Məhkəmə qərarları › İş №e-2-1(112)-1101/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1101/2025

04.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1101/2025 04.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkli və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı qanunvericiliklə nəzərdə əmək stajını nəzərə alaraq ona əmək pensiyası təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.1958-ci il tarixdə Füzuli rayonunda anadan olmuşdur. xx.xx.1975-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Ali təhsil almışdır. xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Füzuli rayonu, Rusiya adına kolxovza baş mühəndis vəzifəsində çalışmışdır. xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Füzuli rayonu, k/mex təminat birliyinin təmir emalatxanasında müdir işləmişdir. xx.xx.1986-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Füzuli rayonu Rusiya kolxozunda baş mühəndis işləmişdir. Eyni zamanda xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək X1 İdarəsində mühəndismexanik vəzifəsində işləmişdir. 30 il altı ay əmək stajı mövcuddur. Onunla işləyənlər ondan çox qazanc alırlar. O bunu aradan qaldırmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və ona oradan cavab olaraq bildirilir ki, ona pensiya təyin edilərkən nəzərdə tutulmuş əmək stajı yoxdur. xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixinədək Q.Namazəliyev (Rusiya) adına kolxozda əmək haqqı hesablanmamışdır. Onun həmin illərdə işləməyini təsdiq edən əmək kitabçası vardır və sənədlərlədə sübut olunmuşdur. Həmin dövrdə kolxoz fəaliyyət göstərmiş və kolxzun mülkiyyətində olan texnikalar avtomaşınlar mövcud olmuşdur. Hətta hazırda ərizəsinə əlavə edilmiş Füzuli rayon Aqrar İslahat Komissiyasının protokolundan çıxarış var ki, həmin çıxarışda kolxozun mülkiyyətində olan bir ədəd t-28 markalı traktor 2009-cu il tarixdə satılmışdır. Həmin texnikalara birbaşa baş mühəndis kimi o nəzarət etmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş əmək stajı mövcuddur. Ona görə də o hüquqlarənə bərpa olunması məqsədi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 3-1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibatimübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 14.3-cü maddəsin əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktikişərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci 2-ci bəndlərinə görə məhkəmənin qəbl etdiyi qərarlar dövlətin adından çıxarılır və icrası məcburidir. Azərbaycan Respbulikasının MPMnin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu zaman tərəfin sübutlarının təmin olunmasına dair məhkəməyə müraciət etmək hüququ yaranır. 14.2-ci maddəyə əsasən əhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibatiaktda ona qarşı mümkün hüquqimüdafiə vasitələri, bu hüquqimüdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respbulikasının İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş vardır. Hesab edilir ki, icraatda olan e-2-1(112)- 8422/2024 nömrəli iş üzrə iddia tələbi təmin edilməməlidir. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Ərizəyə aidiyyəti üzrə Mərkəzi Filial tərəfindən baxılaraq iddiaçıya xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-64426/2024 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin surətlərinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə kimi mövcud sığorta stajı qanunla tələb olunan 25 il sığorta stajı müddətindən azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır. Göstərilən səbəblərə əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İmtina ilə razılaşmayan iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.Hesab edirik ki, cavabdeh tərəfindən verilən imtina əsaslıdır və iş üzrə iddia tələbi təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır. Maddələrin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: İddiaçının yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; İddiaçının fərdi hesabının sığorta hissəsində geydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir və yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2023-cü il tarixdə çatmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cəmi 21 il 2 ay 23 gün sığorta stajı vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından azdır. Belə ki, İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən ümumi sığorta stajı iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil aldığı müddət; xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olduğu müddət; xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2004cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddət nəzərə alınmaqla 21 il 2 ay 23 gün təşkil edir. Həmçinin bildirilir ki, 01.01,2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İş üzrə Mərkəzi Filial tərəfindən İddiaçıaya məxsus əmək kitabçasında qeyd edilən xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrün araşdırılması zərurəti yaranmışdır. Bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun keçmiş Füzuli rayon şöbəsinin müvafiq məktubuna əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Q.Namazəliyev adına kolxozda iddiaçının adına əməkhaqqı hesablanmamışdır. Bu səbəbdən həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta hagları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli Plenum qərarında qeyd edilir ki, dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir.Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. Eyni zamanda həmin qərarda sosial sığorta haqlarının ödənildiyi vəsaitlərin pensiya hesablanması zamanı nəzərə alındığı, məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının pensiya təyin edilərkən nəzərə alınmasının qanunvericiliyin tələblərinə uyğun olmadığı vurğulanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 3-cü maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasındaa, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququna malikdir. Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”rıın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-i il tarixli 175 nömrəli Qərarının 4-cü maddəsinin 1-ci bəndində göstərilmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həmin dövr sığorta stajı kimi nəzərə alınır. İş üzrə cavabdeh orqan tərəfindən Füzuli rayon şöbəsinin müvafiq məktubuna əsasən iddiaçının adına xx.xx.1993cü il tarixdən xx.xx.1999-cu il tarixədək əməkhaqqı hesablanmaması müəyyən edilmişdir. Beləliklə, sözügedən dövrlərdə iddiaçının adına əməkhaqqı hesablanmaması səbəbindən həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçı T.Aqayevin yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində geydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ganuni əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidirEyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yuxarıda qeyd edilənləri, AR İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair e-2- 1(112)-8422/2024 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-17-8/2-A-64426/24 saylı məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi əmək kitabçasının, təhsil haqqında arayışın və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil aldığı illər və xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla) 21 il 2 ay 23 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun keçmiş Füzuli rayon şöbəsinin müvafiq məktubuna əsasən xx.xx.1993cü il tarixindən xx.xx.1999-cu İİ tarlxlnodək Q Namazəliyev adına kolxozda asına əmək haqqı hesablanmadığından həmin dövr sığorta stajınıza daxil edilməmişdir. 21-2.4-cü maddəsinə əsasən müvafiq İcra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bır növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.8-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı ahıllara qulluq dövrü patronajın təyin edilməsi barədə qərar, qulluq etməyə dair qulluq olunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələri, qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajına daxil edilir. Qeyd olunan yarımbəndin tələblərinə əsasən atası X3 vəfat etdiyi üçün ona xx.xx.2004-cü il tarixindən xx.xx.2009-cu il tarixinədək qulluq etdiyi dövr məhkəmə qərarı əsasında öz təsdiqini tapdıqdan sonra yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər. Qeyd olunanları nəzərə alaraq, təkrar müraciətlə əlaqədar olaraq sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddəyə əsasən xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib.Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. ИT-İ seriyalı ******* nömrəli xx.xx.1984-cü il tarixli İddiaçı dair əmək kitabçasından görünür ki, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci ilə kimi Azərbaycan SSR Füzuli rayonu Rusiya adına kolxoza baş mühəndis vəzifəsində çalışmışdır. xx.xx.1983-cü il tarixdən Füzuli rayonu, k/mex təminat birliyinin təmir emalatxanasında müdir işləmişdir. xx.xx.1986cı ildə Füzuli rayonu Rusiya kolxozunun xx.xx.1986-cı il tarixli, 44 nömrəli məktubuna əsasən həmin kolxozun idarə heyətinin qərarı ilə kolxoza baş mühəndis vəzifəsinə təyin edildiyi üçün xx.xx.1986-cı il tarixdən işdən azad edilib həmin kolxoza köçürülsün. xx.xx.1986-cı il tarixdən Füzuli rayonu Rusiya kolxozunda baş mühəndis vəzifəsinə təyin edilmişdir. xx.xx.1999-cu il tarixdə Füzuli rayonu Rusiya kolxozunda baş mühəndis vəzifəsindən azad edilmişdir. xx.xx.1999-cu il tarixdən X1 İdarəsində mühəndis-mexanik vəzifəsində işləmişdir. xx.xx.2004-cü il tarixədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 29-cu bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən ГE seriyalı 134203 nömrəli hərbi bilet məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nəsimi sektorunun xx.xx.2024-cü il tarixli 293 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Füzuli rayonundan məcburi köçkündür. Nəsimi rayonu, H.Seyidzadə 26/50 ünvanında müvəqqəti qeydiyyatdadır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli flialının xx.xx.2024-cü il tarixli 3-48-DA-3F/2-53-2024 saylı məktubundan görünür ki, 03 iyun 2024-cü il tarixli 2-1(112)-8422/2024 saylı məktubla bağlı (daxil olma tarixi xx.xx.2024-cü il) filialda araşdırma aparıldı və müəyyən edildi ki, İddiaçı işlədiyi Füzuli rayon Horadiz kəndi "Q.Namazəliyev" (Rusiya) adına kolxozun 1993-1999-cu illərə aid sənədləri arxivə təhvil verilməmişdir. Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5- 43/2-925/2024 saylı məktubundan görünür ki, sənədlər “Milli arxiv fondu” haqqında Azərbaycan Respublikasının qanununun 10-cu maddəsinə əsasən sənədlərin daimi mühafizəsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Arxivinin Füzuli filialına təhvil verilir. Füzuli Rayon İcra Hakimiyyətinin və nümayəndəliklərin inzibati binasında sənədlər “Milli arxiv fondu” haqqında qanununa əsasən 5 il müddətində saxlanılır. Əlavə olaraq bildirilir ki, Füzuli rayon “Q.Namazəliyev” adına kolxozda işləmiş İddiaçı 1993-1999-cu illər üzrə barəsində olan əmrlər, həmin dövrdə əmək haqqı alıb-almaması barədə məlumat, əmək haqqı cədvəllərinin təsdiq edilmiş surəti, eyni zamanda sözügedən kolxozun hansı tarixdə fəaliyyət göstərməsi, hansı tarixdə ləğv edilməsi, kolxoza dair arxiv sənədlərinin hansı quruma təhvil verilməsi barədə Rayon İcra Hakmiyyətində məlumat yoxdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abeşron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin 3-48-1RA/2-705/2024 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Füzuli rayon Q.Namazəliyev (Rusiya) adına kolxozun sənədləri saxlanması və mühafizə edilməsi üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5- 43/2-271/2025 saylı məktubundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filalına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işlə əlaqəli Rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2025-ci il tarixli 2- 1(112)-1101/2025 nömrəli sorğuya cavab olaraq bildirilir ki, 1993-cü il avqustun 23-də ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonu işğal edilən zaman bütün arxiv materialları məhv edilmişdir. İşğal dövrandə Q.Namazəliyev (Rusya) adına kolxoza aid arxiv materialları işğalçı ordu tərəfindən məhv edilməsi səbəbindən sözügedən kolxoza aid məlumatların təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli flialının xx.xx.2025-ci il tarixli 3-48-DA-3F/2-35/2025 saylı məktubundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filalına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işlə əlaqəli Rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2025-ci il tarixli 2-1(112)-1101/2025 nömrəli sorğunya cavab olaraq bildirilir ki, 1993-cü il avqustun 23-də ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonu işğal edilən zaman bütün arxiv materialları məhv edilmişdir İşğal dövründə Q.Namazəliyev (Rusya) adına kolxoza aid arxiv materialları işğalçı ordu tərəfindən məhv edilməsi səbəbindən sözügedən kolxoza aid məlumatların təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Arxiv və Sosial Ödənişlərin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.1994-cü il tarixli haqq-hesab cədvəli, xx.xx.1994-cü il tarixli haqq-hesab cədvəli, xx.xx.1996-cı il tarixli haqq-hesab cədvəli, xx.xx.1994-cü il tarixli haqq-hesab cədvəli , xx.xx.1998-cü il tarixli haqq-hesab cədvəli, xx.xx.1999-cu il tarixli haqq-hesab cədvəli, xx.xx.1999-cu il tarixli haqq-hesab cədvəli, xx.xx.1999-cu il tarixli haqq-hesab cədvəli, xx.xx.1999-cu il tarixli haqq-hesab cədvəli, xx.xx.2000-ci il tarixli haqq-hesab cədvəli məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 31.1-1-ci maddəsinə əsasən bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin İdarə Heyətinin **********1 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı haqqında” Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş ödənişlərin (bundan sonra – sosial ödənişlər) təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən Filial Bakı şəhərində yerləşir. Beləliklə, Filial inzibati orqandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə, qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla, mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə, inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi İddiaçı xx.xx.1598-ci il tarixdə doğulmuşdur. İddiaçının ИT-İ seriyalı ******* nömrəli xx.xx.1984-cü il tarixli əmək kitabçasına əsasən onun xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci ilə kimi Azərbaycan SSR Füzuli rayonu Rusiya adına kolxoza baş mühəndis vəzifəsində, xx.xx.1983-cü il tarixdən Füzuli rayonu, k/mex təminat birliyinin təmir emalatxanasında müdir vəzifəsində, xx.xx.1986-cı il tarixdən işdən azad edilib xx.xx.1986-xx.xx.1999-cu il tarixlərdə Füzuli rayonu Rusiya kolxozunda (Namazaliyev kolxozu) baş mühəndis vəzifəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək X1 İdarəsində mühəndis-mexanik vəzifəsində işləməsinə dair qeydlər var. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən siğorta stajı iddiaçının əmək kitabçasının, təhsil haqqında arayışın və hərbi biletin surətlərinə əsasən (xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil aldığı illər və xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 21 il 2 ay 23 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Mübahisəli sosial sığorta stajı xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu iİ tarlxədək Q Namazəliyev adına kolxozda olan əmək fəaliyyəti dövrüdür. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abeşron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin 3-48-1RA/2-705/2024 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Füzuli rayon Q.Namazəliyev (Rusiya) adına kolxozun sənədləri saxlanması və mühafizə edilməsi üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Məhkəmə qeyd edir ki, sözügedən dövr iddiaçının əmək kitabçasında qeyd edilmişdir. Bundan başqa, cavabdeh qurum tərəfindən təqdim edilmiş Q.Namazaliyev adına kolxoza dair 1994-2000-ci il tarixli haqq-hesab cədvəllərindən görünür ki, sözügedən kolxoz həmin tarixlərdə fəaliyyət göstərmişdir. Təqdim edilmiş haqq hesab cədvlləri kolxozun fəaliyyəti ilə bağlı olmaqla həmin sənədlərdə hər hansı bir işçi barədə məlumat qeyd edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən dövr üzrə əmək haqqı alıb-almaması barədə məlumatların hazırda təqdim edilə bilməməsi iddiaçının əmək kitabçası və arxiv məlumatları ilə təsdiq edilən həmin dövrdəki əmək fəaliyyətinin nəzərə alınmamasına əsas hesab edilə və iddiaçı ilə Q.Namazəliyev (Rusiya) adına kolxozu arasında xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixlərdə əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixə ən azı 25 il sığorta stajı var ( 26 il 06 ay 08 gün). Odur ki, məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla xx.xx.2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. xx.xx.2002-ci il tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci—yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda, iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı xx.xx.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda, əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Odur ki, məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə (“qanunun analogiyası” tətbiq edilməklə) əsasən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Nəticə etibarilə, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. X4 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir. Beləliklə, iddia təmin edilməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1958-ci il tarixdə doğulduğu üçün ona 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçının hüquqi marağına uyğun olaraq ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar