Məhkəmə qərarları › İş №e-2-1(112)-10774/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10774/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10774/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək əmək haqqı ilə birlikdə diqər növ 60% vəsaitdən (X10 xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilən 60 (altmış) faiz vəsaitin) DSMF-na bütün tələb olan (22%+3%=25%) məcburi dövlət sığorta haqqının ödənilməsini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 170 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 21 iyun 2022-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinə və digər aidiyyəti Qanun və qaydalara əsasən, əmək pensiyamın yenidən hesablanması üçün iddiaçıya aid məlumat vərəqində əmək haqqı qrafasında 60% aldığı məbləği göstərilməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ƏƏSMN-də (dövlət qulluqçusu) və uzun müddət DGK-da xidmət etmiş, xx.xx.2021-ci il tarixdə sonuncu orqandan təxris olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci, 9.5.1-ci, 20.1.11-ci və 20.14-cü maddələrinin tələbləri nəzərə alınmaqla, gömrük orqanlarında xidmətinə xitam verilərkən “Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan Məlumat vərəqi” tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən xx.xx.2021-ci il tarixində təxris olunmağılə əlaqədar Mərkəzi Filiala təqdim olunmuş ona dair 37/2022 nömrəli məlumat vərəqəsində xidmət müddəti 20 il 6 ay (bir neçə DGK-yə müraciətlərdən sonra, “Dövlət gulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajinın dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” nin təsdiq edilməsi barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024 il tarixli 91 saylı Qərarına əsasən DGK göndərilmiş 37/2022 nömrəli məlumat vərəqində xidmət müddəti 23 il 11 ay düzəliş edilərək xx.xx.2024-cü il tarixində DSMF göndərildi) vəzifə maaşı 510,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə 165,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 32,00 manat olmaqla cəmi təminat xərcliyim 857,00 manat göstərilib. 18 mart 2022-ci il tarixində (4iyun 2021-ci il tarixindən hesablanmaqla) Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan RespublikasıQanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada təminat xərcliyimin (857,00 manat) 51 faizi- 437,07 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin 30 noyabr 2018-ci il № 1362-VQD “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsində dəyişikliyə əsasən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) sözləri əlavə edildi. Belə ki, təqəüdə çıxarkən son bir ayı götürəndə 2021ci ilin may ayına aldığı aylıq vəzifə maaşı, rütbə maaşım, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşına hesablanan digər əlavələr (60%) 2800 azn təşkil etmişdir. İddiaçı hesab edir ki, 2004 ildə işə gəbul olunarkən pensiyalar haqqında qanunun 1.0.5 maddəsinə görə “təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir;” 2019 ildə qüvvəyə minən dəyişikliyə əsasən (büdcədənkənar vasaitlər hesabına hesablanan əlavələr və diqər ödənişlər istisna olmaqla) sozü gedən qanunun 1.0.5 maddəsinə sözlər əlavə edilməklə, mənim təqəüdü əldə etmə hüququn gazanılması vaxtda məndən bu aldığım aylıq məvacib və əlavələrin hesablaması qaydasında hüququ pozulmuş olundu və 2021 ildə yeni qayda mənə tədbiq edildi. Bu da şəxsin hüquqi vəziyyətini pisləşdirən yeni norma onun əvvələr əldə etdiyi hüquqlara təsir edə bilməz prizmasının pozulması və müraciətlərimə baxmayaraq məsələ öz həllini tapmadı. Həmçinin xx.xx.2023 ilə qədər qüvvədə olan əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.5 maddəsindəki sözlər (sonrakı artımlar da nəzərə alınmaqla) iddiaçının pensiyasının yenidən hesablanmasına dair müraciətlərə baxmayaraq tədbiq edilməmişdir. Azərbaycan respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020 il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair qərarın 2 bəndində bildirilir ki: “2. “Əmək pensiyaları haqqında” Azərbaycan RespublikasıQanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə 21 aprel 2022-ci il Qərarının 1.3-cü bəndinə əsasən, vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.” Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi, imperativ xarakterli konstitusion hüquq normasının mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə “vəsaitin 60 faizi dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin tam həcmdə Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli olan əməkdaşların və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi” nə dair fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktı geriyə şamil etməyərək vəsaitin 60 faizini təminat xərcliyinə əlavə etməyərək məlumat vərəqəsi düzgün doldurmamışdır. Cavabdeh inzibati orqanın xx.xx.2024 il tarixli 3-33/1-S-001638/1-1/2024 saylı müraciyətimə, imtina məktubunda qeyd edilən “Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir.” Yuxarıda sadalanan normalarda normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər ümumiyyətlə aşkar edilməmişdir. Sözügedən Qaydalarda müvafiq dəyişiklik edilmiş, iddiaçıya münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndində qeyd edilən fiziki şəxslərə münasibətdə hüquqi vəziyyəti yaxşılaşdırılan hal geriyə şamil edilməmiş, bununla da cavabdeh inzibati orqan qanunsuz və əsassız mövqe formalaşdıraraq vəsaitin 60 faizini təminat xərcliyinə əlavə etməmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 768-İQ №-li Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Həmin Əsasnamənin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixli 1000/786Ş nömrəli Komitə sədrinin əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanununun 1.0.5-ci maddəsinə dəyişklik edilmiş, qeyd olunan maddədə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. Bu Qanun xx.xx.2019-cu il tarixdə qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır Qeyd olunan Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2-ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 170 nömrəli Qərarının 2-ci bəndindən müəyyən olunur ki, qeyd olunan qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minmişdi. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1 -ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Göründüyü kimi məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmış Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. Azərbaycan Respublikasının İPM-nin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İPM-nin 64.1 -ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Azərbaycan Respublikasının İPM-nin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Bu baxımdan, İPM-in 34.1-ci maddəsinin tələbi qaydasında iddiaçının hazırkı iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən olunmur. Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının pensiya hüququnun pozulmasından söhbət gedə bilməz. İddiaçının iddia tələbinin təmin edilməsi üçün heç bir hüquqi əsası yoxdur və iddia əsassızdır. Buna görə də iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd edilmişdir ki, ‘Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci, 9 5 1-ci, 20.1.11 və 20/14-cü maddələrinin tələbləri nəzərə alınmaqla onun gömrük orqanlarında xidmətinizə xitam verilərkən “Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan Məlumat vərəqi” tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tanxlı 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 6-cı hissəsinə əsasən əmək pensiyaçısının təminat xərcllyınə daxil olan vəzifə və rütbə maaşında, vəzifə maaşından hesablanan əlavələrdə, həmçinin ərzaq payı əvəzinə venlən pul kompensasiyasında artmlar (büdcədənkənar vəsaitlər hesabına müəyyən edilən artımlar istisna olmaqla) baş verdikdə onun əmək pensiyası Fond tərəfindən yenidən hesablanır. Əlavə olaraq bildirilir ki, “Azərbaycan Respublikas: Nazirlər Kabinetinin 2017-o il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 170 nömrəli Qərarı 1 iyul 2022-cı il tanxdən qüvvəyə minir və həmin müddətdən sonra yaranan münasibətlərə şamil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsnə əsasən fiziki və hüquqi şəxslərin hqquqı vəziyyətini yaxşılaşdıran hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarını şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəmasınm 28 yanvar 2014-cü il tarixİi Qərarına asasan hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquq vəziyyətini yaxşılaşdıran hallar” dedikdə hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Sözügedən qərara əsasən “Hərbi quluqçuların dövlət icbari şəxs sığortası haqqında" Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericilikdə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kim qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuq “hüquq vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, təyin olunmuş pensiyanın yənidən hesablanması üçün “Əmək pensiyası təminatı üçün hərbi (xüsusı) rütbəli şəxs haqqında təqdim olunan Məlumat vərəqi”nin yenidən tərtib olunaraq Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi məqsədəmüvafiq hesab edilmir.

5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən xx.xx.2021-ci il tarixində tərxis olunmağı ilə əlaqədar Mərkəzi Filiala təqdim olunmuş 37/2022 nömrəli məlumat vərəqində xidmət müddəti 20 il 6 ay, vəzifə maaşı 510,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə 165,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 32,00 manat olmaqla cəmi təminat xərcliyi 857,00 manat göstərilib. 18 mart 2022-ci il tarixində (4 iyun 2021-ci il tarixindən hesablanmaqla) Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada təminat xərcliyinin (857,00 manat) 51 faizi – 437,07 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 26.4-cü maddəsinə əsasən əmək pensiyasının tərkibində əlavə olaraq 43,71 manat maddi yardım ödənilir. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərdıyi bərədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanması məqsədilə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı baş verən artımlar barədə məlumatlar da həmin orqan tərəfindən Fonda göndərilməlidir. Qeyd olunanlara əsasən əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmasnın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçildiyi orqandan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olduqdan sonra baxıla bilər.

6. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tanxli 665 nömrəli Fərmanı ilə təsdiq ediimiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlat qulluğunda quluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsəsən dövlət qulluqçusunun qulluq stajı müəyyəniəşdinlərken onun "Dövlət qulluğu haqqında" Azərbaycan Respubikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet vo parliya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və 1991-ci il oktyabrın 18-dən İnzibatı və yardımçı vəzifələnn Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlannda dövlel qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vazifəfərinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fermanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya teyin edilməsi uçun dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvaobirHn hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabnn 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələnn Təsnifat Toplusunda gösterilən dövlot qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2ci bəndlərinə əsasən aparılmışdır. 2000-2002-ci illərdə Azerbaycan Respublikasının Əmək va Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Siyasəti İdarəsində baş hüquqşünas. 2002-2004-cü illərdə Baş Məşğulluq İdarəsinda baş iqtisadçı, bölmə müdiri, baş məsləhətçi vəzifələrində iş müddətilə bağlı bildirilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 27 dekabr 2004-cü il tarixli 25-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdarıasl Nazirliyinin Baş Məşğulluq İdarəsinin Əsasnaməsi”nin 1.1-ci bəndinə əsasan Bəş Məşğulluq İdarəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində struktur bölməsi olmuş, “Məşğulluq haqqında" Azərbaycan Rospubllkası Qanununa müvafiq olaraq, dövlət məşğulluq siyasətini, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsini həyata keçirən səlahiyyətli dövləl orqanı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1999-cu İİ 11 yanvar tarixil, 72 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əmək ve Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə’nin 5.1-cl bəndinə əsasən Nazirliyin mərkəzi aparat«, baş idarələri, idarələri ve labeliymdə olan digər qurumlar Azorbaycan Respublikası Əmək vo Əhaiınin Sosial Müdafiəsi Nazirliyinin vahid sistemini təşkil etmişdir. Yuxarıda qeyd edilən Siyahının 2.11-ci bəndində Azərbaycan Respublikası merkəzı icra hakimiyyəti orqanian yanında olan orqanın aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır Qeyd edilənlərə əsasən şəxsin 2000-2002-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Siyasəti İdarəsində baş hüquqşünas, 2002-2004-cü illərdə Baş MeşğuHuq İdarəsində baş iqtisadçı, bölmə müdıri, baş məsləhətçi vəzifələrində İş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır.

7. Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan 37/2022 nömrəli Məlumat Vərəqəsinə əsasən: Məlumat vərəqəsini təqdim edən orqan – Dövlət Gömrük Komitəsi Soyadı, adı, atasının adı – İddiaçı Ali təhsili – 02 il 06 ay Təqvim üzrə xidmət illəri – 18 il Cəmi: iş stajı və xidmət illəri – 20 il 06 ay Ehtiyata və ya istefaya buraxıldığı tarix – xx.xx.2021 Vəzifə maaşı – 510,00 manat Rütbə maaşı – 150.00 manat Xidmət illərinə görə əlavə – 165,00 manat Ərzaq payı – 32,00 manat Cəmi – 857.00 manat

8. Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********5 nömrəli Qərarına əsasən İddiaçı pensiya hüququ xx.xx.2021-ci il tarixdə yaranmışdır və yaşa görə pensiya məbləği 437,07 manat təşkil edir.

9. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli Qərar əsasən 613,22 manat pensiya məbləği yenidən hesablanaraq 695,34 manat müəyyən olunmuşdur. Vəzifə maaşı – 510,00 manat Rütbə maaşı – 150.00 manat Xidmət illərinə görə əlavə (25%) – 165,00 manat Ərzaq payı – 32,00 manat

10. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanan “əmək pensiyasının yenidən hesablanması haqqında” məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş sizə dar məlumat vərəqinə əsasən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaskiyasına uyğun daraq. Mərkəzi Filial tərəfindən sizə 4 iyun 2021 -ci il tarixindən hərbi qulluqçu (xüsusi rütbəi şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş yeni məlumat vərəqinə əsasən əmək pensiyasının təminat xərcliyinə (857,00 manat) uyğun qaydada yenidən hesablanaraq 695.34 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və müvafiq indeksləşd rmələr nəzərə alınmaqla) müəyyən edilib, eyni zamanda keçmiş üç il müddət üçün yenidən hesablanıb. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həm n Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 2537,82 manat fərq məbləği cari aydan etibarən hissə-hissə (hər ay 133,71 manat) pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilir ki, əmək pensiyasının yenidən hesablanması ilə bağlı 22 iyul 2024-cü il tarixli 3-17-1/2-S-151480/2024 nömrəli məktubla məlumat verilmişdir.

11. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “məlumat vərəqinin göndərilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir.

12. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

13. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

14. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

III. Məhkəmənin mövqeyi

Konstitusiya Məhkəməsinin qərarlarından

15. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

16. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

17. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

18. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir.

19. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır.

20. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarı).

23. Hüquq normasının müəyyənliyi, aydınlığı, ikimənalı olmamasının ümumi hüquqi şərtləri kimi hamının qanun və məhkəmə qarşısında bərabərliyinə dair Konstitusiya prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsi). Belə bərabərlik hüquqtətbiqedicilər tərəfindən yalnız normanın eyni cür şərhi və anlaşılması şərtilə təmin edilə bilər. Hüquq normasının məzmununun qeyri-müəyyənliyi isə əksinə, hüquqtətbiqi prosesində onun qeyri-məhdud anlaşılmasına imkan yaradır və qaçılmaz olaraq özbaşnalığa, hamının qanun və məhkəmə qarşısında bərabərliyi, eləcə də qanunun aliliyi prinsiplərinin pozulmasına gətirib çıxarır.

24. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı)

25. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır.

26. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar).

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən bir sıra qərarlarda ifadə edilən hüquqi mövqe ondan ibarət olmuşdur ki: ...Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2 və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sosial sığorta haqqında” Qanun) 8-ci maddəsi)... (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli Qərarı) ...Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir... (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarı)

28. “Hüquqi vəziyyət (status)” kateqoriyası hər hansı subyektin hüquq və vəzifələrinin məcmusunu xarakterizə edir. Bu anlayış qanun nöqteyi-nəzərindən subyektin cəmiyyətdə tutduğu mövqeyi və malik olduğu imkanları səciyyələndirir. “Hüquqi vəziyyət (status)” hüququn ayrı-ayrı subyektləri (həmin subyektlər sırasına dövlət də aiddir) arasında qarşılıqlı əlaqələrin qurulmasının hüquqi prinsiplərinin əsasını təşkil edir. Beləliklə, hüquqi vəziyyətin strukturunu bir-biri ilə dialektik əlaqədə olan şəxsiyyətin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür (“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 yanvar 2014-cü il tarixli Qərarı) . Avropa Məhkəməsinin qərarlarından

29. İstənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X13rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X8 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34).

30. ...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

31. Avropa Məhkəməsi öz qərarlarında ərizəçinin yaşa görə pensiya hesablanması hüququnun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əhatə olunduğunu müəyyən etmişdir (Andreyeva Latviyaya qarşı [Böyük Palata] (Andrejeva v. Latvia [GC]), ərizə № 55707/00 xx.xx.2009-cu il tarixli qərar; X7rşı [Böyük Palata] (Béláné Nagy v. Hungary [GC]) 53080/13 xx.xx.2016-cı il il tarixli qərar; Fábián Macarıstana qarşı [Böyük Palata] (Fábián v. Hungary [GC]) № 78117/13 xx.xx.2017-ci il)

IV. Qeyd edilənlərin hazırki işə tətbiqi

32. X11 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

33. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

34. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

35. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

36. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X4 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

37. İddia ərizəsinin məzmunundan görünür ki, hazırki iş üzrə mübahisə büdcədənkənar vəsait hesabına ödənilən əlavələrin (60% əlavələrin) iddiaçının əmək pensiyasının yenidən hesablanması məqsədilə təminat xərcliyinə daxil edilməsi ilə bağlıdır.

38. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Dövlət Gömrük Komitəsi tərəfindən Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan 37/2022 nömrəli Məlumat Vərəqəsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuş (öz təşəbbüsü ilə) və Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********5 nömrəli Qərara əsasən xx.xx.2021-ci il tarixdən iddiaçının pensiya hüququ yaranmışdır.

39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5.-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir (30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilən tarixədək); 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla (22 dekabr 2023-cü il tarixli 1074- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilən tarixədək)

40. 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu: - “Əmək pensiyaları haqqında” Qanununun 1.0.5-ci maddəsində “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasına yeni məzmunda 20.30-cu maddə əlavə edilmişdir: 20.30. Bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.

41. Beləliklə, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə büdcədənkənar vəsait hesabına hesablanan əlavələrin və digər ödənişlərin təminat xərcliyinə daxil edilməsi istisna edilmişdir (30 noyabr 2018-ci il tarixli 1362- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir).

42. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydaları”: 1.3. Vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir (əvvəlki redaksiyaya əsasən)

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 170 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydaları”nda müvafiq dəyişiklik edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın 1.3-cü bəndi yeni redaksiyada verilmişdir: “1.3. Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir”.

44. Qeyd edilən dəyişikliklə qanunvericilikdə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və mülki işçilərin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edildiyi nəzərdə tutulmuşdur. Beləliklə, bu dəyişikliklə Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına verilən əlavə təminat xərcliyinə daxil edilmişdir. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 170 nömrəli Qərarı xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir).

45. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 170 nömrəli Qərarı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən həmin müddətdən sonra yaranan münasibətlərə şamil edilir və geriyə tətbiq edilmir.

46. Belə ki, məhz həmin tarixdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və mülki işçilərin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edildiyi nəzərdə tutulmuşdur. Odur ki, həmin tarixədək ödənilən əmək haqqına əlavənin mənbəyi “büdcədənkənar” hesab edilmiş, qeyd edilən tarixdən sonra isə müvafiq ödənişlər dövlət büdcəsinə köçürüldüyündən “dövlət büdcəsi” vəsaiti hesabına aparılan ödəmələr hesab edilir.

47. Beləliklə, qeyd edilən normaların təhlilinə əsasən məhkəmə müəyyən edir ki, qanunvericiliyə uyğun olaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiya hüququ yaranmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilmir və əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən nəzərə alınmır. Belə ki, qeyd edildiyi kimi həmin əlavələr qeyd edilən tarixədək büdcədənkənar vəsaitlər, müvafiq dəyişiklikdən sonra isə (ödənişin statusu dəyişərək) dövlət büdcəsi vəsaiti hesabına verilən ödəniş hesab edilmişdir.

48. Odur ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyinə uyğun olaraq müvafiq dəyişiklik qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, əmək haqqının tərkib hissəsi olan əlavənin statusunun dəyişdirilməsi (maddi vəziyyətinin yaxşılaşması) dövlət qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz.

49. Məhkəmə nəzərə alır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə xidmətdən tərxis olunduğu və xx.xx.2021-ci il tarixdən iddiaçının pensiya hüququ yarandığı üçün aylıq vəzifə maaşlarına verilən əlavələrin təminat xərcliyinə daxil edilməməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmur və iddiaçının aylıq vəzifə maaşlarına verilən əlavələrin təminat xərcliyinə əlavə edilərək yeni məlumat vərəqinin tərtib olunması ilə bağlı “qanuni gözlənti”si yoxdur.

50. Odur ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi həmin dövrü nəzərə alaraq İddiaçı əmək pensiyasının yenidən hesablanmasından və “Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan Məlumat Vərəqi”nin tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsindən imtina etməkdə haqlıdır.

51. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

52. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

53. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar