Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10469/2023 07.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı Güzelkaya (Süleymanova) Nigar Soltan qızı və X3 3-cü şəxs qismində məhkəmə icraatına zəruri olaraq cəlb olunmaqla “üçüncü şəxslərin evdən qeydiyyatdan çıxarılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı Güzelkaya (Süleymanova) Nigar Soltan qızı və X3 3-cü şəxs qismində məhkəmə icraatına zəruri olaraq cəlb olunmaqla “üçüncü şəxslərin evdən qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanından Güzelkaya (Süleymanova) Nigar Soltan qızının və X2 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanına faktiki təkbaşına sahiblik edir. İşin bu faktiki halı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2022-ci il tarixli arayışı və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Belə ki, Sabunçu Rayon Məhkəməsi evə özbaşına tikili kimi qiymət vermiş və bu səbəbdən iddianı rədd etmiş olsa da, qətnamənin sonuncu səhifəsində iddiaçının faktiki cəhətdən evə sahiblik etdiyi vurğulanmışdır. Balaxanı qəsəbəsi üzrə nümayəndəliyinin arayışına əsasən iddiaçı ilə bərabər digər şəxlər də evdə qeydiyyatdadırlar, lakin Güzelkaya (Süleymanova) Nigar Soltan qızı və X3 həmin evdə yaşamırlar, başqa daimi yaşayış yerlərinə malikdirlər. Bu faktı uzun müddətdir ki, onunla qonşuluq etmiş şəxlər də təsdiq edə bilərlər. Hər iki şəxsin qeydiyyatı formaldır, daimi yaşayış yerləri vardır. İddiaçı evə dair su və qaz sərfiyyatına dair ödənişləri və digər vergiləri ödəyir. Cavabdehə həmin evdə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün müraciət etsə də, sonuncu xx.xx.2023-cü il tarixli məktubla tələbini yerinə yetirilməsindən imtina etmişdir. Cavabdehin imtina məktubunu əsassız və qanunsuz hesab edir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə Güzelkaya (Süleymanova) Nigar Soltan qızı və X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Lakin, cavabdehin etiraz ( mülahizəsi ) məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçının yaşadığı və 3-cü şəxslərin qeydiyyatdan çıxarmaq istədiyi evin sənədi yoxdur, özbaşına tikilidir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə təyin edilmiş məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, proses iştirakçılarına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 49/2-X-7891/11/23 nömrəli məktubu ilə bildirilmişdir ki, ərizədə qeyd edilmiş vətəndaşlar Güzelkaya (Süleymanova) Nigar Soltan qızının və X2 iddiaçıya məxsus olan ünvan 3 ünvanından pasport qeydiyyatından çıxarılması Bakı şəhəri Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktla əlaqədar olaraq Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi məqsədə müvafiq hesab edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ünvan 5 ünvanında 1948-ci il təvəllüdlü Süleymanov İddiaçı qeydiyyatdadır və yaşayır; 1983-cü il təvəllüdlü Güzelkaya (Süleymanova) Nigar Soltan qızı doğulduğu gündən qeydiyyatdadır və hal-hazırda yaşamır - əsas: qonşuların xx.xx.2022-ci il tarixdə tərtib edib imza etdikləri akt; 1989-cu il təvəllüdlü X3 doğulduğu gündən qeydiyyatdadır, hal-hazırda yaşamır - əsas: qonşuların xx.xx.2022-ci il tarixdə tərtib edib imza etdikləri akt; 1982-ci il təvəllüdlü X6 qeydiyyatdadır, yaşayır – ayrı təsərrüfat aparır; 2014-cü il təvəllüdlü X4 qeydiyyatdadır və yaşayır; 2016-cı il təvəllüdlü X7 qeydiyyatdadır və yaşayır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2289/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla ünvan 1 ünvanına istifadə və sahiblik faktının tanınması barədə ərizəsi rədd edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli, **********96 saylı məktubunda bildirilmişdir ki, Güzelkaya (Süleymanova) Nigar Soltan qızının və X2 Bakı şəhəri, Balaxanı qəsəbəsi, C. Cahangirov küçəsi, ev 15 ünvanına dair istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat və qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin Bakı şəhəri, Balaxanı qəsəbəsi, C. Cahangirov küçəsi, ev 15 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 49/2-30474 nömrəli məktuba qoşma olaraq əlavə edilmiş: - X2 fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1989-cu il tarixdə ünvan 6 ünvanında qeydiyyatdadır. - X1 fərdi uçot kartoçkasının surətinə əsasən o, xx.xx.1983-cü il tarixdə ünvan 6 ünvanında qeydiyyatdadır. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-18-2/2 2662/23 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsi 15 saylı ünvana baxış keçirilmiş və qeyd olunan ünvanda qeydiyyatda olan və yaşayan İddiaçı ərizə ilə müraciət edərək bildirmişdir ki, Güzelkaya (Süleymanova) X5 vətəndaşı ilə rəsmi nikahla ailə həyatı qurub və 15 ildən artıqdır ki, köçüb Türkiyədə yaşayır. X3 isə Balaxanı qəsəbəsi Həzi Aslanov (B.S.Zeynallı) küçəsi ev № 28 ünvanında ev alıb, 11 ildən artıqdır ki, ailəsi ilə birlikdə orada yaşayır.
ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə hazırki iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iddiaçının nümayəndəsi (vəkilinin) izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Qanunvericiliyin tələbindən də göründüyü kimi özbaşına tikintiyə şəxsin mülkiyyət hüququ yalnız müəyyən şərtlərdən asılı olaraq tanına bilər. Lakin şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasına münasibətdə isə yaşayış yerinin özbaşına tikili olması “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin tələbləri baxımından fərqli qiymətləndirmə tələb edir. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi Qanunun məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi şəxslərin qeydiyyata alınması icazə xarakteri daşımayıb və qanunvericiliklə müəyyən edilmiş hallar istisna etməklə heç bir hüquqi nəticə də yaratmır. Qanunun məqsədi dövlətin öz vətəndaşının faktiki yaşayış sahəsini müəyyən edilməsi, onları uçota alınması, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün şərait yaratmaqdır. Üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatı şəxsin hüquq və azadlıqlarının müdafiəsi baxımından əlavə, şəxsin dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi baxımından da əhəmiyyət daşıdığından məhkəmə hesab edir ki, yalnız qanunvericiliklə konkret nəzərdə tutulmuş şərtlər daxilində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə baxıla bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslar konkret olaraq müəyyən edilmişdir ki, məhkəmə hesab edir ki, hazırkı işin faktiki halları ilə üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün hüquqi əsas müəyyən edilməmişdir. Beləliklə, iddiaçı və üçüncü şəxslər yaşayış sahəsinə münasibətdə bərabər hüquqlu şəxslərdir və iddiaçı yaşayış sahəsinə münasibətdə subyektiv hüquqa malik olmasa da, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma əsaslarından hər hansı biri olmadığından iddia əsaslı hesab edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının və 3-cü şəxslərin yaşayış yeri üzrə qeydiyyatda olduqları ünvana əmlak (mülkiyyət, istifadə, icarə və sair) hüquqlarının yaranıb-yaranması məsələsi də inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki, bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. Sadalanan bu hüquqların yalnız mövcud olub-olmaması, mövcuddursa inzibati orqanın həmin hüquqa müdaxiləsinin qanuni olubolmaması məsələləri inzibati mühakimə icraatında araşdırıla bilər. Qeyd olunanlara əsasən, cavabdehin 3-cü şəxsləri qeydiyyatdan çıxarmaqdan imtinası qanuni və əsaslıdır. Belə ki, İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan, cavabdeh yalnız “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində təsbit olunan hallarda 3-cü şəxsləri qeydiyyatdan çıxarmaq səlahiyyətinə malik olduğundan, iddiaçının həmin maddə ilə tələb olunan sənədləri cavabdehə təqdim etməsi zəruri idi ki, bu hallar da iş üzrə mövcud deyil. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin yuxarıda sadalanan sənədlərin təqdim olunmaması ilə əsaslandırılan imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı ünvan 1 ünvanından Güzelkaya (Süleymanova) Nigar Soltan qızının və X2 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddia təmin edilməsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 9
Hakim Mehriban Qarayeva