Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10180/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinəqarşı “Forma-1 arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair “Forma-1” arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi (vəkili) daha sonra məhkəməyə ərizə təqdim edərək ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərinə qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilərək götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan2.468 ha torpaq sahəsindı yerləşən 23 nömrəli binanın 5-ci mərtəbəsində 114.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi (70 saylı ofis) tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabını 3759 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2.468 ha torpaq sahəsindı yerləşən 23 nömrəli binanın 5-ci mərtəbəsində 114.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (70 saylı ofis) dair “Forma-1” arayışın verilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərinə məhdudiyyət qoyulduğunu əsas gətirərək, tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 5-ci mərtəbəsində 114.6 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin (70 saylı ofis) üzərinə məhdudiyyət qoyulduğunu əsas gətirərək “Forma- 1” arayışın verilməsindən imtina etmişdir. Hazırda iddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərinə qoyulmuş məhdudiyyət barədə məlumatın verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli, 3- 21-3-30/2-13010/2025 saylı məktubla bildirirlmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/99 nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “Mülkiyyət hüququ əsasında mənə məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair “Forma-1” arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********10 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı mükiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsi üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/99 nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı mükiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/99 nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur.
6. Daxili İşlər Nazirliyi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanan xx.xx.2015-ci il tarixli məktuba əsasən yaranmış zərurətlə əlaqədar təqdim edilmiş siyahıda adları qeyd olunan şəxslərə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan daşınmaz əmlak (yaşayış və qeyri-yaşayış sahəsi) barədə məlumatların təqdim olunması, eləcə də onların özgəninkiləşdirilməsinin dayandırılması üçün göstəriş verilməsi xahiş edilmişdir.
748. İddiaçı (xx.xx.1955)
7. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 5-ci mərtəbəsində 114.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi (70 saylı ofis) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 3759 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********57- 06301-083788; qeydiyyat nömrəsi: ********).
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən: Hüququ rəsmiləşdirilən şəxs İddiaçı Daşınmaz əmlakın növü Qeyri-yaşayış sahəsi Daşınmaz əmlakın ünvanı (olduğu yer) Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 Daşınmaz əmlakın mülkiyyət növü Xüsusi Daşınmaz əmlakın üzərində hüququn növü Mülkiyyət Daşınmaz əmlakın ümumi sahəsi 11,60 (kvadratmetrlə) Daşınmaz əmlakın reyestr nömrəsi **********57-06301-083788 Sənədi verən təşkilat ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi Qeyd 1. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli kitabın 3759 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd 2. Hüququn yaranması üçün əsas Alqı-satqı Hüquq sahibləri: Sıra Hüquq sahibinin adı Payı Qeydiyyat nömrəsi Qeydiyyat tarixi nömrəsi 1 İddiaçı Tam 110800005 xx.xx.2008
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, qeyri-yaşayış sahəsinə dair xx.xx.2008-ci il tarixdə aparılmış qeydiyyat etibarsız hesab edilməmişdir və qüvvədədir, qeyri-yaşayış sahəsi bugünədək mübahisəsiz olaraq iddiaçının sahibliyində və istifadəsindədir.
II. İddianın növü və mümkünlüyü
10. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
11. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
12. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən iddiaçının sahibliyində və istifadəsində olması ilə bağlı hər hansı mübahisə yoxdur.
13. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 5-ci mərtəbəsində 114.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi (70 saylı ofis) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 3759 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********57- 06301-083788; qeydiyyat nömrəsi: ********). Hüququ rəsmiləşdirilən şəxs İddiaçı Daşınmaz əmlakın növü Qeyri-yaşayış sahəsi Daşınmaz əmlakın ünvanı (olduğu yer) Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 Daşınmaz əmlakın mülkiyyət növü Xüsusi Daşınmaz əmlakın üzərində hüququn növü Mülkiyyət Daşınmaz əmlakın ümumi sahəsi 11,60 (kvadratmetrlə) Daşınmaz əmlakın reyestr nömrəsi **********57-06301-083788 Sənədi verən təşkilat ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi Qeyd 1. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli kitabın 3759 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd 2. Hüququn yaranması üçün əsas Alqı-satqı Hüquq sahibləri: Sıra Hüquq sahibinin adı Payı Qeydiyyat nömrəsi Qeydiyyat tarixi nömrəsi 1 İddiaçı Tam 110800005 xx.xx.2008
14. Məhkəmə qeyd edir ki, faktiki olaraq İddiaçı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyriyaşayış sahəsini hüquqi əsaslarla əldə etmiş və 31 yanvar 2008-ci il tarixində bu qeyriyaşayış sahəsinə dair mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmış və bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Qeyd edilən tarixdən etibarən, yəni mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması anından, həmin qeyri-yaşayış sahəsi hüquqi cəhətdən yeni yaranmış daşınmaz əmlak kimi formalaşmışdır. Bu isə onu göstərir ki, daşınmaz əmlakla bağlı hüquqi status tam şəkildə müəyyən olunmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmişdir. Eyni zamanda mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı heç bir mübahisə irəli sürülməmiş, bu qeydiyyatın etibarsız sayılması ilə bağlı hər hansı hüquqi tədbir görülməmişdir. Bu fakt da onu göstərir ki, iddiaçının mülkiyyət hüquqları həm hüquqi cəhətdən qüvvədədir, həm də dövlət tərəfindən tanınır və müdafiə olunur. 15.Mülki Məcəllədən:
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
16. Məhkəmə qeyd edir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi iş materiallarına əsasən sübut edilmir. Belə ki, yeni daşınmaz əmlak kimi Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair hüquqların qeydə alınması (qeydiyyat zamanı qüvvədə olan) etibarlı əqdə və reyestr yazısına əsaslanmış və həmin qeydiyyat ləğv və ya etibarsız hesab edilməmişdir.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
19. Məhkəmə qeyd edir ki, nə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi, nə də İddiaçı hüquqlarının dövlət qeydiyyatına dair xx.xx.2008-ci il tarixdə aparılmış qeydiyyat ləğv və etibarsız hesab edilməmişdir.
20. Odur ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair “İddiaçı hüquqlarının dövlət qeydiyyatına dair xx.xx.2008-ci il tarixdə aparılmış qeydiyyat və reyestr yazısı mövcuddur, həmin hüquq daşınmaz əmlaka dair alqısatqı müqaviləsi əsasında əmələ gəlmişdir, məzmunu dəqiqdir, məzmununun qeyridəqiqliyinə dair hər hansı şübhə yoxdur, həmin qeydiyyat (alqı-satqı müqaviləsi əsasında əmələ gəlmiş hüquq) ləğv və ya etibarsız hesab edilməmişdir və məhkəmə araşdırması zamanı həmin hüququn üzərində hər hansı məhdudiyyətin olduğu müəyyən edilməmişdir.
21. Məhkəmə eyni zamanda qeyd edir ki, qeyd edilən müddətdə iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış alqı-satqı müqaviləsi maraqlı subyektlər tərəfindən mübahisələndirilməmiş, eləcə də iddiaçının adına mövcud qeydiyyat və reyestr yazısı cavabdeh tərəfindən ləğv edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra — Mülki Məcəllə) 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində döviət reyestrinin açıqlığı prinsipindən irəii gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamSığı prezumpsiyası əks olunmuşdur. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqiıyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamhğı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adma qeydiyyata alınmış hər hansı bir hüququ əidə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamhğı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın döviət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə, daşınmaz əmiaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Müiki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdın imasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin döviət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamhğı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, döviət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əidə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun “Xalq Bank" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 20f8-ci il 18 iyul tarixli Qərarı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əidə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti oian mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün hallan nəzərə alınmaqla, bu halların ərizəçiyə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə Qərarı, № 18768/05, § 103, 2010-cu il).
22. Məhkəməsinin mövqeyi reyestr yazısının tamlığı və əsaslılığı prezumpsiyasına əsaslanır.
23. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
24. X1 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
25. X1 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
26. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X1 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.
28. Məhkəmənin hazırkı iş üzrə qənaəti X1 Məhkəməsinin Rafiq Əliyevin Azərbaycana qarşı işinə (Şikayət № 45875/06, 06 dekabr 2011-ci il tarixli qərar) əsaslanır.
29. Həmin qərardan:
119. Məhkəmə bildirir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən dövlət qurumları tərəfindən mülkiyyətdən maneəsiz istifadə etmək hüququnun məhdudlaşdırılmasına birinci və ən vacib tələb həmin məhdudlaşdırmanın qanuni olmasıdır. İkinci bəndə əsasən Dövlətin milli qanunvericiliyə uyğun olaraq əmlakın istifadə edilməsinə nəzarətin həyata keçirilməsi hüququ tanınır. Eyni zamanda, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi prinsipi Konvensiyanın hər bir maddəsinə aiddir. Ümumi ictimai maraqlarla şəxsin fundamental hüquqlarının müdafiəsi vəzifəsi arasında ədalətli tarazlığın qorunması məsələsi yalnız müdaxilənin qanunilik və əsaslılıq tələblərinə uyğun olmasının müəyyənləşdirilməsindən sonra yaranır (baxın, digər qərarlarla yanaşı, Baklanov Rusiyaya qarşı, no. 68443/01, 09 iyun 2005-ci il, § 39 və Frizen Rusiyaya qarşı, no. 58254/00, 24 mart 2005-ci il, § 33).
120. “Qanun” anlayışını təfsir edərək Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi Konvensiyanın digər müddəalarında qeyd olunan eyni konsepsiyaya istinad edir (baxın, Spacek, s.r.o. Çexiyaya qarşı, no. 26449/95, 09 noyabr 1999-cu il, § 54 və yuxarıda qeyd edilən Baklanov Rusiyaya qarşı, § 40). Həmin konsepsiyaya əsasən həyata keçirilən tədbir mütləq milli qanunvericilikdə öz əsasını tapmalıdır. Eyni zamanda, həmin məsələ qanunun keyfiyyətinə aiddir. Qanun hər bir şəxs üçün istifadə edilməsi mümkün olan, dəqiq və əvvəlcədən görünən olmalıdır (baxın, Beyeler İtaliyaya qarşı (BP), no. 33202/96, § 109, İHAM 2000-İ).
30. Bununla əlaqədar məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.3-cü maddəsinə əsasən, hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə).
31. CPM-dən: 249.2. Əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərarı aşağıdakı hallarda çıxarır: 249.2.1. məhkəməyə müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı daxil olduqda; 249.2.2. məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda. 249.3. Əmlak üzərinə həbs qoyulması haqqında məhkəmənin qərarında aşağıdakılar öz əksinin tapmalıdır: 249.3.1. qərarın çıxarıldığı tarix, vaxt və yer; 249.3.2. qərarı çıxarmış hakimin soyadı, adı, atasının adı və vəzifəsi; 249.3.3. əmlak üzərinə həbs qoyulması üçün əsas olmuş obyektiv halların və motivlərin əsaslandırılması; 249.3.4. əmlakın üzərinə həbs qoyulmuş şəxsin soyadı, adı və atasının adı; 249.3.5. üzərinə həbs qoyulmalı olan konkret əmlak, habelə mülki iddianın təmin edilməsinə kifayət edən əmlak; 249.3.6. əmlak üzərinə qoyulan həbs müddəti. 249.4. Üzərinə həbs qoyulması üçün əmlakın könüllü verilməsinə əsaslı şübhələr olduqda, əmlak üzərinə həbs qoyulması haqqında qərarda axtarış aparılmasının mümkünlüyü də göstərilir. 249.5. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2—177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər. 249.6. Bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoyulmasının zəruriliyi və təxirə salına bilməməsi əsaslandırılmaqla tərtib edilir.
32. Məhkəmə hesab edir ki, məhkəmənin hazırkı işin hallarına uyğun olaraq müəyyən etməli olduğu hal Daxili İşlər Nazirliyinin məktubu əsasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının daşınmaz əmlakları üzərinə qoyulmuş məhdudiyyətinin qanuniliyinə qiymət verməkdir.
33. Məhkəmə qeyd edir ki, istintaq orqanının məktubu əsasında əmlak üzərinə həbsin qoyulmasının mümkünlüyünü əsaslandıran qanuni müddəa yoxdur.
34. Belə ki, əmlak üzərinə həbs məhkəmənin və ya təxirə salına bilməyən hallarda müstəntiqin əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərarı əsasında qoyula bilər.
35. Məhkəmə qeyd edir ki, istintaq orqanın məktubu əsasında hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağa qanunvericilikdə nəzərdə tutulmamışdır.
36. Odur ki, Daxili İşlər Nazirliynin 1/99 nömrəli xx.xx.2015-ci il tarixli məktubu əsasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının mülkiyyət hüququna müdaxilə qanunun mənası baxımından dəqiq və əvvəlcədən görünən deyil.
37. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə araşdırmanın predmeti məhz Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin məktubu ilə qoyulmuş məhdudiyyətin qanuniliyinə qiymət verməkdir. Əmlak üzərində mövcud olan digər məhdudiyyət, həbs hazırkı məhkəmə araşdırmasının predmeti deyil.
38. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
39. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyr-yaşayış sahəsi üzərinə qoyulmuş məhdudiyyətin (qadağanın) götürülməsi barədə qərar qəbul edilməlidir. Odur ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyil.
40. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
41. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
43. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospketi, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərinə qoyulmuş məhdudiyyətin (qadağanın) götürülməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva