Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10088/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, X9, İddiaçı3, İddiaçı4 Cavabdehnə (üçüncü şəxslər X20, X16, X40, X41) qarşı "sərəncamın etibarsız hesab edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, X21, İddiaçı3, İddiaçı4 Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Cavabdeh 19 fevral 1992-ci il tarixli, 750 saylı, 10 iyun 1992-ci il tarixli, 2789 saylı, 17 may 1994-cü il tarixli, 467/8 saylı və 06 aprel 1995-ci il tarixli, 916 saylı sərəncamlarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 mülkiyyət hüququ ilə ana babaları X26 məxsus olmuşdur. X1 mirası qəbul edərkən yuxarıda göstərilən fərdi evin Nizami rayon İcraiyyə Komitəsinin balansına verildiyi məlum olmuşdur. Bununla əlaqədar X18 rayon Xalq Məhkəməsində Nizami RİK-yə qarşı “Evə mülkiyyət huququnun tanınması və qanunsuz istifadədən geri qaytarılması” barədə iddia qaldırmışdır. Məhkəmə iddianı təmin edərək həmin evin X27 məxsus olması və Nizami RİK-nin qanunsuz istifadəsindən geri alınması barədə xx.xx.1988-ci il tarixli qərar çıxarmışdır. Həmin Qərarın icrası ilə əlaqədar ev əvvəlki sahibinə qaytarılmış və vərəsəlik şəhadətnaməsinə əsasən xx.xx.1991-ci il tarixdə mərhumun qızı- anaları Sonaxanım Abdurəhmanovanın adına 30/1957 nömrəli hüquqi qeydiyyat vərəqəsi verilmişdir. Məhkəmə qərarına və qeydiyyat vərəqəsinin verilməsinə əsaslanaraq Cavabdeh başçısı “Keşlə qəsəbəsi, Maarif küçəsi 7 nömrəli evin Cavabdeh balansından çıxarılması haqqında” 1010 nömrəl xx.xx.1995-ci il tarixli Sərəncam vermişdir. Sərəncama əsasən Bakı şəhəri, Keşlə qəsəbəsi, Maarif küçəsi 7 nömrəli ev Cavabdeh balansından çıxarılmış və həmin evin mənzillərində yaşayan vetəndaşların, digər yaşayış sahəsi verilənədək, həmin mənzillərindən müvəqqəti istifadə hüququ saxlanılmışdır. Anaları xx.xx.2000-ci ildə vəfat etmişdir. Birinci dərəcəli vərəsələr kimi onlar hər biri miras əmlakdan bərabər pay almışlar. Bu barədə Bakı şəhəri 12 aylı notariat kontorundan 11 dekabr 2014-cü il tarixli qanun üzra vərəsəlik hüququ haqqında səhadətnamə almışlar. Vərəsəlik şəhadətnaməsi əsasında onlara Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən mübahisali evə dair xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Çıxarış Daşınmaz Əmlakın Dövlət Reyestrində 291 nömrəli reyestr kitabının 27120 nömrəli vərəqində qeydiyyata alınmışdır və hazırda qüvvədədir. Lakin Cavabdeh 1988-ci ilin məhkəmə qərarına əhəmiyyət verməyərək, əksinə 1992-ci ildən başlayaraq həmin ev üzrə onun müxtəlif otaqlarını mənzil statusu ilə özəlləşdirilməsi üçün Sərəncamlar verməyə başlamışdır. Belə ki, Cavabdeh 19 fevral 1992-ci il tarixli 750 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəs., Maarif küç. 7, mənzil 8-in vətəndaş X12 adına şəxsi mülkiyyətə verilmişdir. Bununla əlaqədar X25 həmin mənzilə xx.xx.1992-ci il tarixli 30/16230 nömrəli qeydiyyat vəsiqəsi almışdir. Elə həmin gün də mənzili X4. O, da öz növbəsində mübahisəli mənzili 20 iyul 2002-ci il tarixdə X5. Daha sonra Cavabdeh 10 iyun 1992-ci il tarixli 2789 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəs., Maarif küç. 7 nömrəli evin 6 nömrəli mənzilini X33 adına şəxsi mülkiyyətə verir. O da öz növbəsinda həmin mənzilə xx.xx.1992-ci il tarixli 30/16647 nömrəli qeydiyyat yəsiqəsi alır. Sonradan vərəsəlik qaydasında mənzil onun arvadı X34 adına keçmişdir. O isə öz növbəsində 09 avqust 2000-ci il tarixində mənzilin hazırki sahibi X2. Daha sonra Cavabdeh xx.xx.1994-cü il tarixli 467/8 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəs., Maarif küç. 7 nömrəli evin 1 nömrəli mənzilini X35 adına şəxsi ev kimi sənədləşdirilmişdir. Bu əsasla da Mariya Mehdiyeva mənzilə 19 oktyabr 1994-cü il tarixli 30/141 50 nömrəli qeydiyyat vəsiqəsi almışdır. 12 sentyabr 2001-ci il tarixdə isə mənzili mənzilin hazırki sahibi X3. Nizami rayon icra Hakimiyyati 06 aprel 1995-ci il tarixli 916 saylı Sərəncamı ilə həmin evin 4-cü mənzili şəxsi ev kimi X29 adına şəxsi ev kimi sənədləşdirilir. Anna Boqdanova isə bu mənzilə 15 iyul 1995-ci il tarixli 30/81670 nömrəli qeydiyyat vəsiqəsi alır. Burada maraqlı bir hal da yaranır. Belə ki, Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilən ölüm haqqında Akt qeydindan (N 696, xx.xx.1995-ci il) görünür ki, X46 xx.xx.1995-ci ildə vəfat edib və nənzildə ondan başqa heç kim qeydiyyatda olmayıb. Lakin ölümündən 7 gün sonra guya onun adından verilmiş etibarnamə əsasında Anna Boqdanovanın adına olan mənzil hazırki sahib X7. Bundan əlavə, X17 adına Bakı şəhəri, Nizami rayonu, Keşlə qəs., Maarif küç. 7 nömrəli evin 3 nömrəli mənzilinə dair Dövlət Reyestrindən çıxarış verilmişdir. Həmin sərəncamlardan doğan və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən hərəkətlər nəticəsində analarının mülkiyyətində olan fərdi yaşayış evinə dair sonrakı illərdə müxtəlif otaqlara dair mənzil qismində çıxarışlar verilmişdir. Göründüyü kimi sənədlər əsasında müəyyən edilir ki, sözügedən ev əvvəlcə babalarının, sonra isə analarının mülkiyyətində olmuş və müvafiq reyestrdə də qeydə alınmışdır. Lakin onların hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına baxmayaraq, Cavabdeh Başçısının sərəncamları ilə mülkiyyətləri başqa şəxslərə satılmışdır. Bu səbəbdən hesab edirlər ki, Cavabdeh Başçısının sözügedən Sərəncamları yuxarıda qeyd olunan əsaslara görə qanunvericiliyə uyğun olmadığından etibarsız hesab edilməli və həmin sərəncama əsasən tərtib olunmuş sənədlər ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10088/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X20, X16, X40, X41 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddianı müdafiə etdiyini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan iddianın mümkünlük məsələsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktub ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, həmçinin ünvan 2 ünvanında yerləşən mənzillərə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki: -11 dekabr 2014-cü il tarixli Qanun üzrəvərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2000-ci ildə vəfat etmiş X8 vərəsələri İddiaçı3, İddiaçı2, X22, X19, İddiaçı1 və X23 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən bərabər hissələrdə irs almışlar. - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışda qeyd olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə paylı mülkiyyət hüququ üzrə İddiaçı3, İddiaçı2, X22, X19, İddiaçı1 və X11 adına (hər birinin 1/6 payı) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Bakı şəhəri Cavabdeh başçısının 19 fevral 1992-ci il tarixli, 750 saylı sərəncamına əsasən Maarif küçəsi ev 7 ünvanında yerləşən evin 8-ci mənzilində yaşayan X12 adına şəxsi əmlak kimi sənədləşdirilmişdir. - Bakı şəhəri Cavabdeh başçısının 10 iyun 1992-ci il tarixli, 2789 saylı sərəncamına əsasən Maarif küçəsi ev 7 ünvanında yerləşən evin 6-cı mənzilində yaşayan X36 adına şəxsi əmlak kimi sənədləşdirilmişdir. - Bakı şəhəri Cavabdeh başçısının 17 may 1994-cü il tarixli, 467/8 saylı Maarif küçəsi ev 7 ünvanında yerləşən evin 1-ci mənzilində yaşayan X30 adına şəxsi əmlak kimi sənədləşdirilmişdir. - Bakı şəhəri Cavabdeh başçısının 06 aprel 1995-ci il tarixli, 916 saylı sərəncamına əsasən Maarif küçəsi ev 7 ünvanında yerləşən evin 4-cü mənzilində yaşayan X29 adına şəxsi əmlak kimi sənədləşdirilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Hazırkı iş üzrə iddiaçılar Bakı şəhəri Cavabdeh 19 fevral 1992-ci il tarixli, 750 saylı, 10 iyun 1992-ci il tarixli, 2789 saylı, 17 may 1994-cü il tarixli, 467/8 saylı və 06 aprel 1995-ci il tarixli, 916 saylı sərəncamlarının etibarsız hesab edilməsini mübahisələndirirlər. Hazırkı işdən görünür ki, iddiaçılar cavabdehin Bakı şəhəri Cavabdeh 19 fevral 1992ci il tarixli, 750 saylı, 10 iyun 1992-ci il tarixli, 2789 saylı, 17 may 1994-cü il tarixli, 467/8 saylı və 06 aprel 1995-ci il tarixli, 916 saylı sərəncamlarını xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirirlər. Halbuki, 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in "Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır). Göründüyü kimi iddiaçı sözügedən 1998-ci il tarixli sərəncamı qüvvədə olmuş MPM-nin tələbinə uyğun olaraq iddia müddəti çərçivəsində mübahisələndirməmişdir. Bundan əlavə məhkəmə mübahisələndirilən inzibati aktla bağlı xx.xx.2011-ci ildən qüvvəyə minmiş İnzibati Prosessual Məcəlləsinin tələbləri baxımından qiymətləndirmə aparmağı zəruri hesab edir. Hazırkı iş üzrə iddiaçıların iddiası Bakı şəhəri Cavabdeh 19 fevral 1992-ci il tarixli, 750 saylı, 10 iyun 1992-ci il tarixli, 2789 saylı, 17 may 1994-cü il tarixli, 467/8 saylı və 06 aprel 1995-ci il tarixli, 916 saylı sərəncamların etibarsız hesab edilməsi barədə olmaqla müəyyən etmə və tanınma haqqında iddia növündə irəli sürülmüşdür. Belə ki, İPM-in həmin iddia növünü tənzimləyən 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci bəndinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin maddənin 4-cü bəndinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Qeyd edilməlidir ki, subsidiarlıq tələbinə əsasən, müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdür. Beləliklə, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə olan maraq barəsində ümumi tələbdir. Yəni, məsələn mübahisələndirmə haqqında iddia üzrə iddia müddətini ötürmüş şəxs eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldıra bilməz. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında deyilir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Qərarda qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3- cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia mahiyyət etibarilə mübahisələndirmə haqqında iddiadır və İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsi ilə tənzimlənir. İddianın faktiki əsasları qərarın etibarsızlığına deyil, üçüncü şəxslər barəsində qəbul edilmiş əliverişli inzibati aktların ləğvinə uyğundur və iddiaçılar prosessual məhdudiyyətlərin (iddia müddətinin) tətbiqini istisna etmək üçün sonda qərarın etibarsızlığını xahiş edərək hazırkı iddianı "müəyyən etmə və tanınma haqqında iddia” növü kimi göstərmişdir. Müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə maraq barəsində olan ümumi tələbdir. Mübahisələndirmə haqqında iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. İşin hallarından müəyyən olunur ki, iddiaçılar mübahisələndirdikləri sərəncamların ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə qaldırmış, müvafiq sərəncamlar qəbul edildiyi vaxtdan 29-32 il keçdikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdirlər. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Cavabdeh 19 fevral 1992-ci il tarixli, 750 saylı, 10 iyun 1992-ci il tarixli, 2789 saylı, 17 may 1994-cü il tarixli, 467/8 saylı və 06 aprel 1995-ci il tarixli, 916 saylı sərəncamlarının mövcudluğu barədə iddiaçıların uzun müddət əvvəl məlumatlı olmasını təsdiq edən təkzibedilməz sübutlar vardır. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)114/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar X41, X24, X32, X16 və X42 cavabdehlər İddiaçı3, İddiaçı2, X22, X19 və X14 qarşı "miras əmlakın qəbulu üzrə müddətin ötürülmüş hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və müvafiq reyestr qeydinin ləğvi barədə" tələbinə dair iddiası rədd edilmişdir. Adçəkilən Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)114/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsində iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sənədlər sırasında Bakı şəhəri Cavabdeh 19 fevral 1992-ci il tarixli, 750 saylı, 10 iyun 1992ci il tarixli, 2789 saylı, 17 may 1994-cü il tarixli, 467/8 saylı və 06 aprel 1995-ci il tarixli, 916 saylı sərəncamları göstərilmiş, cavabdeh qismində İddiaçı3 tərəf, eləcə də proses iştirakçısı kimi məhkəmədə bilavasitə və nümayəndəsi X51 ilə təmsil olunarkən cavabdeh tərəf həmin sərəncamlardan məlumatlı olmuşdur. Belə ki, həmin qətnamənin 4-cü səhifəsinin 5-ci abzasında göstərilmişdir: “Cavabdeh 19 fevral 1992-ci il tarixli, 750 saylı sərəncamı ilə Maarif küçəsi ev 7 ünvanında yerləşən evin 8-ci mənzilində yaşayan X12 adına, 10 iyun 1992-ci il tarixli, 2789 saylı sərəncamı ilə Maarif küçəsi ev 7 ünvanında yerləşən evin 6-cı mənzilində yaşayan X36 adına, 17 may 1994-cü il tarixli, 467/8 saylı sərəncamı ilə Maarif küçəsi ev 7 ünvanında yerləşən evin 1-ci mənzilində yaşayan X30 adına və 06 aprel 1995-ci il tarixli, 916 saylı sərəncamı ilə Maarif küçəsi ev 7 ünvanında yerləşən evin 4-cü mənzilində yaşayan X29 adına şəxsi əmlak kimi sənədləşdirilmişdir.” Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən sərəncamların rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq hesab edir ki, yuxarıda sadalanmış təkzibedilməz sübutlar iddiaçıların 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Göründüyü kimi iddiaçılar qəbul edilmiş inzibati aktdan hələ ən geci Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)114/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi vaxtından məlumatlı olmuşdurlar. Başqa sözlə, iddiaçılar sərəncamlardan məlumatlı olduğu vaxtdan qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməklə xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmışdırlar. İnzibati Prosessual Məcəllənin: -22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. -24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. -24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə iddia tələbi üzrə müddətin ötürülməsindən 1 ildən çox keçdiyini nəzərə alaraq iddiaçıya iddia müddətinin bərpasına dair ərizə verilməsinin təklif edilməsinə hüquqi zərurət görməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçılar öz tələblərini onunla əsaslandırmışlar ki, mübahisələndirilən sərəncamlardan doğan və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən hərəkətlər nəticəsində analarının mülkiyyətində olan fərdi yaşayış evinə dair sonrakı illərdə müxtəlif otaqlara dair mənzil qismində çıxarışlar verilmişdir. Bununla bağlı bildirilir ki, iddiaçılara paylı mülkiyyət üzrə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə üçüncü şəxslərə məxsus olan və hazırkı iddia ilə mübahisələndirilən sərəncamlarla onların mülkiyyətinə verilmiş ünvan 2 ünvanında yerləşən mənzillər fərqli daşınmaz əmlaklardır. Belə ki, yuxarıda qeyd edilən Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)114/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində göstərilmişdir: “Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Qeyd olunan ekspertiza üzrə alınmış 15 yanvar 2019-cu il 21892№ ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən ekspertizaya təqdim olunmuş texniki pasportda Keşlə qəsəbəsi Maarif küçəsi 9 saylı ünvan göstərildiyini, lakin tədqiqat aparılan mənzillərin Keşlə qəsəbəsi, Maarif küçəsi 7 saylı ünvanda yerləşdiyini, eləcə də tədqiq olunan tikililərin parametrlərinin texniki pasportun göstəricilərinə uyğun olmadığını nəzərə alaraq, Bakı şəhəri icra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli Seriya ÖM 010027 №-li qeydiyyat vəsiqəsində göstərilən Bakı şəhəri, Keşlə qəsəbəsi, Maarif küçəsi ev 7-də yerləşən 4 saylı mənzilin, xx.xx.2001-ci il tarixli seriya ÖM 089804 №-li qeydiyyat vərəqəsində göstərilən Bakı şəhəri, Keşlə qəsəbəsi, Maarif küçəsi ev 7-də yerləşən 1 saylı mənzilin, xx.xx.2002-ci il tarixli seriya ÖM 104542 №-li qeydiyyat vərəqəsində göstərilən Bakı şəhəri, Keşlə qəsəbəsi, Maarif küçəsi ev 7-də yerləşən 6 saylı mənzilin, xx.xx.2002-ci il tarixli seriya ÖM 126597 №-li qeydiyyat vərəqəsində göstərilən Bakı şəhəri, Keşlə qəsəbəsi, Maarif küçəsi ev 7-də yerləşən 8 saylı mənzilin və xx.xx.2005-ci il tarixli seriya ÖM 255212 №-li qeydiyyat vərəqəsində göstərilən Bakı şəhəri, Keşlə qəsəbəsi, Maarif küçəsi ev 3-də yerləşən 7 saylı mənzilin, Keşlə qəsəbəsi, Maarif küçəsi 9 saylı ünvan üzrə tərtib edilmiş Texniki Pasportda göstərilən evdən fərqli olduğu müəyyən edilir. Həmin rəyi tərtib etmiş ekspert X49 məhkəmə iclasında iş üzrə verilmiş rəyə uyğun izahat verərək, rəydə göstərilənləri təsdiq etmiş, həmin rəyin evin hazırkı mövcud vəziyyətinə uyğun olaraq tərtib edildiyini bildirmişdir.” (qətnamənin 3-cü səhifəsinin 9 və 10-cu abzası, 4cü səhifəsinin 1-ci abzası). Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1, X21, İddiaçı3, İddiaçı4 Cavabdehnə qarşı "sərəncamların etibarsız hesab edilməsi" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-10088/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-10088/2024
16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver