Məhkəmə qərarları › İş №e-2-1(112)-10218/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10218/2025

19.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10218/2025 19.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı Səməd-zadə İsmayıl Hikmət oğlunun cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 qarşı “Azərbaycan Respublikası Prezident İşlər İdarəsinin X8 28 nömrəli, xx.xx.2003-cü il tarixli əmri ilə iddiaçının mərhum atası X5 fərdi ev tikmək məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 0,40 ha torpaq sahəsinin ayrılmasına dair arxiv arayışının verilməsi” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı Səməd-zadə İsmayıl Hikmət oğlu cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 qarşı “Azərbaycan Respublikası Prezident İşlər İdarəsinin X8 28 nömrəli, xx.xx.2003-cü il tarixli əmri ilə iddiaçının mərhum atası X5 fərdi ev tikmək məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 0,40 ha torpaq sahəsinin ayrılmasına dair arxiv arayışının verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 direktorunun 28 №li xx.xx.2003-cü il tarixli əmr ilə iddiaçının mərhum atası X5 fərdi ev tikmək məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 0,40 ha torpaq sahəsi ayrılmışdır. İddiaçının atası X9 25 aprel 2012-ci il tarixdə vəfat etdi. 06 mart 2023-cü il tarixdə Bakı şəhəri 29 saylı Notariat ofisi tərəfindən mərhum atasının vərəsəsi kimi tanındı. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X8 direktorunun 28№li xx.xx.2003-cü il tarixli əmr ilə iddiaçının mərhum atası X5 fərdi ev tikmək məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 0,40 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması məqəsədilə cavabdeh orqana arxiv arayışının verilməsi barədə ərizə ilə müraciət etdi, lakin cavabdeh arxiv arayışının verilməsindən qanunsuz və əsassız olaraq imtina edir. Cavabdehin qanunsuz hərəkəti iddiaçının torpaq üzərində mülkiyyət hüquqununun qeydə alınmasına mane olur. İddiaçı göstərilənlərə əsasən iddai tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə münasibətini оnunlа əsаslаndırmışdır ki, iddiaçı X10 tərəfindən mərhum X4 adına torpaq ayrılması barədə təqdim edilmiş sənədlərə baxış keçirilmiş və sənədlərin mötəbərliyinə dair şübhələr müəyyən edilmiş, bu səbəbdən müvafiq arxiv arayışı və plan-cizginin təqdim edilməsi məqsədəuyğun hesab edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yeri və cavabdehin olduğu ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə riayət edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı sənədlərin təqdim edilməsi barədə ərizə ilə 2025-ci ilin 18 mart tarixində cavabdehə müraciət etməsi iddia ərizəsinə əlavə edilmiş ərizənin cavabdeh tərəfindən alınması barədə poçt xəbərnaməsi təsdiq edir, lakin iddiaçının müraciətinə cavab verilməmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş tərəflər məhkəmə bахışınа öz nümayəndələrini göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə, iddia ərizəsini, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia tələbi əsaslıdır. Tədqiq edilmiş sənədlər AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Səməd-zadə İsmayıl Hikmət oğlu xx.xx.1990-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi X3 ünvanladığı 18 mart 2025-ci il tarixli 8/207 nömrəli sorğusundan görünür ki, hazırki iddia tələbi ilə cavabdehə müraciət etmişdir. Məhkəmə sorğusu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 direktorunun 28 nömrəli xx.xx.2003-cü il tarixli əmrinin təsdiq edilmiş surətinin təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X7 tərəfindən 1-2-28/2-387/2025 nömrəli 30 sentyabr 2025-ci il tarixli məktubu ilə ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 (keçmiş Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinin və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X1 Təşkilatı Komitəsinin 17 may 2003-cü il tarixli 02 Protokolundan çıxarışın, arxiv kitabında X4 adı qeyd olunmuş səhifənin (sax.vah.188, 16cı səhifədə 15-ci sətir) təsdiq surətləri məhkəməyə təqdim edilmişdir: - X8 28 nömrəli 21 may 2003-cü il tarixli əmrindən görünür ki, Kənd X1 İttifaqı Komitəsinin 17 may 2003-cü il tarixli iclasının 02 nömrəli protokolundan çıxarışa əsasən siyahıda adları göstərilən Kənd Təsərrüaftı müəssisəsinin işçilərinin hər birinə fərdi yaşayış evi tikmək üçün 0.10 ha torpaq sahəsinin ayrılması əmr edilmişdir. (Əsas Kənd X1 İttifaqı Komitəsinin 17 may 2003-cü il tarixli iclasının 02 nömrəli protokolundan çıxarış); - Kənd X1 İttifaqı Komitəsinin 17 may 2003-cü il tarixli iclasının 02 nömrəli protokolundan çıxarış aşagıdakı siyahıda qeyd olunan X11 işçilərinə və vətəndaşlara 0,10 ha hesabı ilə hər adama fərdi ev tikmək üçün torpaq sahəsi ayrılsın 545 X9 0,40 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X2 məhkəməyə ünvanladığı 1-2- 28/2-287/2025 nömrəli 15 iyul 2025-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçı X10 tərəfindən mərhum X4 adına torpaq ayrılması barədə təqdim edilmiş sənədlərə baxış keçirilmiş və sənədlərin mötəbərliyinə dair şübhələr müəyyən edilmiş, bu səbəbdən müvafiq arxiv arayışı və plan-cizginin təqdim edilməsi məqsədəuyğun hesab edilməmişdir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən, bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2- 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir. Həmin Qanunun 10.5-ci maddəsinə əsasən, bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər. Həmin Qanunun 12.3.1-ci maddəsinə əsasən, müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməli, məsələrin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməli (maddə 12.3.2), müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər (maddə 12.3.3). “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

1. Bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.

2.3. İnformasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4. Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 10.1. İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. 10.4. İnformasiya sahibi: 10.4.1. informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir; 21.1. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; 21.1.2. informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; 21.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda.

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: arxiv - arxiv sənədlərinin məcmusu, onların komplektləşdirilməsini, qeydiyyatını, mühafizəsini və istifadəsini həyata keçirən arxiv təşkilatları və ya idarələrin, müəssisələrin struktur bölmələri; Milli arxiv fondu - növündən, yarandığı və saxlandığı yerdən və mülkiyyət formasından asılı olmayaraq, xalqın maddi və mənəvi həyatını əks etdirən, tarixi, elmi, iqtisadi, siyasi, sosial və mədəni dəyəri olan, Azərbaycan xalqının mədəni irsinin ayrılmaz hissəsi hesab edilən sənədlərin məcmusu; ... arxiv sənədi - mühafizə edilən və ya edilməli olan, informasiya daşıyıcısının növündən asılı olmayaraq dövlət, cəmiyyət və ya öz mülkiyyətçisi üçün tarixi, elmi, mədəni əhəmiyyət kəsb edən sənəd; dövlət arxivi - arxiv işini həyata keçirən dövlət arxiv xidməti təşkilatı; ... Maddə 16. Milli arxiv fondunun sənədlərindən istifadə qaydaları Azərbaycan Respublikasının bütün hüquqi və fiziki şəxsləri dövlət arxiv fondu sənədlərindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə Milli arxiv fondu sənədlərindən istifadə edilməsinə məhdudiyyət yalnız dövlət, peşə, kommersiya, şəxsi və ailə sirrinin qorunması məqsədilə və ya şəxsi mülkiyyətdə olan arxiv sənədlərinin mülkiyyətçisinin qərarına əsasən tətbiq edilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələblərinə riayət etməklə, Azərbaycan Respublikasının dövlət arxiv fondunun sənədlərindən beynəlxalq müqavilələr əsasında istifadə edə bilərlər. Qeyri-dövlət arxiv fondunun sənədlərindən onların mülkiyyətçilərinin razılığı ilə istifadə oluna bilər. (...) Milli arxiv fondu sənədlərinin istifadəsi zamanı müəlliflik hüququ barədə qanunvericiliyin tələbləri yerinə yetirilməlidir. Milli arxiv fondu sənədlərindən istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli 47 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondu sənədlərindən istifadə Qaydası”na əsasən:

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin altıncı hissəsinə uyğun olaraq hazırlanmışdır və Milli arxiv fondu sənədlərindən istifadə qaydasını müəyyən edir. 1.2. Azərbaycan Respublikasının bütün hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının Milli arxiv fondu sənədlərindən bu Qayda ilə müəyyən olunmuş məqsədlər üçün istifadə etmək hüququna malikdirlər. 1.3. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə Milli arxiv fondu sənədlərindən istifadə edilməsinə məhdudiyyət yalnız dövlət, peşə, kommersiya, şəxsi və ailə sirrinin qorunması məqsədilə və ya şəxsi mülkiyyətdə olan arxiv sənədlərinin mülkiyyətçisinin qərarına əsasən tətbiq edilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələblərinə riayət etməklə, Azərbaycan Respublikasının Milli arxiv fondu sənədlərindən beynəlxalq müqavilələr əsasında istifadə edə bilərlər.

2. Milli arxiv fondu sənədlərindən istifadə 2.1. Milli arxiv fondu sənədlərindən dövlətin və cəmiyyətin informasiyaya olan tələbatının ödənilməsi, ictimai-siyasi, iqtisadi, elmi, sosial-mədəni, habelə vətəndaşların hüquqi və qanuni maraqlarının təmin edilməsi məqsədilə aşağıdakı formalarda istifadə edilir: 2.1.1. hüquqi və fiziki şəxslərin müraciətləri və ya arxivin öz təşəbbüsü ilə arxiv sənədləri əsasında məlumatların verilməsi; 3.1. Hüquqi və fiziki şəxslərin öz fəaliyyətlərinin icrası, habelə hüquqi və qanuni maraqlarının qorunması ilə bağlı arxiv məlumatının verilməsinə dair müraciətlərində tələb olunan məsələ, mövzu, hadisə, fakt qeyd olunur. Hüquqi şəxslərə müvafiq məsələ, mövzu, hadisə, fakt barədə toplanmış arxiv materialları əsasında hazırlanmış məlumat məktubu, sənədlərin siyahıları, onların surətləri, çıxarışları, fiziki şəxslərə müraciətin mətninə uyğun olaraq arxiv arayışı, arxiv sənədinin çıxarışı və ya surətləri verilir.

3. Hüquqi və fiziki şəxslərin müraciətləri və ya arxivin öz təşəbbüsü ilə arxiv sənədləri əsasında məlumatın verilməsi 3.1. Hüquqi və fiziki şəxslərin öz fəaliyyətlərinin icrası, habelə hüquqi və qanuni maraqlarının qorunması ilə bağlı arxiv məlumatının verilməsinə dair müraciətlərində tələb olunan məsələ, mövzu, hadisə, fakt qeyd olunur. Hüquqi şəxslərə müvafiq məsələ, mövzu, hadisə, fakt barədə toplanmış arxiv materialları əsasında hazırlanmış məlumat məktubu, sənədlərin siyahıları, onların surətləri, çıxarışları, fiziki şəxslərə müraciətin mətninə uyğun olaraq arxiv arayışı, arxiv sənədinin çıxarışı və ya surətləri verilir. 3.2. Arxiv arayışının, arxiv sənədindən çıxarışın mətn hissəsinin sonunda həmin sənədin verilməsinə əsas olan Milli arxiv fondu sənədlərinin arxiv qeydiyyatı göstəriciləri (istifadə edilmiş arxiv fondunun, arxiv siyahısının, saxlama vahidinin və vərəqin nömrəsi), arxiv sənədinin orijinalının mətnində aydın yazılmamış, oxunması mümkün olmayan sözlər və müəllif tərəfindən sənədə edilmiş düzəlişlər barədə qeydlər edilir. Milli arxiv fondu sənədlərindən istifadə edilməklə tərtib olunmuş arxiv arayışı, arxiv sənədindən çıxarış və arxiv sənədinin surəti müvafiq səlahiyyətə malik vəzifəli şəxs tərəfindən imzalanır, qeydə alınır və dövlət gerbi əks olunmuş möhür vurulmaqla təsdiq edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə”yə əsasən: 4.1. Dövlət arxiv xidməti təşkilatlarında mühafizə edilən Milli arxiv fondu sənədlərindən ictimai-siyasi, iqtisadi, elmi, sosial-mədəni məqsədlər, habelə vətəndaşların hüquqi və qanuni mənafelərini təmin etmək üçün istifadə edilir. 4.2. Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxslər dövlət arxiv xidməti təşkilatlarında mühafizə edilən Milli arxiv fondunun dövlətə məxsus hissəsindən istifadə etmək hüququna malikdirlər. Mühafizə müddətindən asılı olmayaraq, dövlət arxivlərində saxlanılan sənədlərdən istifadə qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur. 4.4. Dövlət arxiv xidməti təşkilatları onlarda mühafizə edilən arxiv sənədləri əsasında idarə, təşkilat və müəssisələrə arxiv sənədlərin surətini və ya arxiv sənədlərdən çıxarışları, vətəndaşlara isə onların hüquqi və qanuni mənafelərini təmin edəcək sosial-hüquqi xarakterli məlumat daşıyıcısı olan arxiv arayışı, yaxud arxiv sənədlərdən çıxarışları verir.

İddiaçının hazırkı işdə hüquqi marağı və ondan irəli gələn iddia tələbi Azərbaycan Respublikası Prezident İşlər İdarəsinin X8 28 nömrəli, xx.xx.2003-cü il tarixli əmri ilə iddiaçının mərhum atası X5 fərdi ev tikmək məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 0,40 ha torpaq sahəsinin ayrılmasına dair arxiv arayışının verilməsindən ibarətdir. Cavabdeh tərəfindən iddiaya dair münasibət təqdim edilərək bildirmişdir ki, iddiaçı X10 tərəfindən mərhum X4 adına torpaq ayrılması barədə təqdim edilmiş sənədlərə baxış keçirilmiş və sənədlərin mötəbərliyinə dair şübhələr müəyyən edilmiş, bu səbəbdən müvafiq arxiv arayışı və plan-cizginin təqdim edilməsi məqsədəuyğun hesab edilməmişdir. Lakin məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, hazırkı iş üzrə mübahisə sənədin saxta olub-olmaması deyil, arxiv arayışının verilib-verilməməsi ilə bağlıdır. Əgər sənəd arxiv fondunda mövcuddursa, cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq arayış verməlidir. Belə ki, yuxarıda istinad edilən qanunvericilik normalarına əsasən dövlət arxivləri və arxiv sənədlərini mühafizə edən qurumlar arxiv sənədləri əsasında hüquqi və fiziki şəxslərə arxiv arayışları, arxiv çıxarışları və surətlər verməyə borcludurlar. İddiaçının tələb etdiyi sənəd arxivdə mövcud olduğu halda cavabdeh həmin sənəd əsasında arayış təqdim etməlidir. Bu səlahiyyət diskression səlahiyyət deyil, birbaşa qanunla müəyyən edilmiş vəzifədir. Belə olan halda cavabdeh iddiaçının qanunla qorunan hüquqlarını pozan hərəkətsizliyə yol vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Azərbaycan Respublikası Prezident İşlər İdarəsinin X8 28 nömrəli, xx.xx.2003-cü il tarixli əmri ilə iddiaçının mərhum atası X6 fərdi ev tikmək məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 0,40 ha torpaq sahəsinin ayrılmasına dair arxiv arayışının verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 15, 52, 68 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Prezident İşlər İdarəsinin X8 28 nömrəli, xx.xx.2003-cü il tarixli əmri ilə Səməd-zadə İsmayıl Hikmət oğlunun mərhum atası X6 fərdi ev tikmək məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 0,40 ha torpaq sahəsinin ayrılmasına dair arxiv arayışının verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar