Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10415/2023 14.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “məlumat vərəqəsinin doldurularaq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “məlumat vərəqəsinin doldurularaq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/315S №-li xx.xx.2023-cü il tarixli “Xidmətə xitam verilməsi haqqında” Əmrin məzmununda: “səbəb - Öz təşəbüsü ilə” qeydinin “Səbəb: pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə” və əsası: “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən” kimi dəyişdirilməsi; əmrin dəyişdirilməsi nəticəsində pensiyaya çıxmağı ilə əlaqədar DGK-da işlədiyi müddətdə pul təminatına dair “məlumat vərəqi”nin hazırlanaraq müvafiq sosial müdafiə orqanına göndərilməsi və iddiaçıya vəzifə maaşının 6(altı) misli məbləğində birdəfəlik məbləğin ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2001-ci sentyabr ayından 2018-ci ilin iyun ayınadək dövlət qulluqçusu statusu ilə Yasamal rayon İcra Hakimiyyəti, Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləmişdir. 2018-ci ilin sentyabr ayından xx.xx.2023-cü il tarixinə barəsində “Xidmətə xitam verilməsi haqqında” əmr verilənədək, Dövlət Gömrük Komitəsinin Maliyyə- Təchizat İdarəsinin rəisi vəzifəsində işləmişdir. Gömrük xidməti polkovniki xüsusi rütbəsi vardır. Beləliklə, 2001-ci ilin sentyabr ayından 2018-ci ilin iyun ayınadək göstərilən dövlət orqanlarında işləməklə 17 ilə yaxın dövlət qulluqçusu stajı, 2018-ci ilin sentyabr ayından hazırki vaxtadək gömrük orqanında dövlət qulluğunun xüsusi növündə xidmət illəri 4 il 8 ay təşkil edir. Dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajı 21 il təşkil edir. Gömrük orqanında xidmət etdiyi dövrdə əmək haqqının tərkibində vəzifə maaşına fasiləsiz xidmət illərinə (21 il) görə əlavələr hesablanaraq ödənilmişdir. İşin bu halı DGK sədrinin xx.xx.2023-cü il tarixli №1000/2873 Əmri ilə təsdiq olunur. Dövlət qulluğunda 16 il 9 ay stajının və gömrük orqanında dövlət qulluğunun xüsusi növündə 4 il 8 ay xidmət illərinin toplanmaqla, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, xüsusi rütbəli şəxs kimi, gömrük orqanında xidmət illərinə (21 il 5 ay) görə, pensiya hüququnun yarandığını hesab edərək, xx.xx.2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət edərək, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin 1-ci hissəsinin 3)-cü bəndinə əsasən “pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə” tutduğu vəzifədən azad edilməyini xahiş etmişdir. Ərizədə, həmçinin, dövlət qulluğu stajı da nəzərə alınmaqla əmək pensiyası təminatı üçün xüsusi rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqinin tərtib olunaraq aidiyyəti sosial müdafiə orqanına göndərilməsi barədə müvafiq göstərişlər verilməsini də xahiş etmişdir. İnzibati orqanın müraciətə dair hərəkəti: Dövlət Gömrük Komitəsinin 1000/315S №-li xx.xx.2023-cü il tarixli “Xidmətə xitam verilməsi haqqında” əmri ilə - səbəb: “Öz təşəbbüsü ilə” göstərilməklə, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən iddiaçı DGK-nın “Maliyyə və Təchizat İdarəsi”nin rəisi vəzifəsindən azad olunmuşdur. Cavabdeh inzibati orqanın qəbul etdiyi aktın iddiaçının hüquqlarının pozulması ilə nəticələnməsini aşağıdakı dəlillərlə əsaslandırır. xx.xx.2023-cü il tarixli Əmrin məzmunundan göründüyü kimi, ərizədə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120.1.3-cü bəndi ilə “pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə” tutduğu vəzifədən azad olunmağını xahiş etməyinə baxmayaraq, Əmrdə Əsasnamənin 120.1.1-ci bəndinə istinad olunmuşdur. Bununla yanaşı, ərizədə göstərdiyi - pensiyaya çıxmağı nəzərə alınaraq - pensiya hesablanması üçün məlumat vərəqinin müvafiq sosial müdafiə orqanına təqdim edilməsi məsələsi həll olunmamışdır. Bununla, faktiki olaraq, iddiaçının müraciətində xahiş olunan məsələ həll olunmamış, əksinə, hüququnun pozulması, yəni, pensiyaya çıxmaq hüququnun məhdudlaşdırılması ilə nəticələnən inzibati akt qəbul olunmuşdur. Qəbul olunan inzibati akt iddiaçıya münasibətdə əlverişsiz olmaqla, “Dövlət qulluğu haqqında” Qanunun 22.7-ci maddəsinin və “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin tələblərinə ziddir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. “Dövlət qulluğu haqqında” Qanunun 1.1.1-ci maddəsi: dövlət qulluğu - Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; Qanunun 1.1.2-ci maddəsi: dövlət qulluğunun xüsusi növü - xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsi: Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 1) öz təşəbbüsü ilə;... 3) pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə. Göründüyü kimi, Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsi ilə 3-cü hissəsində göstərilən motivlər fərqlidir və bu bəndlərdən hansına əsasən xidmətə xitam verilməsinin nəticələri də fəqrlidir. “Əmək Pensiyaları haqqında” Qanun. Maddə 1. Əsas anlayışlar: 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; Maddə 3. Əmək pensiyası təminatı hüququ. 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Qanunun 9-cu maddəsi “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər”in dairəsini müəyyənləşdirir. 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular. Azərbaycan Respublikası Prezidentinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında xx.xx.2006-cı il tarixli 499 №-li Fərmanının 2.4cü bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.4- cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə - digər icra hakimiyyəti orqanları ilə yanaşı - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi - nəzərdə tutulur. İddiaçı hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 3.3-cü maddəsinin mənası baxımından xüsusi rütbəli şəxs olaraq Qanunun 9.5.1-ci maddəsində nəzərədə tutulan hərbi qulluqçuların pensiya təminatı hüququ ona da şamil olunmalıdır. Belə ki, gömrük orqanında xüsusi rütbəli şəxs kimi xidmət etdiyi (2018-2023) 4 il 8 ay xidmət müddətinin üzərinə “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsinin tələbinə uyğun olaraq, 2018-ci ilədək işlədiyi dövlət qulluğu vəzifələrində mövcud olmuş 16 il 9 ay dövlət qulluqçusu stajı toplandıqda, cəmi 21 il 5 ay xidmət illərini nəzərə alınaraq, “Əmək pensiyaları haqqında” qanunu 9.5-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Lakin cavabdeh inzibati orqanın hazırki işdə mübahisələndirilən Əmrinin məzmununda Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 3)-cü bəndinə deyil, həmin maddənin 1-ci hissəsinin 1-ci bəndinə istinad edilməsi və pensiya hesablanması üçün məlumat vərəqinin verilməsi xahişinin təmin edilməməsi ilə iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun məhdudlaşmasına səbəb olmuşdur. Ona görə də cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli əmrinin dəyişdirilməsi, iddiaçının xidmətə xitam verilməsi əsası kimi Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 3)-cü bəndinin göstərilməsi, həmçinin, pensiya hesablanması üçün məlumat vərəqinin təsdiq edilərək aidiyyəti orqana göndərilməsinin müvafiq qaydada həvalə edilməsinə dair qərar qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Qanununun 1.0.5-ci maddəsinə əsasən bu qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavələrdən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından, hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 saylı Qərarı ilə “Əmək pensiyaları haqqında qanunun” 1.0.3.-cü və 1.0.4.-cü maddələrində nəzərdə tutulmuş hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların pensiya hüququ yaranmış işçinin işlədiyi orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması Qaydaları müəyyən edilir. Bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Yuxarıda göstərilənlərlə yanaşı, nəzərə alınmalıdır ki, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 124-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə bu əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-6-cı bəndlərində nəzərdə tutulan əsaslarla xitam verildikdə, onlara vəzifə maaşının 6(altı) misli məbləğində birdəfəlik müavinət verilir və bu məbləğdən vergi tutulmur. İddiaçı qeyd edir ki, inzibati aktın məzmununda (əsası) dəyişiklik edilərək “pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə” ifadə olunduğu halda, Əsasnamənin 124-cü maddəsinə əsasən ona vəzifə maaşının 6(altı) misli məbləğində birdəfəlik vergiyə cəlb edilməyən müavinət də ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi(vəkili) ərizə təqdim edərək iddia tələbini dəqiqləşdirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10415/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbini dəqiqləşdirməsi barədə ərizə “İddiaçı pensiya təyin olunması üçün məlumat vərəqəsinin doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilmişdir.
2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, iddia tələbi onunla əsalandırılmışdır ki, 2001-ci il sentyabr ayından 2018-ci ilin iyun ayınadək dövlət qulluqçusu statusunda Yasamal rayon İcra Hakimiyyəti, Dövlət Sosial Müdafiə Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışmışdır. 2018-ci ilin sentyabr ayından xx.xx.2023-cü il tarixədək Dövlət Gömrük Komitəsinin Maliyyə-Təchizat İdarəsinin rəisi vəzifəsində xidmət etməklə ümumi stajı 21 il təşkil etmişdir. Gömrük orqanında xidmət etdiyi dövrdə əmək haqqının tərkibinə fasiləsiz xidmət illərinə (21 il) görə əlavələr hesablanmaqla ödənilmişdir. Bildiririk ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinə əsasən “Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir”. Həmin Qanunun 22.7-2-ci maddəsinə əsasən qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Lakin yuxarıda adıçəkilən qayda bu günə qədər qəbul olunmamışdır. Məlumat üçün bildiririk ki, gömrük orqanlarının rəis və siravi heyətinə mənsub şəxslərə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qaydalarda dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi və pensiya təyin edilərkən hesablanması nəzərdə tutulmamışdır. “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2006-cı il tarixli 4 nömrəli Qərarının 2-ci bəndinin 13-cü abzasına əsasən dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı yalnız gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illəri və onlara verilən əlavələr hesbalanarkən nəzərə alınır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinə iddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Maliyyə-Təchizat İdarəsinin rəisi vəzifəsində işləyən İddiaçı tərəfindən ərizə tədim edilərək, xx.xx.2023-cü il tarixdən tutduğum vəzifədən azad edilməsini xahiş etmiş və eyni zamanda bildirmişdir ki, 2018-ci ildən halhazıradək Komitənin Maliyyə-Təchizat İdarəsinin rəisi vəzifəsində işləyir. Gömrük xidməti polkovniki xüsusi rütbəsi vardır. 2001-ci ildən 2018-ci ilədək, gömrük orqanında işə düzələnədək 16 il 9 ay dövlət qulluqçusu stajına malikdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinə əsasən, o cümlədən “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini rəhbər tutub dövlət qulluğu stajı da nəzərə alınmaqla pensiya təyinatı üçün rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqinin tərtib olunaraq aidiyyəti üzrə göndərilməsi veriməsini xahiş etmişdir. - Dövlət Gömrük Komitəsinin Hüquq Təminat İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış məktubda qeyd edilmişdir ki, dövlət qulluğunda xidmət illəriniz nəzərə alınaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinə əsasən “Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir”. Həmin Qanunun 22.7-2-ci maddəsinə əsasən qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum - Nazirlər Kabineti) təsdiq edir". Lakin yuxarıda adıçəkilən qayda bugünə qədər qəbul olunmamışdır. Məlumat üçün bildiririk ki, gömrük orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbiqulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların 'ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qaydalarda dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi və pensiya təyin edilərkən hesablanması nəzərdə tutulmamışdır. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Dövlət Gömrük Komitəsi aparatının struktur bölmələrinin vəzifəli şəxslərinin vəzifə maaşına fasiləsiz xidmət illərinə görə əlavələrin təyin edilməsi barədə” 1000/287ş nömrəli xx.xx.2023-cü il tarixli Əmrinə əsasən Komitə aparatının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanması üzrə komissiyanın 03 may 2023-cü il tarixdə keçirilmiş iclasının qərarına əsasən müəyyən edilmiş (protokol əlavə olunur) Dövlət Gömrük Komitəsi aparatının struktur bölmələri üzrə vəzifəli şəxslərinə xidmət illərinə görə əlavələrin təyin edilməsi üçün fasiləsiz xidmət illəri və bu xidmət illərinə görə əlavələrin məbləği təsdiq edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli müşaiyət məktubuna əlavə edilmiş “Xidməti qeyd”də göstərilmişdir ki, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar olaraq onlara verilən əlavələrin hesablanması qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 4 nömrəli Qərarının 2-ci bəndinin 13-cü abzasına və “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 99-cu maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli 1000/2875 nömrəli əmri ilə dövlət qulluğundakı əmək stajı və Dövlət Gömrük Komitəsində xidmət illəri (cəmi 21 il) nəzərə alınmaqla İddiaçı əmək haqqına (vəzifə və rütbəyə görə maaşın faizi) 30 faiz miqdarında əlavələr təyin edilib ödənilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən görünür ki, Dövlət Gömrük Komitəsi aparatının struktur bölmələri üzrə vəzifəli şəxslərinə xidmət illərinə görə əlavələrin təyin edilməsi üçün fasiləsiz xidmət illəri və bu xidmət illərinə görə əlavələrin məbləği göstərilmişdir. İddiaçı xidmət illəri 21 il, əmək haqqının (vəzifə və xüsusi rütbəyə görə maaşın) faizi- 30%, əlavələrin verilmə tarixi - xx.xx.2023-cü il tarixdən göstərilmişdir. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli müşayiət məktubu ilə İddiaçı şəxsi işi və məhkəmə tərəfindən tələb edilmiş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin sorğusu əsasında təqdim edilmiş, İddiaçı məxsus 042860 nömrəli diplomdan görünür ki, iddiaçı 1996-2000-ci illərdə Azərbaycan Respublikası Dillər Universitetində təhsil alıb. - Məhkəmənin sorğusu əsasında təqdim edilmiş, İddiaçı məxsus nömrəli diplomdan görünür ki, iddiaçı 2005-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. - Məhkəmənin sorğusu əsasında təqdim edilmiş, İddiaçı ooğluna məxsus AON ******* nömrəli Hərbi biletdən görünür ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək hərbi xidmətdə olmuşdur. - Məhkəmənin sorğusu əsasında təqdim edilmiş, İddiaçı məxsus ******* nömrəli Əmək kitabçasından görünür ki, xx.xx.2001-ci il tarixdən-xx.xx.2005-ci il tarixədək Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətində, xx.xx.2005-ci il tarixdən-xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, xx.xx.2018-ci il tarixdə xx.xx.2023-cü il tariədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işləmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 100/1543Ş nömrəli xx.xx.2018-ci il tarixli “İşə qəbul haqqında” Əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “maliyyə təhcizat idarəsinə” idarə rəisi vəzifəsinə təyin edilmişdir. - “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/1602Ş nömrəli xx.xx.2018-ci il tarixli “Xüsusi rütbənin verilməsi haqqında” Əmri ilə İddiaçı gömrük xidməti polkovnik – leytenantı xüsusi rütbəsi verilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Xidmətə xitam verilməsi haqqında” 1000/315S nömrəli xx.xx.2023-cü il tarixli Əmrinə əsasən “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən gömrük işçisi İddiaçı (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsi, idarə rəisi gömrük xidməti polkovniki) öz təşəbbüsü ilə xx.xx.2023-cü il tarixdən xidmətinə xitam verilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının tələb üzrə əvvəlcədən cavabdeh inzibati orqana müraciətinin olduğunu, həmçinin iddiaçının yaşayış ünvanını (ünvan 1ab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı iddiadır və aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Maliyyə-Təchizat İdarəsinin rəisi vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, 2018-ci ildən hal-hazıradək Komitənin Maliyyə-Təchizat İdarəsinin rəisi vəzifəsində işləyir, Gömrük xidməti polkovniki xüsusi rütbəsi vardır. 2001-ci ildən 2018-ci ilədək, gömrük orqanında işə düzələnədək 16 il 9 ay dövlət qulluqçusu stajına malikdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinə əsasən, o cümlədən “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini rəhbər tutub dövlət qulluğu stajı da nəzərə alınmaqla pensiya təminatı üçün xüsusi rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqinin tərtib olunaraq aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçının müraciətinə cavab olaraq Dövlət Gömrük Komitəsinin Hüquq Təminat İdarəsi tərəfindən ünvanlanmış məktubda qeyd edilmişdir ki, dövlət qulluğunda xidmət illəriniz nəzərə alınaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu"nun 22.7-1-ci maddəsinə əsasən “Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir”. Həmin Qanunun 22.7-2-ci maddəsinə əsasən qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum - Nazirlər Kabineti) təsdiq edir". Lakin yuxarıda adıçəkilən qayda bu günə qədər qəbul olunmamışdır. Məlumat üçün bildiririk ki, gömrük orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbiqulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların 'ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qaydalarda dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi və pensiya təyin edilərkən hesablanması nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Dövlət Gömrük Komitəsi aparatının struktur bölmələrinin vəzifəli şəxslərinin vəzifə maaşına fasiləsiz xidmət illərinə görə əlavələrin təyin edilməsi barədə” 1000/287ş nömrəli xx.xx.2023-cü il tarixli Əmrinə əsasən Komitə aparatının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanması üzrə komissiyanın 03 may 2023-cü il tarixdə keçirilmiş iclasının qərarına əsasən müəyyən edilmiş (protokol əlavə olunur) Dövlət Gömrük Komitəsi aparatının struktur bölmələri üzrə vəzifəli şəxslərinə xidmət illərinə görə əlavələrin təyin edilməsi üçün fasiləsiz xidmət illəri və bu xidmət illərinə görə əlavələrin məbləği təsdiq edilmişdir. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixli müşayiət məktubu ilə İddiaçı şəxsi işi və məhkəmə tərəfindən tələb edilmiş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan, məhkəmənin sorğusu əsasında təqdim edilmiş, İddiaçı məxsus 042860 nömrəli diplomdan görünür ki, iddiaçı 1996-2000-ci illərdə Azərbaycan Respublikası Dillər Universitetində təhsil alıb. İş materiallarında olan, məhkəmənin sorğusu əsasında təqdim edilmiş, İddiaçı məxsus 007091 nömrəli diplomdan görünür ki, iddiaçı 2005-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. İş materiallarında olan, məhkəmənin sorğusu əsasında təqdim edilmiş, İddiaçı məxsus AON ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan, məhkəmənin sorğusu əsasında təqdim edilmiş, İddiaçı məxsus ******* nömrəli Əmək kitabçasından görünür ki, xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətində referent və böyük məsləhətçi vəzifələrində, xx.xx.2005-ci il tarixdən xx.xx.2018-ci il tarixdək Dövlət Sosial Müdafiə Fondundan böyük məsləhətçi, sektor müdiri vəzifələrində, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Xidmətin rəis müavini və rəisi vəzifələrində, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində idarə rəisi vəzifəsində qulluq keçmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 100/1543Ş nömrəli xx.xx.2018-ci il tarixli “İşə qəbul haqqında” Əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “maliyyə təchizat idarəsinə” idarə rəisi vəzifəsinə təyin edilmişdir. İş materiallarından görünür ki, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/1602Ş nömrəli xx.xx.2018-ci il tarixli “Xüsusi rütbənin verilməsi haqqında” Əmri ilə İddiaçı Gömrük Xidməti Polkovnik –leytenantı xüsusi rütbəsi verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Xidmətə xitam verilməsi haqqında” 1000/315S nömrəli xx.xx.2023-cü il tarixli Əmrinə əsasən “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən gömrük işçisi İddiaçı (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsi, idarə rəisi, Gömrük xidməti polkovniki) öz təşəbbüsü ilə xx.xx.2023-cü il tarixdən xidmətinə xitam verilmişdir. İşin faktiki hallarından və inzibati icraat materiallarından müəyyən edilir ki, hazırki iş üzrə iddiaçının tələbi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinə əsasən, o cümlədən “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq dövlət qulluğu stajı da nəzərə alınmaqla pensiya təyinatı üçün məlumat vərəqinin tərtib olunaraq aidiyyəti üzrə göndərilməsindən ibarətdir. Cavabdehin imtinasının və etirazın əsas dəlili ondan ibarətdir ki, gömrük orqanlarının rəis və siravi heyətinə mənsub şəxslərə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qaydalarda dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi və pensiya təyin edilərkən hesablanması nəzərdə tutulmamışdır. “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2006-cı il tarixli 4 nömrəli Qərarının 2-ci bəndinin 13-cü abzasına əsasən dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı yalnız gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illəri və onlara verilən əlavələr hesablanarkən nəzərə alınır. Həmçinin, məhkəmə cavabdeh inzibati orqanın “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı Qərarında dövlət qulluğu stajının xüsusi növ üzrə xidmət illərinə daxil edilərək pensiya hesablanarkən nəzərə alınmaması və həmin “Qaydalar”ın “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası” ilə ziddiyyət təşkil etməsi və bu halın “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 10.3-cü maddəsinə əsasən “ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir” dəlili ilə bağlı aşağıdakıları bildirir. Məhkəmə qeyd edir ki, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməni müyyən edən normativ hüquqi akt yuxarıda qeyd edilən hər iki normativ hüquqi aktdan daha yüksək hüquqi qüvvəyə malikdir. Belə ki, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilmə məsələsi qanunla müəyyən olunduğu halda, yuxarıda qeyd edilən hər iki normativ hüquqi akt Nazirlər Kabinetinin qərarları ilə tənzimlənmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 10.1-ci maddəsinə əsasən normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır. Həmin Qanununun 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Qeyd edilənlərə əsasən qanun daha yüksək hüquqi qüvvəyə malik olduğu üçün qeyd edilən münasibətlərə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməli olduğu üçün cavabdeh inzibati orqanın gətirdiyi bu dəlil də əsassızdır. Eyni zamanda məhkəmə, cavabdeh inzibati orqanın dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və həmin stajın dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilmə qaydası və şərtlərininin bu günədək qəbul edilməməsi dəlili ilə bildirir ki, bu hal iddiaçının təqsiri ilə bağlı olmayan məsələdir və onun hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Həmçinin məhkəmə iddiaçının təhsil və xidmət illərinin gömrük oraqnlarında xidmət illərinə daxil edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı qərarına əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: - Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında həqiqi hərbi xidmət; - “Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Həmçinin 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Beləliklə də, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək hərbi xidmət dövrü üzrə 1 il, həmçnin 1996-2000-ci illərdə Azərbaycan Respublikası Dillər Universitetində və 2005-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıdığı dövrlər üzrə 2 il 6 ay, ümumilikdə 3 il 6 ay onun gömrük orqanlarında qulluq stajına hesablanmalıdır. Məhkəmə iddiaçının əvvələr işlədiyi dövlət qulluğu vəzifələrindəki iş müddətinin gömrük orqanlarındakı qulluq stajına hesablanması ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının 16 il 9 ay dövlət qulluğu stajının mövcud olması və həmin staj nəzərə alınaraq ümumilikdə 21 il qulluq stajına görə əmək haqqının 30 faizi məbləğində əlavə haqq aldığı işin mübahisəsiz halıdır. Belə ki, inzibati icraat materiallarına əlavə edilmiş, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətində referent və böyük məsləhətçi vəzifələrində, xx.xx.2005-ci il tarixdən xx.xx.2018-ci il tarixdək Dövlət Sosial Müdafiə Fondunda böyük məsləhətçi, sektor müdiri vəzifələrində, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Xidmətin rəis müavini və rəisi vəzifələrində, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində idarə rəisi vəzifəsində qulluq keçmişdir. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli müşaiyət məktubuna əlavə edilmiş “Xidməti qeyd”də göstərilmişdir ki, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar olaraq onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 4 nömrəli Qərarının 2-ci bəndinin 13-cü abzasına və “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 99-cu maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli 1000/2875 nömrəli əmri ilə dövlət qulluğundakı əmək stajı və Dövlət Gömrük Komitəsində xidmət illəri (cəmi 21 il) nəzərə alınmaqla İddiaçı əmək haqqına (vəzifə və rütbəyə görə maaşın faizi) 30 faiz miqdarında əlavələr təyin edilib ödənilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; Azərbaycan Respublikasında “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” qüvvəyə minənədək dövlət orqanlarında mövcud olmuş vəzifələrin uyğunlaşdırılması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə aparılmışdır. Həmin “Siyahı”nın 2.13-cü bəndinə əsasən rayon, şəhər xalq deputatları Sovetinin (Məclisinin) icraiyyə komitəsinin, rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında referent vəzifəsi Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda yerli icra hakimiyyəti orqanlarında böyük məsləhətçi və mərkəzi icra hakimiyyəti orqanlarının aparatında və onun yanında olan orqanlarda müvafiq olaraq böyük məsləhətçi, sektor müdiri, xidmət rəisinin müavini və rəisi vəzifələri dövlət qulluğunun inzibati vəzifələrinə aid edilmişdir. Göründüyü kimi iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətində referent və böyük məsləhətçi vəzifələrində, xx.xx.2005-ci il tarixdən xx.xx.2018-ci il tarixdək Dövlət Sosial Müdafiə Fondunda böyük məsləhətçi, sektor müdiri vəzifələrində, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Xidmətin rəis müavini və rəisi vəzifələrində işlədiyi müddət onun dövlət qulluğu stajına daxil edilir. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin “Əsasnamə”nin 2-ci maddəsinə əsasən Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. 2.3. Prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. 22.7. Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə aylıq əlavə haqq ödənilir. Haqqın məbləği qanunvericiliklə müəyyən edilir. Dövlət qulluqçusu daha yüksək dərəcəli dövlət qulluğu vəzifəsinə təyin edilərkən əvvəlki vəzifəsində qulluq stajına görə əlavə haqq verilmir. Bu maddə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri, Azərbaycan Respublikasının Baş naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur. 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmişxüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması” Qaydası:
1. Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası (bundan sonra - Qayda) Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə, gömrük orqanlarında xidmətin xüsusiyyətlərinə əsasən hazırlanmışdır və gömrük orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması qaydasını müəyyən edir.
2. Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə aşağıdakı dövrlər daxil edilir: .... dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə əsasən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri şəxsin dövlət qulluğu stajına, dövlət qulluğunda xidmət illəri isə şəxsin xüsusi növ üzrə iş stajına daxil edilir. Göründüyü kimi qeyd edilən münasibətləri tənzimləyən əsas qanunvericilik aktlarında dövlət qulluğunun hər iki növü (ümumi və xüsusi) üzrə iş stajı vahidləşdirilərək müvafiq təminatların şamil edilməsi nəzərə tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının dövlət qulluğunda mövcud olan iş stajı gömrük orqanlarındakı iş stajına hesablanaraq pensiya təyin edilməsi üçün məlumat vərəqəsi tərtib edilərək aidiyyəti üzrə təqdim edilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçının dövlət qulluğu stajı, hərbi xidmət və təhsil illəri də nəzərə alındıqda gömrük orqanlarındakı iş stajı ümumilikdə 24 il 11 ay təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinini Vİİ hissəin əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir Məhkəmə hesab edir ki, qeyd edilən normalara əsasən, gömrük orqanlarında xidmət etdiyi illərin onun dövlət qulluğu stajına daxil edilməsini tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Belə ki, qeyd edilən səbəblərə əsasən cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məlumat vərəqəsinin doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev