olan ustalar (böyük ustalar) vəzifələri nəzərdə tutulduğundan onun işlədiyi həmin vəzifələrə uyğun olmadığından güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçının 15 fevral 2021-ci tarixdə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. O, 03 sentyabr 1981ci ildən 1985-ci il tarixədək Azərbaycan X3ndə tərsanədə gəmi gövdəsinin seksiyalarının yığılması, nizamlanması və quraşdırılması (04 il 01 ay 19 gün), Cənub rayon X4 idarəsinin Gəmi Təmiri Emalatxanasına, ambardar, xx.xx.2003-xx.xx.2014-cü il tarixinədək Gəmi Təmiri Emalatxanasına böyük sahə usta (gövdə təmiri və elektrik qaynaqçısı) qazanxana işləri (08 il 10 ay 20 gün), 08 aprel 2014-xx.xx.2014-cü il tarixədək Gəmi Təmiri Zavodunda gövdə təmirçisi (06 ay 01 gün) vəzifələrində işləmişdir. Onun 01 yanvar 2006cı il tarixədək ümumilikdə 25 (iyimi beş) ildən artıq əmək stajı vardır. Həmin əmək stajının 12 (on iki) il 06 (altı) aydan artıq əmək şəraiti zərərli və ağır olan işlər təşkil edir .Azərbaycan Respublikası “X3" Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət Gəmi Təmiri Zavodunun" 15 may 2021-ci il tarixli, “X3" Qapalı Səhmdar Cəmiyyətinin Xəzər X4nın 14 aprel 2022-ci il tarixli, "X3" Qapalı Səhmdar Cəmiyyətinin Zığ Gəmi Təmiri və Tikintisi Zavodunun 20 aprel 2022-ci il tarixli arayışından göründüyü kimi işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 11-ci bölmə 11.6a bəndinə əsasən təmirçi gəmi gövdəçiləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 №-li əlavəsi ilə təsdiq edilmiş Siyahısının Metal emalı 14-cü bəndinin 14.3 b yarımbəndi kod 21503008-23187 gövdə təmiri elektrik qaynaqçısı güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubla bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilən sənədlərə əsasən Xəzər X4nın xx.xx.2022-ci il tarixli EN 01/02-167 nömrəli arayışında xx.xx.2003-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində Gəmi Təmiri Emalatxanasında gövdə təmiri və elektrik qaynaq sahəsində usta və böyük usta, xx.xx.2014-cü il tarixindən buqünədək Qaradağ Texniki Xidmət və Təmir Bazasında mühəndis və mühəndis-texnoloq vəzifələrində işlədiyini qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi usta, böyük usta, mühəndis və mühəndis-texnoloq vəzifələri Siyahıda və arayışda adıçəkilən müəssisə tərəfindən istinad olunan qazanxana işləri ilə məşğul olan ustalar vəzifəsinə uyqun deyil. Bu səbəbdən də güzəştli is stajı 12 il 6 avdan az (4 il 7 ay 19 gün (xx.xx.1981- xx.xx.1985-ci il, xx.xx.2014-xx.xx.2014-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəblərdən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; kişilər 60 yaşına, qadınlar 55 yaşına çatmalı; kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalı; Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normalarının tətbiqi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruri hesab olunur: Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilərin xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 il olmalı; Bu müddətin azı 12 il 06 ayını əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmalıdırlar. Birinci sərt: İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi sosial sığorta stajı 27 il 3 ay 24 gün təşkil edir. İkinci sərt: İddiaçı xx.xx.2006-cı il tarixədək güzəştli stajı 6 il 2 ay 21 gün təşkil edir. Belə ki, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müvafiq qanunun hər iki tələbi ödənilməlidir. İddiaçı xx.xx.2006-cı il tarixədək güzəştli stajı 12 il 6 aydan az olduğu üçün ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş üzrə icraat materiallarına əlavə edilmiş İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş xx.xx.1977-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1977-ci il tarixdən hal-hazırki tarixədək müxtəlif idarələrdə, müxtəlif vəzifələrdə işlədiyi qeyd olunmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş “Azərbaycan X3” QSC-nin “Bibiheybət” Gəmi Təmiri Zavodu tərəfindən verilən xx.xx.2021-tarixli 03 nömrəli arayışında İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək “Bibiheybət” Gəmi Təmiri Zavodunda gəmi gövdə yığıcısı işlədiyi qeyd olunmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş “Azərbaycan X3” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi zavodu tərəfindən verilən güzəştli arxiv arayışında İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək “Azərbaycan X3” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda gövdə qaynaqçı sexi altıncı dərəcəli gəmi gövdə təmirçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş “Azərbaycan X3” QSC tərəfindən verilən xx.xx.2022-ci il tarixli EN 01/02-167 nömrəli arxiv arayışında İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2012-ci il tarixədək “Azərbaycan X3” QSC-nin tərkibində usta, böyük sahə ustası vəzifələrində işlədiyi qeyd olunmuşdur. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçının “Azərbaycan X3” QSC-də 2003-2014-cü illər arasında işlədiyi dövrlərlə bağlı təqdim etdiyi arayışda Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahısının istinad olunan yarımbəndində (11.6) nəzərdə tutulan vəzifələr ilə iddiaçının işlədiyi vəzifələr üst-üstə düşmür. Bu səbəbdən iddiaçının güzəştli stajı 12 il 06 aydan az (4 il 7 ay 19 gün (xx.xx.1981xx.xx.1985-ci il, xx.xx.2014-xx.xx.2014-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:..2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Ə.A.Bağırlı iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının vəkilinin, cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi əsaslıdır. Belə ki, iddiaçı tərəfindən öz iddia tələbinin əsaslarını təsdiq edən sübut qismində məhkəməyə iddiaçının malik olduğu Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti, iddiaçının VV-İİ 116599 nömrəli və RV 041996 nömrəli diplomları, “Azərbaycan X3” QSC Xəzər X4nın xx.xx.2022-ci il tarixli arxiv arayışı, “Azərbaycan X3” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun xx.xx.2022-ci il tarixli güzəştli arxiv arayışı, “Azərbaycan X3” QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun xx.xx.2021-ci il tarixli arayışı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx.xx.2021-ci il tarixli arayışı, iddiaçının İT-İ ******* nömrəli əmək kitabçası, cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubunun surətləri təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının cavabdehə müraciəti əsasında başlanmış inzibati icraat materialları təqdim edilmişdir. “Azərbaycan X3” QSC Xəzər X4 xx.xx.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, İddiaçı xx.xx.2001 -ci il tarixindən Donanmanın Gəmi Təmiri Emalatxanasında (Zığ sahəsi) anbardar, xx.xx.2003-cü il tarixindən böyük sahə ustası (gövdə təmiri və elektrik qaynaqçısı), böyük usta (qaynaqçı sexində) və xx.xx.2014-cü il tarixindən isə GTE-də (Qaradağ sahəsi) 12-ci dərəcəli mühəndis vəzifələrində işləmişdir. Hal-hazırda X1 Xidmət və Təmir Bazasında mühəndis-texnoloq vəzifəsində işləyir. “Azərbaycan X3” QSC Xəzər X4nın təqdim etdiyi xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən İddiaçı xx.xx.2001-ci il tarixində Cənub rayon X4 İdarəsinin Gəmi Təmiri Emalatxanasına (GTE) anbardar vəzifəsinə (xx.xx.2001-ci il tarixli 10-k nömrəli əmr) işə qəbul edilmişdir. O, xx.xx.2003-cü ildən xx.xx.2014-cü il tarixinədək GTE-nin böyük sahə ustası (gövdə təmiri və elektrik qaynaqçısı) (xx.xx.2003-cü il tarixli 141-k nömrəli əmr), böyük usta vəzifələrində işləmiş və işlədiyi müddətdə tam iş günü ərzində, qaynaqçı sexində qazanxana işləri ilə məşğul olmuşdur. xx.xx.2014-cü il tarixində GTE-yə (Qaradağ sahəsi) 12-ci dərəcəli mühəndis vəzifəsinə (xx.xx.2014-cü il tarixi: 250-k nömrəli əmr) işə qəbul edilmişdir. Hal-hazırda Qaradağ Texniki Xidmət və Təmir Bazasında mühəndistexnoloq vəzifəsində çalışır. Onun işlədiyi usta, böyük usta vəzifələri "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 11 -ci “Metal emalı” bölməsinin 11.6 bəndinin “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 nömrəli əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 14-cü bəndinin (Metal emalı) 14.3 “b” yarımbəndi (kod: 2150300b-23187) ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr (peşələr) siyahısına aid edilir. Əmək şəraitinə görə (xx.xx.2003xx.xx.2012-ci il tarixinədək) güzəştli şərtlərlə əmək stajı: 08 il 10 ay 20 gün təşkil edir. Əsas: Şəxsi iş nömrə 149, şəxsi vərəqə T/2, kadr əmrləri. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən “Xəzərdənizneftdonanma” idarəsi xx.xx.2007-ci ildən Xəzər X4 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dövlət X3nin və Xəzər X4nın yenidən təşkili yolu ilə “Azərbaycan X3” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1961-ci il təvəllüdlüdür, xx.xx.2021-ci il tarixində onun 60 yaşı tamam olmuşdur, onun həmin tarixə hərbi xidmət etdiyi və təhsil aldığı müddət daxil olmaqla 41 ildən çox əmək stajı vardır, iddiaçı xx.xx.2021-ci ilə qədər işlədiyi müddətin 12 il 06 ay hissəsini güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədə - işləməsi əsası ilə ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi xx.xx.2003-cü il tarixdən xx.xx.2012-ci il tarixədək “Azərbaycan X3” QSC-nin Gəmi Təmiri Emalatxanasında gövdə təmiri və elektrik qaynaq sahəsində usta, böyük sahə ustası vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda Metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) mütəxəssislər yarımbəndində (b) qazanxana işləri ilə məşğul olan ustalar (böyük ustalar) vəzifələrinə uyğun deyildir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1-ci maddəsinə (31 may 2022-ci il tarixədək olan redaksiyasına) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İnzibati iş materiallarından göründüyü kimi, İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan şərtləri mövcudur. Yəni iddiaçının 60 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur, 60 yaşının tamam olduğu tarixə, habelə onun ümumi əmək stajı hərbi xidmətdə olduğu dövr və ali təhsili aldığı dövr də nəzərə alınmaqla 25 ildən çoxdur, xx.xx.1981-xx.xx.1985-ci il, xx.xx.2003-xx.xx.2012-ci il, xx.xx.2014-xx.xx.2014-cu il tarixlərdə zərərli peşələrdə iş stajı isə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çoxdur. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtina məktubundan müəyyən olunur ki, cavabdeh iddiaçının xx.xx.2003xx.xx.2014-cü il tarixlərdə “Azərbaycan X3” QSC-də işlədiyi vəzifələrin Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahısının istinad olunan yarımbəndində (11.6) nəzərdə tutulan vəzifələr ilə üst-üstə düşmədiyini bildirir ki, məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı (11) bəndinin qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri (11.6.) b) mütəxəssislər yarımbəndində qazanxana işləri ilə məşğul olan ustalar (böyük ustalar) vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədir. Hazırda iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə - gəmi gövdə yığıcısı, böyük sahə ustası (gövdə təmiri, elektrik qaynaqçısı), böyük usta, gövdə qaynaq sexində gəmi gövdə təmirçisi, vəzifəsində 12 il 06 aydan çox müddətdə işləməsi əmək kitabçası və arayışlar ilə təsdiqlənir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının 2003-2014-cü illərdə işlədiyi müddəti güzəştli iş stajına əlavə etməyərək iddiaçının müraciətinin təmin edilməsindən əsassız imtina etmişdir. İşin həqiqi hallarına əsasən, iddiaçının 60 yaşı 15 fevral 2021-ci il tarixdə tamam olmuş, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə xx.xx.2022-ci ildə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, iddiaçıya xx.xx.2021-ci ildən – 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №e-2-1(112)-10064/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10064/2022
21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver