Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10344/2025 07.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsi) qarşı “çıxarış verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 600 kv.m-dən ibarət olan torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyiyanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrıvə Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Səbail Bələdiyyəsinin 387 nömrəli, 30 dekabr 2003-cü il tarixli Sərəncamına əsasən Bakı Şəhəri Səbail Bələdiyyəsi ərazisində Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 600 kv.m-dən ibarət olan torpaq sahəsi dəyəri ödənilməklə “Torpaqların alqısatqısına dair” akt ilə Səbail Bələdiyyəsi tərəfindən iddiaçıya satılmışdır. Həmin torpaq sahəsi artıq uzun müddətdir ki, iddiaçının qanuni əsaslar ilə sahibliyində və istifadəsindədir. Bu səbəbdən iddiaçı torpaq sahəsinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi barədə ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə(bundan sonra “Cavabdeh”) müraciət etmişdir. Lakin, Cavabdeh“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsaslanaraq İddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, X8 X11 Bakı Şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənizin icrası mümkün deyil və təqdim olunan şəxsiyyət vəsiqəsində iddiaçının soyadının Quliyeva, digər sənədlərdə isə Abdullayeva kimi olunması, bundan başqa torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin sərəncamına istinad olunmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz, əsassızdır və müvafiq hərəkətlərin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, X8 X11 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Bundan əlavə, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin sərəncamına istinad olunmamışdır. Məlumat üçün bildirilir ki, təqdim etdiyiniz şəxsiyyət vəsiqənizdə soyadınız Quliyeva, digər sənədlərdə isə Abdullayevə olaraq qeyd olunmuş və əlaqəli sənəd təqdim edilməmişdir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı “Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanında yerləşən 600 kv.m-dən ibarət olan torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********12 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Həmçinin sahəyə dair təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamış, o cümlədən cizgidə müvafiq bələdiyyənin sərəncamına istinad edilməmiş və perimetrik ölçülər ilə faktiki ölçü arasında fərq vardır. Müvafiq daşınmaz əmlakın faktiki sahənin 64,7 kv.m X6, 79 kv.m hissəsi X3 və 68,5 kv.m hissəsi isə X1 adına olan kadastr planları ilə üst-üstə düşür. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer qurluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
5. Bakı şəhəri Səbail Bələdiyyəsinin “Bələdiyyə ərazisində olan 600 kv.m torpaq sahəsinin alqı-satqı qaydasında vət. G.D.Abdullayevanın adına sənədləşdirilməsi barədə” xx.xx.2003-cü il tarixli 387 nömrəli Sərəncamına əsasən Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən Bələdiyyə ərazisinə məxsus 600 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vətəndaş X4 adına səndləşdirilmişdir.
6. İş materiallarına əlavə olunmuş Torpaqların Alqı-satqısına dair Akta əsasən X7 tərəfindən Səbail Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və müvafiq rəy verilmiş bələdiyyə ərazisində 600 kv.m torpaq sahəsi satılması barədə qərar qəbul edilmişdir. Bunun müqabilində X7 tərəfindən bank hesabına əvvəlcədən 1664 manat haqq ödənilmişdir (Qəbz 026676).
7. X4 adına sənədləşdirilməsi nəzərdə tutulan 600 kv.m torpaq sahəsinin cizgisi iş materiallarına əlavə olunmuşdur (torpaq sahəsinin cizgisi Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir).
8. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(81)-4617/2014 nömrəli Qərarı ilə Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsinin 30 dekabr 2003-cü il tarixli 387 №-li sərəncamı əsasında X10ma verilmiş Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin adına plan və ölçüsünün verilməsi, həmin qərara əsasən torpağın alqı-satqısmm qeydə alınması vəsifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə olunmuşdur.
9. Bakı İnzibati Məhkəməsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, məhkəmənin icraatında iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı torpaq sahələrinin plan və ölçüsünün verilməsi, torpağın alqı-satqısının qeydə alınması vəifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş olmuş və 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-4617/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81 )-4617/2014 saylı inzibati iş üzrə qəbul edilmiş xx.xx.2014-cü il tarixli qərarı xx.xx.2014-cü il tarixdə qanuni qüvvəsini almışdır.
10. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
13. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. Məhkəmə qərarının icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır.
15. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
16. X17 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X17 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).
17. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
18. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
20. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həyata keçirilməlidir.
21. Məhkəməyə müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və X17 Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədlərinə əsasən hüquqların nəzəri və xəyali deyil, praktik və səmərəli müdafiəsini təmin edir. Odur ki, məhkəmə qərarının tam və ya lazımi icra edilməməsi məhkəməyə çatım hüququnun pozulması ilə nəticələ bilər.
22. Məhkəmə ilk növbədə müəyyən edir ki, iddiaçının hazırki iddia tələbini qaldırmaqda məqsədi Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsidir.
23. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(81)-4617/2014 nömrəli Qərarı ilə Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsinin 30 dekabr 2003-cü il tarixli 387 №-li sərəncamı əsasında X10ma verilmiş Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin adına plan və ölçüsünün verilməsi, həmin qərara əsasən torpağın alqısatqısmm qeydə alınması vəsifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə olunmuşdur. 1 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsinin 2-1(81)-4617/2014 saylı inzibati iş üzrə qəbul edilmiş xx.xx.2014-cü il tarixli qərarı xx.xx.2014-cü il tarixdə qanuni qüvvəsini almışdır.
24. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 600 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun tanınması barədə qüvvədə olan məhkəmə qərarı mövcuddur. Buna baxmayaraq qüvvədə olan yekun məhkəmə aktı icra olunmamışdır (torpaq sahəsinə dair İddiaçı adına plan ölçü sənəd tərtib olunmamışdır). Belə ki, məhz qərarın icrası qaydasında torpaq sahəsinə dair İddiaçı adına plan-ölçü sənədi tərtib olunmalı və mülkiyyət hüququ tanınmalıdır.
25. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün və səmərəli hüquqi müdafiə vasitəsi məhkəmə qərarının lazımi qaydada icra olunması ilə bağlı tədbirlərin həyata keçirilməsinin təmin edilməsidir. Həmin tədbirlər yeni iddia qaldırmaqla deyil, “məhkəmə prosesi”nin ayrılmaz hissəsi olan məhkəmə qərarının icrası qaydasında həyata keçirilməlidir.
26. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
27. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
28. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva