Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10616/2023 29.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın etibarsız hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Başçısı aparatının 24 oktyabr 1994-cü il tarixli 3472 saylı Sərəncamının etibarsız edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X1 varisidir və bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri 45 saylı Notariat ofisinin 135 saylı 04 may 2022-ci il tarixli məktubu vardır. Cavabdeh Başçısının 14 iyul 1994-cü il tarixli 2259 saylı Sərəncamına əsasən Badmadar qəsəbəsində 600 kv.m fərdi ev tikmək üçün X3 ayrılmışdır. Sonradan iddiaçıya məlum olmayan səbəblərdən Bakı şəhəri Cavabdeh Başsının Aparatı 24 oktyabr 1994-cü il tarixli 3472 saylı sərəncamı ilə Cavabdeh başçısının 2259 saylı xx.xx.1994-cü il tarixli Sərəncamının 2.12-ci bəndində düzəliş edilmiş və həmin torpaq sahəsi onu oğlu X4 adına sənədləşdirilmişdir. İddiaçı hesab edir ki, Bakı şəhəri Cavabdeh Başsının Aparatının 24 oktyabr 1994-cü il tarixli 3472 saylı sərəncamı qanunsuzdur və ləğv olunmalıdır. İddiaçı tərəfindən cavabdehə rəsmi müraciət olunaraq 24 oktyabr 1994-cü il tarixli 3472 saylı sərəncamının ləğv olunması xahiş olunmuş, cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə ona imtina verərək məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.
3. Bakı şəhəri Cavabdeh Başçısının 2259 saylı 14 iyul 1994-cü il tarixli sərəncamına əsasən Badamdar qəsəbəsində 600 kv.m fərdi ev tikmək üçün X3 ayrılmışdır.
4. Cavabdeh Başçısının 2259 saylı 14 iyul 1994-cü il tarixli sərəncamının 2.12-ci bəndində düzəliş edilməsi barədə Cavabdeh Başçısının 3472 nömrəli 24 oktyabr 1994-cü il tarixli Sərəncamına əsasən Badamdar qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə Cavabdeh Başçısının 2259 saylı 14 iyul 1994-cü il tarixli sərəncamının 2.12-ci bəndinə əsasən X5 ayrılmış torpaq sahəsi onun oğlu X6 adına sənədləşdirilmişdir.
5. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2015-ci ildə ölmüşdür.
6. Ədliyyə Nazirliyi Bakı şəhəri 45 saylı Notariat ofisinin 04 may 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2015-ci il tarixdə vəfat etmiş X2 adına vərəsəlik işi açılmışdır.
7. Bakı şəhəri Cavabdeh Başçısının Aparatının 29 iyul 2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 2259 nömrəli sərəncamı və onun tərkib hissələri olan digər sənədlər Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir.
II. İddianın növü və mümkünlüyü
10. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
14. Məhkəmə əlavə araşdıma aparmadan qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12466/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı qəbul edilərək iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-1046/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardad ilə iddiaçının apellyasiya şikayətin təmin etməmiş və Bakı İnzibati Məhkəməsinin qərardadını qüvvədə saxlanmışdır.
15. Odur ki, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olduğuna görə hazırki iddia mümkün sayılmamalıdır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
16. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə Cavabdeh xx.xx.1994-cü il tarixli 3472 nömrəli sərəncamını təqdim etməklə həmin inzibati aktın faktiki olaraq ləğv edildiyini və torpaq sahəsinin atası mərhum X7 adına sənədləşdirilməli olduğunu qeyd edir. Odur ki, əgər söhbət həmin torpaq sahəsindən gedirsə, mübahisələndirilən inzibati aktın məhkəmə tərəfindən etibarsız hesab edilməsinə də iddiaçının hazırda hər hansı hüquqi marağı yoxdur.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva