Məhkəmə qərarları › İş №e-2-1(112)-10753/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10753/2025

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10753/2025 19.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İdidaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Baş İdarənin 2023-cü ilin mənfəət vergisi üzrə xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-545286/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” və 2024-cü ilin aprel ayının ƏDV bəyannaməsi üzrə xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-548490/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qəbul edilmiş qərarların ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Baş İdarə tərəfindən Cəmiyyətin barəsində 2023-cü ilin mənfəət vergisi üzrə xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-545286/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edərək 248790.84 manat əlavə mənfəət vergisi hesablanılmışdır. Cavabdeh tərəfindən Cəmiyyətin barəsində xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-548490/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək 2024-cü ilin aprel ayı üzrə 246368.76 manat əlavə ƏDV məbləği hesablamışdır. Kameral hesablamalara səbəb olaraq "xxxx" MMC və "xxxx" MMC şirkətləri ilə aparılmış maliyyə əməliyyatları olmuşdur. Mənfəət vergisinin hesablanılması ilə bağlı bildirirlər ki, Cəmiyyət tərəfindən 2023-cü ilin mənfəət vergisi üzrə Cəmiyyət tərəfindən 110395.11 manat mənfəət vergisi dövlət büdcəsinə bəyan edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-126696/2025 saylı, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-297740/2025 saylı və xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-523386/2025 saylı kameral uyğunsuzluq məktubları göndərilmişdir. Kameral uyğunsuzluq məktublarında 2023-cü il ərzində 1243954,19 manat əmtəəsiz əməliyyatlar çərçivəsində elektron qaimə fakturaların xərc kimi nəzərə alınmadığı və buna görə də, uyğunsuzluq yaranması bildirilmişdir. Həmin uyğunsuzluq məktublarına əsasən də, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-545286/2025 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edərək 248790.84 manat əlavə mənfəət vergisi hesablanılmışdır. ƏDV-nin hesablanılması ilə bağlı olaraq bildirilmişdir ki, Cəmiyyət tərəfindən 2024-cü ilin aprel ayı üzrə 47556.25 manat ƏDV dövlət büdcəsinə bəyan olunmuşdur. Cavabdeh tərəfindən 3-21-2-3/2-297740/2025 saylı kameral uyğunsuzluq məktubu göndərilərək bəyannamənin 308-ci sətrində 124761.05 manat məbləğ göstərilməsinə baxmayaraq, e-VHF üzrə əvəzləşmə təqdim edilmədiyi bildirilmişdir. Lakin kameral hesablama barədə qərarda 246 368.76 manat hesablanılması aparılmışdır. Halbuki uyğunsuzluq məktubuna əsasən 124 761.05 manat əvəzləşdirilmiş elektron qaimə fakturalara münasibətdə 124 761 × 18% 22 456.98 manat ƏDV hesablaması aparıla bilərdi. xx.xx.2025-ci il tarixli kameral vergi yoxlaması ilə təsdiq edilmiş ƏDV bəyannaməsinin 324-cü sətrində (əvəzləşdirilən ƏDV-nin azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği) görünür ki, 1243 954.3 manat ödəniliş məbləğə münasibətdə 223 911.77 manat ƏDV hesablaması aparılmışdır. Bu məbləğ isə yuxarıdakı cədvəldə qeyd edilmiş riskli hesab edilmiş müəssisələrə 2023-cü il ərzində köçürülmüş ƏDV məbləğidir. İş materiallarına əlavə olunmuş cavabdehin “Əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə məlumat” adlı məktublarından görünür ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixində, "xxxx" MMC xx.xx.2024-cü il tarixində riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdirlər. Eyni zamanda iş materiallarına əlavə olunmuş həmin şirkətlərindən mal, iş və xidmətlərin əldə edilməsinə dair elektron qiamə fakturalardan görünür ki, bütün maliyyə əməliyyatları qarşı müəssisələrin riskli hesab edilməsindən öncə aparılmışdır. Digər tərəfdən iş materiallarına əlavə olunan elektron qaimə fakturaların məzmunundan görünür ki, hər iki müəssisə tərəfindən cəmiyyətə xidmətlər təqdim edilmişdir. Həmin dövrdə qüvvədə olan ““Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında”” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarında müəssisə və əməliyyatların riskli hesab edilməsi üçün xidmətlərə dair heç bir meyar müəyyən edilməmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, müəssisə tərəfindən alqı-satqı əməliyyatları aparılarkən sonradan riskli hesab edilmiş hər üç müəssisə riskli vergi ödəyiciləri siyahısında olmamışlar. "xxxx" MMC-nin malların alqı-satqı əməliyyatları aparılarkən qarşı tərəflərin alınmış mallarının elektron qaimə faktura və ya idxal əməliyyatları nəticəsində əldə edib-etməməsini müəyyənləşdirmək imkanı mövcud olmamış, elektron qaimə fakturalar yazılarkən və ƏDV depozit hesabı vasitəsi ilə ödənişlər aparılarkən sistemdə həmin vergi ödəyicilərinin riskli hesab olunması ilə bağlı heç bir xəbərdarlıq çıxmamışdır. Cavabdeh iddiaçıya təqdim etdiyi uyğunsuzuq məktubunda əməliyyatların riskli hesab olunmasını istinad etməklə həmin iş və xidmətləri şübhə altına almış və aparılmış əməliyyatların tam dəyərini nəzərə almamışdır. Halbulki, aparılan əməliyyatlar tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında iş, xidmət müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında işlər görülmüş, sifarişçi tərəfindən podratçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Sonradan həmin vergi ödəyicisi vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxs arasında aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşmələr nəzərə alınmamışdır. Bununla bağlı bildirirlər ki, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmədlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Cavabdeh iddiaçı ilə sadalanan vergi ödəyiciləri arasında aparılan əməliyyatın əmtəəsiz olmasını heç bir nəzarət tədbiri zamanı aşkar etməyib, həmçinin başqa əməliyyatın pərdələnməsinə dair hər hansı əsas göstərməyib, faktiki iş-xidmətlərin təqdim edilmədiyini müəyyən etməyib. Yalnız həmin şəxsləri riskli vergi ödəyicisi qrupuna salmaqla həmin şəxslərlə hətta qərardan əvvəlki əməliyyatları belə “əmtəəsiz” hesab etmək tam qanunsuz haldır. Əməliyyatın “əmtəəsiz” hesab olunması üçün isə operativ vergi nəzarəti və ya digər tədbirlərlə aparılan əməliyyatın mal (iş, xidmət) mövcud olmadan baş verdiyinə dair sübutlar olmalıdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Aparılmış araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilən bəyannamənin 308-ci "VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ" sətrində 124.761,05 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron qaimə-fakturaları (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar tərəfindən təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində ( 07.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDJ seriyalı 245682 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 394.2 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 394.2 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində ( 09.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDP seriyalı 300530 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 333.12 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 333.12 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində ( 09.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDP seriyalı 300667 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 47151.13 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 47151.13 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində ( 09.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDP seriyalı 302821 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 15787.2 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 15787.2 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində ( 09.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDP seriyalı 301857 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 17995.54 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 17995.54 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində (09.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDP seriyalı 301207 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 55815.37 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 55815.37 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində ( 07.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDJ seriyalı 245569 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 21.6 manat ƏDV məbləğinin tərəflərindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 21.6 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində ( 05.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDG seriyalı 491704 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 558.0 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 558.0 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində ( 09.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDP seriyalı 300814 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 23809.54 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 23809.54 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində ( 09.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDP seriyalı 302349 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 17809.35 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 17809.35 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində ( 09.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDP seriyalı 301956 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 693.09 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 693.09 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində ( 09.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDP seriyalı 300433 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 26314.15 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 26314.15 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində ( 09.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDP seriyalı 303390 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 596.8 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 596.8 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində ( 09.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDP seriyalı 300171 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 14937.73 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 14937.73 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində ( 07.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDJ seriyalı 245715 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 243.0 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 243.0 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində ( 07.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDJ seriyalı 245618 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 928.8 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 928.8 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində ( 09.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDP seriyalı 300924 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 523.15 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 523.15 manat kənarlaşma yaranmışdır. Bundan başqa iddiaçı tərəfindən ƏDV bəyannaməsində 22456.99 azn əvəzləşdirilmiş məbləğ qeyd olunsa da, həmin əvəzləşdirmə heç bir sənədlə müəyyənləşdirilmədiyindən vergi orqanı tərəfindən nəzərə alınmamışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-297740/2025 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin aprel ayı üçün ƏDV bəyannaməsi üzrə 246.368,76 manat məbləğində əlavə vergi məbləği hesablanmış və bununla bağlı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 3-21-2-3/2-548490/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. 2023-cü ilin mənfəət vergisi üzrə nəzərinizə çatdırmaq istəyərdik ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 1243954,19 manat iddiaçı tərəfindən təqdim edilmiş 2023-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-126696/2025 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023cü ilin mənfəət vergisi bəyannaməsi üzrə 248790.84 manat məbləğində əlavə vergi məbləği hesablanmış və bununla bağlı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 3-21-2-3/2- 545286/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Nəzərə çatdırmaq istəyərlərki, hər iki tədiyyə üzrə nəzərə alınmayan elektron qaimə fakturalar iddiaçının vergi orqanının xx.xx.2024-cü il tarixli **********617900 nömrəli qərarına əsasən riskli vergi ödəyicisi hesab edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) və vergi orqanının xx.xx.2024-cü il tarixli, **********327900 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilən "xxxx" MMC (**********) ilə aparılmış əməliyyatlara aiddir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdehin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” 1 may 2025-ci il tarixli, 3-21-2-3/2-54586/2025 nömrəli qərarına əsasən 2023-cü il mənfəət vergisi üzrə iddiaçıya 359185.95 manat məbləğində vergi borcu hesablanmışdır.

9. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2 may 2025-ci il tarixli 3-21-2-3/2-548490/2025 nömrəli qərarına əsasən aprel 2024-cü il əlavə dəyər vergisi üzrə iddiaçıya 293925.01 manat məbləğində vergi borcu hesablanmışdır.

10. Cavabdeh tərəfindən inzibati icraat materiallarının surətləri məhkəməyə təqdim edilmişdir.

11. İddiaçı tərəfindən məhkəməyə “İşlərin və xidmətlərin göstərilməsi haqqında” müqavilələr, görülmüş işlər barədə akt, qiymət razılaşdırma protokolu və elektron qaimə-fakturalar təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

17. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

18. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarları qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir.

19. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Belə ki, işin hallarından göründüyü kimi, hazırki mübahisənin yaranma səbəbi ƏDV bəyannaməsində (07.2023, 09.2023) əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatların riskli hesab olunması nəticəsində əvəzləşdirilməyə əsas verməməsi, qeyd edilən elektron qaimə-fakturalar üzrə 224556.99 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirilməsi, həmin əvəzləşdirmənin heç bir sənədlə müəyyənləşdirilmədiyindən vergi orqanı tərəfindən nəzərə alınmaması olmuşdur. Vergi orqanı tərəfindən vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bununla bağlı iddiaçıya uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin, vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin aprel ayı üçün ƏDV bəyannaməsi üzrə 246.368.76 manat məbləğində əlavə vegi məbləği hesablanmış və bununla bağlı cavabdeh tərəfindən 3-21-2-3/2-548490/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Eləcə də, 2023-cü ilin mənfəət vergisi üzrə əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-cü il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 1243954.19 manat iddiaçı tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-126696/2025 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, Cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023cü ilin mənfəət vergisi üzrə 248790.84 manat məbləğində əlavə vergi məbləği hesablanmış və bununla bağlı cavabdeh tərəfindən 3-21-2-3/2-545286/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Hər iki tədiyyə üzrə nəzərə alınmayan elektron qaimə fakturalar iddiaçının vergi orqanının xx.xx.2024-cü il tarixli **********617900 nömrəli qərarına əsasən riskli vergi ödəyicisi hesab edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) və vergi orqanının xx.xx.2024-cü il tarixli, **********327900 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilən "xxxx" MMC (**********) ilə aparılmış əməliyyatların riskli hesab edilməsi olmuşdur. Lakin, həmin elektron qaimə fakturalar üzrə əməliyyatların hansı səbəbdən riskli hesab edilməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən nə aparılmış inzibati icraat zamanı, nə də, məhkəmə araşdırması zamanı hər hansı bir mülahizə və təsdiqedici sənəd təqdim edilməmişdir. Ümumiyyətlə cavabdeh inzibati orqan iddiaçının apardığı əməliyyatları riskli əməliyyat kimi qiymətləndirsə də, bununla bağlı iddiaçı barəsində inzibati icraat aparmamış, iddiaçı barəsində “Riskli vergi ödəyicisi hesab edilmə barədə” hər hansı bir qərar qəbul edilməmişdir. O cümlədən, iddiaçının əməliyyat apardığı vergi ödəyicilərinin də, mübahisəli əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyiciləri olması ilə bağlı hər hansı bir sübut məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarına əsasən əsasən riskli hesab edilən elektron qaimə fakturalar üzrə əməliyyatlar may 2023, iyul 2023 və sentyabr 2023-cü il tarixlərində aparılmasına baxmayaraq, iddiaçının əməliyyat apardığı vergi ödəyiciləri xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlarla riskli vergi ödəyicisi hesab edilmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, cavabdehin əksinə iddiaçı tərəfindən məhkəmə araşdırmasına mübahisəli elektron qaiməfakturalar üzrə aparılmış əməliyyatlarla bağlı təsdiqedici sənədlər (alqı-satqı müqavilələri, işlərin görülməsinə dair akt, hesab faktura və digər) təqdim edilmişdir ki, bu sənədlər də, iddiaçının apardığı mübahisəli əməliyyatların əmtəəsiz əməliyyat olması ilə bağlı cavabdehin əsaslandırılmamış mülahizəsini təkzib etmişdir.

23. Vergi Məcəlləsinin: 13.2.82.riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1 vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

25. Beləliklə, məhkəmə qeyd edir ki, araşdırma zamanı iddiaçının aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən, həmin müəssisələrin riskli olması ilə bağlı təsdiqedici sənədlər təqdim edilmədən) qiymətləndirilmişdir. Lakin, nəzərə alınmalıdır ki, həm iddiaçının özü, həm də, əməliyyatlar apardığı vergi ödəyiciləri riskli vergi ödəyiciləri hesab edilmədən, onların barəsində “Riskli vergi ödəyicisi hesab edilmə barədə” hər hansı bir qərar qəbul edilmədən, aparılmış qarşılıqlı əməliyyatların hansı əsaslarla əmtəəsiz olduğu əsaslandırılmadan iddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla onun üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.

26. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

27. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

28. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

29. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

32. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

33. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” 1 may 2025-ci il tarixli, 3-21-2-3/2-54586/2025 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2 may 2025-ci il tarixli 3-21-2-3/2-548490/2025 nömrəli qərarları ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar