Məhkəmə qərarları › İş №e-2-1(112)-10788/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-10788/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10788/2024 12.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Daxı̇ li İşlər Nazı̇ rlı̇ yi Baş Mühafı̇ zə İdarəsı̇ nin Yasamal Rayon Mühafı̇ zə İdarəsinə qarşı “müqavilədən irəli gələn öhdəliklərin icra oluması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərziəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühavizə İdarəsi Yasamal Rayon Mühafizə İdarəsinin hərəkətinin qanunsuz hesab edilməsi və xx.xx.2023-cü il tarixli 780 saylı müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühavizə İdarəsi Yasamal Rayon Mühavizə İdarəsi iddiaçıya məktub ünvanlayaraq, iddiaçı ilə şikayətçi X.Həsənov arasında olan mübahisənin həlli ilə bağlı məhkəmə orqanlarında yekun qərar qəbul edilənə kimi mənzilin mühafizəsinə dair xx.xx.2023-cü il tarixli 780 nömrəli bağlanmış müqaviləyə xx.xx.2024-cü il tarixədək müvəqqəti xitam verilməsi, məhkəmə orqanlarında yekun qərar qəbul olunduqdan sonra həmin mənzilin mühafizə olunmasına baxılacağı bildirilmişdir. 1 Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4646/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 2 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 165 kv.m olan, 4 otaqdan ibarət 64 nömrəli mənzilin cavabdeh “X6” MMC-dən alınaraq iddiaçıya təhvil verilməsi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 xx.xx.2022-ci il tarixli qərarla icraata başlamış və xx.xx.2024-cü il tarixdə mənzil iddiaçıya təhvil verilmişdir. Daha sonra Yasamal Rayon Mühavizə xidməti ilə müqavilə bağlanarkən Yasamal İcra Şöbəsi tərəfindən tərtib olunmuş təhvil təslim aktı, Mənzilin müqavilə və maliyyə arayışının surəti, məhkəmə qətnaməsi təqdim olunmuş və cavabdeh mənzilin mübahisəli mənzil olması ilə bağlı məlumatı olmasını bildirmişdir. İddiaçı hesab edir ki, xx.xx.2024-cü il tarixli Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cavabdeh və üçüncü şəxslərə qadağa qoyulması barədə qərardad mövcud olduğu halda mühafizə idarəsi tərəfindən hər hansı bir addımın atılması qanunsuz və əsassız hesab edilməlidir. Cavabdehlə xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmış və müqavilənin şərtinə görə cavabdeh bir il müddətinə mənzili mühafizə etməli və iddiaçı tərəfimdən aylıq ödənilməli olan rüsum cavabdehin hesabına ödənilməli idi. İddiaçı tərəfindən müqavilə müddəti başa çatmadan öncə bir illik ödənişlər ödənilmişdir. Belə olan halda cavabdehin hərəkəti qanunsuz hesab edilməlidir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli ərizə və Bak. Appellyasiya Məhkəməsi 20.09 2022-ci il tarixli 2(103)-4646/2022 nömrəli icra vərəqəsinə əsasən Yasamal rayonu İcra Şöbəsinin əməkdaşları ərazi polis orqanlarının və hal-şahidlərinin iştirakı ilə tərtib etdiyi Akt əsasında Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçə 2 ünvanında inşa edilən ümumi sahəsi 165 kv.m olan 64 saylı mənzilin mühafizəsi ilə bağlı Yasamal Rayon Mühafizə İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixçə 780 nömrəli mühafizə müqaviləsi bağlanılmışdır. X1 həmin mənzilin ünvanı ünvan 4 Əmlakın Dövlət Kadastrı və X4 Şəxs 1 saylı Bakı Ərazi İdarəsi göndənlmış sorğuya cavab olaraq, qeyd olunan mənzilin Bakı şəhəri 44 saylı Notariat ofisinin xüsusi notarisu H.B.Suleymanlı tərəfindən təsdiq edilmiş 4Ə-183 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən 22 06.2023-cü il tarixdə X Həsənovun ad qeydiyyatdan keçdiyi və hazırda onun mülkiyyətində olduğu qeyd edilmişdir. Mənzil X.Həsənovun adına qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli ona elektron çıxarış verilmişdir. Eyni mənzil Bakı Apellyasiyn Məhkəməsinin icra vərəqəsinə əsəsən iddiaçıya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin göndərilmiş sorğuya cavab olaraq notariusu tərəfindən təsdiq edilmiş yuxarıda göstərilən tarixdə müvafiq nömrəli reyestrlə vət. X.Həsənova verilməklə qeydiyyatdan keçərək mülkiyyətində hesab edilmişdir. Vət. X.Həsənovun DİN-in Baş Mühafizə İdarəsinə ünvanladığı müraciəti əsasında araşdırma aparılmış, iddiaçı ilə Yasamal RMİ arasında bağlanılmış müqavilənin 4.2-ci bəndinə əsasən, rəsmi qaydada məlumatlandırmaqla 15 gün sonra həmin müqaviləyə xitam verilməsi barədə qərar qəbul olunmuşdur. Göstərilən faktları nəzərə alaraq, iddiaçı ilə şikayətçi X.Həsənov arasında olan mübahisənin həlli ilə bağlı məhkəmə orqanlarında yekun qərar qəbul edilənədək mənzilin mühafizəsinə dair xx.xx.2023-cü il tarixli 780 nömrəli bağlanılmış müqaviləyə 10 07.2024cü il tarixdən müqaviləyə xitam veriləcək, məhkəmə orqanlarında yekun qərar qəbul olunduqdan və mübahisəli məsələ həllini tapdıqdan sonra həmin məzilin mühafizə olunmasına baxıla bilər.

4. İddiaçı və cavabdeh Azərbaycan Respublı̇ kası Daxı̇ li İşlər Nazı̇ rlı̇ yi Baş Mühafı̇ zə İdarəsı̇ nin Yasamal Rayon Mühafı̇ zə İdarəsi arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 780 nömrəli müqavilə iş materialarına əlavə olunmuşdur.

II. İddianın mümkünlüyü

5. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

6. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

10. Məhkəmə qeyd edir, cavabdeh inzibati orqan olsa belə, mülki hüquqi əqdlərin bağlanması ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən irəli gəlmir. Belə ki, cavabdeh Azərbaycan Respublı̇ kası Daxı̇ li İşlər Nazı̇ rlı̇ yi Baş Mühafı̇ zə İdarəsı̇ nin Yasamal Rayon Mühafı̇ zə İdarəsi hazırki iş üzrə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak edir, yəni mübahisə mülki xarakterli olmaqla (mülki hüquqi əqddən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı) olmaqla inzibati orqanın “İnzibati icraat haqqında” Qanundan irəli gələn fəaliyyəti ilə bağlı deyildir.

11. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Hazırda iddiaçı üçün səmərəli hüquq müdafiə vasitəsi həmin iddia tələbi ilə səlahiyyətli ümumi məhkəməyə müraciət etməkdir.

12. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

14. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar