Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10671/2022 18.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 2 saylı vəkil bürosunda işləyir) və cavabdehin nümayəndəsi X6 (Salyan rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi, ev 3/7 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq iddiaçının Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi, ev 3/7 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi ev 3/7 saylı fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətlərinə (son müraciəti: xx.xx.2022-ci il tarixli ********** nömrəli müraciət) cavabdeh tərəfindən imtina verilmiş, ərizənin təmin edilməsindən imtina edilmişdir. Bununla da onun mülkiyyət hüququ, əmlak hüquları pozulmuşdur. Cavabdehin sözügedən imtinası qanuna ziddir və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh bir inzibati orqan kimi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda, bunu etməmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 24.06.022-ci il tarixli **********39 nömrəli məktubunda qeyd olunur ki, “müraciətinizə cavab olaraq bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.” Göründüyü kimi cavabdehin iddiaçının müraciətindən imtinasında yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki tərəfimdən lazımi sənədlər, Şaumyan Rayon X15 İcrayyə Komitəsinin 77/4.1 nömrəli, xx.xx.1989-cu il tarixli qərarı, texniki pasport və digər zəruri sənədlər təqdim edilmişdir. Cavabdeh bu sənədlərə dair heç bi münasibət bildirməmişdir. Cavabdehin imtinasında istinad etdiyi normalara əsasən belə iddiaçının müvafiq daşınmaz əmlak üzərində mülkiyyət hüquqları yarandığından, həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. 1989-cu ilin sentyabr ayında Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi, ev 3/7 saylı fərdi yaşayış evində yaşayan erməni millətindən olan vətəndaşlarla aralarında olan qarşılıqlı razılaşma əsasında ev ona verilmiş, ondan sonra onun ailəsi, o cümlədən, anası, bacısı və özü həmin evdə yaşamağa başlamışdırlar. SSRİ vaxtı qüvvədə olan qayda qanunlara uyğun olaraq Şaumyan rayon X15 İcrayyə Komitəsinin 77/4.1 nömrəli, xx.xx.1989-cu il tarixli qərarı ilə evin onlara verilməsi rəsmiləşdirilmiş, həmçinin həmin evə qeydiyyata salınmışdırlar. 33 ildir ki, həmin ev onlara məxsusdur. X1 xx.xx.2020-ci ildə vəfat etmişdir. Hazırda evdə o və ailə üzvləri (arvadı və uşaqları) yaşamaqdadır. Bacısı Aybəniz ailə quraraq köçmüş, başqa evdə yaşamaqdadır. O, bu evə dair hər hansı tələbinin olmadığını bildirmiş, evin iddiaçının adına qeydiyyata alınmasına etirazı olmamışdır. Qeyd edir ki, onunla eyni vəziyyətdə olan, eyni qaydada SSRİ vaxtı erməni ilə razılaşma əsasında müvafiq evlərə yerləşmiş və o vaxtkı səlahiyyətli hakimiyyət orqanları tərəfindən buna dair qərar verilmiş çoxsaylı şəxslər həmin evlərə dair mülkiyyət sənədləri əldə etmişlər. Belə olan halda ona mülkiyyət sənədləri verilməsindən imtina edilməsi ayrıseçkilik, eləcə də bərabərlik hüquqlarının pozulmasıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçırın iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almış, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. Cavabdehin iddiaçının etibarnamə üzrə nümayəndəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli **********46 nömrəli məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi, ev 3/7 ünvanında yerləşən fərdi yaşayış evinin X4 adına qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Cavabdehin iddiaçının etibarnamə üzrə nümayəndəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli **********39 nömrəli məktubuna əsasən Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialının 173 nömrəli xx.xx.2007-ci il tarixli arxiv çıxarışında qeyd olunan Şaumyan rayon X15 İcraiyyə Komitəsinin 77\4.1 Sayli “06”.09.1989-ci il tarixli qərarına əsasən "Ermənistan SSR-dən gəlmiş Azərbaycan millətindən olan şəxslərin qeydiyyatı haqqında" BŞİ-nin 3\92 saylı 11.04.89-cu il tarixli qərarına uyğun olaraq və Ermənistan SSR-dən gəlmiş Azərbaycan millətindən olan vətəndaşların qeydiyyatı ilə bağlı məsələlərin müəyyən edilməsi və operativ həlli məqsədi ilə Şaumyan Rayon Xalq Deputatları İcraiyyə Komitəsi qərara alır: Rayon Daxili İşlər Nazirliyinə tapşırılsın ki, Bakı şəhərindən çıxmış erməni millətindən olan vətəndaşlarla İcraiyyə Komitəsi və ya notarial kontorla təsdiqlənmiş qarşılıqlı razılığı olan aşağıdakı Azərbaycan millətindən olan vətəndaşların ailələrinin özütikililərdə və çirklənmiş ərazidə yerləşən evlərdə qeydiyyata alsınlar... 5 nəfərdən ibarət ailə üzvü olan vət., X17 (özü, oğlu, qızı, gəlinin əmisi) Qubkin küç., 3/7. AZ-İİ 063181 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X17 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İİ-Tİ 325411 nömrəli doğum haqqında şəhadətnaməni surətinə əsasən İddiaçı xx.xx.1977-ci il tarixdə anadan olmuşdur, anası X17, atası X13r. AZ-İ 140896 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X21 ilə X10 arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanmışdır. X11 xx.xx.2022-ci il tarixli ərizəsi ilə bildirir ki, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi, ev 3/7 ünvanda yerləşən evin qardaşı İddiaçı adına sənədləşməsinə, özəlləşdirilməsinə, adına mülkiyyət sənədi rəsmiləşdirilməsinə etiraz etmir, razıdır. X12 xx.xx.2022-ci il tarixli ərizəsi ilə bildirir ki, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi, ev 3/7 ünvanda yerləşən evin sənədləşməsinə, özəlləşdirilməsinə, adına mülkiyyət sənədi rəsmiləşdirilməsinə etiraz etmir, razıdır. X7 xx.xx.2022-ci il tarixli ərizəsi ilə bildirir ki, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi, ev 3/7 ünvanda yerləşən evin İddiaçı adına sənədləşməsinə, özəlləşdirilməsinə, adına mülkiyyət sənədi rəsmiləşdirilməsinə etiraz etmir, razıdır. 1 Sayli Bakı “Asan Xidmət” X5 xx.xx.2022-ci il tarixli arayışına əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: İddiaçı (xx.xx.1977) Gürcüstan, Dmanisi R.; Əri (arvadı): Əliyeva Nurlana isaxan (xx.xx.1987); Oğlu: X19 (xx.xx.2005); Qızı:X18 (xx.xx.2006). Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil KommunalTəsərrüfat Birliyinin 66 saylı MKİS-in 3290 nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən X7 Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi, ev 3/7 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-in 3289 nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi, ev 3/7 ünvanında qeydiyyatdadır. Ailə tərkibinə daxil olan anası X17 (1952), qızı X18 (2006), oğlu X19, bacısı X14 xx.xx.1989-cu uilən qeydiyyatda olmaqlahəmin ünvanda yaşamışlar, 2016-cı ildən qeydiyyatdan çıxmışdırlar. xx.xx.1989-cu il tarixli etibarnamənin surətinə əsasən, Ermənistan SSR, Kalinin rayonu, Qızıl daş ünvanda yaşayan X17, həmin etibarnamə ilə, ünvan 2 ünvanda yaşayan X2 yuxarıda qeyd olunan mənzillərin dəyişilməsi (əvəzlənməsi) üçün sənədlərin rəsmiləşdirilməsi işlərini həyata keçirməyi etibar etmişdir. Etibarnamə 3 ay müddətinə verilib və 02 dekabr 1989-cu il tarixədək etibarlıdır. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X3 Bürosu tərəfindən Bakı şəhəri, Qubkin küçəsi, ev 3/7 nömrəli evin Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna əsasən,evin sahibi X8 məxsus ev 1965-ci lldə inşa edilmiş, yaşayış sahəsinin ümumi sahəsi 79,8 kv. metr, torpaq sahəsinin ümumi sahəsi 527 kv.metr təşkil edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1–ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.. 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakılar da daxil edilmişdir:1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. İşin faktiki hallarına əsasən, iddiaçı, 4 nəfərdən ibarət ailəsi ilə birlikdə Şaumyan rayon X15 İcrayyə Komitəsinin 77/4.1 nömrəli, xx.xx.1989-cu il tarixli qərarı əsasında Şaumyan rayonu, Qubkin küçəsi, 3/7 (indiki ünvan 3 ünvanına qeydiyyata salınmışdırlar. Bunun üçün əsas- iddiaçının anasına məxsus olan Ermənistan SSR Kalinin rayonunda, Qızıl daş kəndində olan evin, X2 məxsus Bakı şəhəri, Qubkin küçəsi 3/7 nömrəli evinə dəyişdirilməsi olmuşdur. İddiaçı, anası və digər ailə üzvləri xx.xx.1989-cu il tarixdən həmin evə sahiblik və istifadə etmişlər. Məhkəmə cavabdehin iddiaçıya ünvanladığı məktubunda və iddiaya dair etirazında qeyd edilən əsasla imtinasını əsassız hesab edir. Belə ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş sənədlərə (icra hakimiyyətinin qərarı, evin inventarizasiya və qiymətləndirilməsinə aid pasport) malikdir, həmin sənədlərin mötəbərsizliyini təsdiq edən hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdehin imtinasında istinad etdiyi hüquqmüəyyənedici sənədlərin olmamasına dair dəlilə gəldikdə məhkəmə qeyd edir ki, həmin sənədlər cavabdehə təqdim edilmişdir. Odur ki, məhkəmə cavabdehin imtinasında və etirazında göstərilənləri tamamilə əsassız hesab edir. Məhkəmə yuxarıda qeyd edilən hallara məcmu qiymət verməklə hesab edir ki, iddiaçının müvafiq dövlət orqanlarının razılığı əsasında yerləşdirildiyi və qeydiyyata salındığı fərdi evi üzərində mülkiyyət hüququ yaranmışdır və bu hüquq dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək;. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarından göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilən əsasların iddiaçıya münasibətdə heç biri mövcud deyildir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi, ev 3/7 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68,69, 85, 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi, ev 3/7 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №e-2-1(112)-10671/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10671/2022
18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver