Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10618/2023 29.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi – X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********456400 saylı qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********456400 və xx.xx.2023-cü il tarixli, **********589800 saylı qərarların ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia ərizəsi icraata daxil olduqdan sonra Məhkəmə xx.xx.2023-cü il tarixdə işin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması üçün zəruri tədbirlərin görülməsi ilə bağlı sərəncam vermiş, məhkəmənin hazırlıq icraatı iclası son olaraq 29 noyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, iddiaçı və cavabdeh arasında aparılan müvafiq əvəzləşdirilmələrdən sonra iddiaçının ümumi borcunun 39981.93 manat (16384.9 manat faiz borcu olmaqla) təşkil etdiyi, həmin borcun 32 000 manat hissəsinin iddiaçı tərəfindən xx.xx.2023 tarixdə ödənildiyi, borcun qalan hissəsinin isə hazırki mübahisənin predmetini təşkil etməyən qərarlar üzrə olduğu və iddiaçı tərəfindən təqdim ediləcək dəqiqləşdirilmiş bəyannamələr vasitəsilə əvəzləşdirilməsinin baş tutacağını bildirməklə, artıq tərəflər arasında mübahisə predmeti qalmadığı üçün işin məhkəmədə baxılması zərurətinin aradan qalxdığını qeyd etmiş, buna görə də iddia tələbindən hazırki mərhədə imtina edərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, başqa məhkəmə prosesində olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, təqdim etdiyi iddiadan imtina olunmasına dair ərizəni müdafiə etdiyini və təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina barədə ərizə təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi cavabdehin xx.xx.2023-cü il tarixli, **********456400 və xx.xx.2023-cü il tarixli, **********589800 saylı qərarların ləğv olunmasından ibarət olmuşdur. İddiaçının iddiadan imtina edilməsi haqqında ərizəsindən görünür ki, iddiaçı artıq tərəflər arasında mübahisə predmeti qalmadığı üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən iddiadan imtinasının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. İnzibati prosessual qanunvericilik iddiaçının iddiadan imtina etməsinin yalnız şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra cavabdehin razılığı olmadan yolverilməz olması ilə məhdudlaşdırmışdır ki, hazırkı işdə bu hal yoxdur. Yəni iddiaçı məhkəmə çıxışları başlayana qədər, hazırlıq icraatı zamanı iddiadan imtina etmişdir. İPM-in 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İPM-in 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtina barədə ərizəsi qəbul edilməli, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Habelə iddiaçıya izah olunur ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. Göstərilənlərə əsaslanaraq və İPM-in 55 və 83.3.6-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” barədə iddiasından imtinası qəbul edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-10618/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-10618/2023
29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver