Məhkəmə qərarları › İş №e-2-1(112)-11008/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11008/2023

04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11008/2023 04.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkət və hərəkətsizliyinin nəzərə alınması, onun tərəfindən ünvanlanmış şikayət və ərizələrinin cavablandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı ********** nömrəli VÖEN-lə fəaliyyət göstərir. O, yaranmış vergi borcları ilə əlaqədar olaraq 3 saylı Ərazi Vergilər İdarəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və Dövlət Vergi Xidməti Aparatına müxtəlif vaxtlarda müraciətlər etmişdir. xx.xx.2023-cü il tarixdə vergidən yaranmış əsas borc olan 840905.78 manat silinmiş, xx.xx.2023-cü il tarixdə ölkə hüdudlarından kənara çıxmağa dair qoyulmuş məhdudiyyət götürülmüşdür. Bundan sonra xx.xx.2023-cü il tarixdə həmin borca hesablanmış maliyyə sanksiyası və peniyaların silinməsi üçün müraciət olunmuşdur. Lakin müddət keçməsinə baxmayaraq həmin müraciətlər cavablandırılmamışdır. Məhkəmə qərarına əsasən silinən vəsait şəxsi vərəqədə Məhkəmə Hökmü ilə təmin edilmiş məbləğ üzrə vərəqədə borc kimi qeyd olunmuşdur. VM-nin 93-cü maddəsinə əsasən ümidsiz borcların silinməsi həyata keçirilməlidir. İddiaçı xx.xx.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təkrar rəsmi məktubla müraciət etmiş, şəxsi vərəqəsinə işlənmiş hesablamaların öz qüvvəsini itirdiyindən şəxsi vərəqəyə işlənmiş verginin məhkəmə qərarlarına əsasən silinməsi və məhdudiyyətlərin götürülməsini xahiş etmişdir. Bu müraciətlər müxtəlif vaxtlarda olmasına baxmayaraq cavabdeh tərəfindən heç biri qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə vəsatət təqdim edərək, qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli sorğuya əsasən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının müraciətləri cavablandırılmış və qeyd olunan hallarla bağlı şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər aparılmışdır. İlk olaraq, iddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edərək, İddiaçı 2011-ci ilin yekununa əsasən hesablanmış 825183,8 manat məbləğin silinməsini xahiş etmişdir. Qeyd olunan məbləğ 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2014-cü il tarixli **********773265 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən hesablandığından, məktub aidiyyəti üzrə həmin idarəyə yönəldilmişdir. 3 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisinə “Araşdırma müddətinin uzadılması haqqında” **********339500 nömrəli məktub göndərilmişdir. Araşdırma başa çatdıqdan sonra, xx.xx.2023-cü il tarixli **********969600 nömrəli məktubla vergi ödəyicisinin müraciəti cavablandırılmış, bildirilmişdir ki, 825183,80 manat vergi borcunun xx.xx.2023-cü il tarixdə icra olunmuş və şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər aparılmışdır. Daha sonra, iddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Dövlət Vergi Xidmətinin Aparatına müraciətlər ünvanlayaraq, şəxsi hesab vərəqəsində mövcud olan 278207,79 manat məbləğin silinməsini xahiş etmişdir. Vergi ödəyicisinə “Araşdırma müddətinin uzadılması haqqında” **********427400 nömrəli məktub göndərilmişdir. Araşdırma başa çatdıqdan sonra Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********761500 nömrəli məktubu ilə müraciət cavablandırılmış, bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə vergilər üzrə 278207,79 manat faiz borcları şəxsi hesab vərəqəsindən azaldılmışdır. Göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinin müraciətləri müvafiq araşdırmalar aparıldıqdan sonra cavablandırılmış və müraciətdə qeyd olunan məbləğlərin azaldılması təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatəti müdafiə edərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən iddianın mümkünlüyünü yoxlayaraq qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, 08 may 2018-ci il tarixli 1(067)-1/2018 saylı və 19 mart 2019-cu il tarixli 1(105)- 29/2019 saylı məhkəmə işlərinin yekun qərarına əsasən ona 2011-ci ilin yekununa əsasən 825183.80 manat hesablanmış vəsaitin silinməsini xahiş etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli **********969600 saylı məktubla iddiaçının müraciətini cavablandıraraq qeyd etmişdir ki, səyyar vergi yoxlaması nəticəsində 2011-ci ilin yekunlarına əsasən hesablanmış 825183,80 manat vergi borcunun silinməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə icra olunmuş və iddiaçının şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər aparılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən Dövlət Vergi Xidmətinə müraciət edərək, məhkəmə qərarı ilə hesablanmış verginin və penyanın silinməsi, şəxsi vərəqədə düzəlişlərin tam təmin olunmasını xahiş etmiş, Xidmət iddiaçıya ünvanladığı məktubunda qeyd etmişdir ki, müraciətlə əlaqədar əlavə araşdırmaların aparılmasına zərurət yarandığı üçün “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsinin tələbinə əsasən uzadılmışdır. Müraciətə baxılmasının nəticəsi barədə ona qanunvericiliklə müəyyən olunmuş müddətdə cavab veriləcəyi bildirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək, şəxsi vərəqəyə işlənmiş verginin məhkəmə qərarlarına əsasən silinməsi və üzərindən məhdudiyyətlərin götürülməsini xahiş etmiş, Dövlət Vergi Xidməti xx.xx.2023-cü il tarixli **********761500 nömrəli məktubla bildirmişdir ki, iddiaçının xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarına baxılmış, iddiaçının xx.xx.2023-cü il tarixdə vergilər üzrə 278207,79 manat faiz borcu azaldılmışdır. İşdə olan iddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2023cü il tarixdə 840905,78 manat borc məbləği silinmiş, xx.xx.2023-cü il tarixdə 278207,79 manat azalma edilmişdir. Beləliklə, işin istinad olunan hallarından müəyyən olunur ki, iddiaçı müvafiq müraciətlərlə cavabdehə müraciət etmiş, cavabdeh isə həmin müraciətləri cavablandırmış, iddiaçının hüquqi marağına uyğun vergi borcunu şəxsi hesab vərəqəsindən silmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı halda İddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Belə ki, iddiaçının müraciətləri cavablandırılmış, onun hüquqi marağına uyğun zəruri hərəkətlər cavabdeh tərəfindən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2 Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar