Məhkəmə qərarları › İş №e-2-1(112)-10800/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10800/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10800/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə "xxxx" MMC arasında olan, xx.xx.2023 tarixli EBDN seriyalı 762324 nömrəli, xx.xx.2023 tarixli EDBK seriyalı 272321 nömrəli, xx.xx.2023 tarixli EBDO seriyalı 834 nömrəli, xx.xx.2023 tarixli EDBO seriyalı 113609 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatların qanuni hesab edilməsi öhədliyinin cavabdeh orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, cavabdeh orqan tərəfindən göndərilmiş xx.xx.2024cü il tarixli, **********138600 nömrəli kameral vergi yoxlaması üçün zəruri sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktuba əsasən tərəfindən ƏDV (07.2023) bəyannaməsində əvəzləşmə üçün təqdim edilən EBDK seriyalı 272321 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermədiyi, qeyd edilən elektron-qaimə faktura üzrə 66234.43 ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat nəticəsində 66234.43 manat kənarlaşma yarandığı, ƏDV (09.2023) bəyannaməsində əvəzləşmə üçün təqdim edilən EBDO seriyalı 834810 nömrəli elektron faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermədiyi, qeyd edilən elektron-qaimə faktura üzrə 35280.05 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 35280.05 kənarlaşma yarandığı, ƏDV (09.2023) bəyannaməsində əvəzləşmə üçün təqdim edilən EBDO seriyalı 113609 nömrəli elektron qaimə-faktura üzrə aparılmış əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermədiyi, qeyd edilən elektron-qaimə faktura üzrə 19800.0 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 19800.0 manat kənarlaşma yarandığı, ƏDV (09.2023) bəyannaməsində əvəzləşmə üçün təqdm edilən EBDN seriyalı 762324 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli olunduğundan əvəzləşməyə əsas vermədiyi, qeyd edilən elektron-qaimə faktura üzrə 43920.0 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 43920.0 manat kənarlaşma yarandığı qeyd edilmişdir. Cavabdeh orqan tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, **********69800 nömrəli kameral vergi yoxlaması üçün zəruri sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktuba əsasən təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBEA seriyalı, 964733 nömrəli el qaiməfakturası üzrə "xxxx" MMC-yə 3.12 manat ƏDV ödənilmədiyi üçün bu elektron qaiməfakturası üzrə əvəzləşdirilə aparıla bilməz, ƏDV (09.2023) bəyannaməsində əvəzləşmə üçün təqdim edilən EBDN seriyalı 762324 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermədiyi, qeyd edilən elektron-qaimə faktura üzrə 43920.0 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 43920.0 manat kənarlaşma yarandığı, ƏDV (07.2023) bəyannaməsində əvəzləşmə üçün təqdm edilən EBDK seriyalı 272321 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermir, qeyd edilən elektron-qaimə faktura üzrə 66234.43 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 66234.43 manat kənarlaşma yarandığı, ƏDV (09.2023) bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDO seriyalı 834810 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermədiyi, qeyd edilən elektron faktura üzrə 35280.05 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən məbləğinin 0.0 manat olması nəticəsində 35280.05 manat kənarlaşma yarandığı, ƏDV (09.2023) bəyannaməsində əvəzləşmə üçün təqdim edilən EBDO seriyalı 113609 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermədiyi, qeyd edilən elektron-qaimə faktura üzrə 19800.0 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat nəticəsində 19800.0 manat kənarlaşma yarandığı qeyd edilmişdir. Cavabdeh orqan tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, **********030600 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktuba əsasən ƏDV bəyannaməsinin 308-325-ci sətirlərində, yəni Hesabat dövründə VM 163-cü maddəsinə əsasən dəqiqləşdirilən dövriyyə (artırılan və ya azaldılan dövriyyə) üzrə ƏDV-nin hesablanması hissəsindəki sətirlərin Dövriyyə (ƏDV-siz) sütunlarında sıfır (“0”) dan böyük məbləğ göstərilməyinə baxmayaraq dəqiqləşdirilən dövriyyə barədə izahat məktubunun vergi orqanına təqdim edilmədiyi, təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 477778.87 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabınıza 252000.2 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 1400001.11 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş) 252000.2 manat ƏDV/0.18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) ürzə yaranan xx.xx.2020-ci il tarixə olan debitor borclar sətrinin (307.1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 1400001.11 manat məbləğdən 922222.24 manat az göstərildiyi qeyd edilmişdir. Cavabdeh orqan tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, **********448700 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktuba əsasən "xxxx" MMC (Vöen:**********) tərəfindən təqdim olunmuş EBDY seriyalı, 449614 nömrəli elektron qaimə faktura üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği faktura məbləğindən böyükdür. ƏDV (07.2023) bəyannaməsində əvəzləşmə üçün təqdim edilən EBDK seriyalı 272321 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermədiyi, qeyd edilən elektron-qaimə fakturalar üzrə 66234.43 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğin manat olması nəticəsində 66234.43 manat kənarlaşma yarandığı, ƏDV (09.2023) bəyannaməsində əvəzləşmə üçün təqdim edilən EBDO seriyalı 834810 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermədiyi, qeyd edilən elektron-qaimə faktura üzrə 35280.05 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 35280.05 manat kənarlaşma yarandığı, ƏDV (09.2023) bəyannaməsində əvəzləşmə üçün təqdim edilən EBDO seriyalı 113609 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermədiyi, qeyd edilən elektron-qaimə faktura üzrə 19800.0 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 19800.0 manat kənarlaşma yarandığı, ƏDV (09.2023) bəyannaməsində əvəzləşmə üçün təqdm edilən EBDN seriyalı 762324 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşməyə əsas vermədiyi, qeyd edilən elektron-qaimə faktura üzrə 43920.0 manat ƏDV məbləğinin əvəzləşdirildiyini İ alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 43920.0 manat kənarlaşma yaranmışdır, təqdim edilən bəyannamənin 308-ci “VM 175.1-ci maddəsinə əsasən alınmış elektron-qaimə fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ” sətrində 210370.89 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 210370.89 manat göstərildiyi üçün kənarlaşma yarandığı qeyd edilmişdir. "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə 01-2 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin üzrə ƏDV 99000.05 manat, ümumi dəyəri isə 649000.32 manat təşkil etmişdir. iddiaçı "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2023cü il tarixdə, 05 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə ƏDV 54518.58 manat, ümumi dəyəri isə 357399.58 manat təşkil etmişdir. "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə 06 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə ƏDV 11715.85 manat, ümumi dəyəri isə 76803.88 manat təşkil etmişdir. Qeyd edək ki, iddiaçı ilə "xxxx" MMC arasında aparılan əməliyyatlar qanuni şəkildə həyata keçirilmişdir. Həmçinin cavabdeh vergi orqanına bununla əlaqədar olaraq kameral vergi yoxlanmasının həyata keçirilməsi üçün bütün lazım olan sənədlər təqdim edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli **********631900 nömrəli məktubuna əlavə olunmuş etirazında qeyd etmişdir ki, vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) uçotbaza məlumatlarına əsasən xx.xx.2019-cu il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “rabitə və elektrik xətlərinin çəkilməsi” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) tərəfindən xx.xx.2024-cü il tarixdə 2024-ci ilin aprel ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində elektron uyğunsuzluq müəyyən olunmuşdur. Təqdim edilmiş bəyannamədə “vergi ödəyicisi tərəfindən 2023-cü ilin iyul (EBDK seriyalı 272321 nömrəli), sentyabr (EBDO seriyalı 834810 nömrəli, EBDO seriyalı 113609 nömrəli, EBDN seriyalı 762324 nömrəli), dekabr (EBDW seriyalı 089866 nömrəli) və 2024-cü ilin yanvar ( EBDX seriyalı 839810 nömrəli), fevral (EBDZ seriyalı 668591 nömrəli) və mart (EBEB seriyalı 048439 nömrəli) ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə üçün təqdim olunan elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatların riskli hesab olunduğundan əvəzləşməyə əsas vermir” məzmunlu uyğunsuzluqlar yaranmışdır. Kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixdə **********027300 nömrəli “Elektron kameral üçün uyğunsuzluq məktubu”, göndərilmiş, təsdiq edici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edilmədiyimdən kənarlaşmalar kameral vergi yoxlaması zamanı aradan qaldırılmış və vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********686800 nömrəli “ƏDV Aprel 2024 Elektron kameral hesablama barədə Qərar” göndərilmişdir. İddiaçının qarşılıqlı əməliyyat apardığı riskli vergi ödəyicisi olan "xxxx" MMC barəsində bildirmişdir ki, vergi ödəyicisinin fəaliyyətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli 5əməliyyatların Meyarlan”nın 2.1.2-ci bəndinə uyğun olub-olmamasını müəyyən etmək məqsədi ilə iddiaçının qeydiyyata alınmış təsərrüfat subyektlərində monitorinqlər keçirilmişdir. Belə ki, araşdırma zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) AZ5011, ünvan 1 ünvanında “Anbar” adı ilə xx.xx.2023-cü il tarixdə vergi orqanında **********-29001 kodla qeydiyyata alınmış təsərrüfat subyektində faktiki fəaliyyət göstərmədiyi müəyyən olunmuşdur. Səlahiyyətli nümayəndənin araşdırmada iştirak etməsi məqsədilə Cəmiyyətə məxsus vergi uçot baza məlumatlarındakı mobil nömrəyə (***-***-**-**) dəfələrlə zəng edilsə də əlaqə saxlamaq mümkün olmamışdır. İcarədar "xxxx" ASC-nin (VÖEN: **********) nümayəndəsi X2 iştirakı ilə obyektə baxış keçirilmiş, anbarda mal qalığının olmadığı müəyyən edilmişdir (foto şəkillər məktuba əlavə olunur). Həmçinin, xx.xx.2023-cü il tarixində "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin digər Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi ev Sədərək TM-ə gedən yolun şimal qərbi ünvanında yerləşən **********-11001 kodlu təsərrüfat subyektində vergi ödəyicisi ilə əlaqə yaratmaq mümkün olmadığından, icarədar "xxxx" MMC-nin (VÖEN: **********) nümayəndəsi İlham adlı şəxslə (***-***-**-**) əlaqə saxlanılaraq obyektin yeri və vergi ödəyicisinin fəaliyyəti dəqiqləşdirilərək, yerində müşahidə aparılmışdır. Danışıq zamanı vergi ödəyicisi ilə aktiv icarə müqaviləsinin olduğunu, lakin MMC-nin nümayəndəsinin əlaqə nömrəsini bilmədiyini bildirmişdir. Baza məlumatlarına əsasən, təqdim olunmuş icrarə müqaviləsində T5-3 nömrəli anbarın iddiaçıya icarə verildiyi müəyyən edilmişdir. Müşahidə zamanı, həmin anbarın qapısının qismən bağlı olduğu və qapının boşluqlarından baxış zamanı anbarda malın olmadığı müəyyən edilmişdir. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə fəaliyyəti üzrə keçirilmiş monitorinqlər zamanı təqdimetmə əməliyyatlarının əmtəəsiz olduğu müəyyən edilmişdir. Bununla bağlı olaraq ödəyiciyə xx.xx.2023-cü il tarixli **********309400 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Ödəyicinin bildirişdə qeyd olunan müddət ərzində vergi orqanına hər hansı bir müraciəti olmamış və nəticədə ödəyici riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və ödəyiciyə xx.xx.2024-cü il tarixli **********403600 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” haqqında Qərar göndərilmişdir. Yuxarıda qeyd olunanlardan əlavə olaraq, iddiaçı ilə "xxxx" MMC-nin (VÖEN: **********) arasında olan riskli hesab olunan əməliyyatları məhkəməyə təqdim etməklə, diqqətinizə çatdırmaq istərdik ki, Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən Azərelektrik Tikinti Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) əldə etdiyi riskli elektron qaimə fakturaların əvəzləşdirilməməsinə əsas vermir. Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə xx.xx.2024-cü il tarixli **********686800 nömrəli qərar qəbul edilmişdir. İddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı həmin qərarın ləğvinə nail olmaqdan ibarətdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10800/2024 nömrəli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianın dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC barəsində qəbul edilmiş 24 iyun 2024-cü il tarixli, **********686800 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat vermiş və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası mübahisələndirmə haqqında iddia (İPM-in 2.2.1 və 32.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli qərarı aldıqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş müddəti buraxmadan xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Beləliklə, o, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən tələb edilən 30 gün müddəti ötürməmişdir. Həmçinin iddia ərizəsində iddiaçının istinad etdiyi işin hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı borcun silinməsindən deyil, həmin borcun hesablanması barədə qərarın ləğvinə nail olmaqdan ibarətdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən aşağıdakılar müəyyən edilir. xx.xx.2024-cü il tarixli **********686800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, qərar 2024-cü ilin aprel ayı üçün əlavə dəyər vergisinə münasibətdə qəbul edilmişdir. Qərarda təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqları olaraq - 1.804,98 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama əticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 355.982,68 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 357.067,66 manat göstərilmişdir. Qərar xx.xx.2024-cü il tarixli **********027300 nömrəli uyğunsuzluq məktububu əsasında qəbul edilmişdir. Qərara göstərilmişdir ki, “tərəfinizdən ƏDV bəyannaməsində (12.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDW seriyalı 089866 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 117900.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 117900.0 manat kənarlaşma yaranmışdır. Tərəfinizdən ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş EBEB seriyalı 048439 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 20833.18 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 20833.18 manat kənarlaşma yaranmışdır. Tərəfinizdən ƏDV bəyannaməsində ( 02.2024 ) əvəzləşmə üçün təqdim edilmiş EBDZ seriyalı 668591 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 21600.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 21600.0 manat kənarlaşma yaranmışdır”. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, "xxxx" MMC (VÖEN: **********) ilə aparılmış əməliyyatlara dair EBDW seriyalı 089866 nömrəli elektron qaimənin tarixi xx.xx.2023-cü il, EBDX seriyalı 839810 nömrəli elektron qaimənin tarixli xx.xx.2024-cü il, EBDZ seriyalı 668591 nömrəli elektron qaimənin tarixli xx.xx.2024-cü il, EBEB seriyalı 048439 nömrəli elektron qaimənin tarixli xx.xx.2024-cü il olmuşdur. Hər dörd qaimə xx.xx.2023-cü il tarixli 16 saylı müqavilə üzrə aparılmış əməliyyatlara dair tərtib edilmiş, sözügedən subpodrat müqaviləsinin surəti iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə məlumat xəbərdarlığında qeyd edilmişdir ki, "xxxx" MMC (**********) xx.xx.2024 tarixli **********596100 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, iddiaçının həmin, vergi ödəyicisindən əldə etdiyi (xx.xx.2024 tarixli EBDX seriyalı 839810 nömrəli, xx.xx.2024 tarixli EBDZ seriyalı 668591 nömrəli, xx.xx.2024 tarixli EBEB seriyalı 048439 nömrəli, xx.xx.2023 tarixli EBDW seriyalı 089866 nömrəli) elektron qaimə-faktura (lar) əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Həmçinin iş materiallarına cavabdeh tərəfindən Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2024-cü il tarixli məktub əlavə edilmişdir. Həmin məktubda 9 elektron qaimə-fakturaya istinad edilmiş, EDBX seriyalı 839810 nömrəli qaimə iki dəfə qeyd edilməklə cəmi 8 elektron qaiməfaktura üzrə zəruri sənədlərin tələb edildiyi, mübahisəli qərarın isə onlardan "xxxx" MMC (VÖEN: **********) ilə aparılmış əməliyyatlara dair üç qaimə əsasında qəbul edildiyi müəyyən edilmişdir. Həmin qaimələrdən dördü "xxxx" MMC ilə aparılmış əməliyyatlara, digər dördü isə "xxxx" MMC ilə aparılmış əməliyyatlara dair tərtib olunmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2024 tarixli **********403600 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edil Həmçinin iş materiallarına əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında 09 mart 2023-cü il tarixli 01-2 nömrəli Subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi "xxxx" MMC-nın tapşırığı əsasında icraçı "xxxx" MMC 35 kV-luq 1 dövrəli “Meysəri-Muğanlı/Basqal” (budaqlanması) X3 (EVX) tikintisində dayaqların quraşdırılması və naqilin çəkilməsi işləri obyektində 1 saylı əlavədə göstərilən işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən qarşılıqlı razılaşmaya əsasən yerinə yetiriləcək tikinti-quraşdırma işlərinin dəyəri bu müqaviləyə əlavə olunan, hər iki tərəfdən imzalanan və müqavilənin əsas hissəsi sayılan əlavədə və qiymətlərin razılaşma protokolunda öz əksini tapan müqavilə qiymətidir, ödənişlər ƏDV-siz 550.000,27 AZN manat, ƏDV ilə birlikdə 649 000,32 (Altı yüz qırx doqquz min manat 32 qəpik) AZN manat təşkil edir. 35 kV-luq 1 dövrəli “Meysəri-Muğanlı/Basqal” (budaqlanması) X3 (EVX) tikintisində dayaqların quraşdırılması və naqilin çəkilməsi işləri üzrə qiymətlərin razılaşma protokolundan görünür ki, sifarişçi "xxxx" MMC icraçı "xxxx" MMC-yə cəmi 550000,27 manat, ƏDV (18%) 99000,05 manat, cəmi (ƏDV ilə) 649000,32 manat ödəniş edilməsi barədə razılığa gəlmişdirlər. Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbulu Aktından görünür ki, 35 kV-luq 1 dövrəli “Meysəri-Muğanlı/Basqal” (budaqlanması) X3 (EVX) tikintisində dayaqların quraşdırılması və naqilin çəkilməsi işləri üzrə avqust 2023-cü il tarixində sifarişçi "xxxx" MMC icraçı "xxxx" MMC-yə cəmi 550000,27 manat, ƏDV (18%) 99000,05 manat, cəmi (ƏDV ilə) 649000,32 manat məbləğində ödəniş həyata keçirmişdir. "xxxx" MMC ilə "xxxx" MMC arasında 17 iyul 2023-cü il tarixli 05 nömrəli Subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi "xxxx" MMC-nın tapşırığı əsasında icraçı "xxxx" MMC 330 kV-luq “3-cü İmişli” hava xəttində yenidənqurma işləri obyektində 1 saylı əlavədə göstərilən işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən qarşılıqlı razılaşmaya əsasən yerinə yetiriləcək tikintiquraşdırma işlərinin dəyəri bu müqaviləyə əlavə olunan, hər iki tərəfdən imzalanan və müqavilənin əsas hissəsi sayılan əlavədə və qiymətlərin razılaşma protokolunda öz əksini tapan müqavilə qiymətidir, ödənişlər ƏDV-siz 302 881,00 AZN manat, ƏDV ilə birlikdə 357 399,58 (Üç yüz əlli yeddi min üç yüz doxsan doqquz manat 58 qəpik) AZN manat təşkil edir. 330 kV-luq “3-cü İmişli” hava xəttində yenidənqurma işləri üzrə qiymətlərin razılaşma protokolundan görünür ki, sifarişçi "xxxx" MMC icraçı "xxxx" MMC-yə cəmi 302881,00 manat, ƏDV (18%) 54518,58 manat, cəmi (ƏDV ilə) 357399,58 manat ödəniş edilməsi barədə razılığa gəlmişdirlər. Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbulu Aktından görünür ki, 330 kV-luq “3-cü İmişli” hava xəttində yenidənqurma işləri üzrə sentyabr 2023-cü il tarixində sifarişçi "xxxx" MMC icraçı "xxxx" MMC-yə cəmi 302881,00 manat, ƏDV (18%) 54518,58 manat, cəmi (ƏDV ilə) 357399,58 manat məbləğində ödəniş həyata keçirmişdir. "xxxx" MMC ilə "xxxx" MMC arasında 18 iyul 2023-cü il tarixli 06 nömrəli Subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi "xxxx" MMC-nın tapşırığı əsasında icraçı "xxxx" MMC 110 kV-luq 2-ci - 5-ci Salyan, 1-ci Salyan və 3-cü X5 Xəttində (EVX) yenidənqurma işləri obyektində 1 saylı əlavədə göstərilən işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən qarşılıqlı razılaşmaya əsasən yerinə yetiriləcək tikinti-quraşdırma işlərinin dəyəri bu müqaviləyə əlavə olunan, hər iki tərəfdən imzalanan və müqavilənin əsas hissəsi sayılan əlavədə və qiymətlərin razılaşma protokolunda öz əksini tapan müqavilə qiymətidir, ödənişlər ƏDV-siz 65 088,03 AZN manat, ƏDV ilə birlikdə 76 803,88 (Yetmiş altı min səkkiz yüz üç manat 88 qəpik) AZN manat təşkil edir. 110 kV-luq 2-ci - 5-ci Salyan, 1-ci Salyan və 3-cü Salyan EVX-də bərpa işləri üzrə qiymətlərin razılaşma protokolundan görünür ki, sifarişçi "xxxx" MMC icraçı "xxxx" MMC-yə cəmi 65 088,03 manat, ƏDV (18%) 11 715,85 manat, cəmi (ƏDV ilə) 76 803,88 manat ödəniş edilməsi barədə razılığa gəlmişdirlər. Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbulu Aktından görünür ki, 110 kV-luq 2-ci - 5-ci Salyan, 1-ci Salyan və 3-cü Salyan EVX-də bərpa işləri üzrə iyul 2023-cü il tarixində sifarişçi "xxxx" MMC icraçı "xxxx" MMC-yə cəmi 65 088,03 manat, ƏDV (18%) 11 715,85 manat, cəmi (ƏDV ilə) 357399,576 803,88 manat məbləğində ödəniş həyata keçirmişdir. İş materiallarında olan “Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumat”dan görünür ki:

1. "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli, EBDO 834810 nömrəli e-Qaimə faktura ilə ********** kodlu 1 ədəd sair elektrik avadanlığın satışını həyata keçirmişdir, təqdim edilmiş malın dəyəri 196000.27 manat, ƏDV məbləği 35268.05 manat, yekun 231280.32 manat.

2. "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli, EBDK 272321 nömrəli e-Qaimə faktura ilə ********** kodlu 1 ədəd sair elektrik avadanlığın satışını həyata keçirmişdir, təqdim edilmiş malın dəyəri 367969.03 manat, ƏDV məbləği 66234.43 manat, yekun 434203.46 manat.

3. "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli, EBDO 113609 nömrəli e-Qaimə faktura ilə ********** kodlu 1 ədəd sair elektrik avadanlığın satışını həyata keçirmişdir, təqdim edilmiş malın dəyəri 110000 manat, ƏDV məbləği 19800 manat, yekun 129800 manat.

4. "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli, EBDN 762324 nömrəli e-Qaimə faktura ilə ********** kodlu 1 ədəd sair elektrik avadanlığın satışını həyata keçirmişdir, təqdim edilmiş malın dəyəri 244000 manat, ƏDV məbləği 43920 manat, yekun 287920 manat.

5. "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli, EBDX 839810 nömrəli e-Qaimə faktura ilə ********** kodlu 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə xidmət həyata keçirmiş, görülmüş işlərin (göstərilmiş xidmətlərin) dəyəri 175000 manat, ƏDV məbləği 31500 manat, yekun 206500 manat.

6. "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli, EBDZ 668591 nömrəli e-Qaimə faktura ilə ********** kodlu 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə xidmət həyata keçirmiş, görülmüş işlərin (göstərilmiş xidmətlərin) dəyəri 120000 manat, ƏDV məbləği 21600 manat, yekun 141600 manat.

7. "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli, EBDW 89866 nömrəli e-Qaimə faktura ilə ********** kodlu 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə xidmət həyata keçirmiş, görülmüş işlərin (göstərilmiş xidmətlərin) dəyəri 655000 manat, ƏDV məbləği 117900 manat, yekun 772900 manat.

8. "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli, EBEB 48439 nömrəli e-Qaimə faktura ilə ********** kodlu 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə xidmət həyata keçirmiş, görülmüş işlərin (göstərilmiş xidmətlərin) dəyəri 115739.89 manat, ƏDV məbləği 20833.18 manat, yekun 136573.07 manat. "xxxx" MMC ilə "xxxx" MMC arasında 16 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli EBDW seriyalı 089866 nömrəli elektron qaimə-faktura üzrə əməliyyat aparılmış, malın ƏDV-siz ümumi dəyəri 655000 manat, malın ƏDV məbləği 117900 manat, ƏDV-yə cəlb edilən məbləğ 655000 manatdır. "xxxx" MMC ilə "xxxx" MMC arasında 16 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə xx.xx.2024-cü il tarixli EBDX seriyalı 839810 nömrəli elektron qaimə-faktura üzrə əməliyyat aparılmış, malın ƏDV-siz ümumi dəyəri 175000 manat, malın ƏDV məbləği 31500 manat, ƏDV-yə cəlb edilən məbləğ 175000 manatdır. "xxxx" MMC ilə "xxxx" MMC arasında 16 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixli EBDZ seriyalı 668591 nömrəli elektron qaimə-faktura üzrə əməliyyat aparılmış, malın ƏDV-siz ümumi dəyəri 120000 manat, malın ƏDV məbləği 21600 manat, ƏDV-yə cəlb edilən məbləğ 120000 manatdır. "xxxx" MMC ilə "xxxx" MMC arasında 16 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixli EBDB seriyalı 048439 nömrəli elektron qaimə-faktura üzrə əməliyyat aparılmış, malın ƏDV-siz ümumi dəyəri 115739.89 manat, malın ƏDV məbləği 20833.18 manat, ƏDV-yə cəlb edilən məbləğ 115739.89 manatdır. "xxxx" MMC ilə "xxxx" MMC arasında 07 dekabr 2023-cü il tarixli 16 nömrəli Subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi "xxxx" MMC-nın texniki tapşırığı əsasında icraçı "xxxx" MMC 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi obyekti üzrə 1 saylı əlavədə göstərilən dəyişiklikləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən qarşılıqlı razılaşmaya əsasən yerinə yetiriləcək tikinti-quraşdırma işlərinin dəyəri bu müqaviləyə əlavə olunan, hər iki tərəfdən imzalanan və müqavilənin əsas hissəsi sayılan əlavədə və qiymətlərin razılaşma protokolunda öz əksini tapan müqavilə qiymətidir, ödənişlər ƏDV-siz 1065739,89 AZN (bir milyon altmış beş min yeddi yüz otuz doqquz manat 89 qəpik) manat, ƏDV ilə birlikdə 1257573,07 ( bir milyon iki yüz əlli yeddi min beş yüz yetmiş üç manat 07 qəpik) AZN manat təşkil edir. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 500 kV-luq “AzİES - Samux” HXnın tikintisi işləri üzrə qiymətlərin razılaşma protokolundan görünür ki, sifarişçi "xxxx" MMC icraçı "xxxx" MMC-yə cəmi 1065739,89 manat, ƏDV (18%) 191833,18 manat, cəmi (ƏDV ilə) 1257573,07 manat ödəniş edilməsi barədə razılığa gəlmişdirlər. Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbulu Aktlarından görünür ki: 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə sifarişçi "xxxx" MMC ilə "xxxx" MMC-yə cəmi (ƏDV-siz) 655.000,00 manat, ƏDV (18%) 117.900,00 manat, cəmi (ƏDV ilə) 772.900,00 manat məbləğində ödəniş həyata keçirmişdir. Tikintinin əvvəlində yerinə yetirilmiş işlərin smeta qiymətləri ilə dəyəri (ƏDV ilə) 772.900,00 manat. 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə sifarişçi "xxxx" MMC ilə "xxxx" MMC-yə cəmi (ƏDV-siz) 175.000,00 manat, ƏDV (18%) 31.500,00 manat, cəmi (ƏDV ilə) 206.500,00 manat məbləğində ödəniş həyata keçirmişdir. Tikintinin əvvəlində yerinə yetirilmiş işlərin smeta qiymətləri ilə dəyəri (ƏDV ilə) 979.400,00 manat. 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə sifarişçi "xxxx" MMC ilə "xxxx" MMC-yə cəmi (ƏDV-siz) 120.000,00 manat, ƏDV (18%) 21.600,00 manat, cəmi (ƏDV ilə) 141.600,00 manat məbləğində ödəniş həyata keçirmişdir. Tikintinin əvvəlində yerinə yetirilmiş işlərin smeta qiymətləri ilə dəyəri (ƏDV ilə) 1.121.000,00 manat. 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə sifarişçi "xxxx" MMC ilə "xxxx" MMC-yə cəmi (ƏDV-siz) 115.739,89 manat, ƏDV (18%) 20.833,18 manat, cəmi (ƏDV ilə) 136.573,07 manat məbləğində ödəniş həyata keçirmişdir. Tikintinin əvvəlində yerinə yetirilmiş işlərin smeta qiymətləri ilə dəyəri (ƏDV ilə) 1.257.573,00 manat. EBEB seriyalı 048439 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimədən görünür ki, alıcı "xxxx" MMC 16 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə cəmi (ƏDV-siz) 115739,89 manat, ƏDV-yə cəlb edilən məbləğ 115739,89 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 20833,18 manat, yekun məbləğ 136573,07 manat ödəniş etmişdir. EBDZ seriyalı 668591 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimədən görünür ki, alıcı "xxxx" MMC 16 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə cəmi (ƏDV-siz) 120000,00 manat, ƏDV-yə cəlb edilən məbləğ 120000,00 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 21600,00 manat, yekun məbləğ 141600,00 manat ödəniş etmişdir. EBDX seriyalı 839810 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimədən görünür ki, alıcı "xxxx" MMC 16 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə cəmi (ƏDV-siz) 175000,00 manat, ƏDV-yə cəlb edilən məbləğ 175000,00 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 31500,00 manat, yekun məbləğ 206500,00 manat ödəniş etmişdir. EBDW seriyalı 089866 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, alıcı "xxxx" MMC 16 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 500 kV-luq “AzİES - Samux” HX-nın tikintisi işləri üzrə cəmi (ƏDV-siz) 655000,00 manat, ƏDV-yə cəlb edilən məbləğ 655000,00 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 117900,00 manat, yekun məbləğ 772900,00 manat ödəniş etmişdir. Məhkəmə işin faktiki hallarına aşağıda göstərilən qanunvericilik normalarının tərbiqi baxımından hüquqi qiymət verərək iddia tələbinin əsaslı olduğunu hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Məhkəmə qeyd edir ki, vergi orqanının iddiaçının riskli vergi ödəyicisi hesab olunan şəxslə aparılmış əməliyyatlar və riskli hesab edilən e-qaimə fakturaların göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə ƏDV əvəzləşməsinin bərpa edildiyi əsası ilə qəbul etdiyi qərarının qəbul edilməsinə əsas olmuş əməliyyat qismində iddiaçı ilə "xxxx" MMC arasında arasında bağlanmış 16 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair EBDW seriyalı 089866 nömrəli xx.xx.2023-cü il tarixli, EBDZ seriyalı 668591 nömrəli xx.xx.2024-cü il tarixli və EBDB seriyalı 048439 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə-faktura çıxış etmişdir. Halbuki, "xxxx" MMC sözügedən müqavilənin bağlanmasından 5 aydan artıq müddət keçdikdən sonra vergi orqanının xx.xx.2024-cü il tarixli **********596100 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. Göründüyü kimi, iddiaçının vergi ödəyicisi ilə əməliyyatlar apardığı vaxt həmin hüquqi şəxs qanunvericiliyin tələblərinə müvafiq olaraq riskli vergi ödəyicisi olmamışdır. Digər tərəfdən cavabdeh qərarda öz əksini tapmasa da, etirazında qərarın qəbul edilməsinə əsas qismində "xxxx" MMC ilə aparılmış əməliyyatların da çıxış etdiyini bildirsə də məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının vergi ödəyicisi ilə əməliyyatlar apardığı vaxt həmin hüquqi şəxs də qanunvericiliyin tələblərinə müvafiq olaraq riskli vergi ödəyicisi olmamış, yalnız bir neçə ay sonra, xx.xx.2024 tarixli **********403600 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 83.7-cü maddəsinə görə vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Qanunvericiliyin tələblərinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ilə "xxxx" MMC arasında arasında bağlanmış 16 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair EBDW seriyalı 089866 nömrəli xx.xx.2023-cü il tarixli, EBDZ seriyalı 668591 nömrəli xx.xx.2024-cü il tarixli və EBDB seriyalı 048439 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturalar tərtib edilən zaman "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır. Belə ki, İnternet Vergi İdarəsinin portalındakı məlumatdan da görünür ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixli **********596100 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilmişdir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında aparılmış əməliyyatlar sonuncunun riskli vergi ödəyicisi hesab edilməsinə əsas olmuş əməliyyatlar arasında olmamışdır. Eyni əsaslar "xxxx" MMC ilə aparılmış əməliyyatlara münasibətdə də keçərlidir. Belə ki, iddiaçının vergi ödəyicisi ilə əməliyyatlar apardığı vaxt həmin hüquqi şəxs də qanunvericiliyin tələblərinə müvafiq olaraq riskli vergi ödəyicisi olmamış, yalnız bir neçə ay sonra, xx.xx.2024 tarixli qərara əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. Beləliklə, məhkəmə işin hallarının qanunvericilik normaları ilə qarşılıqlı təhlili nəticəsində bu qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur. Cavabdehin mübahisələndirilən qərarı əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmiş, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamışdır. İPM-in: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır; 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Şərh olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən qəbul edilmiş mübahisəli qanunsuz inzibati akt ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC barəsində qəbul edilmiş 24 iyun 2024-cü il tarixli, **********686800 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı ləğv edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X6.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar