Məhkəmə qərarları › İş №e-2-1(112)-10345/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-10345/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10345/2024 17.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh 2 saylı Bakı Cavabdehdliyyə Nazirliyinin Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş pulun geri qaytarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı- satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3887,40 AZN məbləğin geri qaytarılmasında köməklik edilməsi və xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3887,40 AZN məbləğin geri qaytarılması öhdəliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinin üzərinə qoyulması barədə Qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı və alıcı X4 arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzilin tam mülkiyyət üzrə satıcı və alıcı arasında alqı-satqı müqaviləsi bağlanmışdır (daşınmaz əmlakın alqı-satqı müqaviləsi qoşma olaraq əlavə edilir). 2 saylı ASAN xidmət mərkəzində fəaliyyət göstərən Bakı şəhərinin X2 tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASAN 2 şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1465 №-li məktuba əsasən daşınmaz əmlakın Alqı-satqı müqaviləsi üzrə ödənilməli olan cəmi 445000 manat 00 qəpik (dördyüz qırx beş min manat sıfır qəpik) məbləğindən 3887 manat 40 qəpik (üç min səkkiz yüz səksən yeddi manat 40 qəpik) manat vergi öhdəliyi məbləğini əmlakın satış dəyərindən çıxaraq dövlət xəzinədarlığına ödənilməsi və qalan məbləğ 441112 manat 60 qəpik (dörd yüz qırx bir min yüz on iki manat 60 qəpik) məbləği Nümayəndə - Bakı şəhəri, Nəsimi rayonu. Nizami küçəsi, ev 137, mənzil 36, (AA*******, xx.xx.2019, ASAN 1, FİN: xxxxxxx, D/T: xx.xx.1978) müvafiq müqavilə təsdiq edildikdən sonra məktub əsasında verilməsi üçün bankda olan ******************** №-li Depozit hesabına qəbul olunması xahiş edilmişdir (məktub qoşma olaraq əlavə edilir). ABB-1 ******* nömrəli qəbzə əsasən xx.xx.2023-cü il tarixdə 441112 manat 60 qəpik ödəniş həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən müvafiq mənzil üzrə 3887,40 AZN məbləğində vergi tutulmuşdur. Qeyd etdilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218-1.1.5.1-1-ci maddəsinə əsasən “Fiziki şəxsin mülkiyyətində (o cümlədən ər və arvadın ümumi birgə mülkiyyətində) yalnız bir yaşayış sahəsi olduğu halda şəxsin həmin yaşayış sahəsi üzrə qeydiyyatının olub-olmamasından asılı olmayaraq, azı 3 təqvim ili ərzində həmin yaşayış sahəsində yaşamasını təsdiq edən sənədlər (kommunal xidmətləri göstərən təşkilatlar tərəfindən şəxsin həmin ünvanda abonent kimi qeydiyyatda olmasını təsdiq edən arayışlar) olduğu halda həmin yaşayış sahələrinin təqdim edilməsi hallarında fiziki şəxs vergidən azaddır”. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX 0133933 №-li, **********55-05301-093069 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzilin xx.xx.2013-cü il tarixdən etibarən (alqısatqı müqaviləsi bağlananadək) tam mülkiyyət üzrə hüquq sahibi İddiaçı olmuşdur. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2- Y0156-8/2023 saylı cavab məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası ərazisində İddiaçı adına olan və özgəninkiləşdirilmiş əmlaklar barədə məlumat verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, X9, ev 57, 52 saylı mənzil xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir, lakin 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-2410 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçı ildə 2-3 dəfə ailəsi ilə (ildə minimum 1 dəfədə olsa) birgə Azərbaycana gəlir və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzildə qalırıq (alqı-satqı müqaviləsi bağlananadək). Qeyd edilmişdir ki, Azərbaycanda yeganə mülkiyyəti sonuncu qeyd etdiyi mənzil olmuşdur. Bildirilmişdir ki, X3 xx.xx.2023- cü il tarixli müraciət göndərilmiş və Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, 52 saylı mənzil üzrə qaz abonent kodu və abunəçinin kim olması, həmçinin bağlanılmış abonent müqaviləsinin xx.xx.2013-cü il tarixdən hal-hazırki tarixədək kimin adına olması və hansı tarixdən etibarən onun adına olması barədə məlumat verilməsi və qeyd edilənlərə dair arayış təqdim edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, 52 saylı mənzil üzrə bağlanılmış qaz abonent müqaviləsinin və digər müqavilələrin surətlərinin təqdim edilməsi xahiş edilmişdir (müraciət və qəbz qoşma olaraq əlavə edilir). Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2023-cü il tarixli, 14-2-2-4/2-K-4xx-xx/2023-3550 saylı “Müraciətə baxılması barədə” cavab məktubu göndərilmiş və Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, mənzil 52 ünvanı üzrə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı - satqısı barədə” müqavilə və ödəniş cədvəli bizə təqdim edilmişdir (məktub, müqavilə və ödəniş cədvəli qoşma olaraq əlavə edilir). “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı - satqısı barədə” AKX-03449xx/xx-2021 saylı müqaviləyə əsasən “Azəriqaz” İB və Yakubova Elionara (ünvan: Üzeyir Hacıbəyov küçəsi, ev 57, mənzil 52) arasında müqavilə bağlanılmış və Yakubova Elionara tərəfindən 2014-ci il tarixdən etibarən 2023-cü il tarixə kimi davamlı şəkildə ödənişlər edilmiş və cəmi 1747 manat məbləğində ödəniş həyata keçirilmişdir (müqavilə və ödəniş cədvəli qoşma olaraq əlavə edilir). Beləliklə, yuxarıda qeyd edilənləri əsas götürərək alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3887,40 AZN məbləğin geri qaytarılması ilə bağlı tərəfindən xx.xx.2023-cü il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət göndərilmişdir. Həmin müraciətə cavab olaraq, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən ona xx.xx.2024-cü il tarixli, 64 №-li cavab məktubu göndərilmiş və bildirilmişdir ki, İddiaçı ABŞ vətəndaşı olduğundan və Azərbaycan Respublikasında 3 (üç) il daimi yaşamadığından xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinə vətəndaşın vergidən azad olub-olmaması barədə müraciət göndərilmişdir. Həmin müraciətin cavabından sonra məlumat veriləcəkdir (cavab məktubu qoşma olaraq əlavə edilir). Lakin, xx.xx.2024-cü il tarixli, 64 №-li cavab məktubundan 1 aydan çox vaxt keçməsinə baxmayaraq ona hər-hansı cavab göndərilməmişdir. Bununla əlaqədar olaraq, tərəfindən yenidən xx.xx.2024-cü il tarixli müraciətlə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət edilmiş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinə vətəndaşın vergidən azad olub-olmaması barədə göndərilmiş müraciətə cavab gəlibgəlməməsi barədə ona məlumat verilməsi və həmin müraciətin surətinin ona təqdim edilməsi xahiş edilmişdir. Bildirilmişdir ki, uzun müddət keçməsinə baxmayaraq, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən bugünədək bizə hər-hansı cavab verilməmiş, müraciətlərə laqeyd münasibət göstərilmiş, müraciətlə bağlı ona köməklik göstərilməmişdir. Bununla əlaqədar olaraq, məhkəməyə müraciət etmək zəruriyyət yaranmışdır. Beləliklə, Vergi Məcəlləsinin 218-1.1.5.1-1-ci maddəsini əsas götürərək, Yakubova Elionaranın mülkiyyətində yalnız 1 yaşayış sahəsi olduğunu nəzərə alaraq və onun həmin ünvanda abonent kimi qeydiyyatda olmasını təsdiq edən “Azəriqaz” İB tərəfindən təqdim edilmiş müqaviləni və ödəniş cədvəlini təqdim edərək, fiziki şəxs Yakubova Elionaranın vergidən azad olduğunu hesab edirəm. Bu səbəbdən Vergi Məcəlləsinin 218-1.1.5.1-1-ci maddəsinə əsaslanaraq, xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3887,40 AZN məbləğin geri qaytarılmasına zəruriyyət yaranmışdır. Beləliklə, Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı).

3. 2 saylı Asan xidmət mərkəzində fəaliyyət göstərən Bakı şəhərinin X1 xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X4 -Bakı Şəhəri, Nəsimi Rayonu, X9, Ev 57, Mənzil 44 (ŞV:AA0373217, xx.xx.2019, ASAN 2; FİN: 36FPM1Y; D/T:xx.xx.1976) Daşınmaz Əmlakın ALQİ-SATQİ Müqaviləsi Üzrə ödənilməli olan cəmi 445000 manat 00 qəpik (dörd yüz qırx beş min manat sıfır qəpik) məbləğindən 3887 manat 40 qəpik (üç min səkkiz yüz səksən yeddi manat 40 qəpik) manat vergi öhdəliyi məbləğini əmlakın satış dəyərindən çıxaraq dövlət xəzinədarlığına ödənilməsi və qalan məbləğ 441112 manat 60 qəpik (dörd yüz qırx bir min yüz on iki manat 60 qəpik) məbləği Nümayəndə- Bakı Şəhəri, Nəsimi Rayonu, Nizami Küçəsi, Ev 137, Mənzil 36, Mən (AA*******, xx.xx.2019, ASAN 1; FİN: xxxxxxx; d/t: xx.xx.1978) müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra iddiaçının məktubu əsasında verilməsi üçün bankında olan ******************** №-li Depozit hesabıma qəbul olunmasını xahiş edilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdi.

II. İddianın mümkünlüyü

6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

8. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 saylı Qərarından:

8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.

9. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçının vəziyyətinə uyğun olaraq çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi müvafiq tələblə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciət etməkdir.

10. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı artıq ödənilmiş hesab etdiyi verginin qaytarılması məqsədilə aidiyyəti vergi orqanına da müraciət edə bilər.

11. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

13. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar