Məhkəmə qərarları › İş №e-2-1(112)-10629/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10629/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10629/2025 20.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra mətndə: iddiaçı) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə (bundan sonra mətndə: Komitə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Komitənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1938-ci ildə Ağdam rayonunda doğulmuşdur. Ağdam rayonun Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 167 №-li arayışına əsasən Xıdırlı kəndində daimi qeydiyyatı olmadan rayonun işğalına kimi özünə məxsus fərdi yaşayış evində 3 nəfər ailə üzvü – arvadı X7, oğulları X8 və X6 ilə birlikdə yaşamışlar. İddiaçı və oğlu X3 rayon Rabitə Qovşağında, arvadı X7 isə Xıdırlı kənd 8 illik orta məktəbində rayonun işğalına kimi müəllim işləmişdir. Azərbaycan Respublikası X16 filialının xx.xx.2024-cü il tarixli 57 №-li arayışına əsasən Ağdam rayonunun Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin 1986-1990-cı illərə dair 1 №-li təsərrüfat başına uçot kitabının 81-ci səhifəsində onun adına 1983-cü ildə tikilmiş ümumi sahəsi 96 kv.m. olan ev və 0,12 ha. həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Qeyd olunan bu məlumatlar həmçinin Ağdam Rayonu İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 5-31/2/1- 396/2024 №-li məktubda da öz əksini tapmışdır. Bununla əlaqədar olaraq bildirir ki, cavabdeh inzibati orqana məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi ilə bağlı müraciət edilmiş lakin müraciət təmin olunmamışdır. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinə müraciət etmək zəruriyyəti yaranmışdır. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə cavabdeh Komitənin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Komitəyə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-nin 47.2-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Bildirilir ki, iddiaçının cavabdeh Komitəyə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbi mümkün hesab edilməməlidir. Belə ki, iddiaçının vəkili Vəkil “iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitənin cavab məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə)“məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların (bundan sonra mətndə: Qaydalar) 2.4.1-ci bəndinin tələblərinə görə iddiaçı aşağıda qeyd olunan sənədlərin əsillərini Komitənin Regional idarəetmə və status şöbəsinin Status sektoruna təqdim etməlidir ...Qanunvericiliklə müəyyən olunmuş qaydada sənədlər təqdim edildikdən sonra ona “məcburi köçkün” statusunun verilməsi məsələsinə baxıla bilər. Göründüyü kimi iddiaçıya Komitə tərəfindən heç bir imtina cavabı təqdim olunmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, inzibati akt dedikdə, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbirləri nəzərdə tutulur. Odur ki, Komitənin yuxarıda qeyd olunan məktubu heç bir hüquqi nəticə yaradan inzibati akt hesab olunmadığından iddiaçının hazırki iddia tələbi mümkün hesab edilməməlidir. Qeyd edilir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli, 1 №-li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” xx.xx.1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” xx.xx.1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Bildiririk ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 2.4.1-ci bəndinə əsasən, rayonun işğalı zamanı yaşı 18-dən yuxarı olan kişilər məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə almaq ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 2.4.1.1. Ərizə forması; 2.4.1.2. Şəxsiyyət vəsiqəsinin və hərbi biletin surəti (əsli ilə birlikdə); 2.4.1.3. Hərbi biletini itirmiş şəxslər işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra mətndə: SHXÇDX) rayon şöbəsi və ya Daxili İşlər Nazirliyinin (bundan sonra mətndə: DİN) rayon şöbəsi tərəfindən verilmiş arayış; 2.4.1.4. Məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış; 2.4.1.5. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil. Məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçı məcburi köçkün statusunun verilməsi ilə bağlı Qaydanın 2.4.1-ci bəndində göstərilən sənədləri Komitəyə təqdim etdikdən sonra ona məcburi köçkün statusunun verilib-verilməməsi ilə bağlı məsələyə qanunla nəzərdə tutulmuş qaydada baxılıb müvafiq qərar qəbul ediləcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İPM-nin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmədən cavabdeh Komitəyə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi”nə dair iddia tələbinin mümkünsüz hesab olunması ilə bağlı qərardad qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdeh inzibati orqana qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti tərəfindən cavabdeh Komitəyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5-31/2/1-396/2024 №-li məktubun surətindən müəyyən olunur ki, Ağdam rayonunun Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 167 №-li arayışına əsasən iddiaçı Xıdırlı kəndində daimi qeydiyyatda olmadan rayonun işğalına kimi özünəməxsus fərdi yaşayış evində 3 nəfər ailə üzvü arvadı X7, oğulları X8 və X6 ile birlikdə yaşamışlar. İddiaçı Ələsgər oğlu və övladı 1970-ci il təvəllüdlü X3 rayon Rabitə Qovşağında, arvadı X7 isə Xıdırlı kənd 8 illik orta məktəbində rayonun işğalına kimi müəllim işləmişdir. Azərbaycan Respublikası X16 filialının xx.xx.2024-cü il tarixli, 57 №-li arayışına əsasən Ağdam rayonunun Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1986-1990-cı illərə dair 1 nömrəli təsərrüfatbaşına uçot kitabının 81-ci səhifəsində iddiaçı adına 1983-cü ildə tikilmiş ümumi sahəsi 96 kv.m olan ev və 0,12 ha həyətyani torpaq sahəsi qeyd olunmuşdur. Məktubla təqdim olunmuş: Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti başçısının Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 167 №-li Arayışının surətindən müəyyən olunur ki, iddiaçı həqiqətən xx.xx.1993-cü ilədək daimi pasport qeydiyyatı olmadan Ağdan rayonunun Xıdırli kəndində özünə məxsus fərdi yaşayış evində aşağıda göstərilən ailə üzvləri ilə birlikdə yaşamışlar.

1. Arvadı: xx.xx.1948-ci ildə vəfat etmiş X7.

2. Oğlu: xx.xx.1970-cı il təvəllüdlü X8.

3. Oğlu: xx.xx.1977-cı il təvəllüdlü X6. - İddaçı işğaladək Ağdam rayon Rabitə Qovşağında, X1 8 illik orta məktəbində müəllimə, X3 rayon Rabitə Qovşağında işləmişlər. - Qeyd: Ailə xx.xx.1993-cü ildə Ağdam rayonu Xıdırlı kəndi ermənistan silahlı qüvvələrinin işğalından sonra doğma yurd-yuvalarını tərk etmişlər. - Əsas: Ağdam rayon Dövlət arxivinin xx.xx.2024-cü il tarixli 57 saylı arayışı. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X16 filialı tərəfindən iddaçıya təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 57 №-li Arxiv arayışının surətindən müəyyən olunur ki, X16 filialında saxlanılanan Ağdam rayon Xıdırlı kənd ərazi nümayəndəliyinin 1986-1990-cı illərə dair 1 №-li təsərrüfatbaşına ucot kitabının 81-cı səhifəsinə əsasən iddiaçı adına 1983-cü ildə tikilmiş ümumi sahəsi 96 kv.m. olan ev və 012 (on iki) sot həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X16 filialı tərəfindən iddiaçın nümayəndəsi və vəkilinə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 38 №-li Arxiv arayışının surətindən müəyyən olunur ki, Ağdam rayon Rabitə qovşağının və Ağdam rayon Xıdırlı 8 illik orta məktəbin 1993-cü ilə qədər olan arxiv sənədləri, Ağdam rayonu işğal olunan zaman işğal altında qalıb məhv olmuşdur. - Ona görə də iddiaçının və X4 işləməsini təsdiq edən hər hansı sənədin verilməsi mümkün olmamışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh Komitə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-31-3/2-P-158xx-xx/2025/319 №-li cavab məktubunun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)- Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxslər hesab olunur. - Bildirilmişdir ki, yuxarıda qeyd olunan Qaydaların 2.4.1-ci bəndinin tələblərinə görə iddiaçı aşağıda qeyd olunan sənədlərin əsillərini Komitənin Regional idarəetmə və status şöbəsinin status sektoruna təqdim etməlidir.

1. Ərizə forması,

2. Şəxsiyyət vəsiqəsinin və hərbi biletin əsli və surəti,

3. Hərbi biletini itirmiş şəxslər işğal zamanı məcburi köçkün düşdüyü rayonda hə:bı və ya pasport qeydiyyatında olması barədə Səfərbərlik Hərbi Xidmətə Çağırış Cövlət Xidmətinin rayon şöbəsi və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış,

4. Məcburi köçkün düşməyi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;

5. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil. - Qanunvericiliklə müəyyən olunmuş qaydada sənədlər təqdim edildikdən sonra iddiaçıya “məcburi köçkün” statusunun verilməsi məsələsinə baxıla bilər.

Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2- 29692/2025 №-li cavab məktubundan müəyyən olunur ki, xx.xx.1938-ci il təvəllüdlü İddiaçı xx.xx.1995-cı il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - İddiaçının keçmiş sovet pasportu haqqında məlumat aşkar edilməmişdir.

Tətbiq edilən hüquq:

“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 1. “Qaçqın” və “məcburi köçkün” anlayışları.

Milliyyətinə, irqi və vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən sosial qrupa mənsubiyyətinə görə təqibə məruz qalması, həyatına, ailəsinə, əmlakına real təhlükə yaranması ilə əlaqədar daimi yaşadığı dövlətin onu müdafiə etməsindən istifadə edə bilməməsi, yaxud təhlükəyə görə bu müdafiədən istifadə etmək istəməməsi üzündən yaşadığı ölkənin hüdudlarından kənarda olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində “qaçqın”, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçən şəxslər və ya başqa ölkədə daimi yaşayış yerini tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikasının vətəndaşları “məcburi köçkün” sayılır. ... Maddə 6. Qanunun qüvvəsinin şamil edilmədiyi hallar.

Bu Qanunun müddəaları 1-ci maddədə verilmiş “məcburi köçkün” anlayışına uyğun gələn aşağıdakı şəxslərə şamil edilmir: - əvvəlki adi yaşayış yerinə qayıdana və ya həmin regionda əvəzsiz olaraq müəyyən edilmiş ölçüdə başqa yaşayış yeri ilə təmin olunana; - bu mümkün olmadıqda dövlətin xüsusi qərarı ilə müəyyən edilmiş səviyyədə yaşayış yeri ilə təmin olunana; - başqa ölkədən gəlmiş Azərbaycan Respublikası vətəndaşının həmin ölkədən məcburi köçməsi üçün əsas olan hallar aradan qalxdıqda həmin şəxsin məcburi köçdüyü ölkənin müdafiəsindən könüllü istifadə edənə; - könüllü surətdə Azərbaycan Respublikası ərazisindən başqa ölkəyə gedənə. ... Maddə 14. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: - Əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.

Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: ... Əsas anlayışlar: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır.

İ. Ümumi müddəalar: ... 1.3. Məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə “məcburi köçkün” statusunu itirir. ... İİ. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair ərizə və müvafiq sənədlərin təqdim edilməsi:

2.4.1. Rayonun işğal zamanı yaşı 18-dən yuxarı olan kişilər üçün: 2.4.1.1. Ərizə forması; 2.4.1.2. Şəxsiyyət vəsiqəsinin və hərbi biletin surəti (əsli ilə birlikdə); 2.4.1.3. Hərbi biletini itirmiş şəxslər işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra SHXÇDX) yerli baş idarə, idarə, şöbə və bölmələri və ya Daxili İşlər Nazirliyinin (bundan sonra DİN) rayon şöbəsi tərəfindən verilmiş arayış;[2] 2.4.1.4. Məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış; 2.4.1.5. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil. ... İV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi:

4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.

Məhkəmənin mövqeyi:

Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı mübahisənin predmetini iddiaçıya “məcburi köçkün” statusunun və müvafiq vəsiqənin verilməsi təşkil edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” xx.xx.1999-cu il tarixli Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin həmin Qanunun tətbiq edilməsi barədə xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi haqqında Əsasnaməsinin tələblərinə əsasən “məcburi köçkün” statusu, onu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrumetmə səlahiyyətləri Komitəyə (cavabdehə) həvalə edilmişdir. Komitə (cavabdeh) xx.xx.2013-cü il tarixli 1 nömrəli qərarı ilə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarını müəyyən edən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları təsdiq etmişdir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaya etirazında iddiaçının müraciətinə heç bir imtina verilmədiyi, ona Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 2.4.1-ci bəndinin tələblərində qeyd olunan sənədlərin əsilləri Komitənin Regional idarəetmə və status şöbəsinin Status sektoruna təqdim edilməli olduğu və qanunvericiliklə müəyyən olunmuş qaydada sənədlər təqdim edildikdən sonra ona “məcburi köçkün” statusunun verilməsi məsələsinə baxıla bilinəcəyi qeyd edilmişdir. Məlumat üçün qeyd edilməldir ki, sözügedən Qaydaların 2.4.1-ci bəndinin tələblərinə görə “məcburi köçkün statusunun verilməsi üçün rayonun işğal zamanı yaşı 18-dən yuxarı olan kişilər aşağıdakı sənədləri müvafiq quruma təqdim etməlidirlər:

1. Ərizə forması,

2. Şəxsiyyət vəsiqəsinin və hərbi biletin əsli və surəti,

3. Hərbi biletini itirmiş şəxslər işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin rayon şöbəsi və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;

4. Məcburi köçkün düşməyi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;

5. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.

Qeyd edilməsi də zəruridir ki, göstərilən sənədlərin təqdim edilməli olduğu və bundan sonra müvafiq status və vəsiqənin verilməsinin mümkün olacağı qeyd edilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə müraciətinə cavabdeh Komitə tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə təqdim edilmiş cavab məktubunda mahiyyət etibarilə imtinaya dair heç bir ifadə və məzmun təşkil etməməsi ilə etirazda göstərilən müvafiq əsasla örtüşdüyü və doğru olması faktı qeyd edilməlidir. Qeyd edilməlidir ki, hər kəsin, eləcə də vətəndaşların məhkəmə hakimiyyətinə etimadı məhkəmə icraatında əsas prinsiplərindən biri hesab edilir. Sözügedən hala mütənasib olaraq iddia tələbinin araşdırıması zamanı inzibati iş, iddia ərizəsi, ərizədə qeyd edilən hallar və tələb tam, hərtərəfli və obyektiv formada araşdırılmalı və əsaslandırılmış məhkəmə qərarı çıxarılmalıdır. Sözügedən etimadın qorunmasının təmini məqsədi ilə lazımi soğruların göndərilməsi, sübutların əldə edilməsi və tərəflərin hüquqlarının müdafiəsi təmin edilməlidir. İcraatın göstərilən formada aparılması məhkəmə hakimiyyətinə güvənin, ədalət mühakiməsinin qanuniliyi və əlçatanlığının təmin edilməsində xüsusi əhəmiyyətə sahibdir. Qeyd edilənlərin məntiqi davamı olaraq məhkəmə təqdim edilən sənədlərin müvafiq qərarın çıxarılmasına yetərli olmadığı və ya əlavə sübutların əldə edilməsinə zərurət olduğu hallarda var olan sübutlarla kifayətlənməyib, xidməti vəzifəsinə uyğun araşdırma aparmağa borcludur. Qeyd edilənlər hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı – “Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı” maddəsinin İ hissəsində hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsi, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli Plenumunun Qərarı göstərilə bilər. Qərarda göstərilmişdir ki, “...Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Məhkəmə iddia ərizəsi və iş materiallarını araşdıraraq xx.xx.1938-ci il təvəllüdlü İddiaçı barəsində “Azərbaycan Respublikası məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəini veriməsinə dair Qaydalar”ın 2.4.1-ci bəndində müəyən olunmuş arayışın təmin olunması məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə sorğu ünvanlanmış, sorğuya cavab olaraq, iddiaçının xx.xx.1995-cı il tarixdən hazırki vaxtadək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğu həmçinin işin təmin edilib-edilməməsində əsaslı rol oynayan sübutlardan biri kimi – iddiaçının keçmiş sovet pasportu haqqında məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur. Mövcud qanunvericiliyin tələblərinə əsasən, hüquq müəyyən edən status və ya vəsiqənin verilməsi üçün qanunvericiliyin müvafiq normalarında göstərilən və ya normativ aktlarla müəyyən edilmiş sənədlər tam və əksiksiz şəkildə müvafiq quruma təqdim edilməlidir. Qanunvericiliyin müvafiq normalarının tələbi ilə bütün sənədlər təqdim edilmədikdə, status, ad və ya vəsiqənin verilməsindən imtina edilməsi gözlənilən hüquqi nəticələrdən biri olmaqla, qeyd edilən çatışmamazlığın gözardı edilərək təmin edilməsi qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərinin pozulması halı kimi qiymətləndirilməlidir. Hüquqi müəyyənlik və qanunun tələblərinə riayət olunması prinsiplərinin təmin olunması və mövcud praktikaya əsasən, natamam sənəd təqdim edən şəxsə status və ya vəsiqə verilmir, çatışmazlıqlar aradan qaldırılmadıqda isə müraciət rədd edilir və ya baxılmamış saxlanılır. Haqqında danışılan qaydaların Azərbaycan Respublikasının ərazisində işğal olunmuş rayonların sakinlərinin məcburi köçkün statusu almalarına mütənasib olaraq tətbiq edildiyi qeyd edilməklə o da vurğulanmaldır ki, vətəndaşın yaşadığı və qeydiyyatda olduğu rayon işğal edilərkən o faktiki olaraq həmin rayon ərazisində qeydiyyatda olmuş yəni həmin rayonun işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslərə (18 yaşından yuxarı) yuxarıda qeyd edilən müvafiq arayış verilir. Həmin şəxsin işğallar zamanı fiziki olaraq həmin rayon ərazisində olması və işğal nəticəsində məcburi köçkün düşməsinin faktını müəyyən edən arayış sözügedən vəsiqənin verilməsi üçün əsas şərtlərdən biridir. Sözügedən arayış isə hərbi biletini itirmiş şəxslərin işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin rayon şöbəsi və ya DİN-nin rayon şöbəsi tərəfindən verilir. Təkrarən qeyd edilməlidir ki, şəxsin işğal olunan rayonun sakini olması və həmin rayonda pasport qeydiyyatında olması və həmin rayonun işğalı nəticəsində məcburi köçkün vəziyyətinə düşməsi xüsusi əhəmiyyət kəsb etməkdədir. Belə ki, işğal zamanı müvafiq qeydiyyata sahib olmadan yalnız həmin rayon ərazisində fiziki mövcudluq məcburi köçkün statusu və vəsiqəsinin verilməsi eləcədə hazırki inzibati iş üzrə iddia tələbinin təmin edilməsi kontekstində müstəsna əhəmiyyətə malikdir. Cavabdeh Agentliyin iddiaçının müraciətinə cavab məktubu və məhkəməyə təqdim olunmuş etirazına münasibət müstəvisində məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Hazırki inzibati iş üzrə isə sözügedən etimadın qorunması halı, qanunvericiliyin tələbləri, hüququn prinsipləri gözlənilmiş və məhkəməyə təqdim edilmiş etiraz əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı hesab edilməməli və təmin olunmamalıdır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar