Məhkəmə qərarları › İş №e-2-1(112)-10834/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10834/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10834/2023 15.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair müraciətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının vətəndaşı 16 avqust 1959-cu il təvəllüdlü İddiaçı (bundan sonra - iddiaçı) 3 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) müraciət (bundan sonra - Müraciət) etməklə ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsini xahiş etmişdir. Müraciətin tarixinə iddiaçının 63 yaşı tamam olmuşdur (2023-cü ildə kişilər üçün pensiya yaşı 65 yaş təşkil edir). Müraciətinin əsaslandırılması kimi iddiaçı hazırkı və əvvəlki iş yerlərindən arayışlar təqdim etmişdir. Belə ki, iddiaçı "xxxx" MMC-nin (xx.xx.2008-ci ildən "xxxx" MMC və xx.xx.2022-ci ildən "xxxx" MMC) Azərbaycan Respublikasındakı Nümayəndəliyində aşağıdakı müddətlərdə və vəzifələrdə çalışmışdır: 12 may 2003-cü il tarixindən 25 avqust 2003-cü il tarixinədək qazma qurğusunda kran operatorunun köməkçisi 26 avqust 2003-cü il tarixindən 2 sentyabr 2009cu il tarixinədək qazma qurğusunun kran operatorunun köməkçisi, 3 mart 2010-cu il tarixindən 19 mart 2013-cü il tarixinədək qazma qurğusunun kran operatoru köməkçisi. Daha sonra iddiaçı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialında 3-cü dərəcəli kran operatoru vəzifəsində 10 iyun 2013-cü il tarixindən Müraciətin (və bu iddia ərizəsinin) tarixinə çalışırdı. Beləliklə, güzəştli şərtlərlə pensiyanın təyin edilməsinə əsas verən işlərin görülməsi ilə bağlı qeyd edilmiş vəzifələrdə İddiaçının iş stajı ümumilikdə 228 ay, yəni 19 il təşkil edir. Müvafiq iş yerlərindən verilmiş arayışlarda İddiaçının tutduğu vəzifələrdə görülmüş və görülən işlər qeyd edilmişdir. İddiaçı "xxxx" MMC-də X2 Qurğusunda kran operatoru vəzifəsində çalışaraq (aşağıda müəyyən edilən) Siyahının 10.1(a) bəndində nəzərdə tutulan vəzifənin xüsusiyyətləri ilə eynilik təşkil edən aşağıdakı işləri görürdü: qaldırıcını işə hazırlamaq qaldırıcının mexanizmlərinin saz işləməsinə nəzarət qaldırıcının işləməsinin qeydiyyat jurnalının yazılması quyuların sınanması prosesində qaldırıcıya xidmət etmək bütün endirmə-qaldırma əməliyyatlarını həyata keçirmək quyu ağzının yoxlanılması. İddiaçı EnerMech şirkətində Mərkəzi Azəri platformasında (dənizdə neft hasilatı, 170 m dərinliyində) Favelle kranında hidravlik qurğularda 3-cü dərəcəli kran operatoru vəzifəsində Siyahının 10.2(a) bəndində nəzərdə tutulan vəzifənin xüsusiyyətləri ilə eynilik təşkil edən aşağıdakı işləri görürdü və görməyə davam edir: qaldırıcı qurğunun işə salınması bütün endirmə-qaldırma əməliyyatlarında bucurğadın idarə edilməsi qaldırıcının işinin uçotu jurnalının aparılması quyuların təmiri prosesində qaldırıcılara xidmət etmək havanı və dəniz vəziyyətini və yükün xüsusiyyətlərini nəzərə alaraq kranı idarə etmək endirmə-qaldırma əməliyyatlarının həyata keçirilməsi Hər iki halda işəgötürənlər müvafiq arayışlarda qeyd etmişdirlər ki, Siyahıda qeyd edilən "quyuların yoxlanılmısı üzrə qaldırıcıların maşinisti" və "qaldırıcının maşinisti" vəzifələri müəssisədə ayrıca ştat vahidi kimi nəzərdə tutulmadığından həmin işləri kran operatoru və kran operatorunun köməkçisi görürmüş. Cavabdehə yuxarıda qeyd edilən faktları təsbit edən arayışların təqdim edilməsinə baxmayaraq, cavabdeh 27 aprel 2023-cü il tarixli məktubu ilə Müraciətin təmin edilməsindən imtinasını onunla əsaslandırmışdır ki, "kran operatorun köməkçisi", "kran operatoru", "kran maşinisti" vəzifələri Siyahının "neftin qazılması və hasilatı, neft, qaz kondesatı, kömür və şistin email bölməsinin (10) neft, qaz və qaz kondesatının hasilatı bəndinin 10.2 fəhlələr (a) yarımbəndində nəzərdə tutulmamışdır". Azərbaycan Respublikasının 54-İİİQ nömrəli 2006-cı il 7 fevral tarixli "Əmək pensiyaları haqqında" Qanunun (bundan sonra "Qanun") 9.1 bəndinin müddəalarına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən siyahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"dır (bundan sonra - Siyahı). Siyahının "Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı" adlı 10-cu bölməsinin 10.1 (Qazma) hissəsinin (a) bəndində "quyuların yoxlanması üzrə qaldırıcıların maşinistləri", 10.2 (Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi) hissəsinin (a) bəndində "qaldırıcıların maşinistləri" vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr kimi nəzərdə tutulur. Həmin vəzifələrin, peşələrin açıqlanması Siyahıda verilməsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 19 iyun 1998-ci il tarixli 13-5 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasında verilir. Həmin kitabçada Neft və qaz hasilatı tarifixtisas xüsusiyyətləri bölməsində Qaldırıcının maşinistinin (bənd 5) xüsusiyyətlərində aşağıdakılar göstərilir: Quyuların əsaslı və cari təmiri prosesində qaldırıcıya, aqreqata xidmət edilməsi. Qaldırıcının (aqreqatın) işə hazırlanması Qaldırıcının quraşdırılması, sökülməsi, quyunun təmirə hazırlanması və təmirin başa çatdırılması işlərində iştirak edilməsi. Tal sisteminin qurulmasında iştirak etmək. Bütün endirmə-qaldırma əməliyaytlarında bucurğadın idarə edilməsi. Qaldırıcıda qoyulmuş güc elektrik generatorunun idarə edilməsi, Quyuların əsaslı və yeraltı təmiri işlərində, quyu ağzının avadanlıqla təchiz edilməsində iştirak etmək. Qaldırıcının işinin uçotu jurnalının aparılması. Avtomaşını və yaxud traktoru idarə etmək, yanacaqla doldurmaq. Qaldırıcının {aqreqatın}, avtomobilin, traktorun mexanizmlərinin cari təmirinin aparılması. Quyuların qazılması tarif ixtisas xüsusiyyətləri bölməsində isə quyuların sınanması üzrə qaldırıcının maşinistinin (bənd 21) işinin xüsusiyyətlərində aşağıdakılar göstərilir: Quyuların əsaslı və cari təmiri prosesində qaldırıcıya, aqreqata xidmət edilməsi. Qaldırıcınm (aqreqatın) işə hazırlanması Qaldırıcının quraşdırılması, sökülməsi, quyunun təmirə hazırlanması və təmirin başa çatdırılması işlərində iştirak edilməsi. Tal sisteminin qurulmasında iştirak etmək. Bütün endirmə-qaldırma əməliyaytlarında bucurğadın idarə edilməsi. Qaldırıcıda qoyulmuş güc elektrik generatorunun idarə edilməsi, Quyuların əsaslı və yeraltı təmiri işlərində, quyu ağzının avadanlıqla təchiz edilməsində iştirak etmək. Qaldırıcının işinin uçotu jurnalının aparılması. Avtomaşını və yaxud traktoru idarə etmək, yanacaqla doldurmaq. Qaldırıcının {aqreqatın}, avtomobilin, traktorun mexanizmlərinin cari təmirinin aparılması. Yuxarıdakılardan göründüyü kimi, iddiaçının tutduğu vəzifələrdə (adlarından asılı olmadan) gördüyü işlər güzəştli şərtlərlə əmək pensiyası hüququnu verən işlərdir. Cavabdeh isə İddiaçının müraciətini rədd edərək əmək kitabçasında qeyd edilən vəzifələrin yalnız adlarına əhəmiyyət vermiş və müraciətdə qeyd olunanları araşdırmayaraq İddiaçının faktiki olaraq yerinə yetirdiyi əmək funksiyalarına məhəl qoymamışdır. Ali Məhkəmənin mövqeyi isə (məs, İş № 2-1(102)-1322/2021 nömrəli iş üzrə 5 oktyabr 2021-ci il tarixli qərar, bənd 43) ondan ibarətdir ki, "müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər". Beləliklə, iddiaçının tutduğu vəzifələrin təkcə adları deyil, görülmüş faktiki işlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı “İddiaçı xx.xx.2019-cu il tarixdən, yəni 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və həmin ərizə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10834/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə inzibati orqana təqdim etdiyi müraciət ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin inzibati orqan tərəfindən verilmiş imtinada vətəndaşın güzəştli stajının olmamağı səbəbindən ona pensiya təyin edilməsindən imtina edildiyi qeyd edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 13 mart 2023-cü il tarixli arayışında iddiaçının xx.xx.2003-xx.xx.2009-cu il və xx.xx.2010-xx.xx.2013-cü il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisənin qazma qurğusunda kran operatorunun köməkçisi vəzifəsində və "xxxx" şirkətinin 24 fevral 2023cü il tarixli KS/027 nömrəli arayışında isə xx.xx.2013-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə kran operatoru, xx.xx.2022-ci il tarixindən bugünədək kran maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi kran operatorunun köməkçisi, kran operatoru, kran maşinisti vəzifələri sözügedən arayışda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndinin (10.2) fəhlələr (a) yarımbəndində nəzərdə tutulmamışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olen işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qayğası”nın 4.1.20-ci yarımbəndinin göştərişlərinə uyğun olaraq iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Lakin iddiaçının inzibati orqana təqdim "xxxx" MMC-nin13 mart 2023-cü il tarixli arayışında və "xxxx" şirkətinin 24 fevral 2023-cü il tarixli KS/027 nömrəli arayışında əks olunmuş kran operatorunun köməkçisi, kran operatoru, kran maşinisti vəzifələri sözügedən arayışda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndinin (10.2) fəhlələr (a) yarımbəndində göstərilən müvafiq vəzifələrə uyğun deyildir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı olmadığı üçün iddiaçının müvafiq pensiyanın təyin edilməsi üçün subyektiv hüququ yaranmır. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddilar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəzyyətin dəyişdirilməsi (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və yenidən hesablanmasına imkan verən bütün zəruri fatiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibariiə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Həmçinin sözügedən icmal məktubunda qeyd edilir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, İş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir. Aydındır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilinəsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialının xx.xx.2023 tarixli 3-17-1/2-Ə-91945/2023 nömrəli imtina məktubu əsaslıdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçıya məxsus ИТ-İ ******* nömrəli xx.xx.1984-cü il tarixli Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdə əmək fəaliyətinə başlamış və müxtəlif müəssisələrdə işləmişdir və hal-hazırda işləyir. Əmək kitabçasına əsasən iddiaçının 60 yaşının tamam olduğu tarixə təhsil və hərbi xidmət dövrü nəzərə alınmaqla 40 ildən artıq iş stajı mövcuddur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-9/945/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 3 aprel 2023-cü il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-cı maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 ii azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azerbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini. Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını X1 qərarlarını, X1 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında" Qanunun 9.1-cı maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasınırı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyiniz "Noble Drilling Services Azerbaijan” MMC-nin sizə dair 13 mart 2023-cü il tarixli arayışında xx.xx.2003-xx.xx.2009cu il və xx.xx.2010-19.xx.xx.2013-cü il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisənin qazma qurğusunda kran operatorunun köməkçisi vəzifəsində və "xxxx" şirkətinin sizə dair 24 fevral 2023-cü il tarixli KS/027 nömrəli arayışında xx.xx.2013xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə kran operatoru, xx.xx.2022-ci il tarixindən bugünədək kran maşinisti vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz kran operatorunun köməkçisi, kran operatoru, kran maşinisti vəzifələri sözügedən arayışda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndinin (10.2) fəhlələr (a) yarımbəndində nəzərdə tutulmamışdır. Bu səbəbdəndə sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır; - “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən” xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, arayış verilir ********** qeydiyyat nömrəsi olan Nümayəndəliyi vasitəsilə çıxış edən "xxxx" MMC tərəfindən İddiaçı Sahir oğluna (AZE 07517243, FİN: xxxxxxx) ondan ötrü ki, o, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədə "xxxx" MMC (xx.xx.2008-ci ildən "xxxx" MMC və xx.xx.2022-ci ildən "xxxx" MMC) şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində xx.xx.2003- xx.xx.2003 tarixlərində 33 nömrəli əmrlə kran operatorunun köməkçisi kimi işə qəbul edilmiş və 48 nömrəli əmrlə həmin vəzifədən azad edilmişdir. Daha sonra xx.xx.2003-xx.xx.2009 tarixlərində 5/03 nömrəli əmrlə qazma qurğusu kran operatorunun köməkçisi vəzifəsinə işə qəbul edilmiş və R/08/19 nömrəli əmrlə həmin vəzifədən azad edilmişdir. xx.xx.2010-xx.xx.2013 tarixlərində 27 nömrəli əmrlə X4 operatoru köməkçisi vəzifəsinə işə qəbul edilmiş və R/004/13 nömrəli əmrlə həmin vəzifədən azad edilmişdir. İşlədiyi vəzifə üzrə ümumi sosial sığorta stajı "xxxx" MMC şirkətinin Azərbaycandakı Nümayəndəliyində 9 il, 4 ay, 8 gün təşkil edir. Cənab Əhmədov dənizdə yarımdalma üzən X2 Qurğusunda işləmişdir və quyularda sınaq işləri apardıqda qaldırıcının idarə edilməsi, qaldırıcmı işə hazırlamaq, quyu ağzının yoxlanılması və avadanlıqla təchiz edilməsində iştirak etmək, bütün endirmə-qaldırma əməliyyatlarında bucurğadın idarə edilməsi, qaldırıcının mexanizmlərinin saz işləməsinə nəzarət, qaldırıcının işləməsinin qeydiyyat jurnalının yazılması işlərini yerinə yetirmişdir. Cənab Əhmədovun tutduğu vəzifə “X4 Operatorunun Köməkçisi” kimi qeyd edilsə də, onun əmək vəzifələrinə yuxarıda qeyd edilən “quyuların yoxlanması üzrə qaldırıcıların maşinisti”nin gördüyü işlər aid edilmişdir. Şirkətdə “quyuların yoxlanması üzrə qaldırıcıların maşinisti” adlı ştat vahidi mövcud olmamışdır və qaldırıcıya xidmət və əlaqəli (yuxarıda qeyd edilən) işlər kran operatoru və köməkçisi tərəfindən təmin edilmişdir. Belə ki, cənab Əhmədovun gördüyü işlərin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri quyularm sınanması prosesində qaldırıcılara xidmət etmək, bütün endirmə-qaldırma əməliyyatlarını həyata keçirmək, quyu ağzının yoxlanılması daxil olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.1(a) (quyularm yoxlanması üzrə qaldırıcılarm maşinistləri) yarımbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynilik təşkil edir; - “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli KS007/2023 nömrəli arayışın surətindən görünür ki, arayış verilir ********** qeydiyyat nömrəsi olan Azərbaycan Respublikasındakı Filialı vasitəsilə çıxış edən "xxxx" Şirkəti tərəfindən İddiaçı Sahir oğluna (AZE 07517243, FİN: İKHZTZF) ondan ötrü ki, o, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında KS/095-A/13 nömrəli əmrlə 10 iyun 2013-cü il tarixindən 31 Mart 2022-ci il tarixinədək güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədə işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında 8 il, 9 ay, 22 gün təşkil edir. X3 Azəri platformasında (ofşor), (neft kəşfiyyatı, hasilatı, 170 m dərinliyi), Favelle kranında, hidravlik qurğularda işləyir və və aşağıda qeyd edilən işləri həyata keçirir. Qaldırıcı qurğunun işə hazırlanması bütün endirmə-qaldırma əməliyaytlarında bucurğadın idarə edilməsi qaldırıcının işinin uçotu jurnalının aparılması. Cənab Əhmədovun tutduğu vəzifə "3-cü dərəcəli Kran Operatoru" kimi qeyd edilsə də, onun əmək vəzifələrinə yuxarıda qeyd edilən "qaldırıcının maşinisti"nin gördüyü işlər aid edilir. Şirkətdə "qaldırıcı maşinisti" adlı ştat vahidi mövcud deyil və qaldırıcıya xidmət və əlaqəli (yuxarıda qeyd edilən) işlər kran operatoru tərəfindən təmin edilir. Belə ki, cənab Əhmədovun gördüyü işlərin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri quyuların təmiri prosesində qaldırıcılara xidmət etmək [Kran operatoru/maşinisti, Havanı və dəniz vəziyyətini və yükün xüsusiyyətlıtini nəzərə alaraq kranı idarə etmək, bütün endirmə-qaldırma əməliyaytlarını həyata keçirmək] daxil olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2(a) (qaldırıcıların maşinistləri) yarımbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynilik təşkil edir; - “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli KS/027 nömrəli arayışın surətindən görünür ki, arayış verilir ********** qeydiyyat nömrəsi olan EnerMech OGP MMC Şirkəti tərəfindən İddiaçı Sahir oğluna (AZE ********. FİN: xxxxxxx) ondan ötrü ki, o, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədə 01 Aprel 2022-ci il tarixindən indiyədək EnerMech OGP LLC şirkətində güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədə çalışır. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı EnerMech OGP LLC şirkətində isə 11 ay (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. X3 Azəri platformasında (ofşor), (neft kəşfiyyatı, hasilatı, 170 m dərinliyi), Favelle kranında, hidravlik qurğularda işləyir və və aşağıda qeyd edilən işləri həyala keçirir. Qaldırıcı qurğunun iş hazırlanması bütün endirmə-qaldırma əməliyyatlarında bucurğadın idarə edilməsi qaldırıcının işinin uçotu jurnalının aparılması. İddiaçının tutduğu vəzifə “3-cü dərəcəli Kran Operatoru” kimi qeyd edilsə də, onun əmək vəzifələrinə yuxarıda qeyd edilən "qaldırıcının maşinisti'nin gördüyü işlərə aid edilir. Şirkətdə "qaldırıcı maşinisti” adlı ştat vahidi mövcud deyil və qaldırıcıya xidmət və əlaqəli (yuxarıda qeyd edilən) işlər kran operatoru tərəfindən təmin edilir. Belə ki, cənab Əhmədovun gördüyü işlərin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri quyuların təmiri prosesində qaldırıcılara xidmət etmək (Kran operatoru/maşinisti, Havanı və dəniz vəziyyətini və yükün xüsusiyyəti itini nəzərə alaraq kranı idarə etmək, bütün endirmə-qaldırma əməliyyatlarını həyata keçirmək) daxil olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2(a) (qaldırıcıların maşinistləri) yanmbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynilik təşkil edir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdeh inzibati orqanın səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğunu və iddiaçının ünvanını (Bakı şəhəri, Xətai ray., ünvan 1azi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (29 iyun 2022-ci il tarixdən qüvvədə olan redaksiya) Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndinə əsasən nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışın təqdim edilməsi tələb olunur. Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 69-cu maddəsinə əsasən iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyisənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri,yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda vəya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilən "Noble Drilling Services Azerbaijan” MMC-nin iddiaçıya dair 13 mart 2023-cü il tarixli arayışında xx.xx.2003-xx.xx.2009-cu il və xx.xx.2010-19.xx.xx.2013-cü il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisənin qazma qurğusunda kran operatorunun köməkçisi vəzifəsində və "xxxx" şirkətinin ona dair 24 fevral 2023-cü il tarixli KS/027 nömrəli arayışında xx.xx.2013-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə kran operatoru, xx.xx.2022-ci il tarixindən bugünədək kran maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi kran operatorunun köməkçisi, kran operatoru, kran maşinisti vəzifələri sözügedən arayışda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndinin (10.2) fəhlələr (a) yarımbəndində nəzərdə tutulmamışdır. Bu səbəbdəndə onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh məhkəmə icraatında iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Cavabdehin imtina dəlili iddiaçının güzəştli iş stajının olmamasıdır. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir və bununla bağlı mövqeyini aşağıdakı kimi əsaslandırır. İddiaçının hüququ yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır:

1. Qanunla müəyyən edilmiş yaşı tamam olmalı;

2. Siyahıda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı minimum 12 il 6 ay olmalı;

3. Ümumi iş stajı minimum 25 il olmalı;

4. Tələb olunan məbləğdə pensiya kapitalı olmalıdır. İlk öncə qeyd edilməlidir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericilik normasının tələbinə görə, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması üçün o, 60 yaşını tamamlayanda azı 25 il ümumi və azı 12 il 6 ay güzəştli iş stajını, həmçinin tələb olunan pensiya kapitalını toplamalı idi. İş materiallarından da göründüyü kimi, cavabdeh iddiaçının yaşını, pensiya kapitalını və ümumi iş stajını mübahisələndirmir. Yəni, cavabdeh iddiaçının 25 il ümumi sosial sığorta stajının və tələb olunan məbləğdə pensiya kapitalının mövcud olduğunu qəbul edir. Cavabdehin yeganə mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Cavabdeh qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Məhkəmə, iş materiallarındakı müvafiq materiallara və qanunvericilik normalarına istinad edərək cavabdehin etirazının əsassız olduğunu hesab edir. İddiaçının 60 yaşına çatması və 25 il ümumi iş stajının olması, həmçinin fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olması (176948,77 manat) işin mübahisəsiz hallarına aiddir. İddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin mübahisələndirdiyi hal ondan ibarətdir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan (12 il 6 ay) güzəştli iş stajı yoxdur. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləməsi "xxxx" Şirkəti və "xxxx" MMC tərəfindən verilən Arayışlarla təsdiq olunur. Belə ki, iş materiallarında olan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən” xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, arayış verilir "xxxx" MMC tərəfindən İddiaçı Sahir oğluna (AZE 07517243, FİN: xxxxxxx) ondan ötrü ki, o, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədə "xxxx" MMC (xx.xx.2008-ci ildən "xxxx" MMC və xx.xx.2022-ci ildən "xxxx" MMC) şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində xx.xx.2003- xx.xx.2003 tarixlərində 33 nömrəli əmrlə kran operatorunun köməkçisi kimi işə qəbul edilmiş və 48 nömrəli əmrlə həmin vəzifədən azad edilmişdir. Daha sonra xx.xx.2003-xx.xx.2009 tarixlərində 5/03 nömrəli əmrlə qazma qurğusu kran operatorunun köməkçisi vəzifəsinə işə qəbul edilmiş və R/08/19 nömrəli əmrlə həmin vəzifədən azad edilmişdir. xx.xx.2010-xx.xx.2013 tarixlərində 27 nömrəli əmrlə X4 operatoru köməkçisi vəzifəsinə işə qəbul edilmiş və R/004/13 nömrəli əmrlə həmin vəzifədən azad edilmişdir. İşlədiyi vəzifə üzrə ümumi sosial sığorta stajı "xxxx" MMC şirkətinin Azərbaycandakı Nümayəndəliyində 9 il, 4 ay, 8 gün təşkil edir. Cənab Əhmədov dənizdə yarımdalma üzən X2 Qurğusunda işləmişdir və quyularda sınaq işləri apardıqda qaldırıcının idarə edilməsi, qaldırıcmı işə hazırlamaq, quyu ağzının yoxlanılması və avadanlıqla təchiz edilməsində iştirak etmək, bütün endirmə-qaldırma əməliyyatlarında bucurğadın idarə edilməsi, qaldırıcının mexanizmlərinin saz işləməsinə nəzarət, qaldırıcının işləməsinin qeydiyyat jurnalının yazılması işlərini yerinə yetirmişdir. Cənab Əhmədovun tutduğu vəzifə “X4 Operatorunun Köməkçisi” kimi qeyd edilsə də, onun əmək vəzifələrinə yuxarıda qeyd edilən “quyuların yoxlanması üzrə qaldırıcıların maşinisti”nin gördüyü işlər aid edilmişdir. Şirkətdə “quyuların yoxlanması üzrə qaldırıcıların maşinisti” adlı ştat vahidi mövcud olmamışdır və qaldırıcıya xidmət və əlaqəli (yuxarıda qeyd edilən) işlər kran operatoru və köməkçisi tərəfindən təmin edilmişdir. Belə ki, cənab Əhmədovun gördüyü işlərin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri quyuların sınanması prosesində qaldırıcılara xidmət etmək, bütün endirmə-qaldırma əməliyyatlarını həyata keçirmək, quyu ağzının yoxlanılması daxil olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.1(a) (quyuların yoxlanması üzrə qaldırıcıların maşinistləri) yarımbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynilik təşkil edir; İş materiallarında olan “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli KS007/2023 nömrəli arayışın surətindən görünür ki, arayış verilir ********** qeydiyyat nömrəsi olan Azərbaycan Respublikasındakı Filialı vasitəsilə çıxış edən "xxxx" Şirkəti tərəfindən İddiaçı Sahir oğluna (AZE 07517243, FİN: İKHZTZF) ondan ötrü ki, o, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında KS/095-A/13 nömrəli əmrlə 10 iyun 2013-cü il tarixindən 31 Mart 2022-ci il tarixinədək güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədə işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında 8 il, 9 ay, 22 gün təşkil edir. X3 Azəri platformasında (ofşor), (neft kəşfiyyatı, hasilatı, 170 m dərinliyi), Favelle kranında, hidravlik qurğularda işləyir və və aşağıda qeyd edilən işləri həyata keçirir. Qaldırıcı qurğunun işə hazırlanması bütün endirmə-qaldırma əməliyaytlarında bucurğadın idarə edilməsi qaldırıcının işinin uçotu jurnalının aparılması. Cənab Əhmədovun tutduğu vəzifə "3-cü dərəcəli Kran Operatoru" kimi qeyd edilsə də, onun əmək vəzifələrinə yuxarıda qeyd edilən "qaldırıcının maşinisti"nin gördüyü işlər aid edilir. Şirkətdə "qaldırıcı maşinisti" adlı ştat vahidi mövcud deyil və qaldırıcıya xidmət və əlaqəli (yuxarıda qeyd edilən) işlər kran operatoru tərəfindən təmin edilir. Belə ki, cənab Əhmədovun gördüyü işlərin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri quyuların təmiri prosesində qaldırıcılara xidmət etmək [Kran operatoru/maşinisti, Havanı və dəniz vəziyyətini və yükün xüsusiyyətlıtini nəzərə alaraq kranı idarə etmək, bütün endirmə-qaldırma əməliyaytlarını həyata keçirmək] daxil olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2(a) (qaldırıcıların maşinistləri) yarımbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynilik təşkil edir; İş materiallarında olan “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli KS/027 nömrəli arayışın surətindən görünür ki, arayış verilir ********** qeydiyyat nömrəsi olan EnerMech OGP MMC Şirkəti tərəfindən İddiaçı Sahir oğluna (AZE ********. FİN: xxxxxxx) ondan ötrü ki, o, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədə 01 Aprel 2022-ci il tarixindən indiyədək EnerMech OGP LLC şirkətində güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədə çalışır. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı EnerMech OGP LLC şirkətində isə 11 ay (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. X3 Azəri platformasında (ofşor), (neft kəşfiyyatı, hasilatı, 170 m dərinliyi), Favelle kranında, hidravlik qurğularda işləyir və aşağıda qeyd edilən işləri həyala keçirir. Qaldırıcı qurğunun iş hazırlanması bütün endirmə-qaldırma əməliyaytlarında bucurğadın idarə edilməsi qaldırıcının işinin uçotu jurnalının aparılması. Cənab Əhmədovun tutduğu vəzifə “3-cü dərəcəli Kran Operatoru” kimi qeyd edilsə də, onun əmək vəzifələrinə yuxarıda qeyd edilən “qaldırıcının maşinisti”nin gördüyü işlər aid edilir. Şirkətdə "qaldırıcı maşinisti” adlı ştat vahidi mövcud deyil və qaldırıcıya xidmət və əlaqəli (yuxarıda qeyd edilən) işlər kran operatoru tərəfindən təmin edilir. Belə ki, cənab Əhmədovun gördüyü işlərin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri quyuların təmiri prosesində qaldırıcılara xidmət etmək [Kran operatoru/maşinisti, Havanı və dəniz vəziyyətini və yükün xüsusiyyətini nəzərə alaraq kranı idarə etmək, bütün endirmə-qaldırma əməliyyatlarını həyata keçirmək] daxil olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2(a) (qaldırıcıların maşinistləri) yarımbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynilik təşkil edir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi kran operatoru vəzifəsinin siyahıda nəzərdə tutulmadığına istinad etmişdir. Halbuki, iş yerindən əldə edilmiş arayışlardan da müəyyən olunur ki, iddiaçının gördüyü işlərin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri quyuların təmiri prosesində qaldırıcılara xidmət etmək (Kran operatoru/maşinisti, Havanı və dəniz vəziyyətini və yükün xüsusiyyətini nəzərə alaraq kranı idarə etmək, bütün endirmə-qaldırma əməliyyatlarını həyata keçirmək) daxil olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2(a) (qaldırıcıların maşinistləri) yarımbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının 21302000 2.Neft-qaz və qaz kondensatının hasilatı bölməsində 2130200a -a) fəhlələr: 2130200a—14012 kodu ilə qaldırıcıların maşinistləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 10.2a. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bölməsində - qaldırıcıların maşinistləri müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarına görə iddiaçının 60 yaşının tamam olduğu vaxt onun 12 il 6 aydan artıq güzəştli iş stajının və 25 ildən artıq ümumi iş stajının olması sübuta yetirilmişdir. Eyni zamanda iddiaçının işlədiyi müvafiq peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. İddiaçının çalışdığı həmin vəzifələrin güzəştli pensiya hüququ verən peşələrə aid olduğu işin hallarında sadalanan güzəştli arayışlarla da təsdiq olunur. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1122/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının 45-ci bəndinə əsasən) Beləliklə də, hazırkı iş üzrə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajı mövcud olduğundan cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinaya əsas olan faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri olan şərtlərin (60 yaş, azı 25 il ümumi iş stajı və 12 il 6 ay xüsusi iş stajının tamamlanması) ödənilməsi işin məhkəmə araşdırması ilə sübuta yetirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli Qərardadının 75 və 76-cı bəndlərinə görə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir. Məhkəmə nəticədə qərara almışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1- 1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin, o cümlədən Qərardadın tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən (8 oktyabr 2020-ci il tarixli) qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının hüququ 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaransa da, iddiaçı hazırkı tələblə xx.xx.2023-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etməsi iş materialları ilə öz təsdiqini tapdığından, onun pensiya məbləği xx.xx.2020-ci il tarixdən ödənilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il tarixdən, həmin tarixə iddiaçının 60 yaşın tamam olmasını nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmaıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən, yəni 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar