Məhkəmə qərarları › İş №e-2-1(112)-1020/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1020/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1020/2024 12.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçınun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mövcud ölçülərdə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh aşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mövcud ölçülərdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Hüquqların daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2001-ci il tarixdə qeydiyyata alınaraq müvafiq qeydiyyat vəsiqəsi verilmişdir. Həmin ev digər şəxsin mülkiyyətində olmuş, alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən alınmışdır. Fərdi yaşayış evini aldığı zaman Qeydiyyat vəsiqəsində ümumi sahəsi 105,3 kv.metr, ümumi sahəsi 35,8 kv.metr olmaqla 2 otaqdan ibarət olmuşdur. Fərdi yaşayış evi və həyətyanı torpaq sahəsini qeyd edilən vəziyyətdə almış və uzun illər mövcud vəziyyətdə istifadə etmişdir. Son ildə tikililərdə müəyyən dəyişikliklər etmiş və məlumatlandırma icraatı qaydasında eskiz layihə tərtib edilməklə fərdi yaşayış sahəsinin 382,5 kv.metr torpaq sahəsində yerləşməklə “A” tikilisinin tikintialtı sahəsi 299,18 kv.metr, “B” tikilinin tikintialtı sahəsi 29.07 kv.m. kimi qeydiyyatdan keçirilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********28 saylı məktubu ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyatına alınmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, hüquqların dövlət qeydiyyatından imtina əsassızdır və iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh təşkilat qanunun tələbini pozaraq, artıq mövcud olan hüquqların qeydiyyatından əsassız şəkildə imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən əraziyə keçirilən texniki baxış zamanı qeydiyyatdan keçmiş “A” literli fərdi yaşayış evində yenidənqurma işləri aparıldığı və əlavə yeni “B” literli fərdi yaşayış evinin inşa edildiyi məlum olmuşdur. Bundan başqa, “A” literli fərdi yaşayış evinin bir tərəfdən qonşu fərdi yaşayış evi ilə vahid konstruktiv yükgötürən divarlara malik olduğu aşkar olunmuşdur. Konstruktiv cəhətdən vahid olan tikili ayrı-ayrı tikililərə bölünə bilinmədiyindən yeni inşa olunmuş sahələrin ayrıca iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü maddəsinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportda sonradan torpaq sahəsinin ölçüsündə dəyişiklik edilərək 155.6 kv.metrdən 382.8 kv.metrə artırılmışdır. Bu səbəbdən əlavə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması mümkün olmamışdır. Bundan başqa, “A” literli fərdi yaşayış evinin bir hissəsi və “B” literli fərdi yaşayış evi tamamilə texniki pasportun perimetrik ölçüləri hüdudları daxilində olsa da, 155.6 kv.metr torpaq sahəsinin hüdudları xaricindədir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Bu barədə vətəndaşa xx.xx.2022-ci il tarixli, **********84 nömrəli məktub ünvanlanmışdır. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli **********28 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küşəsi, 30 A ünvanında inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqlarının qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, 005158 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Proletar küçəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 105.3 kv.metr, yaşayış sahəsi 35,8 kv.metr olan 30 “a” saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmişdir. Müvafiq sorğu əsasında DƏDKR-in 1 saylı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin arxiv əsaslarında olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Lenin rayonu, ünvan 6 ünvanındakı mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi (cəmi meydançanın sahəsi) 155,6 kv.metr qeyd edilmiş, sonradan həmin qeydin üzərinə xətt çəkilməklə yanında 382,8 kv.metr kimi yazılmış, həmin qeydin aşağısında “Sərəncam 11. 10 yanvar 2001-ci il. Dəyişiklik etdi: İsfəndiyarov İ.C. Yoxladı: İskəndərov F.C. xx.xx.2001-ci il” qeydi aparılmış və imzalarla təsdiq edilmişdir. -Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti başçısının “mərhum X5 məxsus Sabunçu qəsəbəsi, Proletar küçəsi, 30a saylı tikilinin hüquqi qeydiyyata alınması haqqında” 10 sentyabr 1996-cı il tarixli, 993 nömrəli sərəncamından görünür ki, mərhum X7 yaşayış sahəsi 35,8 kv.metr, 2 otaq, açıq aynabənd 14.9 kv.metr, bağlı aynabənd 5,0 kv.metr, girəcək 7,0 kv.metr, mətbəx 11,6 kv.metrdən ibarət olub 155,5 kv.metr torpaq sahəsində yerləşən mülkün hüquqi sahibi hesab edilmişdir. -21 noyabr 1996-cı il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.1996-cı il tarixli Qeydiyyat İdarəsinin hüquqların qeydiyyatı haqqında Arayışa əsasən X8 ünvan 7 ünvanında yerləşən 155,6 kv.metr torpaq sahəsi üzərindəki 2 otaqdan ibarət 30a saylı evin sahibi X1 üzrə vərəsəsi hesab edilmişdir. -03 aprel 1997-ci il tarixli 037286 №li müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, E.Mehtiyev küçəsi ünvanında yerləşən 155,6 kv.metr torpaq sahəsində inşa edilmiş iki otaqlı yaşayış evini X3. -22 noyabr 1997-ci il tarixli 047216 №li alqı-satqı müqaviləsinin surətindən görünür ki, X13 xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus əsasən ünvan 8 ünvanında yerləşən yaşayış sahəsi 35,8 kv.metr olan iki otaqlı yaşayış evi X2. -Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti başçısının “vətəndaş X9 məxsus Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi 30 “a” saylı evin texniki pasportunda dəyişiklik edilməsi haqqında” 10 yanvar 2001-ci il tarixli 11 nömrəli sərəncamında aşağıdakılar göstərilmişdir: Sabunçu rayon İcra Hakimiyyəti başçısı Aparatının müvafiq komissiyası tərəfindən aparılan yoxlama zamanı məlum olmuşdur ki, mülkün “A” tikilisinə bitişik 12,7 kv.metr ölçüdə dəhliz, 13,1 kv.metr ölçüdə mətbəx, 2,4 kv.metr ölçüdə daxili dəhliz, 13,1 kv.metr ölçüdə mətbəx, 2,4 kv.metr ölçüdə daxili dəhliz və 3,5 kv.metr ölçüdə hamam tikilmişdir. “B” tikilisinin sökülmüşdür. Torpaq sahəsi 376,4 kv.metrdir. Mülkün 34 №li kitabının 5200-cü səhifəsində qeyd olunmuş xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsi və 1965-ci ilin noyabr ayında verilmiş texniki pasportu var. Qeyd olunanları nəzərə alaraq Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən vətəndaş X9 məxsus 30 “a” saylı evdə əlavə tikililər hüquqi qeydiyyata alınmaqla evin texniki pasportunda dəyişikliyin edilməsinə icazə verilsin. -12 aprel 2001-ci il tarixli D18726 №li müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X12 Bakı şəhər İcra Hakimiyyəti MHQİ tərəfindən verilmiş 30/936 saylı xx.xx.1998-ci il tarixli 30/936 saylı Qeydiyyat Vəsiqəsinə və xx.xx.2001-ci il tarixli 30/639 saylı arayışa əsasən ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 111,20 kv.metr, yaşayış sahəsi 35,8 kv.metr, köməkçi sahə 69,50 kv.metr olan iki otaqlı yaşayış evini İddiaçı satmışdır. -Bakı Şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 06 may 2023-cü il tarixli sorğuya cavab məktubunda İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək ünvan 10 ünvanında sahəsi 325,28 kv.m olan fərdi yaşayış evini inşa etməsi barədə məlumat verdiyi bildirilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsi 30 A ünvanında yerləşən fərdi yaşayış evini 12 aprel 2001-ci il tarixli alqı-satqı müqaviləsi ilə almış və ümumi sahəsi 105.3 kv.metr, fərdi yaşayış evi üzərində Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququ qeydiyyata alınaraq ona xx.xx.2001-ci il tarixli, 005158 №-li qeydiyyat vəsiqəsi verilmişdir. Ünvanın arxiv əsaslarında olan sənədlərdən görünür ki, həmin fərdi yaşayış evi 155,6 kv.metr torpaq sahəsində yerləşmişdir. İddiaçı 2023-cü il tarixdə qeyd olunan ünvanda 382,5 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 325,28 kv.m olan “A” və “B” literli fərdi yaşayış evi inşa etmiş və sözügedən fərdi yaşayış evi üzərində mövcud ölçülərdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı imtinanı qanunsuz sayır və hesab edir ki, cavabdeh onun qeyd olunan daşınmaz əmlak üzərində artıq mövcud olan hüquqlarının qeydiyyatından əsassız imtina etmişdir. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olduğunu hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, hazırkı tələbə iddia ərizəsində göstərildiyi kimi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olmuş əvvəlki fərdi yaşayış evinə yeni ölçülərdə iddiaçının hüquqlarının qeydiyyatı kimi deyil, yeni yaranmış daşınmaz əmlakın qeydiyyatı kimi baxılmalıdır. Yuxarıda istinad olunan normalardan göründüyü kimi isə mövcud əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma və imtina əsaslarının dairəsini konkret müəyyən edir. Belə ki, istinad olunan Qanunun 8.0.10-cu maddəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər göstərilmişdir. Qanunda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilməsi imperativ qaydada müəyyən edilmişdir. Lakin iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsi 30 A ünvanında yerləşən fərdi yaşayış evi üzərində mövcud ölçülərdə hüquqlarının qeydiyyata alınması üçün həmin evin yerləşdiyi torpaq sahəsinə dair qanunda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri nə inzibati orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. Yeni inşa olunmuş fərdi yaşayış evinin 155,6 kv.metr torpaq sahəsinin hüdudları xaricində ollması tərəflər arasında mübahisələndirilmir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda fərdi yaşayış evinin yerləşdiyi 155,6 kv.metr torpaq sahəsi sonradan Sabunçu RİHB-nin xx.xx.2001-ci il tarixli, 11 nömrəli sərəncamına istinad edilərək dəyişdirilərək 376,4 kv.metr göstərilməsi də vəziyyəti dəyişmir. Belə ki, qeyd olunan sərəncam şəxsi evin ilkin hüquqi qeydiyyata alınması ilə bağlı olduğundan torpaq ayırma sənədi deyildir. Digər tərəfdən nəzərə almaq vacibdir ki, həmin dəyişikliyin aparılması üçün əsas olmuş sərəncam xx.xx.2001-ci il tarixdə, yəni 01 yanvar 2001-ci il tarixdən sonra verilmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar da daxil edilmişdir (2.7). Göründüyü kimi, həmin sərəncam torpaq ayırma sənədi kimi qəbul edilsə belə,müvafiq səlahiyyəti olan inzibati orqan tərəfindən qəbul edilməmişdir. Qanunverici isə yalnız səlahiyyətli inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktı hüquqmüəyyənedici sənəd hesab edir və etibarlı sayır. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, hazırkı halda iddiaçının ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinin mövcud ölçülərdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “qanuni gözləntisi” yaranmır. Cavabdeh inzibati orqanın imtinası qanunazidd olmamışdır. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növünə aid olduğundan qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar