Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10533/2024 31.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Əmir oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin “qərarların ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 10 iyun 2024-cü il tarixli **********911900 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçının nümayəndəsi (vəkili) “cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 10 iyun 2024-cü il tarixli **********911900 saylı və 08 iyul 2024-cü il tarixli **********277100 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
3. 19.07.2024-cü il tarixli e-2-1(112)-10533/2024 saylı qərardad ilə iddiaçının nümayəndəsinin (vəkili) “cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 10 iyun 2024-cü il tarixli **********911900 saylı və 08 iyul 2024-cü il tarixli **********277100 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin həcminin artırılmasına dair ərizəsi icraata qəbul edilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 10 iyun 2024cü il tarixli **********911900 nömrəli qərara əsasən "xxxx" MMC-yə 2023-cü ilin mənfəət vergisi üzrə 42.784,04 manat əlavə vergi məbləği hesablanmışdır: Mübahisələndirilən qərarda hesablamaya səbəb olaraq göstərilmişdir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 213920.78 (ƏDV-siz) manat tərəfinizdən təqdim edilmiş 2023-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Cavabdeh vergi orqanı tərəfindən iddiaçının 2023-cü ildə əməkdaşlıq etdiyi bir neçə vergi ödəyicisinin hazırda riskli vergi ödəyicisi statusu daşıması səbəbindən həmin ödəyicilərdən əldə edilmiş aşağıda qeyd edilən elektron qaimə-faktura məbləğlərinin gəlirdən çıxılan xərc kimi təsdiqlənmədiyi qeyd edilmişdir: VÖEN Vergi Tarixi Seriyası Nömrəsi Dəyəri ƏDV-si Əvəzləşdirmə ödəyicisinin aparılan adı hesabat dövrü ********** "xxxx" MMC xx.xx.2023 EBDM 323503 12815,6 2306,81 2023.08 ********** "xxxx" MMC xx.xx.2023 EBDO 610895 11085 1995,3 2023.09 ********** "X6 PEARL" xx.xx.2023 EBDJ 318027 190020,18 34203,63 2023.07 MMC
cəmi 213920,78 38505,74
İddiaçı MMC (VÖEN: **********) tikinti, yenidənquraşdırma, abadlıq işlərinin görülməsi sahəsində fəaliyyət göstərir və tenderlərdə iştirak edərək əsasən dövlət orqanları ilə əməkdaşlıq edir. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin (VÖEN: **********) sifarişi ilə Bakı şəhəri, Saatlı və Füzuli rayonlarında salınmış məcburi köçkün qəsəbələrində qəsəbə daxil dam örtüklərinin təmiri işlərinin həyata keçirilməsi məqsədilə bağlanılmış xx.xx.2023-cü il tarixli MİD/AZ/10 nömrəli müqavilənin icrası zamanı işlərin müəyyən hissəsinin görülməsi “X6 Pearl” MMC-yə (VÖEN: **********) həvalə edilmişdir. “X6 Pearl” MMC (VÖEN: **********) ilə bağlanılmış xx.xx.2023-cü il tarixli 34/T nömrəli subpodrat müqaviləsi ilə 224223.81 (ƏDV daxil) manat məbləğində işlərin yerinə yetirilməsi razılaşdırılmış, işlər bağlanılmış müqavilələrə uyğun olaraq elə həmin təqvim ilinin iyul ayında yekunlaşmış, xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 318027 nömrəli eqaimə ilə rəsmiləşdirilmişdir. İddiaçı da öz növbəsində işlərin yekunlaşması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə (VÖEN: **********) elektron qaimə-fakturanı xx.xx.2023-cü il tarixdə (EBDJ 308925) təqdim etmişdir. "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) haqqında isə qeyd etmək istəyirik ki, müvafiq olaraq xx.xx.2023-cü il tarixli GS170823 nömrəli alğı-satqı müqaviləsinə, həmin tarixli EBDM seriya 323503 nömrəli e-qaiməyə əsasən ƏDV-siz dəyəri 12 815.60 manat olmaqla, xx.xx.2023 cü il tarixli LMN19/23 nömrəli alğı-satqı müqaviləsinə, elə həmin tarixli EBDO seriya 610895 nömrəli e-qaiməyə əsasən 11 085.00 manat olmaqla müxtəlif adda və çeşiddə tikinti materialları alınmışdır. İddiaçı tərəfindən İnternet Vergi İdarəsinin "Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi" axtarış sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən "xxxx" MMC (VÖEN: **********) xx.xx.2024-cü il tarixli **********383500 nömrəli, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2024-cü il tarixli **********427000 nömrəli, “X6 Pearl” MMC (VÖEN: **********) isə xx.xx.2024-cü il tarixli **********617900 nömrəli qərarla riskli vergi ödəyiləri kimi dəyərləndirildikləri müəyyənləşir. Yuxarıda qeyd edilənləri nəzərə aldıqda, hazırda riskli vergi ödəyicisi statusu daşıyan hüquqi şəxs ilə qarşılıqlı həyata keçirilmiş əməliyyatların həmin hüquqi şəxsin riskli vergi ödəyicisi olmadığı dövrdə baş tutduğu aydın olur. Hazırda riskli vergi ödəyicisi statusunda olan hüquqi şəxslərdən 2023-cü ildə malların alınması, işlərin təhvilinin üzərindən 1 ilə yaxın vaxt keçmişdir və həmin vergi ödəyiciləri bitən hesabat ilində riskli vergi ödəyicisi kimi dəyərləndirilməmişdilər. Vergi Məcəlləsinin müddəalarına əsasən riskli vergi ödəyicisi statusu daşıyan ödəyicilərə tətbiq edilən məhdudlaşmaları və bununla əlaqədar olaraq onlarla işləyən sahibkarların üzərinə düşən vergi yükünü nəzərə alınsa, heç bir fiziki və hüquqi şəxs həmin ödəyicilər ilə işləmək marağında deyil. Müqavilənin bağlanılması zamanı qarşı tərəfin riskli vergi ödəyicisi olub-olmaması araşdırılmış, risk meyarı daşımadığı üçün müqavilə bağlanılmış, işlər yerinə yetirilmişdir. Hazırda riskli vergi ödəyicisi statusu daşıyan müəssisədən əldə edilmiş elektron-qaimə fakturaların ƏDV-nin əvəzləşdirilməsi və vergitutma məqsədləri baxımından xərc kimi tanınması zamanı nəzərə alınmaması halında yarana biləcək vergi yükünü düşünərsək, iddiaçının əmtəəsiz və ya riskli hesab edilən əməliyyat aparmaq marağı olmamışdır. Lakin, məlumdur ki, hansı vergi ödəyicisinin gələcəkdə riskli vergi ödəyicisi kimi dəyərləndirilə biləcəyi ehtimalını öncədən müəyyənləşdirmək mümkün deyildir. İddiaçının qarşı tərəflərlə əməkdaşlığı həmin vergi ödəyicisinin riskli vergi ödəyicisi statusu daşımadığı dövrdə olmuş, görülmüş işlər, həmçinin malların alışı faktiki və tam şəffaf olaraq icra edilmiş, hər hansı əmtəəsiz əməliyyat baş tutmamışdır. Vergi ödəyicisi müqavilə üzrə əməkdaşlıq etdiyi təşkilatın riskli vergi ödəyicisi olub-olmadığını vergi orqanı tərəfindən X4 müvafiq məlumatlar daxil edildiyi andan görür. Həmçinin, riskli vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə-fakturalar üzrə xidmətlərin dəyərinin əvəzləşdirilməməsi və xərc kimi tanınmaması, lakin həmin xidmət əsasında təqdim edilmiş elektron qaimə-fakturaların dəyərinin gəlir kimi tanınması vergi qanunverciliyinə ziddir. Cavabdeh vergi orqanı eyni əsaslarla 2024-cü ilin aprel ayı üzrə ƏDV hesablanması barədə qərar qəbul etmişdir. Belə ki, 2024-cü ilin aprel ayı üzrə 08 iyul 2024-cü il tarixli **********277100 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərara əsasən Cəmiyyətə 34.203,63 manat əlavə ƏDV məbləği hesablanmışdır. Qərar əvvəlki hesablamalara səbəb olan riskli hesab edilən eyni qaimə fakturaların əvvəlki aylarda əvəzləşdirilməsi ilə əsaslandırılmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda və etiraza əlavədə göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının: 1.1-ci bəndinə əsasən bu Meyarlar Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir; 2.1.1-ci bəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 3.1-ci bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.2-ci bəndinə əsasən vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) əməliyyatlar riskli əməliyyat hesab olunur. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi-vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat, 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi - vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri, 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Aparılmış araşdırma zamanı İddiaçı MMC tərəfindən əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-cü il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 213920,78 manat vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində xərcə daxil edildiyi səbəbindən kənarlaşmaya səbəb olmuşdur. Mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas 2023-cü il ərzində İddiaçı MMC tərəfindən vergi ödəyiciləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********), “X6 Pearl” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) əldə edilmiş ümumilikdə, 213920,78 manat dəyərində elektron qaimə-fakturaların xərc kimi nəzərə alınmaması olmuşdur. Belə ki, araşdırma zamanı Cəmiyyət tərəfindən 2023cü il ərzində vergi ödəyiciləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 12815,6 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 11085 manat, “X6 Pearl” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 190020,18 manat, ümumilikdə 21.3920,78 manat mal, iş və xidmətlərin əldə edilməsi ilə bağlı elektron qaiməfakturaların əldə edildiyi müəyyən edilmiş və göstərilən şəxslər riskli vergi ödəyiciləri hesab edildiyindən aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək xərc kimi nəzərə alınmamışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət bəyannaməsində xərc olaraq nəzərə alınmış riskli qaimə fakturalar ilə bağlı yaranmış kənarlaşma barədə xx.xx.2024-cü il tarixli **********224100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından riskli qaimə fakturalar xərclərdən silinərək 42.784,04 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********911900 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. İddiaçının əməliyyat apardığı vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN: **********) **********-11001 kodlu, “X6 Pearl” MMC-yə məxsus **********-11001 kodlu təsərrüfat subyeklərində operativ vergi nəzarəti idarəsinin əməkdaşları tərəfindən müşahidə aparılmışdır (müşahidənin nəticəsinə dair arayışlar və fotoşəkillər əlavə edilir). Riskli vergi ödəyiciləri olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********), “X6 Pearl” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) digər vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatlarına dair cədvəllər təqdim edilir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. 37.3-cü maddəsinə əsasən vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Qeyd olunanlara əsaslanaraq bildiririlir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarla hesablanmış vergi məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Aparılmış araşdırma zamanı “X6 Pearl” Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edildiyindən həmin vergi ödəyicisindən əldə edilmiş (xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 318027 nömrəli) elektron qaimə-fakturalar əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verməmişdir. Vergi ödəyicisi tərəfindən 2024-cü il aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin qeyd edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********199200 nömrəli “ Elektron kameral üçün uyğunsuzluq məktubu” göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin aprel ayı üçün ƏDV bəyannaməsi üzrə 34.203,63 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********277100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı).
5. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 iyun 2024-cü il tarixli **********911900 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2023-cü ilin mənfəət vergisi üzrə 42.784,04 manat; 08 iyul 2024-cü il tarixli **********277100 nömrəli qərara əsasən aprel 2024-cü il əlavə dəyər vergisi üzrə 34.206,63 manat əlavə vergi hesablanmışdır.
6. İddiaçı MMC ilə “X6 Pearl” MMC arasında xx.xx.2023-cü il tarixli 34/T nömrəli subpodrat müqaviləsi bağlanmış, yerinə yetirilmiş işlərin qəbulu ilə bağlı təhvil-təslim aktları tərtib edilmiş, xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 318027 nömrəli e-qaimə verilmiş; İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli GS170823 nömrəli alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən təhvil-təslim aktı imzalanmış, həmin tarixli EBDM seriya 323503 nömrəli e-qaimə verilmiş; İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli LMN19/23 nömrəli alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən təhvil-təslim aktı imzalanmış, həmin tarixli EBDO seriya 610895 nömrəli e-qaimə verilmişdir.
7. İnternet Vergi İdarəsinin "Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi" axtarış sistemindən çıxarışlardan görünür ki, "xxxx" MMC barəsində xx.xx.2024-cü il tarixdə, "xxxx" MMC barəsində xx.xx.2024-cü il tarixdə və “X6 Pearl” MMC barəsində xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmişdir.
8. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iddiaçının nümayəndəsi (vəkili) və nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
9. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndələri iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdilər.
II. İddianın növü və mümkünlüyü
10. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. Mübahisələndirilən aktlar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
12. İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
13. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
14. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 iyun 2024-cü il tarixli **********911900 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2023-cü ilin mənfəət vergisi üzrə 42.784,04 manat; 08 iyul 2024-cü il tarixli **********277100 nömrəli qərara əsasən aprel 2024-cü il əlavə dəyər vergisi üzrə 34.206,63 manat əlavə vergi hesablanmışdır.
16. Mübahisənin yaranmasının səbəbi İddiaçı MMC ilə "xxxx" MMC, "xxxx" MMC və “X6 Pearl” MMC arasında aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
17. Həmin əməliyyatlar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır.
18. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
19. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV ... 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
21. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçıya əlavə vergi məbləğlərinin (mənfəət və ƏDV) hesablanmasına əsas iddiaçının alğı-satqı əməliyyatı apardığı; iddiaçıya xidmət göstərdiyi vergi ödəyiciləri - "xxxx" MMC barəsində xx.xx.2024-cü il tarixdə, "xxxx" MMC barəsində xx.xx.2024-cü il tarixdə və “X6 Pearl” MMC barəsində xx.xx.2024-cü il tarixdə “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar qəbul edilməsi olmuşdur.
22. Bununla bağlı ilk öncə qeyd edilməlidir ki, iddiaçı riskli vergi ödəyiciləri hesab edilən “X6 Pearl” MMC tərəfindən görülmüş işlərə görə xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 318027 nömrəli e-qaimə vermiş, "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə, "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə alğı-satqı əməliyyatları həyata keçirilmişdir. Lakin vergi ödəyicisi "xxxx" MMC barəsində xx.xx.2024-cü il tarixdə, "xxxx" MMC barəsində xx.xx.2024-cü il tarixdə və “X6 Pearl” MMC barəsində xx.xx.2024-cü il tarixdə “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar həmin əməliyyatlar apardıqdan ən azı 5 ay sonra, yəni müvafiq olaraq xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir.
23. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.
24. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
25. Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir.
26. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur.
27. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.
28. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
29. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir.
30. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər.
31. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir.
32. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir.
33. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır.
34. Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında (iddiaçının qarşılıqlı əlaqədə olduğu dövrdə) malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən də hər hansı imperativ norma mövcud deyildir.
35. Cavabdeh vergi orqanı iddiaçıya mənfəət və ƏDV hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı araşdırma aparmamışdır. Həmçinin, görülmüş işlərə münasibətdə də oxşar mövqe sərgilənmişdir. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
36. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
37. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
38. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
39. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
40. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 iyun 2024-cü il tarixli **********911900 saylı və 08 iyul 2024-cü il tarixli **********277100 saylı qərarlar ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X8