Məhkəmə qərarları › İş №e-2-1(112)-10800/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10800/2025

24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10800/2025 24.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Yasamal rayon qeydiyyat şöbəsinə qarşı, X17 üçüncü şəxs qismində cəlb edilməklə “akt qeydinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə qarşı, X17, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi və Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “akt qeydinin və onun əsasında verilmiş sənədlərin ləğv edilməsi” tələbinə dair iddiası üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı, X17 üçüncü şəxs qismində cəlb edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X10, üçüncü şəxs X11 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Yasamal rayon qeydiyyat şöbəsinə qarşı, X17 üçüncü şəxs qismində cəlb inzibati məhkəmə icraatına edilməklə “akt qeydinin bərpa edilməsi” (mətndə - birinci iş), İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə qarşı X17, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi və Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi üçüncü şəxs qismində cəlb inzibati məhkəmə icraatına edilməklə “akt qeydinin və onun əsasında verilmiş sənədlərin ləğv edilməsi” tələbinə dair iddiası (mətndə - ikinci iş) və İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı X17 üçüncü şəxs qismində cəlb inzibati məhkəmə icraatına edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair iddiası (mətndə - üçüncü iş) üzrə inzibati işə 24 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Birinci iş üzrə İddiaçı cavabdeh Yasamal rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə X11 birgə nikahlarından doğulmuş xx.xx.2024cü il təvəllüdlü uşaq barədə xx.xx.2025-ci il tarixli 138 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi barədə cavabdeh Yasamal rayon qeydiyyat şöbəsinin hərəkətinin qanunsuz hesab edilməsi və həmin akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-10800/2025 nömrəli qəraradadı ilə, birinci iş üzrə X17 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İkinci iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin hərəkətinin qanunsuz hesab edilərək, İddiaçı ilə X11 birgə nikahlarından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü uşaq barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş xx.xx.2025-ci il tarixli 3244 nömrəli Akt qeydinin və onun əsasmda verilmiş sənədlərin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-14375/2025 nömrəli qəraradadı ilə, ikinci iş üzrə X17, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi və Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2025-ci il tarixli, ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilmısini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-14544/2025 nömrəli qəraradadı ilə, üçüncü iş üzrə X17 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-14544/2025 nömrəli qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-14544/2025 saylı inzibati iş məhkəmənin icraatında olan e-2-1(112)-10800/2025 saylı işə birləşdirilmiş, iş e-2-1(112)- 10800/2025 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlər davam etdirilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-14375/2025 nömrəli qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-14375/2025 saylı inzibati iş məhkəmənin icraatında olan e-2-1(112)-10800/2025 saylı işə birləşdirilmiş, iş e-2-1(112)- 10800/2025 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlər davam etdirilmişdir. İddiaçının əsaslandırması: Birinci iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının vətəndaşı İddiaçı 16 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının vətəndaşı X17 ilə rəsmi nikaha daxil olmuşdur. Bu barədə Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən xx.xx.2023-cü il tarixli, AZ-İİ № 604788 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Onlar Türkiyə Respublikasında səfərdə olduğu müddətdə İstanbul şəhərində xx.xx.2024cü il tarixdə uşaqları doğulmuşdur. Həmin vaxt uşağın doğulması barədə aktın qeydə alınması ilə bağlı konsulluq idarəsinə müraciət edilməmişdir. Azərbaycana qayıtdıqdan sonra İddiaçı Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə müraciət etmiş və həmin qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında 22 aprel 2025-ci il tarixdə 138 nömrə ilə qeyd edilməklə, AZ-V № 064093 nömrəli “doğum haqqında şəhadətnamə” verilmişdir. Həmin Şəhadətnamədə “soyadı, adı, atasının adı" qrafasında “X13” qeyd edilmişdir. Qeydiyyat şöbəsinə müraciət edərkən İddiaçı bütün məlumatları (uşağın doğum tarixi və yeri, valideynləri barədə məlumatı və uşağın adını) düzgün olaraq bildirmişdir. X1 adma AA6869834 saylı şəxsiyyət vəsiqəsi verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin akt qeydi ləğv edilmişdir və qeyd edilən faktın dəqiqləşdirilməsi üçün nümayəndəsi X9 vasitəsi ilə Yasamal rayon qeydiyyat şöbəsinə müraciət edilmişdir. Yasamal rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-165/8-15-1116/25 saylı məktubu ilə bildirilmişdir ki: “Məlum olumuşdur ki, uşağın doğumunun ilkin qeydiyyatı xx.xx.2024-cü il tarixli, 1591 saylı aktla İstanbul, Fatih qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. ... xx.xx.2024-cü il təvəllüdlü uşaq barədə iki doğum haqqında akt qeydi olduğu müəyyən edildiyi üçün Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 02.05.25ci il tarixli rəyə əsasən, 22.04.25-ci il tarixli 138 saylı doğum haqqında akt qeydi və xx.xx.2025-ci il tarixli AZ-V064093 saylı doğum haqqında şəhadətnamə ləğv edilmişdir”. Doğum haqqında akt qeydinin ləğvinin əsası kimi cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarına istinad etmişdir. Hesab edir ki, 22.04.25-ci il tarixli 138 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi barədə cavabdeh inzibati orqanın hərəkəti qanunsuz hesab edilməli və həmin akt qeydinin bərpa edilməsinə dair qərar qəbul edilməlidir. İkinci iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, X17 uşağın adı ilə bağlı məhkəmə mübahisələrinin olduğu gizlədilərək, 1 saylı “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsinə müraciət etmiş və xx.xx.2025- ci il tarixdə 3244 nömrəli Akt ilə “Vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsinə nail olmuşdur. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, №3-16-5/8-16-1631/25 saylı cavab məktubu ilə bildirilmişdir ki, “...Türkiyə Respublikasında qeydə alınmış doğum haqqında şəhadətnamə xx.xx.2025-ci il tarixdə 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 3244 nömrəli akt ilə “Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmişdir. Tərəfindən 6 saylı “ASAN Xidmət” mərkəzində qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edilərək, xx.xx.2025-ci il tarixdə 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən “Vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş 3244 nömrəli akt qeydinin ləğv edilməsi; Türkiyə Respublikasında qeydə alınmış doğum haqqında şəhadətnamənin xx.xx.2025-ci il tarixdə 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 3244 nömrəli akt ilə ‘‘Vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsinə əsas olmuş sənədlərin surətinin təqdim edilməsi xahiş edilmişdir. 6 saylı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5//-15- 1582/2025 saylı məktubu ilə bildirilmişdir ki, “... Türkiyə Respublikasında qeydə alınmış doğum haqqında şəhadətnamənin “Vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat sisteminə tərəfimizdən daxil edilmədiyi üçün, daxil edilməsinə əsas olmuş sənədlərin surətinin verilməsi və akt qeydinin ləğv edilməsi mümkün deyildir. Bununla əlaqədar 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etməyiniz məqsədə müvafiqdir” Tərəfindən 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə şikayət ilə müraciət edilərək, xx.xx.2025-ci il tarixli 3244 nömrəli akt qeydinin və onun əsasında verilmiş sənədlərin ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, №3-16-5/8-5677/25 saylı cavab məktubu ilə bildirilmişdir ki, “Sənədlərin yoxlanılması nəticəsində aşkar olunmuşdur ki, Türkiyə Respublikasında doğulmuş X12 Türkiyə Respublikası tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsi xx.xx.2025-ci il tarixdə 3244 saylı aktla “Vətəndaşlıq vəziyyəti aktlar" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmişdir. Ailə məcəlləsinin 163.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. ” Qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixdə anadan olmuş oğlan uşağının adının “İlqar” kimi göstərilə bilməməsi qanuni qüvvədə olan məhkəmə qərarları ilə təsdiq edilmişdir. Üçüncü iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, X11 uşağın adı ilə bağlı məhkəmə mübahisələrinin olduğu gizlədilərək, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə uşağın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı etdiyi müraciəti əsasında AR DMX-nin xx.xx.2025-ci il tarixli, ******* saylı qərarı ilə qərara alınmışdır ki, 24 sentyabr 2024-cü il təvəllüdlü X30-ın Azərbaycan Respublikasının vətəndaşlığma mənsubiyyəti tanınsın. Həmin qərardan iddiaçı tərəfindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə şikayət verilmiş və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığma mənsubiyyətinin tanınması haqqında” xx.xx.2025-ci il tarixli, ******* saylı qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Şikayətdə DMX-nin diqqətinə çatdırılmşdır ki, xx.xx.2024-cü il tarixdə doğulmuş oğlan uşağının adının “İlqar” kimi göstərilə bilməməsi qanuni qüvvədə olan məhkəmə qərarları ilə təsdiq edilmişdir. Cavabdehin etirazları: Üçüncü iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, X7 Miqrasiya Xidmətinə müraciət edərək övladı - Türkiyə Respublikasında anadan olmuş, xx.xx.2024-cü il təvəllüdlü X26 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Təqdim olunmuş sənədlər əsasında X26 valideynləri - X17 və İddiaçı Azərbaycan Respublikası vətəndaşları olduğu müəyyən edilmiş və qanunvericiliyin yuxarıda qeyd olunan normaları rəhbər tutularaq, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2025ci il tarixli ******* nömrəli qərarı ilə X26 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Qeyd olunan qərarla razılaşmayan İddiaçı nümayəndəsi vasitəsilə Dövlət Miqrasiya Xidmətinə inzibati şikayət qaydasında müraciət edərək xx.xx.2025-ci il tarixli ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsində birgə nikahdan olan uşağa ad verilməsi ilə bağlı valideynlər arasında fikir ayrılığının olduğu, eyni zamanda doğum qeydini əks etdirən Türkiyə Respublikası tərəfindən verilmiş sənədin doğum haqqında şəhadətnamə kimi hesab edilməsinin qanunsuz sayılaraq Xidmətin qərarının ləğv edilməsi qeyd olunmuşdur. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4-cü bəndində şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərin siyahısı qeyd edilmişdir. Həmin Qaydaların 3.4.5-ci yarımbəndində doğum haqqında şəhadətnamənin surətinin (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənədin) təqdim edilməli olduğu öz əksini tapmışdır. İcraat materiallarından göründüyü kimi tərəflərin birgə nikahdan anadan olan övladı xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasında yerləşən “X34 X22” adlı tibb müəssisəsində doğulmuş, valideynlərinin müraciəti əsasında ona adı “İlqar”, soyadı ’’Məmmədov” kimi qeyd olunan xx.xx.2025-ci il tarixdə İstanbul şəhər X33 Müdürlüğü tərəfindən “X31” verilmişdir. Qeyd olunur ki, “X31” uşaq haqqında rəsmi dövlət qeydiyyatını əks etrdirən mülki qeydiyyat sənədidir və uşağın doğum haqqında şəhadətnaməsi kimi qəbul olunur. Bu sənəd X15 Genel Müdürlüğü adlı dövlət qurumu tərəfindən verilir və özündə uşağın ad, soyad, doğum tarixi, doğum yeri, valideynlərinin məlumatları və uşağın Türkiyə ərazisində doğulduğuna dair qeydiyyat faktını ehtiva edir. Həmçinin, yetkinlik yaşına çatmayan şəxsin mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciət zamanı hər iki qanuni nümayəndənin mütləq iştirakının təmin edilməsi və ya digərinin razılığının alınmasına dair imperativ tələb “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinə dair Qaydalarda nəzərdə tutulmamışdır. İcraat materiallarının tədqiqi zamanı X26 Türkiyə Respublikasında doğulması və valideynlərinin həmin anda Azərbaycan Respublikasının vətəndaşları olması faktı öz təsdiqini tapdığından adıçəkilən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinın tanınmasına dair inzibati aktın qəbul edilməsi qanunun tələblərinə uyğun olmuşdur. Üçüncü şəxslərin etirazı: Üçüncü şəxs X17 birinci iş üzrə iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırkı Azərbaycan Respublikası qanunvericiliyinə görə doğulmuş şəxsə doğum haqqında şəhadətnamə bir dəfə verilir. Doğum haqqında şəhadətnamə əgər şəxs Azərbaycan Respublikası hüdudlarında doğulmuşdursa, Azərbaycan Respublikasının miivafiq orqanları tərəfindən (Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbələri) verilir, lakin ölkə hüqudlarından kənarda doğulmuşdursa, həmin ölkədə yerləşən Azərbaycan Respublikasının konsulluq idarələri tərəfindən verilir, (əsas: NK-nın 31 oktyabr 2003-cü il 145 saylı qərarı) Digər hallarda başqa dövlətlər tərəfindən verilmiş doğum sənədi yanlız Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında rəsmi reyestrə salınır və ona fin kod verilir. Bu göstərilən qayda həm yerli qanunvericiyin, həm də beynəlxalq qanunvericiliyin tələbidir. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarının bu sahədə aparılan inzibati praktikasıdır. Azyaşlı X4 Respublikasında doğulduğundan onun doğumu barədə qeydiyyat valideynlərin birgə razılığı və seçimi ilə Azərbaycan Respublikasını konsulluq idarəsində deyil, Türkiyə Respublikasının doğumu qeydə alan aidiyyəti dövlət qurumu olan İstanbul şəhərinin “Fatih ilçe Nüftıs Müdürlüğü” idarəsində aparılmışdır, doğumun Türkiyə Respublikasında qeydə alınmasında məqsəd azyaşlının gələcəkdə Türkiyə Respublikasının vətəndaşlığını əldə edə bilməsidir. Sözügedən doğum haqqında şəhadətnamə X12 doğumunu təsdiq edən sənəddir, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-3852/2025 saylı is üzrə qəbul edilmiş qərardadında Türkiyə Respublikası tərəfindən verilmiş “X32” (Formul A) uşaq üçün şəxsiyyət vəsiqəsi almaq üçün əsas hesab edilmişdir. Hazırkı iş üzrə üçüncü şəxs X17 azyaşlı övladı X14 Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini əldə etmək üçün Asan Xidmət Mərkəzinə yaxınlaşmış və orada övladına Türkiyə Respublikası tərəfindən verilmiş doğum haqqında şəhadətnaməni təqdim etmişdir ki, övladına şəxsiyyət vəsiqəsi əldə edə bilsin, lakin ona bildirilmişdir ki, uşaq xarici ölkədə doğulduğundan Azərbaycan Respublikası Nazirlət Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”na müvafiq olaraq, ilk öncə Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və X12 "Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərar" gətirməli olduğu bildirilmiş daha sonra X14 Türkiyə Respublikasından verilmiş doğum haqqında şəhadətnamənin Ədliyyə Nazirliyinin qeydiyyat idarəsinin reyestrinə salınaraq, uşağa fin kod veriləcəyini daha sonra isə şəxsiyyət vəsiqə ala bilmənin mümkünlüyü bildirilmişdir. Bu prosedurun bu qaydada olmasının uşağa doğum haqqında şəhadətnamənin xarici dövlət tərəfindən verilməsi olması bildirilmişdir. Bu minvalla X17 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və azyaşlı övladının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarı əldə etdikdən sonra X12 doğum haqqında şəhadətnaməsi ilə birgə Asan Xidmətdə yerləşən Ədliyyə Nazirliyinin qeydiyyat orqanına yaxınlaşmışdır. Bu zaman ora da bildirilmişdir ki, X17 ilə İddiaçı xx.xx.2025-ci il tarixli övladlarına ananın müraciəti əsasında doğum haqqında şəhadətnamə verildiyi və adının həmin şəhadətnaməyə əsasən “X13” olduğu deyilmişdir. Daha sonra məlum olmuşdur ki, həmin qanunsuz əldə edilmiş doğum haqqında şəhadətnamə əsasında əsassız olaraq - * “X13” adına AA6869834 nömrəli şəxsiyyət vəsiqəsidə verilmişdir. Tərəfindən dərhal başladılmış aidiyyəti müraciətlər əsasında qanunsuz və əsassız verilmiş doğum haqqında şəhadətnamə habelə şəxsiyyət vəsiqəsi ləğv edilmiş və Türkiyə Respublikası tərəfindən verilmiş doğum haqqında şəhadətnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində qeydiyyata alınmışdır. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı və X5 Respublikasında səfərdə olduğu müddətdə İstanbul şəhərində xx.xx.2024-cü il tarixdə uşaqları doğulmuşdur və qeydiyyat şöbəsinə müraciət edərkən İddiaçı bütün məlumatları (uşağın doğum tarixi və yeri, valideynləri barədə məlumatı və uşağın adını) düzgün olaraq bildirmişdir. Qeyd edilənlər tamamilə absurddur, belə ki, X17 və İddiaçı doğumun qeydiyyatının (azyaşlının Türkiyə Respublikasının vətəndaşlığını əldə etməsi üçün) Türkiyə Respublikasında aparılmasını əvvəlcədən planlaşdırmış və hər iki tərəf valideynlərinin müşayiəti ilə İstanbul şəhərinə səfər etmişlər. Hər iki valideynin razılığı və seçimi ilə azyaşlının adı “İlqar” olaraq İstanbul şəhərinin “Fatih ilçe Nııfus Müdürlüğü” qeydiyyat idarəsində reyestrə salınmışdır. Daha sonra Azərbaycan Respublikasının İstanbul şəhərində Baş konsulluğu tərəfindən azyaşlı ilqar Məmmədovun Azərbaycan Respublikasına gələ bilməsi üçün qayışdış şəhadətnaməsi verilmişdir. Azərbaycan Respublikasına gəldikdən sonra bir müddət sonra X18 və İddiaçı arasında olan nikah münasibətləri faktiki sonlanmış və ayrı yaşamağa başlamışlar və azyaşlıya qanunsuz doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi alınması həmin vaxt kəsiyində baş tutmuşdur. X3 doğum haqqında şəhadətnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində qeydiyyata alınmışdır, azyaşlıya əsassız olaraq verilmiş AA6869834 şəxsiyyət vəsiqəsi də 27.06 2025-ci il tarixdən fəaliyyətsizləşdirilmiş yəni ləğv edilmişdir. Həmin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin məktub da doğum haqqında şəhadətnamə əsas götürələrək azyaşlının soyadı, adı və ata adı “X18’' olaraq qeyd edilmişdir, Türkiyə Respublikası tərəfindən verilmiş doğum haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti azyaşlı barədə inzibati icraat çərçivəsində qərar qəbul edərkən, onun soyadını, adını və ata adını “X18” olaraq qeyd etmişdir, Nəsimi Rayon Məhkəməsindən Nəsimi rayon İcra Hakimiyyətinin “Qəyyumluq və Himayəçilik Komissiyasının 14 iyun 2025-ci il tarixli 5-15/2-929/2025 nömrəli rəyində də azyaşlının soyadını, adını və ata adını “X18” olaraq qeyd etmişdir, Nəsimi Rayon Məhkəməsinin e-16(006)-399/2025 saylı iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardadında mətn üzrə azyaşlının soyadını, adını və ata adını “X18” olaraq qeyd etmişdir. İddiaçı tərəf azyaşlıya şəxsiyyət vəsiqəsi almaqdan yayındığından X18 şəxsiyyət vəsiqəsiz qalmışdır. Bu səbəbdəndir ki, X12 hazırkı iş üzrə İddiaçı qarşı “uşaqla ünsiyyət” tələbinə dair Nəsimi Rayon Məhkəməsində baxılmaqda olan işdə qəbul edilmiş müvəqqəti təminat tədbiri barədə qərardadda X3 Soyadı, adı və ata adının yerinə “X11 xx.xx.2024-cü il tarixdə İddiaçı ilə birgə nikahlarından doğulmuş uşağı” ifadəsindən istifadə edilmişdir. X12 hazırda aktiv fin-i də mövcuddur: SKWC6P9 Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş birinci iş üzrə cavabdeh və ikinci iş üzrə cavabdeh və digər üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə birinci iş üzrə cavabdeh və ikinci iş üzrə cavabdeh və digər üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hər üç iş üzrə İddiaçı nümayəndəsi və vəkili iddia ərizələrinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddiaların təmin edilməsi xahiş etmişdir. Hər üç iş üzrə üçüncü şəxs X11 nümayəndəsi və vəkili iddiaların təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə hər üç iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, birinci və ikinci iş üzrə irəli sürülmüş iddialar öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Üçüncü iş üzrə irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərarından görünür ki, 24 sentyabr 2024-cü il təvəllüdlü X30-ın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. İstanbul şəhər X33 Müdürlüğünün xx.xx.2025-ci il tarixli, 1591 nömrəli “X31”ndə şəxsin adı “İlqar”, soyadı “Mammadov”, ata adı “Nijat”, ana adı “Madina”, doğum tarixi və yeri “xx.xx.2024 Şişli” kimi qeyd edilmişdir. xx.xx.2025-ci il tarixdə Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 138 nömrəli aktla rəsmiləşdirilmiş, AZ-V 064093 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən şəxsin adı “X13”, doğum tarixi “xx.xx.2024-cü il”, doğum yeri “İstanbul” kimi qeyd edilmişdir. Yasamal rayon qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə övladının doğumunun qeydiyyata alınması üçün şöbəyə müraciət etmişdir. Övladının doğum haqqında akt qeydi “X13”, doğum yeri Türkiyə Respublikası İstanbul şəhəri göstərilməklə xx.xx.2025-ci il tarixdə Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 138 nömrəli aktla rəsmiləşdirilmiş və həmin tarixdə AZ-V 064093 nömrəli doğum haqqında ilkin şəhadətnamə verilmişdir. X2 xx.xx.2025-ci il tarixli ərizəsi əsasında araşdırma zamanı məlum olmuşdur ki, uşağın doğumu Türkiyə Respublikasının İstanbul şəhəri Fatih Şişlidə xx.xx.2024-cü il tarixdə 1591 saylı akt ilə “X18” kimi qeyd edilərək vətəndaşa doğum haqqında ilkin şəhadətnamə verilmişdir. Bu səbəbdən Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli rəyə əsasən xx.xx.2025-ci il tarixdə təkrar qeydə alınmış 138 saylı doğum haqqında akt qeydi və AZ-V 064093 nömrəli doğum haqqında şəhadətnamə ləğv edilmiş və bu barədə “Vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə bildiriş göndərilmişdir. Daha sonra, Türkiyə Respublikasında qeydə alınmış doğum haqqında şəhadətnamə xx.xx.2025-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 3244 nömrəli akt ilə “Vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Bu səbəbdən doğum haqqında akt qeydinin ləğv edilməsindən imtina edilmiş, məhkəməyə müraciət edilməyi tövsiyə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 158.3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, bir qayda olaraq, müvafiq icra hakimiyyəti orqanlarının yerləşdiyi binada (otaqda) həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının yerləşdiyi binalardan (otaqlardan) kənarda da aparıla bilər. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160. Akt kitabları, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydaları 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 163. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğvi 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 163.2. Bu Məcəllənin 24.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallarda nikahın pozulması haqqındakı qeydin ləğv olunması nikahı pozmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 163.3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür Maddə 166. Doğumun qeydə alınması qaydası 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. 166.2-1. Doğum faktının müəyyən edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”: 1.2. Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan, habelə müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluq idarələri tərəfindən aparılır. 1.11-2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan vəzifəli şəxs müvafiq qeydin həmin qeyd üzrə razılığı tələb olunan digər şəxslərlə razılaşdırılmasının yoxlanılmasını təmin edir. Nikahda olan valideynlərdən doğulmuş uşağın doğumunun qeydə alınması üçün valideynlərdən biri müraciət etdikdə, bu halda güman olunur ki, o digərinin razılığı ilə hərəkət edir. Müraciət edən şəxs tərəfindən yalan məlumat təqdim edilməsi gələcəkdə həmin akt qeydinin ləğvi üçün əsasdır. 1.12. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 2.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə tərəfindən həmin məlumat EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Doğum haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsinin vəzifəli şəxsləri, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri, habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri inzibati məsuliyyət daşıyırlar. Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə doğumun qeydə alınması barədə elektron qaydada müraciət daxil olduqda qeydiyyat üçün zəruri olan sənədlər barədə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində mövcud olduqda müvafiq məlumatlar həmin informasiya sistemindən əldə edilir. Müvafiq məlumatlar həmin informasiya sistemində aşkar edilmədikdə onları əks etdirən sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidir. Bu Qaydanın 2.8.4-cü və 2.8.5-ci yarımbəndlərində nəzərdə tutulan hallar üzrə doğumun qeydə alınması üçün müraciət və sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidir. 2.2-1. Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrlü hesab edilməsini təqdim olunmuş (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) sənədlər (valideynlərin xəstə olması barədə müalicə müəssisəsinin sənədi, həmin müddətdə uzunmüddətli ezamiyyətdə və ya ölkə hüdudlarından kənarda olmasını təsdiq edən sənəd, valideynlərdən birinin ölümü haqqında şəhadətnamə və sair) əsasında qeydiyyat şöbəsinin vəzifəli şəxsi müəyyən edir. Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrsüz hesab edilməsi inzibati tənbehin tətbiq edilməsinə əsas verir. Qeydiyyatın aparılması üçün müəyyən olunmuş müddət keçdikdən sonra vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan icra hakimiyyətinin nümayəndəliyinə müraciət olunduqda, qeydiyyatın aparılması üçün gecikmənin səbəbi göstərilməklə, ərizə və səbəbin üzrlü hesab edilməsini müəyyən etmək üçün sənəd (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim olunmalıdır. Müvafiq qeydiyyat aparıldıqdan sonra ərizə və gecikmənin səbəbini təsdiq edən sənəd (olduğu halda) dərhal qeydiyyat şöbəsinə təqdim edilir. 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. 2.23. Doğumun dövlət qeydiyyatı üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdən sonra və uşaq 16 yaşına çatanadək müraciət edildikdə qeydiyyat ərizəçinin seçdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında ümumi qaydalarla ilkin qeydiyyat kimi aparılır, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Bu halda ərizəçi uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrindən arayış təqdim edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Doğumun qeydiyyatı barədə Ailə Məcəlləsinin və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquqmüəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin 21 iyun 1992-ci il tarixli 277 №li Qərarı ilə qoşulmuşdur). Birinci iş üzrə işin hallarından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə müraciət etmiş və həmin qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında 22 aprel 2025-ci il tarixdə 138 nömrə ilə qeyd edilməklə, AZ-V № 064093 nömrəli “doğum haqqında şəhadətnamə” verilmişdir. Həmin Şəhadətnamədə “soyadı, adı, atasının adı" qrafasında “X13” qeyd edilmişdir. X1 adma AA6869834 saylı şəxsiyyət vəsiqəsi verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin akt qeydi ləğv edilmişdir. Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli “Akt qeydinin ləğv edilməsi haqqında” rəydə xx.xx.2025-ci il tarixdə təkrar qeydə alınmış 138 saylı doğum haqqında akt qeydi və AZ-V 064093 nömrəli doğum haqqında şəhadətnamənin ləğv edilmə əsası kimi “X33 Müdürlüğü” tərəfindən verilmiş “X32”, qayıdış şəhadətnaməsi və DMX-nin xx.xx.2025-ci il tarixli, ******* saylı qərarı göstərilmişdir. Məhkəmə buna münasibətdə qeyd edir ki, DMX-nin müvafiq qərarı ilkin şəhadətnamənin verilməsi tarixindən sonra qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 10 aprel tarixli 267-İİİQ nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında” Əsasnaməyə əsasən xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının, habelə Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşağının Azərbaycan Respublikasına qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir. Hazırkı məhkəmə mübahisənin predmeti qayıdış şəhadətnaməsi olmadığından qeyd edilən şəhadətnamənin hansı əsasla verilməsi mübahisələndirilmir, lakin hər bir halda, qayıdış şəhadətnaməsi şəxsin doğum akt qeydinin ləğv edilməsi üçün əsas sayıla bilməz. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(006)-162/2025 saylı qərardadında qeyd edilmişdir ki, “Belə ki, ərizəçinin təqdim etdiyi Azərbaycan Respublikası Baş Konsulluğu tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “Azərbaycan Respublilkasına Qayıdış Şəhadətnaməsi” uşağın şəxsiyyətini təsdiq edən rəsmi sənəd deyildir. Şəxsiyyəti təsdiq edən sənədlərə - şəxsiyyət vəsiqəsi (Azərbaycan Respublikasının vətəndaşları üçün); pasport, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsi (əcnəbilər üçün); Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilən şəxsiyyət vəsiqəsi, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün vətəndaşlığı olmayan şəxslərə verilən icazə vəsiqəsi; hərbi bilet (həqiqi hərbi xidmətdə olan şəxslər üçün); hərbi xidmətə könüllü qəbul edilmiş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara (kursantların həqiqi hərbi xidməti hərbi qulluqçularından başqa) onların qəbul olunduğu həqiqi hərbi xidmətin növündən asılı olaraq şəxsiyyəti təsdiq edən müəyyən edilmiş formada verilmiş vəsiqələr; kursantların həqiqi hərbi xidmətinə daxil olmuş Azərbaycan Respublikasının vətəndaşlarına verilmiş hərbi bilet; qaçqın vəsiqəsi (qaçqın statusu olan şəxslər üçün) aid edilmişdir.” “X33 Müdürlüğü” tərəfindən verilmiş “X32”nə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.2ci bəndinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan, habelə müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluq idarələri tərəfindən aparılır. Adıçəkilən “X33 Müdürlüğü”nün qeyd edilən səlahiyyəti yerinə yetirməsinə əsas verən hər hansı qanunvericilik norması müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, üçüncü şəxs X17 etirazında göstərilmişdir ki, doğumun Türkiyə Respublikasında qeydə alınmasında məqsəd azyaşlının gələcəkdə Türkiyə Respublikasının vətəndaşlığını əldə edə bilməsidir. Qeyd edilir ki, əgər hər iki valideynin məqsədi göstərildiyi kimi uşağın xarici ölkə vətəndaşlığını almaq idisə və ona görə xarici ölkədə ona akt qeydi hesab etdikləri sənədi əldə etmişdirlərsə, o zaman bu prosedurun niyə uşağın doğumundan 6 aydan çox müddət sonra, eyni zamanda iddiaçı tərəfindən uşağın doğumu ilə Azərbaycan Respublikasında akt qeydi və şəhadətnamə alınmasından sadəcə 5 gün əvvəl həyata keçirilməsi diqqətçəkən məqamdır. Qeyd edilən məqam özü də Yasamal rayon qeydiyyat şöbəsi üçün X11 tələbindən imtina edilməsi üçün əsas rolunu oynamalı idi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən valideynlər arasında uşağın adına münasibətdə razılıq olma-dıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Bundan əlavə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Yasamal rayon qeydiyyat şöbəsinin akt qeydini təkrar tərtib edilmiş akt hesab edərək ləğv etməsi qanunsuz olmuşdur. Digər iki iş üzrə də işin halları eynilik təşkil etməklə həmin işlər üzrə mübahisələndirilən sənədlər birinci iddia üzrə mübahisə predmeti olan sənədlərdən sonra qəbul edildiyindən onların hüquqi nəticəsi birinci iş üzrə işin nəticəsindən asılı olduğundan birinci iş üzrə Yasamal rayon qeydiyyat şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi digər işlər də inzibati orqanların hərəkətlərinin və qəbul etdikləri qərarların əsassızlığına gətirib çıxarır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, birinci iş üzrə iddia təmin edilməli, İddiaçı ilə X11 birgə nikahlarından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü uşaq barədə xx.xx.2025-ci il tarixli 138 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi barədə cavabdeh Yasamal rayon qeydiyyat şöbəsinin hərəkətinin qanunsuz hesab edilməli və həmin akt qeydinin bərpa edilməsi öhdəliyi Yasamal rayon qeydiyyat şöbəsinə həvalə edilməli, ikinci iş üzrə iddia təmin edilməli, İddiaçı ilə X11 birgə nikahlarından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü uşaq barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş xx.xx.2025-ci il tarixli 3244 nömrəli Akt qeydinin və onun əsasmda verilmiş sənədlərin ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə həvalə edilməli, üçüncü iş üzrə iddia təmin edilməli, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2025-ci il tarixli, ******* saylı qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Yasamal rayon qeydiyyat şöbəsinə qarşı, X17 üçüncü şəxs qismində cəlb inzibati məhkəmə icraatına edilməklə “akt qeydinin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı ilə X11 birgə nikahlarından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü uşaq barədə xx.xx.2025-ci il tarixli 138 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi barədə cavabdeh Yasamal rayon qeydiyyat şöbəsinin hərəkətinin qanunsuz hesab edilsin və həmin akt qeydinin bərpa edilməsi öhdəliyi Yasamal rayon qeydiyyat şöbəsinə həvalə edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə qarşı X17, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi və Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi üçüncü şəxs qismində cəlb inzibati məhkəmə icraatına edilməklə “akt qeydinin və onun əsasında verilmiş sənədlərin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı ilə X11 birgə nikahlarından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü uşaq barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş xx.xx.2025-ci il tarixli 3244 nömrəli Akt qeydinin və onun əsasmda verilmiş sənədlərin ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə həvalə edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı X17 üçüncü şəxs qismində cəlb inzibati məhkəmə icraatına edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2025-ci il tarixli, ******* saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar