Məhkəmə qərarları › İş №e-2-1(112)-10768/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10768/2025

06.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10768/2025 06.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq hesablanmış 87651.93 manat faiz borcunun İddiaçı şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-29/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsi tətbiq edilməklə İddiaçı həmin Məcəllənin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmiş, ittiham aktında və mütəxəssis rəyində qeyd olunan hazırki iş üzrə "xxxx" MMC (VÖEN: **********) tərəfindən ödənilmiş 60.501,01 manat nəzərə alınaraq vergi ödəyicisi İddiaçı (VÖEN:**********) şəxsi hesab vərəqəsindən silinməsinə, X12 tərəfindən Baş Prokurorluğun depozit hesabına köçürülmüş və hesabda saxlanılmış 20.000 manat, təqsirləndirilən şəxs İddiaçı tərəfindən Baş Prokurorluğun depozit hesabına köçürülmüş və hesabda saxlanılan 100.000 manat, cəmi 120.000 (yüz iyirmi min) manat vergi ödəyicisi İddiaçı (VÖEN:**********) hesabına köçürülsün və ziyanın ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Belə ki, İddiaçı ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X26 üzrə baş idarəsi tərəfindən verilmiş ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi əsasında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq külli miqdarda vergidən yayınmaq məqsədilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 77.3, 96.1, 101.3, 155.1, 157.3.1, 159.1, 161.1 və 218.1.1-ci maddələrinin tələblərinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəməli, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmalı, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etməli, vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğu halda həmin tələbləri yerinə yetirməyərək bu qaydaları pozmaqla 10 iyun 2021-ci il tarixdən 27 iyul 2021-ci il tarixədək olan dövr ərzində Bakı şəhərində faktiki olaraq həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində vergitutma obyekti olan vergilərin hesablanaraq dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq, həmin əməliyyatlar nəticəsində yaranan dövriyyədən müvafiq tədiyyələr üzrə vergiləri hesablayıb dövlət büdcəsinə ödəməli olmasına baxmayaraq, elektron alış aktları əsasında 16 fiziki şəxs, o cümlədən X19 adına xx.xx.2021-ci il tarixli 280599 nömrəli elektron alış aktı ilə 89.424,50 manat dəyərində 195,250 ton çəkidə, xx.xx.2021-ci il tarixli 281555 nömrəli elektron alış aktı ilə 64.542,25 manat dəyərində 149,750 ton çəkidə, X6 adına xx.xx.2021-ci il tarixli 282868 nömrəli elektron alış aktı ilə 39.872,20 manat dəyərində 85,197 ton çəkidə, xx.xx.2021-ci il tarixli 282873 nömrəli elektron alış aktı ilə 21.426,91 manat dəyərində 45,784 ton çəkidə, xx.xx.2021-ci il tarixli 282922 nömrəli elektron alış aktı ilə 17.151,26 manat dəyərində 36,648 ton çəkidə, xx.xx.2021-ci il tarixli 283724 nömrəli elektron alış aktı ilə 30.948,84 manat dəyərində 66,130 ton çəkidə, xx.xx.2021-ci il tarixli 283972 nömrəli elektron alış aktı ilə 15.860,99 manat dəyərində 33,891 ton çəkidə, xx.xx.2021-ci il tarixli 284220 nömrəli elektron alış aktı ilə 21.997,40 manat dəyərində 47,003 ton çəkidə, xx.xx.2021-ci il tarixli 284354 nömrəli elektron alış aktı ilə 15.163,67 manat dəyərində 32,401 ton çəkidə, xx.xx.2021-ci il tarixli 284632 nömrəli elektron alış aktı ilə 19.349,46 manat dəyərində 41,345 ton çəkidə, xx.xx.2021-ci il tarixli 284818 nömrəli elektron alış aktı ilə 13.418,50 manat dəyərində 28,672 ton çəkidə, X1 adına xx.xx.2021ci il tarixli 289535 nömrəli elektron alış aktı ilə 24.910,00 manat dəyərində 53,000 ton çəkidə, xx.xx.2021-ci il tarixli 289620 nömrəli elektron alış aktı ilə 22.057,34 manat dəyərində 47,232 ton çəkidə, xx.xx.2021-ci il tarixli 289956 nömrəli elektron alış aktı ilə 26.431,39 manat dəyərində 56,237 ton çəkidə, xx.xx.2021-ci il tarixli 290084 nömrəli elektron alış aktı ilə 10.290,18 manat dəyərində 21,894 ton çəkidə, xx.xx.2021-ci il tarixli 290302 nömrəli elektron alış aktı ilə 38.226,98 manat dəyərində 81.334 ton çəkidə, xx.xx.2021-ci il tarixli 290872 nömrəli elektron alış aktı ilə 37.745,23 manat dəyərində 80,309 ton çəkidə, xx.xx.2021-ci il tarixli 290931 nömrəli elektron alış aktı ilə 34.742,93 manat dəyərində 74,396 ton çəkidə, X3 adına xx.xx.2021-ci il tarixli 290965 nömrəli elektron alış aktı ilə 14.177,55 manat dəyərində 30,165 ton çəkidə, xx.xx.2021-ci il tarixli 290972 nömrəli elektron alış aktı ilə 1.454,36 manat dəyərində 3,591 ton çəkidə, xx.xx.2021-ci il tarixli 290973 nömrəli elektron alış aktı ilə 5.197,69 manat dəyərində 11,602 ton çəkidə, xx.xx.2021-ci il tarixli 290976 nömrəli elektron alış aktı ilə 14.628,90 manat dəyərində 31,460 ton çəkidə, xx.xx.2021-ci il tarixli 290991 nömrəli elektron alış aktı ilə 7.343,28 manat dəyərində 15,792 ton çəkidə, xx.xx.2021-ci il tarixli 291229 nömrəli elektron alış aktı ilə 15.399,08 manat dəyərində 32,764 ton çəkidə, xx.xx.2021-ci il tarixli 291274 nömrəli elektron alış aktı ilə 98.850,55 manat dəyərində 229,855 ton çəkidə, xx.xx.2021-ci il tarixli 291782 nömrəli elektron alış aktı ilə 41.764,20 manat dəyərində 88,860 ton çəkidə, X5 adına xx.xx.2021-ci il tarixli 291936 nömrəli elektron alış aktı ilə 163.332,13 manat dəyərində 393,571 ton çəkidə, xx.xx.2021-ci il tarixli 292052 nömrəli elektron alış aktı ilə 36.115,74 manat dəyərində 76,842 ton çəkidə, X7 adına xx.xx.2021-ci il tarixli 281996 nömrəli elektron alış aktı ilə 40.261,14 manat dəyərində 85,662 ton çəkidə, xx.xx.2021-ci il tarixli 282028 nömrəli elektron alış aktı ilə 33.926,01 manat dəyərində 72,183 ton çəkidə, xx.xx.2021-ci il tarixli 282694 nömrəli elektron alış aktı ilə 65.787,78 manat dəyərində 139,974 ton çəkidə, xx.xx.2021-ci il tarixli 282705 nömrəli elektron alış aktı ilə 7.072,56 manat dəyərində 15,048 ton çəkidə, xx.xx.2021-ci il tarixli 282794 nömrəli elektron alış aktı ilə 24.354,93 manat dəyərində 51,819 ton çəkidə, xx.xx.2021-ci il tarixli 284636 nömrəli elektron alış aktı ilə 24.642,57 manat dəyərində 52,431 ton çəkidə, X13 adına xx.xx.2021-ci il tarixli 284994 nömrəli elektron alış aktı ilə 6.686,69 manat dəyərində 14,227 ton çəkidə, xx.xx.2021-ci il tarixli 285121 nömrəli elektron alış aktı ilə 22.368,24 manat dəyərində 47,592 ton çəkidə, xx.xx.2021-ci il tarixli 285362 nömrəli elektron alış aktı ilə 64.100,95 manat dəyərində 136,385 ton çəkidə, xx.xx.2021-ci il tarixli 286214 nömrəli elektron alış aktı ilə 18.408,96 manat dəyərində 39,168 ton çəkidə, xx.xx.2021-ci il tarixli 286503 nömrəli elektron alış aktı ilə 52.347,66 manat dəyərində 111,378 ton çəkidə, xx.xx.2021-ci il tarixli 286831 nömrəli elektron alış aktı ilə 23.341,61 manat dəyərində 49,663 ton çəkidə, xx.xx.2021-ci il tarixli 287120 nömrəli elektron alış aktı ilə 6.345,94 manat dəyərində 13,502 ton çəkidə, X8 adına xx.xx.2021-ci il tarixli 287429 nömrəli elektron alış aktı ilə 32.611,89 manat dəyərində 69,387 ton çəkidə, xx.xx.2021-ci il tarixli 287840 nömrəli elektron alış aktı ilə 27.114,77 manat dəyərində 57,691 ton çəkidə, xx.xx.2021-ci il tarixli 287962 nömrəli elektron alış aktı ilə 28.890,43 manat dəyərində 61,469 ton çəkidə, xx.xx.2021-ci il tarixli 288133 nömrəli elektron alış aktı ilə 11.624,98 manat dəyərində 24.734 ton çəkidə, xx.xx.2021-ci il tarixli 288515 nömrəli elektron alış aktı ilə 23.921,12 manat dəyərində 50,896 ton çəkidə, xx.xx.2021-ci il tarixli 288791 nömrəli elektron alış aktı ilə 5.029,47 manat dəyərində 10,701 ton çəkidə, xx.xx.2021-ci il tarixli 289091 nömrəli elektron alış aktı ilə 39.866,34 manat dəyərində 84,822 ton çəkidə, xx.xx.2021-ci il tarixli 289414 nömrəli elektron alış aktı ilə 25.565,70 manat dəyərində 54,980 ton çəkidə, xx.xx.2021-ci il tarixli 289417 nömrəli elektron alış aktı ilə 3.604,86 manat dəyərində 8,583 ton çəkidə, X17 adına xx.xx.2021-ci il tarixli 293246 nömrəli elektron alış aktı ilə 102.085,88 manat dəyərində 217,204 ton çəkidə, xx.xx.2021-ci il tarixli 294476 nömrəli elektron alış aktı ilə 44.012,21 manat dəyərində 93,643 ton çəkidə, xx.xx.2021-ci il tarixli 294585 nömrəli elektron alış aktı ilə 23.825,24 manat dəyərində 50,692 ton çəkidə, xx.xx.2021-ci il tarixli 294673 nömrəli elektron alış aktı ilə 20.925,81 manat dəyərində 44,523 ton çəkidə, X14 adına xx.xx.2021-ci il tarixli 292316 nömrəli elektron alış aktı ilə 100.018,35 manat dəyərində 212,805 ton çəkidə, xx.xx.2021-ci il tarixli 292733 nömrəli elektron alış aktı ilə 60.425,55 manat dəyərində 128,565 ton çəkidə, xx.xx.2021-ci il tarixli 293065 nömrəli elektron alış aktı ilə 33.225,71 manat dəyərində 70,693 ton çəkidə, X18 adına xx.xx.2021-ci il tarixli 293649 nömrəli elektron alış aktı ilə 142.477,68 manat dəyərində 303.144 ton çəkidə, xx.xx.2021-ci il tarixli 293740 nömrəli elektron alış aktı ilə 27.590,88 manat dəyərində 58,704 ton çəkidə, xx.xx.2021-ci il tarixli 294096 nömrəli elektron alış aktı ilə 16.986,74 manat dəyərində 36,142 ton çəkidə, X9 adına xx.xx.2021-ci il tarixli 293683 nömrəli elektron alış aktı ilə 114.675,81 manat dəyərində 264,840 ton çəkidə, xx.xx.2021-ci il tarixli 438639 nömrəli elektron alış aktı ilə 29.068,90 manat dəyərində 67,918 ton çəkidə, xx.xx.2021-ci il tarixli 440955 nömrəli elektron alış aktı ilə 30.342,73 manat dəyərində 64,559 ton çəkidə, xx.xx.2021-ci il tarixli 295340 nömrəli elektron alış aktı ilə 12.670,51 manat dəyərində 29,604 ton çəkidə, X4 adına xx.xx.2021-ci il tarixli 295802 nömrəli elektron alış aktı ilə 32.480,92 manat dəyərində 75,890 ton çəkidə, xx.xx.2021-ci il tarixli 296033 nömrəli elektron alış aktı ilə 15.159,33 manat dəyərində 35,419 ton çəkidə, xx.xx.2021-ci il tarixli 296581 nömrəli elektron alış aktı ilə 9.606,46 manat dəyərində 22,445 ton çəkidə, xx.xx.2021-ci il tarixli 297293 nömrəli elektron alış aktı ilə 32.544,26 manat dəyərində 76,038 ton çəkidə, xx.xx.2021-ci il tarixli 299220 nömrəli elektron alış aktı ilə 52.700,92 manat dəyərində 123,133 ton çəkidə, xx.xx.2021ci il tarixli 299280 nömrəli elektron alış aktı ilə 7.033,23 manat dəyərində 15,805 ton çəkidə, xx.xx.2021-ci il tarixli 300087 nömrəli elektron alış aktı ilə 48.166,26 manat dəyərində 112,538 ton çəkidə, xx.xx.2021-ci il tarixli 300819 nömrəli elektron alış aktı ilə 1.070,23 manat dəyərində 2,405 ton çəkidə, X2 adına xx.xx.2021-cii l tarixli 301121 nömrəli elektron alış aktı ilə 33.644,65 manat dəyərində 78,609 ton çəkidə, xx.xx.2021-ci il tarixli 301123 nömrəli elektron alış aktı ilə 16.184,73 manat dəyərində 41,078 ton çəkidə, xx.xx.2021-ci il tarixli 301982 nömrəli elektron alış aktı ilə 16.299,91 manat dəyərində 36.629 ton çəkidə, xx.xx.2021-ci il tarixli 302055 nömrəli elektron alış aktı ilə 39.887,89 manat dəyərində 93,196 ton çəkidə, xx.xx.2021-ci il tarixli 302083 nömrəli elektron alış aktı ilə 6.902,78 manat dəyərində 16,128 ton çəkidə, xx.xx.2021-ci il tarixli 302851 nömrəli elektron alış aktı ilə 17.420,03 manat dəyərində 40,701 ton çəkidə, xx.xx.2021-ci il tarixli 302883 nömrəli elektron alış aktı ilə 12.363,64 manat dəyərində 28,887 ton çəkidə, xx.xx.2021-ci il tarixli 304835 nömrəli elektron alış aktı ilə 34.974,88 manat dəyərində 81,717 ton çəkidə, X10 adına xx.xx.2021-ci il tarixli 305426 nömrəli elektron alış aktı ilə 199.036,00 manat dəyərində 468,320 ton çəkidə, X15 adına xx.xx.2021-ci il tarixli 305533 nömrəli elektron alış aktı ilə 57.940,72 manat dəyərində 136,331 ton çəkidə, xx.xx.2021-ci il tarixli 305541 nömrəli elektron alış aktı ilə 54.678,59 manat dəyərində 127,964 ton çəkidə, xx.xx.2021-ci il tarixli 307317 nömrəli elektron alış aktı ilə 36.953,09 manat dəyərində 86,339 ton çəkidə və xx.xx.2021-cii l tarixli 308367 nömrəli elektron alış aktı ilə 11.881,71 manat dəyərində 27,761 ton çəkidə olmaqla cəmi 3.025.050,34 manat dəyərində 6.713,67 ton çəkidə qara metal qırıntılarını dövlət büdcəsinə daha az məbləğdə vergi ödəməklə daha çox gəlir əldə etmək məqsədi ilə ardıcıl 12 aylıq dövr üzrə ümumi dövriyyənin 200.000 manatdan az olmasını təmin etməklə əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınmaması üçün qeyd olunan 16 nəfər fiziki şəxslər arasında bölməklə ümumi dövriyyəni gizlədib cinayətdən xəbərsiz olan X12 və X16 vasitəsilə 10 iyun 2021-ci il tarixdən 27 iyul 2021-ci il tarixədək ünvan 1 ünvanında fəaliyyət göstərən “SAR- 2016” məhdud məsuliyyətli cəmiyyətinə satılmasına nail olaraq malların satılması ilə bağlı tərtib edilmiş alış aktlarında adları göstərilən fiziki şəxslərə pul vəsaitinin ödənilməsi ilə bağlı hər hansı rəsmi sənəd tərtib olunmadan metal qırıntılarının dəyəri olan 3.025.050,34 manat pul vəsaiti "xxxx" MMC tərəfindən nağd qaydada ona ödənilməklə qeyd edilən məbləğdə pul vəsaitini əldə edərək göstərdiyi sahibkarlıq fəaliyyəti nəticəsində 2021-ci ilin 2-ci rübü üzrə 30.594,00 manat sadələşdirilmiş vergi, 2021-ci ilin iyul ayı üzrə 228.104,31 manat qeydiyyatsız əlavə dəyər vergisi və 2021-ci il üzrə 42.185,84 manat gəlir vergisi olmaqla, ümumilikdə 300.884,15 manat (üç yüz min səkkiz yüz səksən dörd) manat 15 (on beş) qəpik məbləğində külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Qərarda göstərilmişdir ki, İbtidai istintaq dövründə təqsirləndirilən şəxs İddiaçı tərəfindən vurulmuş ziyanın əvəzi kimi 100.000 manat pul vəsaiti Baş Prokurorluğun depozit hesabına köçürülmüşdür. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs İddiaçı tərəfindən vurulmuş ziyanın əvəzi kimi 120.398,14 manat pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Beləliklə də, ittiham aktında və mütəxəssis rəyində qeyd olunan "xxxx" MMC (VÖEN: **********) tərəfindən hazırki iş üzrə ödənilmiş 60.501,01 manat nəzərə alınaraq vergi ödəyicisi İddiaçı (VÖEN:**********) şəxsi hesab vərəqəsindən silinməli, X12 tərəfindən Baş Prokurorluğun depozit hesabına köçürülmüş və hesabda saxlanılmış 20.000 manat, təqsirləndirilən şəxs İddiaçı tərəfindən Baş Prokurorluğun depozit hesabına köçürülmüş və hesabda saxlanılan 100.000 manat, cəmi 120.000 (yüz iyirmi min) manat fiziki şəxs İddiaçı (VÖEN:**********) hesabına köcürülməli və onun vergi borcuna hesablanmalıdır. Beləliklə də İddiaçı vergi borcu təmamilə ödənilmiş hesab olunmaqla iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qərarı tam şəkil icra olunmasına baxmayaraq, hal-hazırda İddiaçı şəxsi hesab vərəqəsində 87751.93 AZN ödənilməli borc göstərilməkdədir. Bu borcun hansı səbəbdən yaranması bizə məlum deyildir. Bununla əlaqədar olaraq tərəfimizdən 07 aprel 2025-cü il tarixdə AR Dövlət Vergi Xidmətinə müraciət edilərək, İddiaçı şəxsi hesab vərəqəsində əsassız olaraq göstərilmiş 87751.93 AZN borcun silinməsinə köməklik göstərilməsini əks halda məhkəməyə müraciət olunacağını göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 17 aprel 2025-ci il tarixli, 3-21-2-3/2-İ- 21xx-xx/2025 nörməli cavab məktubunda sadəcə şəxsi hesab vərəqəsi üzrə faiz hesablanmasının açıqlanması barədə çıxarış göndərilmiş, faiz borcu silinməmişdir. Şəxsin vergi və digər növ məsuliyyətinin fərqləndirilməsi məsələsi həll edilərkən nəzərə alınmalıdır ki, bir hüquq münasibətinin eyni zamanda həm vergi, həm də qeyri-vergi münasibəti kimi tövsif olunması, həmçinin vergi ödəyicisi tərəfindən törətdiyi əmələ görə vergi məsuliyyətinə və digər məsuliyyətə cəlb olunması yolverilməzdir. Buna görə də, vergi orqanının üzə çıxardığı əməl vergi ödəyicisinin VM-in 57, 58 və 60-cı maddələrində müəyyən olunmuş vergi xətaları çərçivəsində törədildikdə bu əməlin vergi qanunvericiliyinin pozulması ilə bağlı olan vergi hüquq pozuntusu kimi tövsif olunması VM-in müddəalarına müvafiq olaraq, CM-in 213-cü maddəsində nəzərdə tutulmuş vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət törədildikdə isə həmin Məcəllənin müddəalarına müvafiq olaraq həll olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 87751,93 manat (o cümlədən maliyyə sanksiyası 100,00 manat və hesablanmış faizlər üzrə 87651,93 manat) borcu mövcuddur. Bununla əlaqədar bildiririk ki, vergi ödəyicisinə vergilər ilə bağlı hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyasının yaranmasından 5 illik müddət keçməmişdir. Vergi ödəyicisi bildirir ki, vergilərin ödənilməsindən yayınmasına dair cinayət işi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-29/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (vurulmuş ziyan istintaq dövründə ödəndiyindən) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 2.1-ci maddəsi tətbiq edilməklə İddiaçı həmin Məcəllənin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Buna uyğun olaraq onun borcunun olması mümkün deyildir və cavabdeh tərəfindən qanunvericiliyinin tələblərinə zidd olaraq hesablanmış 87651,93 manat faiz borcu silinməlidir. İddiaçı Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə istintaq aparılmış və onun sahibkarlıq fəaliyyəti nəticəsində 2021-ci ilin 2-ci rübü üzrə 30.594,00 manat sadələşdirilmiş vergi, 2021-ci ilin iyul ayı üzrə 228.104,31 manat qeydiyyatsız əlavə dəyər vergisi və 2021-ci il üzrə 42.185,84 manat gəlir vergisi olmaqla, ümumilikdə 300.884,15 manat (üç yüz min səkkiz yüz səksən dörd) manat 15 (on beş) qəpik məbləğində külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığı müəyyən edilmişdir. İş üzrə Bakı şəhəri X25 və Uçotun Təşkili Baş İdarəsi mülki iddiaçı kimi tanınmış və baş idarə tərəfindən 300.884,15 manat məbləğində mülki iddia tələbi irəli sürülmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə icraat dövründə İddiaçı tərəfindən ümumilikdə 240.383,14 manat ödəniş edilmiş və Məhkəmənin 1(005)-29/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iş üzrə "xxxx" MMC (VOEN: **********) tərəfindən ödənilmiş 60.501,01 manat nəzərə alınaraq vergi ödəyicisi İddiaçı şəxsi hesab vərəqəsindən silinmişdir. Nəticədə (240.383,14+60.501,01=300884,24) vurulmuş ziyan (mülki iddia məbləği) ödəndiyindən İddiaçı cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Hazırda vergi ödəyicisinin cinayət tərkibi yaradan borcu yoxdur. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən vergi cinayətlərinə görə məhkum olunmuş şəxsdən yalnız cinayət nəticəsində vurulmuş zərər tutulmalı olduğundan, həmin şəxsdən maliyyə sanksiyalarının və faizlərin tutulmasına yol verilmir. Vergi cinayətlərinə dair qəbul olunmuş hökmün mülki iddiaya aid olan hissəsi maliyyə sanksiyalarının və faizlərin tutulması ilə eyni predmeti təşkil etmədiyindən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci maddəsinə uyğun olaraq həmin faizlər və maliyyə sanksiyalarının tutulması həmin Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında həyata keçirilir. Yəni cinayət işi üzrə iddaçı İddiaçı əsas vergi borcları üzrə istintaq aparılmış və mülki iddianın ödənilməsi təmin edilmişdir. İddiaçının vergilər üzrə hazırda mövcud olan 87751,93 manat (o cümlədən maliyyə sanksiyası 100,00 manat və hesablanmış faizlər üzrə 87651,93 manat) borcu qanunvericiliyin tələblərinə uyğun tələb edilməkdədir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf iddia ərizəsinə uyğun izahat edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazı müdafiə edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İşin hallarından göünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti nəticəsində 2021-ci ilin 2-ci rübü üzrə 30.594,00 manat sadələşdirilmiş vergi, 2021-ci ilin iyul ayı üzrə 228.104,31 manat qeydiyyatsız əlavə dəyər vergisi və 2021-ci il üzrə 42.185,84 manat gəlir vergisi olmaqla, ümumilikdə 300.884,15 manat (üç yüz min səkkiz yüz səksən dörd) manat 15 (on beş) qəpik məbləğində həmin Məcəllənin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə istintaq aparılmışdır. Cinayət işi üzrə məhkəmə mühakimə icraatı zamanı tələb edilən mülki iddianın ödənilməsi təmin edilmiş, 20.000 manat Baş Prokurorluğun depozit hesabına köçürülmüş, cəmi 240.383,14 manat edilmiş ödəniş və Məhkəmənin 1(005)-29/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iş üzrə "xxxx" MMC (VOEN: **********) tərəfindən ödənilmiş 60.501,01 manat nəzərə alınaraq vergi ödəyicisi İddiaçı şəxsi hesab vərəqəsindən silinmiş, (240.383,14+60.501,01=300884,24) vurulmuş ziyan ödəndiyindən iddiaçı Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilmiş iş üzrə icraata xitam verilmişdir. Hazırkı halda iddiaçının xx.xx.2025-ci il çap taixinə aid şəxsi hesab vərəqinə əsasən faiz borcu 87.651,93, cəmi ödənilməli borc 87.751,93 (100 manat maliyyə sanksiyası və 87651,93 manat faiz borcu) manat öz əksini tapmışdır. İddiaçı sözügedən borcun şəxsi hesab vərəqəsindən silinməsini hazırkı iddia üzrə mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Hazırkı iş üzrə iddiaçı vergi orqanının 87651.93 manat vergi məbləğinin şəxsi hesab vərəqəsinə yazılması ilə bağlı hərəkətlərini mübahisələndirir. Beləliklə, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. -85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Qərarında göstərilmişdir ki: “Cinayət işi çərçivəsində isə bilavasitə cinayət nəticəsində dəymiş zərər ödənilir. Belə ki, CM-in 213-cü maddəsi ilə şəxsə vergidən yayınmaya görə ittiham irəli sürüldükdə ona bütün zərər (ziyan) deyil, məbləği vergi orqanlarının müvafiq aktları və ya ekspertlərin vergi yoxlamaları nəticəsində verdikləri rəy əsasında müəyyənləşdirilən konkret vergi və yığımları ödəməkdən yayınma kimi tövsif edilməlidir. Belə nəticə CM-in 213-cü maddəsinin dispozisiyasından irəli gəlir. Buna görə təqsirləndirilən şəxsdən ödənilməmiş hər növ vergiyə dair vergi qalığının məbləği və onlara dair yekun məbləğ tutula bilər. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, vergi cinayətlərinə görə məhkum olunmuş şəxsdən yalnız cinayət nəticəsində vurulmuş zərər tutulmalı olduğundan, həmin şəxsdən maliyyə sanksiyalarının və faizlərin tutulmasına yol verilmir. Vergi cinayətlərinə dair qəbul olunmuş hökmün mülki iddiaya aid olan hissəsi maliyyə sanksiyalarının və faizlərin tutulması ilə eyni predmeti təşkil etmədiyindən, VM-in 52-ci maddəsinə uyğun olaraq həmin faizlərin və maliyyə sanksiyalarının tutulması bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya vergi ödəyicisinə qarşı verilmiş iddia üzrə MPM-ə müvafiq olaraq məhkəmə tərəfindən həyata keçirilir. Nəticədə Plennum aşağıdakı nətiəyə gəlmişdir:

1. Vergi cinayətlərinə görə məhkum olunmuş şəxsdən yalnız cinayət nəticəsində vurulmuş zərər tutulmalı olduğundan, həmin şəxsdən maliyyə sanksiyalarının və faizlərin tutulmasına yol verilmir. Vergi cinayətlərinə dair qəbul olunmuş hökmün mülki iddiaya aid olan hissəsi maliyyə sanksiyalarının və faizlərin tutulması ilə eyni predmeti təşkil etmədiyindən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci maddəsinə uyğun olaraq həmin faizlər və maliyyə sanksiyalarının tutulması həmin Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında həyata keçirilir.

3. Hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir.” Hazırkı işin hallarına görə iddiaçı cinayət işi üzrə icraat zamanı əsas vergi borcunu ödəmiş və vergi orqnının iddiaçıya qarşı mülki iddiasının ödənilməsi təmin edilmişdir. Hazırkı şəxsi hesab vərəqədə öz əksini tapmış silinməsi tələb edilən borc maliyyə sanksiyası 100,00 manat və hesablanmış faizlər üzrə 87651,93 manat borc olmaqla Konstsitusiya Məhkəməsinin Qərarındakı mövqeyə də uyğun olaraq vergi cinayətlərinə dair qəbul olunmuş hökmün (qərarın) mülki iddiaya aid olan hissəsini təşkil etmir. Başqa sözlə, əsas borcun ödənilməsi həmin borca görə hesablanmış faiz borcu və maliyyə sanksiyasını silinməsinə əsas vermir. Hazırkı halda mübahisələndirilən maliyyə sansksiyası və faiz borcu üzrə 5 illik tələbetmə müdəti ötürülməmişdir. Odur ki, vergi orqanı tərəfindən 87751,93 manat borcun şəxsi hesab vərəqəsinə daxil edilərək iddiaçıdan tələb edilməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmamaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar