Məhkəmə qərarları › İş №e-2-1(112)-10831/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10831/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10831/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə İsayeva Gülay Rəhim qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı soyadın dəyişdirilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddiaçının oğlu – X5 doğum haqqında akt qeydində soyadının “Həmidli” soyadına dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2006-cı il tarixdə X7 ilə nikaha daxil olmuş, birgə nikahdan dörd övladı – xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X8 anadan olmuşdur. Övladları Həmid, nuilgün və Südabənin soyadları iddiaçının atası X2 adından götürülərək, “Həmidli” olduğu halda, kiçik övladı Sübhana doğum haqqında şəhadətnamə alınan zaman başları qarışıq olduğuna görə onun soyadı iddiaçının soyadına uyğun “Novruzov” qeyd edilmişdir. Bu halın övladları arasında ayrı-seçikiliyə və mübahisələrə səbəb ola biləcəyini düşünən iddiaçı, oğlu Sübhanın soyadının “Novruzov”dan “Həmidli"yə dəyişdirilməsi barədə Cavabdehnə müraciət etsə də, cavabdehdən imtina cavabı almışdır. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmaqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-518-15-xx-xx/2023 nömrəli məktubda iddiaya etiraz etdiyini və işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edib, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatının dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarında olan, xx.xx.1982-ci il tarixdə verilmiş Vİİ-ЖГ435420 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.1981-ci il tarixdə doğulmuş, atası X3, anası X6r. xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ 241832 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən, İddiaçı ilə X7 xx.xx.2006-cı ildə nikaha daxil olmuşlar. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, İddiaçı ilə X4 birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X8 anadan olmuşdur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/7-13-851/23 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, vərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın 1-ci bəndinə əsasən kifayət qədər əsas olmadığına istinad edərək, iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. X7 məhkəməyə ərizə təqdim edərək, övladı – xx.xx.2020-ci il təvəllüdlü X1 “Novruzov”dan “Həmidli”yə dəyişdirilməsinə razı olduğunu bildirib, iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən həll olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə uyğun olaraq uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyi nəzərə alınaraq icazə verilə bilər. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Ailə və Mülki məcəllələrinin qeyd edilən normalarından göründüyü kimi fiziki şəxsin adının və soyadının, atasının adının dəyişdirməsi (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı) müvafiq qaydalarla müəyyənləşdirilir. Həmin qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”dır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 4.3-cü bəndinə əsasən valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Həmin Qaydaların 6.2-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Göründüyü kimi, mövcud qanunvericilik uşağın soyadını valideynlərin soyadı ilə bir qayda olaraq müəyyən edir, yəni qanunvericilikdə göstərilən müvafiq norma imperativ xarakter daşımır. Həmçinin, mövcud qanunvericilik valideynlər arasında mübahisə olmadıqda uşağın soyadının dəyişdirilməsi ilə bağlı birbaşa məhdudiyyət nəzərdə tutmur. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 “Həmidli” kimi müəyyən edilməsinə hər iki valideynin razılığının olması iş materialları ilə öz təsdiqini tapdığından, hazırkı iddia təmin edilməli, xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 “Həmidli” soyadına dəyişdirilməsi akt qeydləri kitabında qeydə alınmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 “Həmidli” soyadına dəyişdirilməsi akt qeydləri kitabında qeydə alınmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2ardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar