Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10387/2023 09.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin iddiaçıların şəxsiyyət vəsiqələrinin dəyişdirilməsindən imtina edilməsinə dair hərəkətlərinin qanunsuz sayılmasına və həmin İdarənin üzərinə şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 18/2-20030/2023 nömrəli məktubunda İddiaçı1 və İddiaçı2 müvafiq sənədləri xx.xx.2023-cü il tarixdə 2 saylı ASAN xidmət mərkəzi regional qrup təəfindən qəbul eidldiyi və ödənilmiş dövlət rüsumuna əsasən onların şəxsiyyət vəsiqələri ilə təmin ediləcəkləri qeyd edilmişdir. İddiaçı2 xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə təqdim etdiyi ərizədə cavabdeh orqan ilə aralarındakı mübahisənin məhkəmədənkənar həllinə dair razılıq əldə edildiyindən və könüllü olaraq aralarındakı mübahisə həll olduğundan iddia tələblərindən imtina etdikləri və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli və iddiaçı iddiadan imtina etdiyindən, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-ci maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Eyni Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizə təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi” tələbinə dair 2-1(112)-10387/2023 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-10387/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-10387/2023
09.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver