Məhkəmə qərarları › İş №e-2-1(112)-11030/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11030/2025

22.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11030/2025 22.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndə(lər)si X2 və X1iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “müavinət ödənilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.13-cü maddəsi ilə nəzərdə tutulmuş vəzifə və rütbə maaşımın 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-cı il tarixdən xüsusi rütbəli vəzifələrdə xidmət keçmiş, son yaş həddinə çatdığına görə Azərbaycan Respublikası Cavabdeh 6 mart 2025-ci il tarixli əmri ilə xidmətkeçməyə xitam verilmişdir. Yaşa görə pensiya hüququ əldə etmişəm. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.13-cü maddəsi ilə Pensiyaya çıxması ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilməli olduğu halda mənə bu müavinat bu günədək ödənilməmişdir. İddiaçı müavinətin ödənilməsi haqqında Cavabdehnə xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə ərizə ilə müraciət etmiş və Cavabdeh 12 may 2025-ci il tarixli 3-18/2- M-2193-1/2025 nömrəli məktubu ilə bu haqqımı verməkdən imtina almışdır. Nazirlik imtinanı iddiaçının xidmət stajının 35 ildən az olması ilə əsaslandırmışdır. İddiaçı hesab edir ki, imtina tamamilə əsassızdır. İmtinada Qanunun 23.12-ci maddəsinin tələbləri izah edilmişdir. Qanunun 23.13-cü və 23.12-ci maddələri Fövqəladə hallar orqanları əməkdaşlarının sosial müdafiəsinə aid olmaqla başqa-başqa hüquq normalarıdır. Qanunun 23.12-ci maddəsi yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət stajı olan işçilərinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malik olmaları və xidmət keçmələrinə öz xahişləri ilə xitam verilə bilməsi kimi hüququnun olmasından bəhs edir. Bu maddə yalnız “yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət stajı olan işçilər”inə aid ola bilər. 23.12-ci maddənin mənə heç bir aidiyyəti yoxdur. Ona görə ki, birinci mən yaş həddinə artıq çatmışam, ikinci mənim 35 il stajım yoxdur, üçüncü xidmətkeçməmə öz xahişimlə xitam verilməyib, dördüncü mən işçi yox böyük rəis heyəti vəzifəsində xidmət keçən əməkdaş olmuşam. 23.12-ci maddə yaş həddinə çatmamış, xidmətini davam etdirən və 35 il xidmət stajı olan işçilərin sosial müdafiəsini təmin etmək məqsədilə onlara hüquq tanıyır. Bu maddə heç bir halda digər hüquq normasının tətbiqini əngəlləyə bilməz. İddiaçının qanunun 23.13-cü maddəsi ilə yaranan hüququnun aidiyyəti olmayan digər hüquq normasına istinadən pozulması qanuna ziddir. İddiaçı pensiya hüququnu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə etmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edimişdir ki, Cavabdeh X3 Xidmətinin 53 nömrəli Yanğından mühafizə hissəsinin yanğın profilaktikası üzrə rəsi müavini daxili xidmət mayoru İddiaçı Cavabdeh 6 mart 2025-ci il tarixində 0487/ş nömrəli əmri ilə son yaş həddinə çatdığına görə fövqəladə hallar orqanlarında xıdmətkeçməsinə xitam verilmiş və onun xidmət illəri 28 il 02 ay 17 gün təşkil etmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanunun 23.13-cü maddəsinə əsasən pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.9-cu maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlilliyinin müəyyən edilməsi ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Həmin qanunun 23.12ci maddəsinin tələblərinə əsasən “yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət keçmiş əməkdaşlar "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər". İddiaçının xidmət illərinin 28 il 02 ay 17 gün olduğunu və qanunla tələb olunan 35 illik xidmət stajının olmadığını nəzərə alaraq iddiaçıya vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsi qanunvericiliyin tələblərinə ziddir. Vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi ilə bağlı Bakı inzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2-1(112)-5441/2025 nömrəli və 5 iyun 2025-ci il tarxili 2-1(112)-6698/2025 nömrəli qərarlarları ilə həmin iddialar təmin edilməmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 23.12-ci maddəsinə əsasən yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət keçmiş əməkdaşlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər. Xidmət illəri 28 il 02 ay 17 gün olduğunu nəzərə alaraq vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsi qanunvericiliyin tələblərinə ziddir. Xidmət etdiyi dövr ərzində və xidmətkeçmənizə xitam verildiyi günədək qanunvericiliklə nəzərdə tutulmuş ödənişlər ADNŞO üzrə Yanğından Mühafizə İdarəsi tərəfindən tam qaydada ödənilmişdir.

5. İddiaçı məxsus əmək kitabçasının surəti iş materiallarına əlavə olunmuşdur.

6. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

7. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndə(lər)si iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

8. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

9. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

10. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilməsi ilə əlaqədar vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsini tələb etmişdir.

11. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir.

12. “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 23.12. Yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət stajı olan işçilər (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər. 23.13. Pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.9-cu maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlilliyinin müəyyən edilməsi ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir. 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir: 33.1.1. öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə;

13. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı dövlət qulluğunun xüsusi növü olan fövqəladə hallar orqanlarında xidmət keçdiyi üçün şəxsin pensiyaya çıxması ilə bağlı münasibətlər “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.

14. Məhkəmə qeyd edir ki, qanunvericilik normalarının sistemli təhlili əsasında müəyyən edilir ki, fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət ödənilməsi üçün nəzərdə tutulmuş meyarlardan biri həmin şəxsin pensiya hüququna malik olmasıdır. Bu baxımdan “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda pensiya hüququnun qazanılması ilə bağlı meyarlar aydın şəkildə müəyyən olunmuşdur. Həmin Qanunun müddəalarına əsasən fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə xidmət edən əməkdaşlar, qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatmamış olsalar belə, azı 35 il xidmət stajına malik olduqları halda pensiya hüququ əldə edirlər.

15. Belə olan təqdirdə məhkəmədə müəyyən edir ki, fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara pensiyaya çıxması əsası ilə vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi üçün azı 35 il xidmət stajının olması qanunvericiliyin imperativ tələbidir (qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmiş şəxslərə münasibətdə).

16. Hazırki işin faktiki hallarına əsasən müəyyən edilir ki, İddiaçı Fövqəladə hallar orqanlarında xidmət illəri 28 il 02 ay 17 gün təşkil edir (iddiaçı qeyd olunan faktı təkzib etmir). Odur ki, İddiaçı fövqəladə hallar orqanlarında xidmət stajının 35 ildən az olduğu işin mübahisəsiz halıdır.

17. X5 Məhkəməsinin qərarlarında bildirilir ki: - ifadə edilən fikir ayrıca deyil, ümumi kontekstdə araşdıralaraq hərtərəfli qiymətləndirilməlidir (Bax: Yəhova şahidləri dini icmasının Azərbaycana qarşı iş üzrə X5 Məhkəməsinin qərarı ərizə 52884/09, xx.xx.2020-ci il tarixli qərar § 36-37).

18. Hazırkı işdə məhkəmin yanaşması normaların sistemli təfsirinə əsaslanır. Belə ki, “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 23.13-cü maddəsi həmin Qanunun 23.12-ci maddəsi ilə əlaqəli olaraq sistemli təfsir olunaraq tətbiq olunmalıdır.

19. Belə ki, normaların ardıcıllığı (ümumi yanaşmanı tamamladığından) onu deməyə əsas verir ki, vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsində qanunvericinin məqsədi məhz fövqəladə hallar orqanlarında (və ya ona uyğunlaşdırılan vəzifələrdə) xidmət müddətilə şərtlənir.

20. Odur ki, məhkəmə nəzərə alır ki, iddiaçının pensiyaya çıxması ilə əlaqədar olaraq vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş fövqəladə hallar orqanlarında 35 illik xidmət stajının olması şərti ödənilmir.

21. Məhkəmə hesab edir ki, normanın qeyd edilən şəkildə tətbiqi iddiaçının vəziyyətinə uyğundur və cavabdeh orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.

22. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

23. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

24. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar