Məhkəmə qərarları › İş №e-2-1(112)-10467/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-10467/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10467/2024 30.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin barəsində cavabdehin qəbul etdiyi xx.xx.2024-cü il tarixli **********14646500 nömrəli qərarı ləğv edib, icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin (VÖEN: **********) barəsində **********14646500 nömrəli qərar qəbul edərək İddiaçı MMC-nin ƏDV sub-uçot hesabında olan pul vəsaitini dondurmuşdur. Cavabdeh qərarını onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarına əsasən vergi ödəyicisi İddiaçı MMC-nin ƏDV üzrə 29192,80 manat məbləğində vergi borcunun olmasına əsaslanaraq vergi orqanı tərəfindən hesablanmış vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcun 105 faiz həcmində ƏDV subuçot hesabında olan pul vəsaitinin dondurulması barədə qərar qəbul edilməsini müvafiq hesab etmişdir. Şirkətin ƏDV sub-uçot hesabın xx.xx.2024-cü il tarixli **********14646500№-li qərar əsasında dondurulmasına razılaşmadığı üçün cavabdehə müraciət olunmuş, lakin müraciət nəticəsiz qalmışdır. İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində qəbul edilmiş **********14646500 №-li Qərar əsasında vergi ödəyicisinə ƏDV üzrə 28070,0 manat məbləğində vergi, 1122,8 manat faiz hesablanmışdır. Cavabdeh qərarını onunla əsaslandırmışdır ki, vergi ödəyicisinin "xxxx" MMC-nin 2023-cü il tarixində apardığı əməliyyatları əmtəəsiz və riskli əməliyyatlar hesab edilmişdir. Cavabdeh KARAMEL-TENS” MMC-nin digər şirkətlərlə apardığı əməliyyatları əmtəəsiz və riskli əməliyyatlar hesab edərək AR VM-nin 175.11-ci maddəsinə əsaslanaraq vergi əvəzləşməsini ləğv etmişdir. xx.xx.2024-cü tarixli **********14646500 nömrəli qərarla "xxxx" MMC-nin ƏDV sub-uçot hesabında olan pul vəsaiti dondurulmasına əsas olan faktlar izah edilməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi vəsatətində iddianın mümkün sayılmamasını xahiş etmiş və göstərmişdir ki, “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” xx.xx.2024-cü il tarixli, **********146500 nömrəli Qərara əsasən vergi ödəyicisinə ƏDV üzrə 28.070.00 manat məbləğində vergi, 1.122.80 manat faiz hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3- 2-ci maddəsinə əsasən, vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.Həmin qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir və aralıq inzibati akt konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt hesab edilir. Vergi borcunun yaranması səbəbindən vergi ödəyicisinin ƏDV sub-uçot hesabının dondurulması məhz borclu vergi ödəyicisinin borclarının dövlət büdcəsinə alınması ilə bağlı onun hesablaşma hesabına sərəncamların qoyulması vergi orqanının hüquqlarına, şikayətə məhkəmədə baxıldığı dövrdə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin bank hesabında dondurulması tələbi isə vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Yuxarıda qeyd edilən qanunvericilik aktının tələblərinə uyğun olaraq, xx.xx.2024-cü il tarixli **********146500 nömrəli “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” Qərar ümumiyyətlə inzibati akt hesab edilə bilməz. Belə ki, iddiaçı yanlış olaraq inzibati akt kimi hesab etdiyi ƏDV sub-uçot hesabında dondurulması barədə qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. Lakin həmin qərar müstəqil inzibati akt olmamaqla, iddiaçı üçün heç bir hüquqi nəticələr yaratmayıb, inzibati orqan tərəfindən qəbul edilən konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı aralıq inzibati aktdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, işdə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********0775800 nömrəli qərarından görünür ki, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən iddiaçıya 2023-cü ilin noyabr ayı üçün cavabdeh tərəfindən əlavə olaraq 28070 manat əlavə dəyər vergisi hesablanmışdır. “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” xx.xx.2024-cü il tarixli **********146500 nömrəli qərardan görünür ki, cavabdeh İddiaçı, VÖEN-i ********** ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcunun 105 faizi həcmində vergi ödəyicisinin ƏDV sub-uçot hesabında olan pul vəsaiti dondurulmuşdur. Qərarda göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarı əsasında vergi ödəyicisinə ƏDV üzrə 28070.0 manat məbləğində vergi, 1122.8 manat faiz hesablanmışdır, 0.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Göstərilənlərə əsasən vergi orqanı tərəfindən hesablanmış vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcun 105 faiz həcmində vergi ödəyicisinin ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması barədə müvafiq qərar qəbul edilməsinə əsas yaranmışdır. İddiaçı hazırda “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” xx.xx.2024-cü il tarixli **********146500 nömrəli qərarı mübahisələndirir. Lakin işin qeyd olunan hallarından görünür ki, həmin qərar iddiaçıya əlavə verginin hesablanması barədə xx.xx.2024-cü il tarixli **********0775800 nömrəli qərar əsasında qəbul edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 65.2.1.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1 -ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə, həmçinin həmin Məcəllənin 65.2.1.4-cii maddəsinə əsasən vergi ödəyieisiniıı yazılı razılığı olduğu hallarda vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyieisiniıı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” xx.xx.2024-cü il tarixli **********146500 nömrəli qərarın ləğvini tələb etmək üçün ilk əvvəl ona əlavə vergi hesablanması barədə xx.xx.2024-cü il tarixli **********0775800 nömrəli qərarı mübahisələndirməlidir. Yalnız həmin qərar ləğv edildikdən sonra iddiaçı hazırkı iddia vasitəsilə çatmaq istədiyi nəticəyə nail ola, həmin vergi borcuna görə onun ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması barədə qərarın ləğvini tələb edə bilər. Məsələ ilə bağlı iddiaçıya hüquqi yardım göstərilsə də, iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim etməmiş, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar