Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10225/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxs X6 nümayəndəsi (vəkili) X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və xx.xx.2024-cü il təvəllədlü X3 adının əvvəlki “Rəşad” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi (vəkili) daha sonra məhkəməyə müraciət edərək cavabdeh Nəsimi rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəşilik Komissiyasının əsl cavabdeh Nəsimi Rayon İcra Hakimiyyəti ilə əvəz edilməsini və iddia tələbinin “Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli sərəncamının ləğv edilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir.
3. Cavabdehin və iddia tələbinin dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X1 birgə nikahlarından xx.xx.2024-cü il tarixdə X10 doğulmuş və müvafiq qaydada xx.xx.2024-cü il tarixdə AZ-İV seriyalı, 996799 saylı doğum haqqında şəhadətnamə tərtib edilmişdir. Bundan sonra Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2024-cü il tarixdə tərəflər arasındakı nikah qeydinə xitam verilmişdir. Tərəflər arasındakı nikahın ləğvindən sonra X1 müraciətinə əsasən, İddiaçı uşağın atası olaraq heç bir razılığı alınmadan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 216 saylı sərəncamı ilə xx.xx.2024-cü il tarixdə X5 adı “Rəşad” adından “Aslan” olaraq dəyişdirilmişdir. Bununla bağlı adı çəkilən quruma edilmiş müraciətlər heç bir nəticə verməmiş, həm xx.xx.2024-cü il tarixli, 5-15/2-6- B-73-164/2024 saylı məktubla, həm də xx.xx.2025-ci il tarixli, 5-15/2-6-B-8-164/2025 saylı məktubla adın təkrarən əvvəlki versiyasına qaytarılmasından imtina olunmuş, ailə qanunvericiliyin bu barədə olan normaları kobudcasına pozulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. Qanunvericiliyin tələblərindən də göründüyü kimi 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və digər valideynin rəyini almaqla yol verilir və bu haldan istisnaya yalnız yuxarıda göstərilən hallarda yol verilir. Hazırki mübahisə üzrə də həmin halların heç biri mövcud deyil. Bundan əlavə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda da ailə qanunvericiliyinin yetkinlik yaşına çatmayan uşağın adının dəyişdirilməsi ilə bağlı valideynlərin birgə xahişinin mövcud olmasını şərtləndirən norma qeyd olunsa da, nəticə etibarilə cavabdehin verdiyi sərəncamın onlar üçün qeydiyyata əsas olduğu bildirilmişdir. Nəticədə yetkinlik yaşına çatmayan övladının adının onun xəbəri olmadan və heç bir razılığı alınmadan dəyişdirilməsi nəticəsində iddiaçı qismində İddiaçı qanunla qorunan mənafeləri kobudcasına pozulmuşdur.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Nəsimi RİH başçısının xx.xx.2024-cü il tarixli. 216 nömrəli Sərəncamı Azərbaycan Respublikası Ailə Məclisinin 53 3 cü və 54 1 ci maddələri (53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. 54.1 Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsi uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.) nəzərə alınaraq, azyaşlı - xx.xx.2024-cü il təvəllüdlü X5 adının Rəşad adından Aslan adına dəyişdirilməsi “Qəyyumluq və Himayəçilik Komissiyası” tərəfidən azyaşlının mənafeinə uyğun hesab olunmuşdur. Yuxarda qeyd olunanları nəzərə alaraq, Nəsimi RİH başçısının xx.xx.2024-cü il tarixli. 216 nömrəli Sərəncamının ləğvi məqsədə uyğun hesab olunmur.
6. AZ-İV 996799 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X10 xx.xx.2024-cü il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X2r.
7. AZ-İ 496427 nömrəli Nikahın pozulması haqqında Şəhadətnaməyə əsasən İddiaçı və X11 arasında bağlanmış nikah Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasəm pozulmuşdur. Nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.
8. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 216 nömrəli Sərəncamına əsasən yetkinlik yaşına çatmayan-12 04 2024-cü il təvəllüdlü X5 adının “Rəşad” adından “Aslan” adına dəyişdirilməsinə icazə verilmişdir.
9. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə X11 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında cəlb edilmişdir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, X5 adı iddiaçının razılığı olmadan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə “Aslan” kimi dəyişdirilmişdir. İddiaçı övladının adını yenidən “Rəşad” kimi dəyişdirilməsi bağlı hüquqi yardım almaq məqsədilə özünü vəkil kimi təqdim edən bir şəxsə müraciət etmişdir. Lakin iddiaçı sonradan bilmişdir ki, həmin şəxs vəkil deyil. Odur ki, iddiaçı müvafiq halları nəzərə alaraq buraxılmış prosessual müddətin üzrlü hesab edilməsini xahiş edir.
11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) izahatında bildirdi ki, üçüncü şəxs və iddiaçı arasında daimi ailə münaqişələri mövcud olmuşdur və nəticədə Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuşdur. İddiaçı övladının adının “Aslan” kimi dəyişdirilməsi barədə məlumatlı olmuşdur.
II. İddianın növü və mümkünlüyü
12. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında"Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)
13. İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
14. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 216 nömrəli Sərəncamının ləğv edilməsini tələb edir.
15. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır.
16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 Qərarından: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
17. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
18. Deryan Türkiyəyə qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki: -30. Məhkəmə bir daha bildirir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı prinsipi əks etdirən müəyyən edilmiş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir (bax, digərləri arasında, Suominen v. Finlandiya, № 37801/97, § 34, 1 iyul 2003-cü il və Luka Rumıniyaya qarşı, № 34197/02, § 55, 21 iyul 2009-cu il). Əsaslandırılmış qərarın digər funksiyası tərəflərə onların dinlənildiyini nümayiş etdirmək, onlara həmin qərardan şikayət vermək və qərara apellyasiya orqanı tərəfindən baxılması imkanını təmin etməkdir (Suominen, yuxarıda adı çəkilən, § 37). . -31. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələri öz qərarlarının səbəblərini açıqlamağa məcbur etsə də, bu, hər bir arqumentə ətraflı cavab tələb edilməsi kimi başa düşülə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini rədd edərkən, prinsipcə, sadəcə olaraq aşağı məhkəmənin qərarının səbəblərini təsdiq edə bilər (bax: García Ruiz İspaniyaya qarşı [GC], № 30544/96, § 26, AİHM 1999-İ və orada göstərilən hallar). -32. Səbəb göstərmək vəzifəsinin tətbiq olunma dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bundan əlavə, digər məsələlərlə yanaşı, iddiaçının məhkəmələr qarşısında təqdim edə biləcəyi təqdimatların müxtəlifliyini və qanunvericilik müddəaları, adət qaydaları, hüquqi rəy və sənədlərin təqdim edilməsi və hazırlanması ilə bağlı Razılığa gələn Dövlətlərdə mövcud olan fərqləri nəzərə almaq lazımdır. Məhz buna görə də məhkəmənin Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyini yerinə yetirməməsi məsələsi yalnız işin halları əsasında müəyyən edilə bilər (bax: X9rşı, 9 dekabr 1994-cü il. , § 29, A seriyası № 303A). -33. Bununla belə, tərəflərin təqdimatının araşdırılması sözügedən proses üçün həlledici əhəmiyyət kəsb etdiyi halda, məsələn, Ruiz Torijanın işində olduğu kimi qanunla müəyyən edilmiş müddətlərə dair ərizəsinə məhləmələr qərarlarında əsaslandırdıqları səbəbləri konkret və açıq cavab tələb edəcək (bax, eyni zamanda ., § 30; həmçinin bax Hiro Balani İspaniyaya qarşı, 9 dekabr 1994-cü il, § 28, A seriyası № 303B).
19. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir.
20. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
22. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir.
23. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 216 nömrəli Sərəncamına əsasən yetkinlik yaşına çatmayan -xx.xx.2024-cü il təvəllüdlü X5 adının “Rəşad” adından “Aslan” adına dəyişdirilməsinə icazə verilmişdir.
24. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı müvafiq sərəncamın qəbul edilməsindən (xx.xx.2024-cü il tarixindən) təxminən 08 ay 19 gün sonra məhkəməyə şikayət etmişdir.
25. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, X5 adı iddiaçının razılığı olmadan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə “Aslan” kimi dəyişdirilmişdir. İddiaçı övladının adını yenidən “Rəşad” kimi dəyişdirilməsi bağlı hüquqi yardım almaq məqsədilə özünü vəkil kimi təqdim edən bir şəxsə müraciət etmişdir. Lakin iddiaçı sonradan bilmişdir ki, həmin şəxs vəkil deyil. Odur ki, iddiaçı müvafiq halları nəzərə alaraq buraxılmış prosessual müddətin üzrlü hesab edilməsini xahiş edir.
26. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) izahatında bildirdi ki, üçüncü şəxs və iddiaçı arasında daimi ailə münaqişələri mövcud olmuşdur və nəticədə Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuşdur. İddiaçı övladının adının “Aslan” kimi dəyişdirilməsi barədə məlumatlı olmuşdur.
27. Odur ki, məhkəmə müəyyən edir ki, məhkəmə iclasında iştirak edən tərəflərin izahatı İddiaçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 216 nömrəli Sərəncamından məlumatlı olduğunu təsdiqləyir.
28. Belə olan təqdirdə məhkəmə hesab edir ki, prosessual müddətin ötürülməsini əsaslandıran hallar olmadığından prosessual müddətin bərpası haqqında ərizə təmin edilməməlidir.
29. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, iddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğunu əsaslandırmamışdır və məhkəmə qeyd edilən müddətdə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hər hansı hal müəyyən etmir. Odur ki, qərarın mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.
30. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur.
31. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
32. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
Buraxılmış prosessual müddətin bərpası haqqında ərizə təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva