Məhkəmə qərarları › İş №e-2-1(112)-10347/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10347/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10347/2022 12.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı X11, X7 qanuni nümayəndəsi X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2, 5 və 9-cu maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 4-1-ci maddəsinə, eləcə də “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarıın şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına uyğun olaraq xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2015-ci il təvəllüdlü X12 Bakı şəhəri, Xətai raayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 saylı mənzildən qeydiyyatdan çıxarma və anaları X3 qeydiyyatda olduğu ünvan 1 ünvanına qeydiyyata alma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10347/2022 nömrəli qərardadı ilə X11, X7 qanuni nümayəndəsi X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə təqdim edərək xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2015-ci il təvəllüdlü X12 Bakı şəhəri, Xətai raayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 saylı mənzildən qeydiyyatdan çıxarmaları barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Bayramova (Məmmədrəhimova) Nuranə Mahir qızına qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə aralarında 28 sentyabr 2009-cu il tarixli, 2348 nömrəli aktla bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(011)-5103/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə cavabdeh Bayramova (Məmmədrəhimova) Nuranə Mahir qızı arasında Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən 28 sentyabr 2009-cu il tarixdə 2348 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 07 iyul 2010-cu il təvəllüdlü X18 və 19 mart 2015-ci il təvəllüdlü X17 anaları Bayramova (Məmmədrəhimova) Nuranə Mahir qızının yanında saxlanmaqla onun himayəsinə verilmiş, 07 iyul 2010-cu il təvəllüdlü X11 və 19 mart 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 03 oktyabr 2019-cu il tarixdən başlayaraq cavabdeh Bayramova (Məmmədrəhimova) Nuranə Mahir qızının xeyrinə hər ay İddiaçı qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(011)- 5103/2019 nömrəli qətnaməsi icraya yönəldilmişdir. Bundan sonra İddiaçı cavabdeh Bayramova (Məmmədrəhimova) Nuranə Mahir qızına qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və əmlak bölgüsü tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək cavabdehin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 nömrəli mənzildən (həmin mənzil anası tərəfindən xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsi əsasında ona hədiyyə edilmişdir) istifadə hüququna xitam verilməsi, “Samsung” markalı televizorun, televizoraltının, “LG” markalı kondisionerin, “Toshiba” markalı noutbukun, mətbəx üçün künc divanı, masa və stulların dəyərinin 1/2 hissəsinə pay hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdeh Bayramova (Məmmədrəhimova) Nuranə Mahir qızının xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 nömrəli mənzildən istifadə hüququna 9.600 manat kompensasiya verilməklə xitam verilməsi, 550 manat dəyərində “Samsung” markalı televizorun, 100 manat dəyərində televizoraltının, 650 manat dəyərində “LG” markalı kondisionerin, 880 manat dəyərində “Toshiba” markalı noutbukun, 1000 manat dəyərində mətbəx üçün künc divanı, masa və stulların dəyərinin 1/2 hissəsinə pay hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(011)-1756/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı cavabdeh Bayramova (Məmmədrəhimova) Nuranə Mahir qızına qarşı cavabdehə 9.600 (doqquz min altı yüz) manat məbləğində kompensasiya ödənilməklə onun iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 saylı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmiş, birgə nikahları dövründə əldə edilmiş “Samsung” markalı televizorun, televizoraltının, “LG” markalı kondisionerin, “Toshiba” markalı noutbukun, mətbəx üçün künc divanı, masa və stulların üzərində İddiaçı 1/2 (ikidə bir) hissədə və cavabdeh X5 1/2 (ikidə bir) hissədə pay hüquqları tanınmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(011)-1756/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin apellyasiya qaydasında qismən, cavabdehə kompensasiya ödənilməklə onun iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 saylı mənzildən istifadə hüququna xitam verilməsinin rədd edilməsi hissəsində ləğv edilərək birinci instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar, eləcə də apellyasiya instansiyası məhkəməsində müəyyən ediləcək hallar və sübutlar əsasında həmin hissədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-4300/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsi qismən - “cavabdehə kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinin rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış və iddia təmin olunmuş, İddiaçı tərəfindən cavabdeh Bayramova (Məmmədrəhimova) Nuranə Mahir qızına 25.000 (iyirmi beş min) manat məbləğində kompensasiya verilməklə cavabdehin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 80 saylı evin (giriş № 6 “C”) 64-cü mənzilinə olan istifadə hüququna xitam verilməsi, cavabdeh Bayramova (Məmmədrəhimova) Nuranə Mahir qızına kompensasiya ödənilməsi ilə istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində göstərilir ki, məhkəmə kollegiyası yuxarıda göstərilənləri hazırkı işə tətbiq edərək qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilən yazılı ərizəyə əsasən o, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün birgə nikahdan doğulan uşaqların mənafeyi nəzərə alınmaqla 25.000 manat məbləğində kompensasiya ödəməyə razıdır. Ona görə də iddiaçının cavabdehə təklif edildiyi 25.000 manat kompensasiya məbləği mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli maddi dəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi İddiaçı qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından onların hər ikisinin mənafeyinə, eləcə də birgə nikahdan olan uşaqların mənafeyinə uyğundur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 4300/2021 nömrəli qətnaməsindən narazı qalan cavabdeh Bayramova (Məmmədrəhimova) Nuranə Mahir qızı həmin qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6783/2021 nömrəli qərarı ilə cavabdeh Bayramova (Məmmədrəhimova) Nuranə Mahir qızı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4300/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın əsaslandırıcı hissəsində göstərilir ki, kasasiya şikayətinin uşaqların mənafeyinin nəzər alınmaması ilə bağlı dəlili üzrə isə qeyd edilməlidir ki, kasassiya yoxlaması nəticəsində həmçinin müəyyən edilmişdir ki, işə daha əvvəl baxmış kasassiya kollegiyasının göstərişləri əsasında apellyasiya qaydasında yenidən araşdırma aparılarkən iddiaçı kompensasiya məbləği ilə bağlı təklifini 7.000 manat artırmışdır ki, bu da iki uşağın mənafeyinin nəzərə alınması üçün kifayət məbləğ hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6783/2021 nömrəli qərarı qəbul edildiyi andan qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2022-ci il tarixli, 2(102)-6783/2021 nömrəli icra vərəqəsi ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4300/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi icraya yönəldilmiş, 04 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinın sözügedən qətnaməsi Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən icra edilmişdir. Yəni İddiaçı tərəfindən Bayramova (Məmmədrəhimova) Nuranə Mahir qızına 25.000 manat kompensasiya ödənilməklə onun Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 saylı mənzildən istifadə hüququna xitam verilmişdir. Bakı şəhəri Xətai RPİ-nin 04 mart 2022-ci il tarixli, xx/xx-33121/9 nömrəli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4300/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi icra edilmiş, yəni Bayramova (Məmmədrəhimova) Nuranə Mahir qızı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 80 saylı evin (giriş № 6 “C”) 64-cü mənzildən qeydiyyatdan çıxarılmışdır. Odur ki, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin böyük icra məmuru Mehdi Zeynalovun 05 aprel 2022-ci il tarixli qərarı ilə sözügedən icra sənədi üzrə icraata xitam vermişdir. Lakin sonradan İddiaçı məlum olmuşdur ki, Bayramova (Məmmədrəhimova) Nuranə Mahir qızı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 saylı mənzildən qeydiyyatdan çıxsa da uşaqlar: 07 iyul 2010-cu il təvəllüdlü X18 və 19 mart 2015-ci il təvəllüdlü X17 həmin mənzildə qeydiyyatda qalmışlar. Hazırda o həmin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 saylı mənzilini satmaq istəyir. Çünki cavabdehə 25.000 manat kompensasiya ödəməyi ilə əlaqədar olaraq xeyli miqdarda borc götürmüş, maddi vəziyyəti imkan vermədiyi üçün hazırda həmin borcları qaytara bilmir. Lakin uşaqlar həmin mənzildə qeydiyyatda olduqları üçün sata bilmir. Çünki qeydiyyatda digər şəxslər olan mənzili heç kimi almaq istəmir. Ona görə də o uşaqların qeydiyyatdan çıxarılmasını təmin etmək məqsədi ilə yenidən rəsmi olaraq Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin rəisi Vüqar Qasımovun 22 aprel 2022-ci il tarixli, xx/xx-33121/9 nömrəli məktubundan görünür ki, icra vərəqəsində cavabdeh Bayramova (Məmmədrəhimova) Nuranə Mahir qızına 25.000 (iyirmi beş min) manat məbləğində kompensasiya verilməklə cavabdehin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi qərara alındığından və həmin mənzildə hər hansı digər şəxslərin istifadə hüququna xitam verilməsi qət edilmədiyindən qeyd etdiyi tələbin icra edilməsi icra şöbəsinin səlahiyyətinə aid deyildir. Odur ki, o həmin məsələnin həlli üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə müraciət etməyi qərara almışdır. Bakı şəhəri, Xətai rayon Polis İdarəsi 11 iyun 2022-ci il tarixli, 101-17792B nömrəli məktubunda müraciətini təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdeh məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxs isə məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyətindədir. - Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-5103/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı oğlunun cavabdeh Bayramova (Məmmədrəhimova) Nuranə Mahir qızına qarşı “nikahın pozulması” tələbinə dair iddia tələbi təmin edilmiş, İddiaçı oğlu ilə cavabdeh Bayramova (Məmmədrəhimova) Nuranə Mahir qızı arasında Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən 28 sentyabr 2009cu il tarixdə 2348 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 07 iyul 2010-cu il təvəllüdlü X11 və 19 mart 2015-ci il təvəllüdlü X7 anaları Bayramova (Məmmədrəhimova) Nuranə Mahir qızının yanında saxlanmaqla onun himayəsinə verilməsi, 07 iyul 2010-cu il təvəllüdlü X11 və 19 mart 2015ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 03 oktyabr 2019-cu il tarixdən başlayaraq cavabdeh Bayramova (Məmmədrəhimova) Nuranə Mahir qızının xeyrinə hər ay İddiaçı qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-1756/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı oğlunun cavabdeh Bayramova (Məmmədrəhimova) Nuranə Mahir qızına qarşı “kompensasiya ödəməklə mənzildən istifafdə hüququna xitam verilməsi və əmlak bölgüsü tələbinə dair iddia tələbi qismən təmin edilmiş, İddiaçı cavabdeh X6 qarşı cavabdehə 9600 (doqquz min altı yüz) manat məbləğində kompensasiya ödənilməklə onun iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 saylı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmiş, birgə nikahları dövründə əldə edilmiş “Samsung” markalı televizorun, televizoraltının, “LG” markalı kondisionerin, “Toshiba” markalı noutbukun, mətbəx üçün künc divanı, masa və stulların üzərində İddiaçı 1/2 (ikidə bir) hissədə və cavabdeh X5 1/2 (ikidə bir) hissədə pay hüquqları tanınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 4300/2021 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaşı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsi qismən - “cavabdehə kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinin rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia təmin olunmuş, İddiaçı tərəfindən cavabdeh X6 25 000 (iyirmi beş min) manat məbləğində kompensasiya verilməklə cavabdehin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 80 saylı evin (giriş № 6 “C”) 64-cü mənzilinə olan istifadə hüququna xitam verilməsi, cavabdeh X1 ödənilməsi ilə istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6783/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, cavabdeh X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4300/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Xətai rayonu icra şöbəsinin əməkdaşları Mehdi Zeynalov və Günay Yusifli, tələbkar İddiaçı, borclu X13, hal şahidləri X8 və X15 tərəfindən tərtib edilərək təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, akt iştirakçıları, aktı tərtib edirlər ondan ötrü ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4300/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən birgə nikahları dövründə əldə edilmiş “Samsung” televizoru, televizor altını, “LG” markalı kondisionerin, “Toshiba” markalı noutbukun, mətbəx üçün künc divanın, masa və stulların üzərində İddiaçı və X5 1/2 hissədə pay hüquqları tanınmalı, İddiaçı tərəfindən X6 25000 manat kompensasiya verilməklə, cavabdehin Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində 80 saylı evin 64-cü mənzilinə iatifadə hüquqlarına xitam verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar tərəflərin qarşılıqlı razılığı əsasında X13 həm icra sənədində göstərilən əmlakları, həm də özünə məxsus olan əmlakları könüllü olaraq çıxarmış və mənzili boş vəziyyətdə İddiaçı təhvil vermişdir. Eyni zamanda mənzilin giriş qapısının 2 nüsxədə 4 ədəd açarla və qaz sayğacının kartı X13 tərəfindən İddiaçı təhvil verilmişdir. İcra sənədi bu hissədə icra olunmuşdur. - Bakı şəhəri, Xətai rayon Polis İdarəsi tərəfindən Xətai rayon icra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, ***-**** nömrəli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(011)-4300/2021-023 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə icra olunmuşdur. - Azərbaycan Respublikası DİN-nin BPQM-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X4 ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********68 №-li məktubdan görünür ki, X11, X7 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, korpus 6, giriş C, 64 saylı mənzilə dair istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Fiziki şəxs X16 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən ünvan 2 ünvanında ümumi sahəsi 92.3 kvadratmetr olan mənzili vardır. Həmin mənzildə 2022-ci ilin aprel ayından hal-hazırki günə kimi yaşayış yoxdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 018-45962B- 3222 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə daxil olmuş müraciətinə baxılmışdır. Bildirilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddə ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq, müraciətinizdə qeyd etdiyiniz şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədəmüvafiqdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 101-177928 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, onun xx.xx.2022-ci il tarixli müraciətinə baxılmışdır. X2 və X7 ünvan 5 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; 2. Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən; 3. öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 4. Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər hansı birini təqdim etdiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli daşınmaz əmlak xx.xx.2017-cü il tarixdən İddiaçı mülkiyyətindədir. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi şəxslər iş üzrə üçüncü şəxs X4 ilə birgə nikahdan anadan olmuş uşaqlarıdır. Qüvvədə olan məhkəmə qətnaməsinə əsasən İddiaçı oğlu ilə Bayramova (Məmmədrəhimova) Nuranə Mahir qızı arasında Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən 28 sentyabr 2009-cu il tarixdə 2348 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 07 iyul 2010-cu il təvəllüdlü X11 və 19 mart 2015-ci il təvəllüdlü X7 anaları Bayramova (Məmmədrəhimova) Nuranə Mahir qızının yanında saxlanılmaları müəyyən edilmişdir. İddiaçı oğlu ilə Bayramova (Məmmədrəhimova) Nuranə Mahir qızı arasında mübahisəli daşınmaz əmlakla bağlı məhkəmə mübahisəsi olmuş və qanuni qüvvəsini almış və icra edilmiş məhkəmə qətnaməsinə əsasən İddiaçı tərəfindən X6 25 000 (iyirmi beş min) manat məbləğində kompensasiya verilməklə sonuncunun Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 80 saylı evin (giriş № 6 “C”) 64-cü mənzilinə olan istifadə hüququna xitam verilmişdir. X4 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 80 saylı evin (giriş № 6 “C”) 64-cü mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmış və ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydə alınmışdır. Hazırda iddiaçı analarının yanında qalmaları müəyyən edilmiş uşaqları 07 iyul 2010-cu il təvəllüdlü X11 və 19 mart 2015-ci il təvəllüdlü X7 mübahisəli yaşayış sahəsindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını inzibati məhkəmə icraatında mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. - 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin ikinci hissəsində olan digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-nin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, yaşayış sahəsindən qeydiyyatdan çıxarılması tələb edilən şəxslərin mübahisəli yaşayış sahəsi üzrə istifadə hüquqlarının mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Bundan əlavə qeydiyyatdan çıxarılması tələb edilən yetkinlik yaşına çatmayan şəxslərin mübahisəli mənzildə istifadə hüquqları məhkəmə qətnaməsinə əsasən itirilmiş analarının yanında qalması məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri onların valideynlərinin yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi həmin yaşayış sahəsində faktiki yaşamayan və istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli yaşayış sahəsində qeydiyyatda olan yetkinlik yaşına çatmayan şəxslər 07 iyul 2010-cu il təvəllüdlü X18 və 19 mart 2015-ci il təvəllüdlü X17 qeyd olunan yaşayış sahəsində yaşamadıqlarından, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən analarının yanında qalmaları (yaşamaları) müəyyən edildiyindən həmin şəxslərin iddiaçıya məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılmamaları qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, yetkinlik yaşına çatmayan 07 iyul 2010-cu il təvəllüdlü X11 və 19 mart 2015-ci il təvəllüdlü X7 iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 07 iyul 2010-cu il təvəllüdlü X11 və 19 mart 2015-ci il təvəllüdlü X7 ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar