Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-110/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil3, üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla sərəncamın etibarsız hesab edilməsinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının (bundan sonra mətndə Bakı şəhər İHB) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 0,12 ha bağ sahəsinin X6 ayrılması haqqında 30 iyul 2003-cü il tarixli, 381 saylı sərəncamının etibarsız hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İHB-nin 21 oktyabr 1992-ci il tarixli, 1694 saylı sərəncamı ilə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli, 6/333 nömrəli qərarı və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il tarixli, 195 nömrəli qətnaməsinə əsasən ona Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 106 nömrəli bağ-tikinti kooperativinin nəzdində sahəsi 0,12 ha olan 5831 nömrəli bağ sahəsi ayrılmış və 107 saylı müvafiq order verilmişdir. O, həmin bağ sahəsi üzərində hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) müraciət etmiş, lakin həmin İdarənin 13 dekabr 2019cu il tarixli, **********81 nömrəli məktubu ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, İdarənin arxiv əsaslarında eyni nömrəli bağ sahəsinə dair digər şəxsin adına müqavilə mövcuddur və həmin ərazi ilə bağlı müraciəti daxil olmuşdur. Onun sorğularına cavab olaraq verilmiş DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 21 fevral 2020-ci il tarixli, **********44 nömrəli məktubu və Bakı şəhər İHB-nin Aparatının 01 aprel 2020-ci il tarixli, 7-945/17 saylı məktubu ilə müəyyən olunmuşdur ki, göstərilən bağ sahəsi Bakı şəhər İHB-nin 30 iyul 2003-cü il tarixli, 381 saylı sərəncamı ilə X6 verilmişdir. Bununla bağlı o, yaranmış vəziyyətə aydınlıq gətirilməsi və qanunsuz sərəncamın ləğvi ilə əlaqədar Bakı şəhəri İH-yə müraciət etsə də müraciətləri cavabsız qalmışdır. Göründüyü kimi Bakı şəhər İH ona bağ sahəsi ayrılması barədə 21 oktyabr 1992-ci il tarixli, 1694 saylı sərəncamı qüvvədə olduğu, ləğv edilmədiyi halda heç bir əsas olmadan həmin bağ sahəsinin Leyla Rüstəmovaya verilməsi barədə 30 iyul 2003-cü il tarixli, 381 saylı qanunsuz sərəncam verməklə onun hüquqlarını pozmuşdur. Həmin qanunsuz inzibati akt verildiyi andan etibarsızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, X8 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin və üçüncü şəxs X5 iddia tələbinə dair yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasına iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil3 ayrıayrılıqda iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 izahatında, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İddia mümkündür. İşin halları. Məhkəmə tərəfindən verilmiş müafiq sorğulara əsasən: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 511 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhər İH-nin arxiv fondu üzrə 1992- 2003-cü illərə dair arxiv sənədləri, o cümlədən xx.xx.1992-ci il tarixli, 1694 və xx.xx.2003cü il tarixli, 381 saylı sərəncamları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 7-3576/17 saylı 10 dekabr 2020-ci il tarixli cavab məktubunda (arxiv çıxarışı) qeyd olunmuşdur ki, Bakı şəhər İHB-nın 1992-ci il və 2003-cü il tarixli sərəncamlarına əsasən: Bakı şəhər İHB-nin xx.xx.1992-ci il tarixli, 1694 saylı sərəncamı ilə İddiaçı Ləhicdə 106 №-li BTK tərkibində bağ sahəsi istifadəsinə verilmişdir. Bakı şəhər İHB-nin xx.xx.2003-cü il tarixli, 381 saylı sərəncamı ilə X6 Ləhicdə 5831 №-li bağ sahəsi ayrılmışdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********57 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş Bakı şəhər İcraiyyə Komitəsinin X3 və X9 bağlar sahəsindəki 106 № li bağ kooperativi tərəfindən verilmiş 107 №-li orderin surətindən müəyyən olunur ki, Bakı şəhəri İcraiyyə Komitəsinin 21 oktyabr 1992-ci il tarixli 1694 №-li qərarına əsasən Ləhiş bağlar sahəsində 106 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 5831 №-li bağ sahəsi İddiaçı ayrılmışdır. Bakı şəhər İHB Aparatının 7-3953/17 saylı xx.xx.2020-ci il tarixli və 7-632/17 saylı xx.xx.2021-ci il tarixli eyni məzmunlu arxiv çıxarışında qeyd olunmuşdur ki, Bakı şəhər İHB-nın 1992-ci və 2003-cü ilə dair sərəncamları kitablarında- (çıxarış) xx.xx.2003-cü il “X3 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında” 381 №-li X1 Ləhiş bağ № 5831 (bənd 2.25); “Bağ sahələrinin ayrılması, ada keçirilməsi və bölünməsi haqda” xx.xx.1992-ci il tarixli 1694 №-li Sərəncamla İddiaçı Ləhic BTK 106 nömrəli bağ sahəsi ayrılmışdır (bənd 2.107). Qeyd olunan sərəncamlara əsas olan sənədlər əlavə edilməmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********45 №-li, xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 106 nömrəli BTK-ya dair ayrıc aktı arxiv qovluğunda aşkar edilməmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0.12 hektardan ibarət olan 5831 saylı bağ sahəsi xx.xx.2003-cü il tarixli, 31817 nömrəli müqavilə və 2 saylı BİİM-nin 2-1(82)-900/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərarı əsasında xx.xx.2020-ci il tarixdə X5 adına Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Eyni zamanda məktuba 106 nömrəli BTK nəzdində Ləhiş bağ massivində yerləşən bağ sahələrinin yerləşmə sxeminin təsdiq edilmiş surəti əlavə edilmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********63 saylı, xx.xx.2023-cü il tarixli məktubla təqdim olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, faktiki göstərilən torpaq sahəsi hasar daxili 1200.0 kv.m təşkil edir (üzərində tikili yoxdur). Faktiki olaraq göstərilən 1200.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. XY 1.412888.791 4492267.946 2.412873.968 4492286.567 3.412873.173 4492287.596 4.412912.615 4492316.077 5.412927.137 4492295.875 İddiaçı ayrılmış bağ sahəsinin nömrəsi 106 saylı X2 bölgü sxemində verilmədiyindən, bağın dəqiq koordinatlarını təyin etmək mümkün olmadı.Bu səbəblərdən üst-üstə düşüb-düşməməsini aydınlaşdırmaq mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən İddiaçı iddia etdiyi torpaq sahəsi faktiki olaraq **********32 reyestr nömrəsi ilə X5 adına 5831 saylı bağ nömrəsi kimi qeydiyyatdan keçmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-900/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarın surətindən müəyyən olunur ki, iddiaçı X8 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-900/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə, iddianın təmin edilməsi, Bakı şəhər İHB Aparatı X3 və İstismarı Birliyi ilə iddiaçı X8 arasında bağlanmış 5 avqust 2003-cü il tarixli 31817 saylı müqavilə əsasında iddiaçıya ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5831 saylı bağ sahəsinə onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2171/2019 saylı qərarı ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2- 1(82)-900/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-655/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0,12 kv. metr olan 5831 nömrəli bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-655/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Sbunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0,12 kv. metr olan 58.31 nömrəli bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi ilə bağlı İddiaçı müraciəti üzrə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2576/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-655/2019 saylı, 25 iyul 2019-cu il tarixli qərarının mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) **********81 №li, xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişində qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 5831 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. İdarənin arxiv əsaslarında eyni nömrəli bağ sahəsinə dair digər şəxsin adına müqavilə mövcuddur və həmin ərazi ilə bağlı müraciəti daxil olmuşdur. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)2576/2019 saylı məhkəmə işi üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı İdarəyə daxil olmamışdır. Bakı şəhər İcra Hakimiyyətinin 7-945/17 saylı, xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 1694 saylı sərəncamı ilə vətəndaş İddiaçı Ləhicdə 106 saylı BTK-dən bağ sahəsi ayrılmışdır. Bakı şəhər İHB-nin xx.xx.2003-cü il tarixli, 381 saylı sərəncamı ilə vətəndaş X6 Ləhicdə 5831 №-li bağ sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən İddiaçı ünvanlanmış **********91 saylı, xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5831 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun bərpa olunmasına köməklik göstərilməsi barədə müraciətinə baxılmışdır. Qeyd olunan torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilməsi ilə bağlı iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 655/2019 nömrəli qərarı ilə qismən təmin edilmiş və həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyətinə uyğun koordinatları məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş koordinatların əks etdirdiyi torpaq sahəsi başqa fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11107/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, ərizəçi İddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-900/2019 saylı iş üzrə 14 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və onun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir (səh. 2., abzas 6); Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1( 82)-900/2019 saylı iş üzrə 14 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və İddiaçı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir (səh 3, abzas 2). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11107/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı X5 Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs İddiaçı cəlb olunmaqla) bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi tələbinə dair iddiasının təmin olunmaması qərara alınmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmənin mövqeyi. Hazırda iddiaçı hüquqlarının pozulduğunu qeyd etməklə, üçüncü şəxsə torpaq sahəsinin ayrılması haqqında cavabdeh inzibati orqanın inzibati akt sayılan sərəncamının etibarsız hesab olunmasını tələb edir. Yuxarıda qeyd olunan maddi hüquq normasında (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu) inzibati aktın etibarsız sayılmasının konkret əsasları göstərilmişdir. Bu əsasların mövcud olması inzibati aktın heç bir hüquqi əhəmiyyətə malik olmadığını bildirir. Qanunvericiliyin bu əsasları dəqiq müəyyən etməsi ona xidmət edir ki, ilk növbədə aydın şəkildə inzibati aktı etibarsız edən hallar konkretləşdirilsin. İşin araşdırılan hallarından görünür ki, iddiaçı inzibati aktın etibarsız sayılması üçün yuxarıda qeyd olunan əsaslardan birinin (65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt) mövcudluğunu sübut edə bilmişdir. Məhkəmə araşdırmaları zamanı inzibati aktın etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsas aşkar edilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması barədə xx.xx.1992-ci il tarixli inzibati akt (sərəncam) heç bir inzibati orqan və ya məhkəmə tərəfindən ləğv olunmadığı (qüvvədə olduğu) halda cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin üçüncü şəxsə ayrılması barədə icrası mümkün olmayan xx.xx.2003-cü il tarixli inzibati akt (sərəncam) qəbul olunmuşdur. Halbuki Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur (84.1). Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir (84.2). Qeyd olunanlara əsasən məhkəmə hesab edir mübahisələndirilən sərəncam cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla qəbul edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında olduğundan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür ki, hazırkı iş üzrə cavabdeh bunu sübut edə bilməmişdir, iddiaçı isə mübahisələndirilən inzibati aktın etibarsız hesab edilməsi üçün qanunvericilikdə göstərilən əsasların olmasını sübut edə bilmişdir İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Bakı şəhəri İH-yə qarşı Bakı şəhər İHB-nın Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 0,12 ha bağ sahəsinin X6 ayrılması haqqında 30 iyul 2003-cü il tarixli, 381 saylı sərəncamının etibarsız hesab edilməsinə dair tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 0,12 ha bağ sahəsinin X6 ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının 30 iyul 2003-cü il tarixli 381 №li sərəncamı etibarsız hesab edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-110/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-110/2023
28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver