Məhkəmə qərarları › İş №e-2-1(112)-10368/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10368/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10368/2025 07.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanda yerləşən binada 16-cı mərtəbədə, ümumi sahəsi 455 kv.m olan 4 otaqlı 57 saylı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi (vəkili) daha sonra məhkəməyə ərizə təqdim edərək mənzilə hüququn onun faktiki ölçüsünə uyğun qeydə alınması zərurəti yarandığını bildirmiş və "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanda yerləşən binada 16-cı mərtəbədə 4 otaqlı 57 saylı mənzilə mülkiyyət hüququnun faktiki vəziyyətə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın xx.xx.2025-ci il tarixli, 04 saylı protokolu ilə iddiaçı MTK-nın inşa etdiyi ünvan 1 ünvanda yerləşən binada 16-cı mərtəbədə, ümumi sahəsi 455 kv.m olan 4 otaqlı 57 saylı mənzilin payçısı kimi təsdiq edilmişdir. İddiaçı evi təmir etmişdir və hazırda həmin evdə yaşayır. Ev üzərində mülkiyyət hüququmu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı İ-darəsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdehə xx.xx.2025-ci il tarixdə iddiaçıya məxsus mənzilin binanın mənzillərinin ümumi say tərkibinə daxil olmadığı üçün hüququn qeydiyyatından imtina etmişdir. İddiaçı imtinanı qanunsuz hesab edir. Belə ki, binada mənzillərin ümumi say tərkibi mülkiyyət hüququnun qeydiyyatına mane ola bilməz. Cavabdehin imtinası qanunsuz və əsassız olmaqla yanaşı iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində təsbit edilən mülkiyyət hüququmu, eləcə də Konstitusiyanın 43-cü maddəsində təsbit edilmiş mənzil hüququmu kobud şəkildə pozur. Belə ki, iddiaçı qanunvericiliyə müvafiq şəkildə əldə etdiyi torpaq sahəsində tikdiyi fərdi yaşayış evinə mülkiyyət hüququ ala bilmir. Nəticədə, həmin əmlakı sata, bağışlaya, icarəyə verə, girov qoya və ya digər formada sərəncam verə bilmir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman müvafiq mənzilin ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının Bakı şəhər İcra Hakimiyyəti başçısının 220 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil olmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı “ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının 455 kv.m 4 otaqlı 57 saylı (16-cı mərtəbə) mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********97 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman müvafiq mənzilin ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının Bakı şəhər İcra Hakimiyyəti başçısının 220 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil olmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

6. "xxxx" MTK üzvlərinin xx.xx.2025-ci il tarixli ümumi iclasının 03 №-li protokolundan Çıxarışa əsasən vətəndaş İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə üzv qəbul olunmaqla, MTK-nın ünvan 1 ünvanında yerləşən inşa edilən yaşayış binasının, 16-cı mərtəbəsində yerləşən, ümümi sahəsi 455,0 kv.m, yaşayış sahəsi 230,0 kv.m olan, 4(dörd) otaqlı, 57 saylı mənzilin payçısı kimi təsdiq edilmişdir. Ailə tərkibi: 1 nəfərdir - İddiaçı, payçı özüdür.

7. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 04 nömrəli Maliyyə Arayışına əsasən "xxxx" MTK tərəfindən ünvan 4 ünvanda inşa edilən yaşayış binasının, 16-cı mərtəbəsində yerləşən, ümümi sahəsi 455,0 kv.m, yaşayış sahəsi 230,0 kv.m olan, 4(dörd) otaqlı, 57 saylı mənzilin pay dəyəri payçısı İddiaçı tərəfindən tam ödənilmişdir. ”İnşaatçı”MTK-ya borcu yoxdur.

8. ünvan 4 ünvanda ”İnşaatçı” MTK tərəfindən inşa edilən yaşayış binasında qeydiyyata alınmış mənzillərə dair ilkin hüquq müəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 35a nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 15-ci mərtəbəsində, 184.9 kv.m ümumi, 106.1 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 55 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 932 nömrəli reyestr kitabının 86538 nömrəli vərəqində xx.xx.2009-cu il tarixində qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 35a nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində, 181.3 kv.m ümumi, 105.96 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 51 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 397 nömrəli reyestr kitabının 36964 nömrəli vərəqində xx.xx.2007-ci il tarixində qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 35a nömrəli, 16 mərtəbəli binada 84.91kv.m ümumi, 156.84 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 48 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 597 nömrəli reyestr kitabının 54842 nömrəli vərəqində xx.xx.2008-ci il tarixində qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 35a nömrəli, 16 mərtəbəli binada 156.84 kv.m ümumi, 84.91 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 675 nömrəli reyestr kitabının 63626 nömrəli vərəqində xx.xx.2008-ci il tarixində qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 35a nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində 147.2 kv.m ümumi, 84.8 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı X3 adına daşınmaz əmlakın dövlət reyestrində 960 nömrəli reyestr kitabının 89077 nömrəli vərəqində xx.xx.2009-cu il tarixində qeydiyyata alınmışdır. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, 35a nömrəli binanın 9-cu mərtəbəsində yerləşən 32 saylı mənzilə dair X4 adına tərtib olunmuş Texniki Pasporta əsasən binanın ümumi mərtəbələrin sayı 16 olaraq qeyd olunmuşdur.

9. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2005-ci il tarixli müayinə (baxış) Aktına əsasən, mənzil maliyyə arayışında 16-cı mərtəbə qeyd olunub. Lakin istismara qəbul aktına əsasən binanın mərtəbəliliyi 15 qeyd olunub. Faktiki mənzil 15 mərtəbəli yaşayış binasının damında (16) yerləşir.

10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

13. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

17. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

19. X13 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

20. X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

21. Məhkəmə hazırki iş üzrə araşdırmanı X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır:

22. 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?

23. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.

24. Məhkəmə hesab edir ki, iddiaçının mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına ən azı “qanuni gözləntisi” olmuşdur və hüququn təmin olunmaması mülkiyyətə müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X13 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106).

25. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - "xxxx" MTK üzvlərinin xx.xx.2025-ci il tarixli ümumi iclasının 03 №-li protokolundan Çıxarışa əsasən vətəndaş İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə üzv qəbul olunmaqla, MTK-nın ünvan 1 ünvanında yerləşən inşa edilən yaşayış binasının, 16-cı mərtəbəsində yerləşən, ümümi sahəsi 455,0 kv.m, yaşayış sahəsi 230,0 kv.m olan, 4(dörd) otaqlı, 57 saylı mənzilin payçısı kimi təsdiq edilmişdir. Ailə tərkibi: 1 nəfərdir - İddiaçı, payçı özüdür. - "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 04 nömrəli Maliyyə Arayışına əsasən "xxxx" MTK tərəfindən ünvan 4 ünvanda inşa edilən yaşayış binasının, 16-cı mərtəbəsində yerləşən, ümümi sahəsi 455,0 kv.m, yaşayış sahəsi 230,0 kv.m olan, 4(dörd) otaqlı, 57 saylı mənzilin pay dəyəri payçısı İddiaçı tərəfindən tam ödənilmişdir. ”İnşaatçı”MTK-ya borcu yoxdur.

26. Məhkəmə hesab edir ki, "xxxx" MTK üzvlərinin xx.xx.2025-ci il tarixli ümumi iclasının 03 №-li protokolundan Çıxarış xx.xx.2025-ci il tarixli Maliyyə Arayışı ilə tamamlanmaqla iddiaçının mənzilə dair mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.

27. Cavabdeh orqan imtinanın dəlili olaraq bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman müvafiq mənzilin ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının Bakı şəhər İcra Hakimiyyəti başçısının 220 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil olmadığı müəyyən edilmişdir. Belə ki, mənzil 15 mərtəbəli binanın damında (16-cı mərtəbədə) yerləşir.

28. Məhkəmə bununla bağlı qeyd edir ki, ünvan 4 ünvanda ”İnşaatçı” MTK tərəfindən inşa edilmiş yaşayış binasında qeydiyyata alınmış mənzillərə dair ilkin hüquq müəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 35a nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 15-ci mərtəbəsində, 184.9 kv.m ümumi, 106.1 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 55 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 932 nömrəli reyestr kitabının 86538 nömrəli vərəqində xx.xx.2009-cu il tarixində qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 35a nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində, 181.3 kv.m ümumi, 105.96 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 51 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 397 nömrəli reyestr kitabının 36964 nömrəli vərəqində xx.xx.2007-ci il tarixində qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 35a nömrəli, 16 mərtəbəli binada 84.91kv.m ümumi, 156.84 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 48 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 597 nömrəli reyestr kitabının 54842 nömrəli vərəqində xx.xx.2008-ci il tarixində qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 35a nömrəli, 16 mərtəbəli binada 156.84 kv.m ümumi, 84.91 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 675 nömrəli reyestr kitabının 63626 nömrəli vərəqində xx.xx.2008-ci il tarixində qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 35a nömrəli, 16 mərtəbəli binanın 1-ci girişində 147.2 kv.m ümumi, 84.8 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı X3 adına daşınmaz əmlakın dövlət reyestrində 960 nömrəli reyestr kitabının 89077 nömrəli vərəqində xx.xx.2009-cu il tarixində qeydiyyata alınmışdır. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, 35a nömrəli binanın 9-cu mərtəbəsində yerləşən 32 saylı mənzilə dair X4 adına tərtib olunmuş Texniki Pasporta əsasən binanın ümumi mərtəbələrin sayı 16 olaraq qeyd olunmuşdur.

29. Məhkəmə müvafiq sənədlərə baxış keçirərək müəyyən edir, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlarda və Texniki Pasportlarda ünvan 4 ünvanda ”İnşaatçı” MTK tərəfindən inşa edilmiş yaşayış binasının 16 mərtəbəli olduğu əksini tapmışdır və 16-cı mərtəbənin texniki mərtəbə olması ilə bağlı hər hansı qeyd yoxdur. Odur ki, iddiaçıya məxsus mənzilin ünvan 4 ünvanda ”İnşaatçı” MTK tərəfindən inşa edilmiş 16 mərtəbəli yaşayış binasının mənzillərin ümumi say tərkibinə daxil olması məhkəmədə hər hansı şübhə yaratmır.

30. Məhkəmə eyni zamanda nəzərə alır ki, "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanda yerləşən binada 16-cı mərtəbədəki 57 saylı mənzil iddiaçının qanuni istifadəsində və sahibliyindədir, mənzillə bağlı hər hansı mübahisə yoxdur.

31. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının vəziyyətinə mütənasib olmamaqla onun üzərinə həddən artıq yük qoymuşdur, nəticə etibarilə iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunmamışdır.

32. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;

33. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, əks yanaşma iddiaçının X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

37. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

38. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. ünvan 1, 16-cı mərtəbə 57 saylı mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar