Məhkəmə qərarları › İş №e-2-1(112)-10731/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10731/2024

16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10731/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, döngə-1 ünvanında yerləşən fərdi yaşayış yeri üzərində iddiaçının faktiki istifadəsində və mülkiyyətində olan Bakı şəhər Cavabdeh başcısinin aparatının xx.xx.1993-cü il tarixli, 2251 saylı sərəncamına əsasən ayrılmış torpaq sahəsinə dair yerləşmə sxeminin (cizgisinin) verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, döngə-1 ünvanında yerləşən fərdi yaşayış yeri üzərində iddiaçının faktiki istifadəsində və mülkiyyətində olan Bakı şəhər Cavabdeh başcısının aparatının xx.xx.1993-cü il tarixli, 2251 saylı sərəncamına əsasən ayrılmış torpaq sahəsinə dair yerləşmə sxeminin (cizgisinin) verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evi illərdir ki, İddiaçı faktiki olaraq istifadəsində və mülkiyyətindədir. Cavabdeh Başçısının aparatının “Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması” haqqında 2251 saylı, xx.xx.1993-cü il tarixli sərəncamı əsasında Bakı şəhər icraiyyə Komitəsinin 3/104 saylı27.03.91-ci il tarixli qərarına əsasən mənzil şəraitinin yaxşılaşdırılması üçün ehtiyacı olan vətəndaşlara Badamdar qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. "xxxx" MMC tərəfindən də 2011-ci ildə fərdi yaşayış evinin 022612 saylı eskiz layihisi hazırlanmışdır. AR Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli, BA-01350-2022 saylı cavab məktubuna əsasən, xx.xx.1993-cü il tarixli, 2251 saylı sərəncamının təsdiq edilmiş arxiv çıxarışını göndərilmiş, lakin cizgi isə əlavə edilməmişdir. Daha sonra, iddiaçı torpaq sahəsinə dair yerləşmə sxeminin təsdiq edilməsi barədə Cavabdehnə müraciət etmişdir. Həm 10-G-3-091 saylı, xx.xx.2022-ci il tarixli, həm də xx.xx.2024-cü il tarixli, 5-19/2-10/-G- 1/2-091/2-t/1 saylı cavab məktubunda qeyd edilmişdir ki, Cavabdeh başçısının xx.xx.1993cü il tarixli, 2251 saylı sərəncamı və onun tərkib hissəsi olan yerləşmə cizgisinə dair digər sənədlər (sxem və s.) Səbail İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Bundan başqa, iddiaçı həmin evdə uzun illərdir ki, qeydiyyatdadır. Həmçinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, döngə 1 ünvanında yerləşən evə dair bütün elektrik, qaz, su təchizatları quraşdırılarkən qanunda nəzərdə tutulmuş qaydada müqavilələr bağlanaraq iddiaçının adına rəsmişləşdirilmişdir. Buradan da, aydın görünür ki, sözü gedən əmlak iddiaçının faktiki mülkiyyətindədir. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, döngə 1 ünvanında fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmişdir. AR İN yanında ƏMDX DƏDK və reyestri publik hüquqi şəxsinə **********16 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə həmin sözügedən torpaq sahəsinin yerləşmə sxeminin sənədlər toplusuna əlavə edilmədiyini qeyd edərək imtina cavabı verilmişdir. Həmin cavab məktubuna əsasən, torpaq sahəsini sənədləşdirmək mümkün olmamışdır. Göründüyü kimi, cavabdeh təşkilatın məktubunda qeyd olunan sənədlər iddiaçının səlahiyyətləri daxilində olan məsələ deyildir. İş fərdi yaşayış evi artıq uzun müdddətdir ki, iddiaçının faktiki mülkiyyətində və maneəsiz istifadəsindədir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Qüvvədə olan qanunvericiliyin tələbinə görə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini bilavasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsin əsasən

- 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1.Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük (ümumi və xüsusi) şərtlərinə cavab verir. Bu növ iddiası üçün iddia qaldırmaq səlahiyyətinə və məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməsinə əməl olunmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətini təmin etməkdən imtina etmişdir. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati orqanının hərəkətsizliyi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir.

İİİ. Tədqiq edilmiş sənədlər

Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlətt Arxivinin Bakı Filialının məhkəməyə ünvanlandığı 20 avqust 2024-cü il tarixli, 3-48-2F/2-1736/2024 saylı məktubuna əsasən, Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.1993-cü il tarixli, 2251 saylı sərəncamının və ona əlavə edilmiş sənədin təsdiq edilmiş kserosurətləri 3 (üç) vərəqdən ibarət məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, sərəncama akt və sxem əlavə edilməmişdir. XDKT birliyi Vano Sturua adına İB-i müdiriyyət və həmkarlar ittifaqı komitəsinin 03.03.93-cü il tarixli, 58 nömrəli protokolla rəsmiləşdirilmiş birgə qərarından çıxarışa əsasən, fərdi ev tikmək məqsədilə Səbail rayonu İcra Hakimiyyəti tərəfindən 182 nömrəli, xx.xx.1993-cü il tarixli məktubu ilə ayrılmış yeddi torpaq sahəsi verdikləri ərizələrinə əsasən aşağıdakı zavod işçilərinə ayrılsın (5. İddiaçı (05.02.90-cı ildən mənzil növbəsindədir) Bakı şəhəri Cavabdeh başçısı aparatının 2251 nömrəli, xx.xx.1993-cü il tarixli “Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması” barədə sərəncamına əsasən, Bakı şəhər icraiyyə komitəsinin 3/104 nömrəli, 27.03.91-ci il tarixli qərarına istinad edərək, rayon icra hakimiyyətində, rayon ərazisində yerləşən müəssisə və təşkilatlarda qeydiyyatda olan və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlara Badamdar qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır:3.5. 600 kv.m fərdi yaşayış evi tikmək üçün İddiaçı)

İV. Məhkəmənin mövqeyi

Məhkəmə iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir.

5. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən : 4.16.6 torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.

6. Torpaq sahəsi iddiaçının istifadəsinə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Ali Sovetinin 9 noyabr 1991-ci il tarixli, 255-Xİİ nömrəli Qərarı ilə təsdiq edilmiş Torpaq Məcəlləsinə əsasən: 14.Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər.

22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir:1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq;3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 29.Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir.

57. yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.

7. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən:

Maddə 2. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin məqsədi Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.

8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. 9.Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır.” Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 83. Torpaq sahəsi üzərində hüquqların həyata keçirilməsi

1. Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər.

Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Maddə 157. Mülkiyyətin müdafiəsi 157.8.Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

9. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən

Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

İstinad edilən qanunvericilik normalarından göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilsə də, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırki mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Yuxarıda göstərilənlərə əsasən iddiaçıya qanuni əsaslarla ayrılmış torpağa dair sənədlərin vеrilməsindən cavabdehin imtinаsı əsassız olduğundan, işin bu cür hаlındа isə cavabdehin qаnunsuz hərəkətə (hərəkətsizliyə) yоl vеrilməsi sübutа yеtirildiyindən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlıdır.

Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsininə əsasən:

Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. 58.7. sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.1.məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, döngə-1 ünvanında yerləşən fərdi yaşayış yeri üzərində iddiaçının faktiki istifadəsində və mülkiyyətində olan Bakı şəhər Cavabdeh başcısinin aparatının xx.xx.1993-cü il tarixli, 2251 saylı sərəncamına əsasən ayrılmış torpaq sahəsinə dair yerləşmə sxeminin (cizgisinin) verilməsi öhdəliyini cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-ci, 68-ci, 69-cu, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq

QƏRАRА АLDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, döngə-1 ünvanında yerləşən fərdi yaşayış yeri üzərində iddiaçının faktiki istifadəsində və mülkiyyətində olan Bakı şəhər Cavabdeh başcısinin aparatının xx.xx.1993-cü il tarixli, 2251 saylı sərəncamına əsasən ayrılmış torpaq sahəsinə dair yerləşmə sxeminin (cizgisinin) İddiaçı verilməsi öhdəliyini cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar