Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10289/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı xx.xx.2007-ci il təvəllüdlü İddiaçı və xx.xx.2008-ci il təvəllüdlü X13 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqənin) verilməsi ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə Zülfi oğlu xx.xx.1979-cu il tarixində Ağdam rayonun anadan olmuşdur. 29 aprel 2006-cı il tarixində Səadət Sarayında 1032 saylı akt qeydlə X14 ilə rəsmi nikaha daxil olmuşdur. Həyat yoldaşı X14 xx.xx.1984-cü il tarixində Ağdam rayonun dünyaya gəlmişdir. Hər ikisi də məcburi köçkün statusunda qeydiyyatdadır. Belə ki, Qanuni nümayəndə Zülfi oğluna verilmiş 056973№li “Məcburi köçkünün qeydiyyat vərəqəsində”, o cümlədən həyat yoldaşı X4 verilmiş 055962 №li “Məcburi köçkünün qeydiyyat vərəqəsində” öztəsdiqini tapmaqdadır. Birgə nikahdan xx.xx.2007 təvəllüdlü İddiaçı və xx.xx.2008-ci il təvəllüdlü QasımlıAydan Emin qızı dünyaya gəlmişdir. Belə ki, övladlarına da məcburi köçkün statusunun verilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Lakin Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindənAzərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində küçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilmsinə dair Qaydaların” 4.2.6 bəndinin tələblərinə uyğun olaraq “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyatda düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmadığından, 4.02.2007-ci il təvəllüdlü İddiaçı və xx.xx.2008-ci il təvəllüdlü X9 doğum tarixindən əvvəl qeydiyyatı ünvan 1ünvanında olduğundan övladlarınıza məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli 3-36-3/2-Q-63xxxx/2024/6120 saylı məktubu göndərilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş cavab əsassızdır və məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi ilə bağlı öhdəliyin qoyulması zərurəti vardır. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iddiaçının ərizəsi əsasında iş üzrə iddiaçı Qasımov X15 Kamal Emin oğlu ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “İddiaçı məcburi köçkün statusu və vəsiqəsinin verilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı X1 iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçının atası Qanuni nümayəndə “övladına məcburi köçkün vəsiqəsinin verilməsi barədə Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar*ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün* statusuna ma/ik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbycan Respublikasının vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Əlavə olaraq bildiririk ki, yuxarıda qeyd o/unan qaydaların 4.2.6-cı yarımbəndinin tələblərinə uyğun olaraq “məcburi köçkün" statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən aynca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilməsi nəzərdə tutulmadığından, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı və xx.xx.2008-ci il təvəllüdlü X9 doğum tarixindən əvvəl qeydiyyatınız "ünvan 2 ünvanında otduğundan övladlarınıza məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Qaçqınların və X7 Üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydaları: Maddə 1. Məcburi köçkün (ö/kə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. köçkün (ö/ke daxilində köçürülmüş şəxsin) statusu vermə və 9/ərinə dair qərartan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (Qaçqınların ve məcburi köçkünlərin (ölkə çlaxilfndə köçürülmüş şəxslərin) statusu haqqında» Azerbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu İl tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən 1müvafiq İcra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul ədirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azerbaycan Respublikasının müvafiq İcra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azerbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu İİ tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasım Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qəran Azərbaycan Respublikasının müvafiq İcra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dafr Qaydalaram 4.2,6-cı bəndinə əsasən, ‘'məcburi köçkün" statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə yə ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası Qanuni nümayəndə AA028363 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən məcburi köçkün statusu ve onu təsdiq edən vəsiqəyə malikdir; Qanuni nümayəndə adına 2002-ci ildə qeydiyyatdan, keçirdiyi “ünvan 3 ünvanında yerləşən yaşayış sahəsini 2014-cü ildə özgəninkiləşdirmişdir. Qanuni nümayəndə xx.xx.2002-ci ildən xx.xx.2012-ci ilədək həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmuşdur İddiaçı xx.xx.2007-ci ildə doğulmuşdur; Göründüyü kimi xx.xx.2007-ci il təvəllüdlü İddiaçı atası Qanuni nümayəndə 2002-ci il tarixdə ayrıca yaşayış sahəsi əldə edib, həmin ünvanda xx.xx.2002-ci ildən xx.xx.2012-ci ilədək yaşayış yeri üzrə qeydiyyatda olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.2,6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, “məcburi köçkün” statusuna malik olan səxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən əldə etdivi vasavıs sahəsini sonradan başqa sexsə satması və va baöıslaması halı belə onun övladma məcburi köçkün statusunu tƏsdia edən vəsiqənin verilməsinə əsas vermir. İddiaçı anası X5 da “ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Həmçinin araşdırılma nəticəsində aşkar edilmişdir ki, İddiaçının anasının adına “ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi qeydiyyatdan keçmişdir. İddiaçının atası Qanuni nümayəndə adına “Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 7, mənzil 391” mənzil qeydiyyatdan keçmiş ve hazırda mülkiyyətindədir. Beləliklə, iddiaçı xx.xx.2007-ci il təvəllüdlü İddiaçı oğıunın atası Qanuni nümayəndə onun anadan olmasından əvvəl ayrıca yaşayış sahəsi əldə etdiyindən və həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata düşdüyündən, Azerbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu ve onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”m 4.2.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Hazırkı mübahisəyə münasibətdə həll edilməli məsələ məcburi köçkün statusuna malik şəxsin uşaqlarına eyni statusun verilməsi ile bağlıdır. Sözügedən məsələnin normativ tənzimlənməsi "Qaçqınlann ve məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 9-cu maddəsi və Azərbaycan Respublikası Qaçqınlann və X7 üzrə Dövlət Komitəsinin 2013-cü İ! 23 may tarixli, 1 nömrəli qərarı ile təsdiq edilmiş “Azerbavcan Re*n..hisı, ^ məcburi köçkünlərə “məcburi köçkün" statusu və onu təsdiq edən vesiqenta^erifməat 1122 Qaydalarının 4.2.6-cı bəndində həll olunmuşdur. Qanunvericiliyin tələblərindən göründüyü kimi məcburi köçkün statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi eqdlere əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş usaalarma məcburi köçkün statusu verilmir. “Məhkəmələr və hakimlər haqqında" Qanunun 79-1 -cl maddəsinə əsasən, vahid mehkeme ı təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi heyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür vahid mehkeme təcrübəsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırılır. Məhkəmənin diqqətinə çatdırırıq ki. oxsar mübahisə ilə baölı qəbul edilmiş Azerbavcan Respublikası Aii Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2113/2020 nömrəli. 2020-ci il 28 oktabr tarixli qərarında kassasiva instansiyası məhkəməsi analoii mövqeden cıxıs edərək “məcburi köçkün" statusuna malik olan səxsin avrıca vasavıs sahəsinə qevdivvata düşdükdən sonra doöuimus uşaqlarına məcburi köçkün statusunun verilməsini mümkün hesab etməmişdir. Həmçinin Azerbavcan Respublikası X11 Kollegiyasının 2-1 (102V641/2024 nömrəli. 2024-cü il 6 ivun tarixli qərarında (əldə etdivl vasavıs şaheşinj sqnradan basaa səxsə satması və va bağışlaması halü kassasiva ipstansivası məhkəməsi analoii mövqqden cıxıs edərək iddiaçıya “məcburi köçkün statusunu tesdio edən sənədin verilməsi" İddia tələbini təmin etməmişdir. Bundan əlavə qeyd edirik ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu eldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş Qanunun İİ fesli "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu" kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun eldə edilməsi ile bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu eldə etmiş şəxsə dövlətin teyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2002-cİ il 5 fevral tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2002-ci İl 15 fevral tarixdə qeydiyyata alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin payiamlmasma dair Telimafa əsasən yemək xərci üçün verilən aylıq müavinət - dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütemadi pul yardımıdır. Hazırda bu məsələni tənzimləyən Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ile təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və diger xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2-ci bəndinə əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.1. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdiərə əsasən ayrıca yaşayış sahəsi eldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Azerbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azerbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ile əlaqədar orqanizminin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ile bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla),...(....) Hazırkı işdən görünür ki, iddiaçıya və onun məcburi köçkün stastusunda olan atasına yuxanda adı çəkilən Qaydasının 2.1 -ci bəndinə əsasən vahid aylıq aylıq müavinət verilmir. Bununla da mənzil qanunvericiliyinə və va mülki-hüquqi əadlərə əsasən avrıca vasavıs sahəsi əldə edən məcburi köçkün olduöundan iddiacıva vahid avlıa müavinətin Ödənilməsi dayandırılmışdır. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, iddiaçı dövlətin teyin etdiyi məcburi köçkün statusundan irəli gələ biləcək yardımları almaq təminatlarının hüquqi əsası aradan qalxmışdır. Başqa sözlə, məcburi köçkün statusunun verilməsi dövlət tərəfindən müvafiq təminat ve güzəştlərin verilməsini təmin etdiyi halda, iddiaçının belə bir təminatlardan yararlana bilməşinin əsaslarının aradan qalxması ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini de əhəmiyyətsiz edir ve bu statusa olan hüquqi zərurəti aradan qaldırır. AA seriyalı 028363 saylı xx.xx.2000-ci il tarixli məcburi köçkün vəsiqəsindən görünür ki, Qanuni nümayəndə 1993-cü il tarixdən Ağdam rayonundan məcburi köçkündür (hazırda məskunlaşdığı ünvan: Nizami rayonu). AZ-İ seriyalı 898293 saylı xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (anası X14, atası Qanuni nümayəndə). Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən X2 ünvanlanmış 3-63-3/2-Q-63xx-xx/2024/6120 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1 6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Əlavə olaraq bildiririk ki, yuxarıda qeyd olunan Qaydalar”ın 4.2.6 bəndinin tələblərinə uyğun olaraq “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmadığından, 24 02.2007-ci il təvəllüdlü İddiaçı və xx.xx.2008-cı il təvəllüdlü X6 doğum tarixindən əvvəl qeydiyyatınız ünvan 7 ünvanında olduğundan övladlarınıza məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 37923/2024 **********23 saylı xx.xx.2024-cü il tarixli məktub ilə Qanuni nümayəndə adına Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 7, 391 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X3 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq aşkar edilən müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-36-3/2-3313/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Qanuni nümayəndə Ağdam rayonundan məcburi köçkündür. Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2024-cü illəri əhatə edən elektron məlumat bazasında X4 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə qeyd aşkar edilmədi. Nəzərə alınması xahiş olunur. AA seriyalı 048449 saylı xx.xx.2002-ci il tarixli məcburi köçkün vəsiqəsindən görünür ki, X14 1993-cü il tarixdən Ağdam rayonundan məcburi köçkündür (hazırda məskunlaşdığı ünvan: Nizami rayonu). Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5- 31/2/1-575/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Ağdam rayonunun Qiyaslı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 dekabr 2024-cü il tarixli, 5-31- 14/2-82/2024 nömrəli arayışına əsasən nümayəndəliyin Keşdazlı kənd sakini olmuş X14 1993-cü ilin iyul ayında məcburi köçkün düşmüş, vahid aylıq müavinət almış, daimi qeydiyyatdan çıxdığına görə müavinəti dayandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Hazırki iddia məcburetməyə dair iddiadır. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunundan: Maddə 1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların İV hissəsi “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarını tənzimləyir. Həmin hissəyə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X12 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X19 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. İddiaçı xx.xx.2007-ci il təvəllüdlüdür. İmtina Qaydaların 4.2.6-cı bəndinə əsaslanaraq, iddiaçının atası Qanuni nümayəndə 2002-ci il tarixdə ayrıca yaşayış sahəsi əldə edib, həmin ünvanda xx.xx.2002-ci ildən xx.xx.2012-ci ilədək yaşayış yeri üzrə qeydiyyatda olması ilə əlaqədardır. Məhkəmə qeyd edilən halı araşdıraraq müəyyən etmişdir ki, iddiaçının valideynlərindən biri (anası X14) Ağdam rayonunda doğulmaqla məcburi köçkündür, adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Atası Qanuni nümayəndə Ağdam rayonunda doğulmaqla məcburi köçkündür. İddiaçının hər iki valideyni məcburi köçkündürlər, Ağdam rayonunda doğulmuşlar. Belə olan halda məhkəmə hesab edir ki, Qaydalarda “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün yalnız bir valideyn barədə nəzərdə tutulmuş tələbə hər iki valideyni cavab verən iddiaçıya valideynləri barəsində Qaydaların 4.2.6-cı bəndinə əsaslanaraq valideynlərinin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmaması, eləcə də iddiaçının atasının müəyyən müddətdə ayrıca yaşayış sahəsi əldə etməsi ilə əlaqədar “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilməsi onun fərdi vəziyyətinə mütənasib olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya məcburi köçkün vəsiqəsinin və statusunun verilməsindən imtinaya əsas olmuş, cavabdeh tərəfindən istinad edilən sözügedən Qaydalarda təsbit edilmiş tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Həmin məhdudiyyətin Qaydalarla müəyyən olunması hüquq və azadlıqlara müdaxilənin yalnız formal qanunla müəyyən olunması ilə bağlı konstitusion tələbə uyğun sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli normativ hüquqi aktlar qanuna uyğun olmalı, həmin aktlarda qanunun normalarına zidd olan hüquq normaları nəzərdə tutulmamalıdır. Nəzərə almaq lazımdır ki, icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən normativ aktlarda qanunla nəzərdə tutulduğundan daha artıq məhdudiyyət müəyyən edilə bilməz. Yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, iddiaçı ona məcburi köçkün vəsiqəsi verilməsini tələb etməkdə haqlı sayılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Odur ki, cavabdehin imtinası əsassız və qanunsuz olmuş və şəxsin hüququnun pozulması ilə nəticələnmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2007-ci il təvəllüdlü İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №e-2-1(112)-10289/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10289/2024
13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver