Məhkəmə qərarları › İş №e-2-1(112)-11028/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11028/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11028/2022 18.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbi barədə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56ı) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının filialı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin 16 may 2022-ci il tarixli **********187400 saylı “Vergilərin, işsizlik və sosial sığorta haqlarının hesablanması barədə” qərarının ləğv ediıməsi tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundam sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər gəlmişlər. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə əlavə ərizə təqdim etmiş və hazırkı (e-2-2(112)-11028/2022 saylı) inzibati işin məhkəmənin icraatında olan 2- 1(112)-6281/2022 saylı inzibati işlə əlaqəli olduğunu nəzərə alaraq işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatənda olan digər iş üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin Azərbaycan Respublikasındaki Filialı üzrə keçirilmiş səyyar vergi yoxlamasına dair 9 dekabr 2021ci il tarixli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmiş və 2020-ci ildə iddiaçının baş ofisi tərəfindən müvafiq olaraq filiala ödənilmiş 934.711,66 manat pul məbləği 2020ci ildə ƏDV-yə cəlb olunmuşdur. Lakin səyyar vergi yoxlamasının aktının birinci səhifəsindən müəyyən olunduğu kimi, mənfəət vergisi məqsədləri üçün 2020-ci il yoxlama dövrü ilə əhatə olunmamışdır. Bu səbəbdən Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi kameral yoxlama keçirmiş və 16 may 2022-ci il tarixində “Vergilərin, işsizlik və sığorta haqlarının hesablanması barədə” **********187400 saylı qərarı ilə 2020-ci il ərzində iddiaçının baş ofisi tərəfindən müvafiq olaraq filiala ödənilmiş 934.711,66 manat pul məbləğinə mənfəət vergisini cəlb etmişdir. Yuxarıda qeyd olunan işlərin bir icraatda baxılması həm Bakı İnzibati Məhkəməsinin iş yükünün dəyərləndirilməsi nöqteyi nəzərdən, həm də iddiaçının məhkəmə çəkişmələri ilə bağlı vaxt və maliyyə sərfləri baxımından məqsədəmüvafiqdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri (vəkilləri) X4 və Vəkil iş üzrə icraatların birləşdirilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 icraatın birləşdirilməsinə etiraz etmədi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, 2-1(112)- 11028/2022 saylı hazırkı iş Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)- 6281/2022 saylı inzibati işlə birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat 2-1(112)-6281/2022 qeydiyyat nömrəsi ilə davam etdirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. İPM-in 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. MPM-in 169.3-cü maddəsinə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, hər iki iş üzrə iddia tələbləri ilə də müəyyən edilir ki, tələblər bir-biri ilə əlaqəlidir və hər iki iddia üzrə müəyyənləşdirilməli, yoxlanılmalı halllar oxşardır və bu iki tələbin ayrı-ayrı icraatlarda baxılması eyni məsələlər üzrə iki paralel icraatın aparılmasına, nəticə etibarilə vaxt itkisi və müvafiq resursların əsassız istifadəsinə gətirib çıxara bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən icraatın birləşdirilməsi ilə bağlı verilmiş ərizə təmin olunmalı, 2-1(112)- 11028/2022 saylı hazırkı iş Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)- 6281/2022 saylı inzibati işlə birləşdirilməlidir. Göstərilənlərə və İPM-nin 37, 56.3-cü maddələrinə əsasən, məhkəmə, Q Ə R A R A ALDİ: İddiaçının nümayəndəsi (vəkili) Vəkil “icraatın birləşdirilməsi ilə bağlı” ərizəsi təmin edilsin. Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırkı e-2-1(112)-11028/2022 saylı iş 2-1(112)- 6281/2022 saylı inzibati işə birləşdirilsin. Məhkəmə qərardadından müstəqil qaydada şikayət verilə bilməz Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar