Məhkəmə qərarları › İş №e-2-1(112)-10137/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-10137/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10137/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı “qərarın etibarsız hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Faktiki olaraq iş üzrə üçüncü şəxs X5 istifadəsində olan və fərdi evin tikintisi üçün 600 kv.m torpaq sahəsinin X4 adına sənədləşləşdirilməsinə dair cavabdeh Binəqədi rayon Biləcəri Bələdiyyəsinin 10 dekabr 2004-ci il tarixli 1268 nömrəli Qərarının etibarsız sayılması barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə cavabdeh X8 qarşı Binəqədi rayon Məhkəməsinə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü neft kəmərinin 119-cu km-də, 39T 0399979;4477662 saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 15- 20 metr aralı məsafədə, Binəqədi rayonu M.S.ünvan 1 ünvanında cavabdeh X10 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli e-2(001)-5661/2022 nömrəli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Sözügedən qərardad əsasında ekspertiza keçirilmiş və X2 xx.xx.2023-cü il tarixli 10/7933 nömrəli ekspertiza rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, cavabdeh tərəfindən quraşdırılmış mübahisəli dəmir lövhələrin Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərindən 20 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin dəmir lövhələrin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları" ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu. Həmin iş üzrə cavabdeh X10 (hazırkı tələb üzrə üçüncü şəxs) məhkəməyə cavabdeh Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1268 nömrəli qərarını xx.xx.2023-cü il tarixində saat 10:50-də keçirilən iclasda Binəqədi rayon Məhkəməsinin inzibati binasında hakimə təqdim edərək qeyd etmişdir ki, mübahisələndirilən tikilinin yerləşdiyi torpaq sahəsinə dair adıçəkilən qərar mövcuddur. Qərar iş üzrə üçüncü şəxs X4 adına verilsə də, hazırda torpaq sahəsi və üzərindəki tikili ona (iş üzrə üçüncü şəxs X8) məxsusdur. Alqı-satqı yolu ilə həmin torpaq sahəsini X3 almışdır. Cavabdeh Binəqədi rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1268 nömrəli “Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti memarının razılığına əsasən Bakı şəhər sakini X6 əlavə olunmuş cizgi əsasında 600,0 kv.metr torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə satılması haqqında” Qərarı ilə fərdi evin tikintisi üçün 600 kv.m torpaq sahəsi vətəndaş X4 adına sənədləşdiriılməsi qərara alınmışdır. Torpaq sahəsinin faktiki olaraq, SOCAR-ın İddiaçı istismarında olan neft boru kəmərinin mühafizə Ərizəni imzalayan şəxs haqqında məlumat: zonası daxilində yerləşməsi səbəbindən cavabdeh Binəqədi rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1268 nömrəli Qərarı bu günədək icra edilməmiş, torpaq sahəsi iş üzrə üçüncü şəxs X4 və ya digər şəxsin adına sənədləşdirilməmişdir. Üçüncü şəxsin hazırda istifadəsində olan torpaq sahəsinin faktiki olaraq qanunvericiliklə həmin kateqoriya torpaqlar üçün müəyyən edilmiş məqsədlərdən kənar istifadə olunmasına zəmin yaradır. Yuxarıda göstərilənlərə əsasən hesab edirik ki, sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olan sənaye tayinatlı torpaq sahələrinə aid olduğu üçün, X7 ayrılması qanunsuz olmuşdur. Bu səbəbdən, torpaq sahəsinin ayrılması barədə Qərar etibarsız sayılmalıdır.

3. Azərbayan Respublikası Dövlət Arxinin Bakı Filialı tərəfindən“vət. X9 barəsində Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2004-cü il tarixli, 1268 saylı Qərarı məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1268 №-li “Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti memarının razılığına əsasən Bakı şəhər sakini X6 əlavə olunmuş cizgi əsasında 600,0 kv.metr torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə satılması haqqında” Qərarına əsasən BRİH memarının razılığını nəzərə alaraq Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində əlavə olunmuş cizgi əsasında 600,0 kv.m. torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə X1.

4. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-5661/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertin və mütəxəssislərin qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) H.Əliyev tərəfindən Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ 500 mmlik yerüstü nft kəmərinin 119-cu km-də, 39T 0399979;4477662 saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 15-20 metr aralı məsafədə, Binəqədi rayonu M.S.ünvan 1 ünvanında inşa olunmuş tikili ilə neft kəmərinin mühafizə zonası arasında olan məsafə nə qədər təşkil edir? 2) H.Əliyev tərəfindən Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ 500 mmlik yerüstü nft kəmərinin 119-cu km-də, 39T 0399979;4477662 saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 15-20 metr aralı məsafədə, Binəqədi rayonu M.S.ünvan 1 ünvanında inşa olunmuş tikili “socar”ın İddiaçı istismarında olan Şşirvan-Böyükşor neft kəmərinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları ilə müəyyən edilmiş mühafizə zonasında yerləşirmi? 3) H.Əliyev tərəfindən Socar-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ 500 mmlik yerüstü neft kəmərinin 119-cu km-də, 39T 0399979;4477662 saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 15-20 metr aralı məsafədə, Binəqədi rayonu M.S.ünvan 1 ünvanında inşa olunmuş tikilinin yerləşdiyi torpaq sahəsi ilə Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsi tərəfindən 1268 №-li qərarla X6 verilmiş torpaq sahəsi üst-üstə düşürmü?

5. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində tədqiqatın nəticəsində qərardadın birinci və ikinci sualları üzrə cavabdeh tərəfindən quraşdırılmış mübahisəli dəmir lövhələrin Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərindən 20 metr məsafədə yerləşdiyini nəzərə alaraq həmin dəmir lövhələrin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyünün müəyyən olunduğu, qərardaddın üçüncü sualı üzrə müvafiq mütəxəssis rəyi təqdim olunmadığına görə təqdiqat aparılmadığı qeyd olunmuşdur.

6. Tərəflər məhkəmə iclasında iştirak etmir.

II. İddianın mümkünlüyü

7. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında"Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)

8. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik “X6 600,0 kv.metr torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə satılması haqqında” Binəqədi rayon Biləcəri Bələdiyyəsinin 10 dekabr 2004-ci il tarixli 1268 nömrəli qərarının qanunsuzluğunun tanınmasını tələb edir.

9. İddiaçının mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir.

10. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

11. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

12. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: 1.3. “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

13. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

14. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

15. Deryan Türkiyəyə qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki: -30. Məhkəmə bir daha bildirir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı prinsipi əks etdirən müəyyən edilmiş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir (bax, digərləri arasında, Suominen v. Finlandiya, № 37801/97, § 34, 1 iyul 2003-cü il və Luka Rumıniyaya qarşı, № 34197/02, § 55, 21 iyul 2009-cu il). Əsaslandırılmış qərarın digər funksiyası tərəflərə onların dinlənildiyini nümayiş etdirmək, onlara həmin qərardan şikayət vermək və qərara apellyasiya orqanı tərəfindən baxılması imkanını təmin etməkdir (Suominen, yuxarıda adı çəkilən, § 37). . -31. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələri öz qərarlarının səbəblərini açıqlamağa məcbur etsə də, bu, hər bir arqumentə ətraflı cavab tələb edilməsi kimi başa düşülə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini rədd edərkən, prinsipcə, sadəcə olaraq aşağı məhkəmənin qərarının səbəblərini təsdiq edə bilər (bax: García Ruiz İspaniyaya qarşı [GC], № 30544/96, § 26, AİHM 1999-İ və orada göstərilən hallar). -32. Səbəb göstərmək vəzifəsinin tətbiq olunma dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bundan əlavə, digər məsələlərlə yanaşı, iddiaçının məhkəmələr qarşısında təqdim edə biləcəyi təqdimatların müxtəlifliyini və qanunvericilik müddəaları, adət qaydaları, hüquqi rəy və sənədlərin təqdim edilməsi və hazırlanması ilə bağlı Razılığa gələn Dövlətlərdə mövcud olan fərqləri nəzərə almaq lazımdır. Məhz buna görə də məhkəmənin Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyini yerinə yetirməməsi məsələsi yalnız işin halları əsasında müəyyən edilə bilər (bax: X11rşı, 9 dekabr 1994-cü il. , § 29, A seriyası № 303A). -33. Bununla belə, tərəflərin təqdimatının araşdırılması sözügedən proses üçün həlledici əhəmiyyət kəsb etdiyi halda, məsələn, Ruiz Torijanın işində olduğu kimi qanunla müəyyən edilmiş müddətlərə dair ərizəsinə məhləmələr qərarlarında əsaslandırdıqları səbəbləri konkret və açıq cavab tələb edəcək (bax, eyni zamanda ., § 30; həmçinin bax Hiro Balani İspaniyaya qarşı, 9 dekabr 1994-cü il, § 28, A seriyası № 303B).

16. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir.

17. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Odur ki, qərar(lar)ın mübahisələndirilməsi (qanunsuzluğunun tanınması) ilə bağlı yol verilən müddət ötürülmüşdür, qeyd edilən dəlil prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.

18. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur.

19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apeeşikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar