Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10532/2024 09.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “sərbəst surətdə ölkə hüdudlarından kənara çıxmaya mane olan hərəkətlərdən çəkinmə” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında qeyri-müəyyənlik yarandığından, 8 oktyabr 2021-ci il tarixli Suraxanı Rayon Məhkəməsi tərəfindən çıxarılan qətnamənin düzgün icra edilməsini təmin etmək məqsədi ilə, notarial qaydada təsdiq edilmiş ananın İddiaçı icazəsi ilə uşağın tək, istənilən şəxslə və ya digər şəxslərlə həmin Qətnamə əsasında 30 iyun 2016-cı il təvəllüdlü X3 – atası X6 icazəsi olmadan yetkinlik yaşına çatanadək sərbəst surətdə ölkə hüdudlarından kənara çıxarılmasına Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən yaradılan əngəllərin aradan qaldırılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, notarial qaydada təsdiq edilmiş İddiaçı icazəsi ilə uşağın tək, istənilən şəxslə və ya digər şəxslərlə 08 oktyabr 2021-ci il tarixli Suraxanı Rayon Məhkəməsinin qətnaməsi əsasında 30 iyun 2016-cı il təvəllüdlü X3 – atası X6 icazəsi olmadan yetkinlik yaşına çatanadək sərbəst surətdə ölkə hüdudlarından kənara çıxmasına mane olan hərəkətlərdən çəkinmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, X9 ilə 10 yanvar 2015-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikandan 30 iyun 2016-cı il tarixdə X4 anadan olmuşdur. Səbail Rayon Məhkəməsində nikah pozulmuşdur və bu barədə Səbail rayon VVADQ şöbəsi tərəfindən 154 qeyd AZ-İ №383749 saylı nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Məhkəmə qətnaməsinə əsasən 30 iyun 2016-cı il təvəllüdlü X5 onun himayəsində qalmışdır. Uşağın maddi təminatı və mənəvi tərbiyəsi ilə özü məşğul olur. X9 uşağın doğum haqqında şəhadətnaməsində yalnız atadır, əslində uşaq iddiaçının himayəsindədir, onun maddi təminatı və mənəvi tərbiyəsi ilə özü məşğul olur, habelə, X1 üzərində bir ata kimi mövcudluğu uşağın özü ilə xaricə aparılması əngəl yaratdığından o, iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Uşağın istirahətini yaxşı təşkil etmək və onun sağlamlığına nəzarət etmək üçün öz vəsaiti hesabına xarici ölkəyə çıxmasını vacib bilir. Belə ki, qızının atasından irsi olaraq keçən yastı pəncəlik adlandırılan xəstəliyi var. Yastı pəncəlik qız uşaqlarında bel və onurğa hissəsində fəsadlar yaratdığından ona daha keyfiyyətli müalicəsini təmin etmək və xəstəliyə qarşı profilaktik tədbirlər görmək vacibdir, bu müalicəni öz vəsaiti hesabına çəkir və gələcəkdə çəkəcək, lakin atasının icazəsi olmadan onu xaricə apara bilmir. Mövcud qanunvericiliyə əsasən uşaq yetkinlik yaşına çatmadığı üçün onu atanın razılığı olmadan xarici dövlətə aparmaq mürnkün deyildir. Özündən bu razılığı ala bilmədiyi üçün rnəhkəməyə müraciət etrnək məcburiyyətindədir. İş № 2(010)-5377/2021 saylı, xx.xx.2021-ci il tarixli Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən edilmiş, İddiaçı qızı xx.xx.2016-cı il təvəllüdlü X3 atası X6 icazəsi olmadan yetkinlik yaşına çatanədək ölkə hüdudlarından kənara çıxarılmasına icazə verilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Hazırda o və azyaşlı qızı İsveçrənin Malmö şəhərində yaşayırlar. Qızı 3-cü sinif şagirdidir, məktəbin xarici ölkələrdə təşkil etdiyi müxtəlif tədbirlərdə iştirak etməlidir, Bakıya xalasını, qohumları və əzizlərini ziyarət etməlidir. O işlədiyinə görə hər dəfə uşaqla səyahət etmək məcburiyyətində qalır. Uşağın istirahət etmək və asudə vaxta malik olmaq hüququnu, onun yaşına uyğun gələn oyunlarda və əyləncəli tədbirlərdə iştirak etmək və sərbəst surətdə mədəni həyatda iştirak etmək kimi hüquqlarında sərbəst şəkildə istifadə etməsindən ötrü o, DSX-ə məktubla müraciət etmiş, qızı İzzətxanımın özü, bacısı, atası və məktəb heyyəti ilə çıxarılan qətnamə əsasında onun ana kimi notarial qayda təsdiq olunmuş ərizəsi ilə səyahət edəcəyi təqdirdə, arzuolunmaz məqamlarla qarşılamayacağından əmin olmaq istəmişdir. Müraciətinə cavabda xx.xx.2023-cü il tarixində Suraxanı Rayon Məhkəməsinin qətnaməsində qızı Əzizova İzzətxanımın sərbəst surətdə və ya digər şəxslərlə dövlət sərhədindən hərəkət etməsi üçün həmin Qətnamədə dəyişiklik edilməsi (qətnamənin qət etdi hissəsində "xx.xx.2016-cı il təvəllüdlü X3 atası X6 razılığı olmadan sərbəst surətdə və ya anasının razılığı ilə digər şəxslərlə ölkədən çıxarılmasına icazə verilməsi" qeyd olunması) məqsədilə Suraxanı Rayon Məhkəməsinə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı münasibətində göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 2(010)-5377/2021 nömrəli qətnamənin (İddia qismən təmin edilsin. İddiaçı qızı xx.xx.2016-cı il təvəllüdlü X3 atası - X6 icazəsi olmadan yetkinlik yaşına çatanadək ölkə hüdudlarından kənara çıxarılmasına icazə verilsin) məzmununa əsasən İddiaçı başqa digər şəxslərlə dövlət sərhədindən hərəkətinə əsas vermir. Bununla yanaşı yetkinlik yaşına çatmayan AR vətəndaşlarının sərbəst surətdə və ya digər şəxslərlə dövlət sərhədindən hərəkət etməsi üçün məhkəmə tərəfindən çıxarılan qətnamələrdə “sərbəst surətdə və ya cavabdehin razılığı ilə digər şəxslərlə ölkədən çıxarılmasına icazə verilməsi” barədə qeyd olduğu təqdirdə dövlət sərhədindən buraxılışı təmin olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli, AZ-İİİ №811353 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X9, anası İddiaçıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5377/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X7 qarşı valideynin razılığı olmadan ölkə hüdudlarından kənara uşaqların çıxarılması tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı qızı xx.xx.2016-cı il təvəllüdlü X3 atası - cavabdeh X6 icazəsi olmadan yetkinlik yaşına çatanadək ölkə hüdudlarından kənara çıxarılmasına icazə verilməsi qət edilmişdir. İşdə olan cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən çıxarılan xx.xx.2021-ci il tarixli 2(010)- 5377/2021 nömrəli qətnamədə İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X5 atasının icazəsi olmadan yetkinlik yaşına çatanadək ölkə hüdudlarından kənara çıxarılmasına icazə verilməsi qeyd olunmuşdur. Yetkinlik yaşına çatmayan İzzətxanım Əzizova sərbəst surətdə və ya digər şəxslərlə dövlət sərhədindən hərəkət etməsi ilə bağlı məhkəmə qətnaməsində məlumat yoxdur. İ.Əzizova sərbəst surətdə və ya digər şəxslərlə dövlət sərhədindən hərəkət etməsi üçün Suraxanı rayon məhkəməsi tərəfindən çıxarılan xx.xx.2021-ci il tarixli 2(010)-5377/2021 nömrəli qətnamənəsinə dəyişiklik edilməsi (qətnamənin qət etdi hissəsində “xx.xx.2016-cı il təvəllüdlü X3 atası X6 razılığı olmadan sərbəst surətdə və ya anasının razılığı ilə digər şəxslərlə ölkədən çıxanlmasına icazə verilməsi" qeyd olunması) məqsədilə Suraxanı rayon məhkəməsinə müraciət etməyi tövsiyə olunmuşdur. İddiaçı hazırda cavabdehin bu imtinası ilə razılaşmayaraq, 30 iyun 2016-cı il təvəllüdlü X3 – atası X6 icazəsi olmadan yetkinlik yaşına çatanadək tək, istənilən şəxslə və ya digər şəxslərlə sərbəst surətdə ölkə hüdudlarından kənara çıxmasına mane olmamasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 11-ci maddəsinə əsasən: 11.1. Bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. 11.2. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. 11.3. Yetkinlik yaşına çatmayan vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış olduqda, digər valideynin razılığı tələb olunmur. Qeyd olunan sənədlərlə birgə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığını təqdim edən yetkinlik yaşına çatmayan vətəndaş Azərbaycan Respublikasından gedə bilər. 11.4. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq yalnız onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim edilməklə qanunla nəzərdə tutulmuş qaydada ölkədən gedə bilər. 11.5. Azərbaycan Respublikasından gedən yetkinlik yaşına çatmayan vətəndaşın həyat və sağlamlığına, ölkə hüdudlarından kənarda onun hüquq və qanuni maraqlarının qorunmasına görə məsuliyyət həmin şəxsin valideynlərinin, onu övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının üzərinə düşür. 11.6. Yetkinlik yaşına çatmayan vətəndaşlar ölkədən qrup halında valideynlərinin, onları övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının müşayiəti olmadan getdikdə, qanuni nümayəndənin vəzifələrini həmin qrupun rəhbərləri yerinə yetirirlər. Göründüyü kimi, Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin məzmunu belə nəticəyə gəlməyə əsas verir ki, qanunverici “vətəndaşın ölkədən getməsi məsələsini həll edən məhkəmənin qərarı” dedikdə, məhz maddənin birinci və ikinci cümləsi ilə nəzərdə tutulmuş şəxslərin uşağın getməsi üçün notariat qaydasında icazəni verməkdən imtina etdiyi hallarda yaranan mübahisənin həllinə dair qərarı nəzərdə tutmuşdur. Belə ki, maddənin birinci və ikinci cümləsi uşağın valideynlərdən biri ilə və ya təkbaşına ölkədən getməsi üçün notarial qaydada razılığı tələb olunan şəxslərin dairəsini müəyyən edir, maddənin üçüncü cümləsi isə əvvəlki cümlələrin məntiqi davamı olmaqla göstərilən şəxslərin “ölkədən getmə” məsələsində razılığı olmadıqda, dövlətin məsələyə müdaxiləsini və müvafiq məhkəmə qərarının “notarial qaydada razılığı” əvəz etməsini təsbit etmişdir. Digər valideynin uşağın ölkədən getməsinə razılığının tələb edilmədiyi istisna hallar isə Miqrasiya Məcəlləsinin 11.3-cü maddəsində sadalanmışdır. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-5377/2021 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmayan İzzətxanım Əzizovanın yetkinlik yaşına çatanadək atası X6 icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarmasına icazəni, qeyri-məhdud şəxslərə deyil, yalnız onun anası İddiaçı vermişdir. Yəni məhkəmə həmin qətnamə ilə İ.Əzizovanın ölkə hüdudlarından kənara təkbaşına, yaxud digər şəxlərlə birlikdə çıxması halında deyil, anası İddiaçı ilə tərk etməsi halında atası Nurlan Əzizovun razılığının tələb olunmadığını müəyyən etmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin hazırda məzmunda imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.12-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-10532/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10532/2024
09.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver