Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10239/2023 04.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə onun arasında podrat müqavilələri bağlanılmışdır. Qeyd olunan müqavilələr üzrə elektron qaimələrdə göstərilən xidmətlər podratçı kimi onun tərəfindən icra edilmiş, ödənişlər də xidmətin dəyəri kimi ödənilmişdir. Vergi orqanı tərəfindən bundan sonra ona məktub göndərilərək 54,4 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda örtük betonu, lentalar, armatur-beton və s qeyd olunduğu, lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu, lakin təsərrüfat subyektinin qeydə alınmadığı müəyyən edilmişdir. İddiaçı vergi orqanına bununla bağlı məktub göndərmiş və qeyd etmişdir ki, riskin məzmunu olaraq göstərilən örtük betonu, lentalar, armatur-beton və s məzmun etibarı ilə işçiliyə istinad edir. Elektron qaimələr mal satışını deyil, xidmətlərin göstərilməsini rəsmiləşdirmək üçün nəzərdə tutulmuşdur. Xidmət göstərilən şirkət mal-materialları birbaşa özü təchiz etmiş, şirkətə hər hansı mal-material alqı-satqısı həyata keçirilməmişdir. Vergi orqanı isə onun riskli vergi ödəyicisi hesab edilməsi barədə əsassız qərar qəbul etmişdir. Həmin qərarın ləğvi barədə müraciətinə münasibət bildirilməmişdir. Halbuki, elektron qaimələrdə qeyd olunan malların alqı-satqısı sifarişçi ilə digər şirkət arasında bağlanılmış müqaviləyə əsasən təmin edilmişdir və həmin malların alqı-satqısının mənə aidiyyəti olmamışdır. Sifarişçi ilə digər şirkət arasında bağlanılmış müqavilə əsasında alınmış mallar əsasında tərəfindən yalnız elektron qaimələrdə qeyd olunan xidmətlər icra edilmiş və həmin xidmətlər də elektron qaimələrlə dəqiqliklə göstərilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 15 aprel 2022-31 may 2022-ci il tarixdə cəmi 54,4 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə örtük betonu, lentalar, armatur-beton və s satışda qeyd olunduğu müəyyən edilmiş, lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd olunan mallar (İş, xidmət) müəyyən edilməmişdir. İddiaçı tərəf sahibkarlıq fəaliyyətinin yalnız bağladığı podrat müqaviləsinə əsasən xidmətlər həyata keçirməsi olduğunu qeyd etsə də, satışla məşğul olmadığını, eqaimə fakturalarda qeyd edilən malların sifarişçi şirkətin özü tərəfindən təchiz edildiyini göstərsə də nəzərə alınmalıdır ki, elektron qaimə fakturalarda malın adı qrafasında örtük betonu, lentalar, armatur-beton qeyd olunmuşdur. Başqa sözlə iddiaçının təkcə xidmət sahəsində fəaliyyət göstərməsi qeydi ilə elektron qaimə faktular uyğunsuzluq təşkil edir. Əgər iddiaçı həqiqətən də podrat müqaviləsi əsasında fəaliyyət göstərdiyini qeyd edirsə, həmin podrat müqaviləsi, həmin mal və material barədə şirkətin bağladığı alqı-satqı müqaviləsi, həmin malların təhvil alınma sənədləri təqdim edilməli idi ki, sənədlər təqdim edilməmişdir. Bundan əlavə iddiaçı hər hanı şəxslərin işlərin görülməsinə cəlb edilməsi, hər hansı şəxslərlə əmək müqaviləsi bağlaması halına da rast gəlinməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Mübahisələndirilən qərardan görünür ki, 15 aprel 2022- 31 may 2022-ci il tarixdə cəmi 54,4 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə örtük betonu, lentalar, armatur-beton və s satışda qeyd olunduğu müəyyən edilmiş, lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd olunan mallar (İş, xidmət) müəyyən edilməmişdir. Elektron qaimələrdən görünür ki. Qaimənin növü malların, işlərin və xidmətlərin təqdim edilməsi qaiməsi təqdim edən şəxs qismində iddiaçı, alıcı qismində iddia ərizəsində qeyd edilən şəxslər göstərilmiş, əsasın isə xidmətlə bağlı qeyd aparılmışdır. Məktubdan görünür ki, iddiaçı vergi orqanına müraciət edərək elektron qaimələrin mal satışını deyil, xidmətin göstərilməsini rəsmiləşdirmək üçün nəzərdə tutulduğu göstərilmiş, mal-material alqı-satqısının mövcud olmaması, şirkətin özü tərəfindən malmaterialların təchiz edilmiş olması bildirilmişdir. Podrat müqaviləsindən görünür ki, iddiaçı tərəfindən aktlarda nəzərdə tutulan işlərin icra olunaraq sifarişçiyə təhvil verilməsi, işlər təhvil verildikdən sonra isə dəyərinin ödənilməsi öhdəlik kimi müəyyən edilmişdir. "xxxx" MMC-nin arayışından görünür ki, iddiaçı ilə bağlanılmış xidmət müqaviləsinə əsasən fiziki şəxsə materiallar müəssisənin özü tərəfindən təmin edilir, fiziki şəxs də həmin müqavilədə nəzərdə tutulan xidməti icra edir. İddiaçı müxtəlif şəxslərlə bağlamış olduğu əmək müqavilələrinə dair elektron sistemdən çıxarışdan görünür ki, iddiaçı inşaat fəhləsi peşəsi üzrə əmək fəaliyyətinin həy Qeyd olunmalıdır ki, VM-nin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərarın ləğv edilməsi ilə bağlı mübahisələndirmə növündə hazırkı iddia üzrə AR İPM-nin 14-cü maddəsinin tələbinə əsasən Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Adıçəkilən mübahisələndirilən inzibati aktın mahiyyətindən isə aydın olur ki, inzibati akt şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədədir. Həmin inzibati akt məhz onun əsasında qəbul edilmişdir ki, iddiaçı satışla məşğul olsa da, təqdim etdiyi elektron qaimə fakturalarda alışında, idxalında qeyd edilən mallar müəyyən edilməmişdir. Buna uyğun olaraq da təsərrüfat subyektinin qeydə alınmadığı müəyyən edilmişdir. Məhkəmə isə qeyd olunan əsaslandırma ilə razı olmamaqla hesab edir ki, iddiaçı tərəfindən adıçəkilən mal materialın ümumiyyətlə alqı-satqısı həyata keçirilməmişdir ki, bu səbəbdən də alqı-satqı əməliyyatlarının aparılması sahibkarlıq fəaliyyətinin əsası olan şirkətin təsərrüfat obyektinin olmalı olması barədə də cavabdeh əsassız mövqe nümayiş etdirərək qanunsuz qərar qəbul etmişdir. Halbuki, iddiaçı istər inzibati icraat gedişində, istərsə də inzibati məhkəmə icraatı gedişində sahibkarlıq fəaliyyətinin xidmətlərin həyata keçirilməsi ilə bağlı olduğunu, podratçı şəxs kimi elektron qaimə fakturalarda adıçəkilən şirkətlərə podrat xidmətlərini həyata keçirdiyini, fəaliyyətinin işlərin görülməsi ilə bağlı olduğunu bildirmiş, bununla bağlı sənədlər də təqdim edilmişdir. Belə ki, iş materiallarında olan müqavilə və arayışdan, elə elektron qaimə fakturaların özündən görünür ki, iddiaçı müqavilələr əsasında podratçı kimi mal-materialın alqı-satqısı ilə yox, məhz işlərin yerinə yetirilərək sifarişçiyə təqdim etməsindən gəlir əldə edən sahibkardır. İş materiallarında olan arayışdan da görünür ki, elektron qaimə fakturada adıçəkilən şirkət mal-materialı ümumiyyətlə özü təmin etmişdir ki, fiziki şəxs kimi iddiaçı təkcə həmin mal-materiala uyğun olaraq iş görərək bitirilmiş işin həmin şirkətə təhvil verilməsi barədə müqavilə münasibətinin tərəfidir. Cavabdeh isə bunun əksini sübut etməyə çalışmış, həmçinin əmək müqavilələrinin bağlanılmaması barədə dəlil irəli sürmüşdür ki, məhkəməyə təqdim edilmiş əmək müqavilələrinə dair elektron sistemdən çıxarışdan da görünür ki, iddiaçı ilə əmək münasibətinin tərəfi olan digər şəxslərin peşə üzrə fəaliyyəti məhz inşaat fəhləsi peşəsi ilə bağlı olmuşdur. Göründüyü kimi iddiaçı inşaat fəhləsi peşəsi üzrə müxtəlif şəxslərin əmək fəaliyyətinə cəlb edilməsini həyata keçirmişdir ki, həmin hal da onun podratçı qismində sahibkarlıq fəaliyyətini təsdiq edir. Məntiqi nəticə etibarı ilə iddiaçıya işləyən şəxslərin satıcı əvəzinə məhz fəhlə peşəsi üzrə ixtisaslaşması onun sahibkarlıq fəaliyyətinin xüsusiyyətindən xəbər verir ki, aydın məsələdir ki, işəgötürən məhz onun fəaliyyət sferasına aid olan şəxslərin işə cəlb edilməsində sahibkarlıq fəaliyyətinin peşəkarcasına həyata keçirilməsində maraqlıdır. Bu səbəbdəndir ki, məhkəmə hesab edir ki, məhz hazırda qərarda istinad olunan qaimə fakturarla təsdiq edilən fəaliyyətinin alqı-satqı deyil, xidmətlərin-işlərin yerinə yetirilməsi ilə bağlı olduğu aşkardır və cavabdehin irəli sürdüyü dəlillər əsaslandırılmamış dəlillərdir. Halbuki, cavabdeh qərarın qəbulu əsaslı edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir ki, hazırkı iş üzrə faktiki hallar təkcə qərarın qəbulu üçün əsas ola biləcək alq-satqı əməliyyatlarının mövcud oldmadığını, həmçinin də əməliyyatın məhz podratla bağlı olduğunu sübut edir. Əslində elektron qaimə fakturalar da formal baxımından yox, məzmun baxımından təhlil edildikdə də orada xidmətlə bağlı qeydin xüsusi ilə vurğulanmasının əksini tapdığı aşkar görünər. Belə olduğu təqdirdə də nə qədər ki iddiaçı podratçı şirkətdir, alqı-satqı ilə məşğul olmur cavabdehin təsərrüfat obyektinin qeydə alınmalı olması barədə dəlili də öz əhəmiyyətini itirmiş hesab edilir. Belə ki, podrat işi ilə məşğul olan, fəaliyyəti tikinti ilə bağl olan şəxs tərəfindən mal-material satmadığından və ya almadığından onun təsərrüfat obyektinin qeydə alınması zərurəti də aradan qalmış olur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı barəsində qəbul edilmiş əlverişsiz və qanunsuz inzibati akt ləğv edilməlidir. Həmin ləğv etmə isə inzibati aktın hüquqi nəticələrinin də aradan qaldırılmasını ehtiva edir ki, bu səbəbdən də inzibati aktın ləğvi ilə yanaşı həmin inzibati aktın hüquqi nəticəsi kimi iddiaçının riskli vergi ödəyicisiləri siyahısından çıxarılması da cavabdeh tərəfindən təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi barədə 01 may 2023-cü il tarixli **********369800 nömrəli qərar ləğv edilsin. İddiaçı riskli vergi ödəyicisi siyahısından çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri X1 üzrə Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-10239/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10239/2023
04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver